115
Q.L.Tışkeviç (1987) əsaslı olaraq qeyd edir ki, pestisidlərlə bağlı olan
mənfi nəticələr əsasən biogeosenozunların dağılması ilə şərtlənir, hansı ki,
heyvanların yaşaması və sayı öz aralarında sıx bağlıdır. Pestisid ziyan-
vericini məhv etməklə əlaqəni pozur, hansı ki, təbii şəraitdə onlar müəyyən
səviyyədə saxlanırdı. Əgər belə ziyanvericidə tətbiq olunan preparata qarşı
dözümlülük varsa, bu zaman partlayış baş verir (onun kütləvi artımını
bumeraq təsir yaranır), çünki bu prosesi saxlayan əlaqələr ya dağılır, ya da
zəifləyir. Parazitlər və yırtıcılarla yanaşı həm də simbiontlar bitkilər və
heyvanlar var. Bunlar olmadan orqanizm normal yaşaya bilməz. Belə ki,
həşəratlar hər inkişaf mərhələsində (yumurta sürfə, pup, yaşlı forma) öz
düşmənləri və simbiontları var. Aydındır ki, öz təsirində seçici olmadığı
üçün pestisid bitkini bu və ya digər ziyanvericilərdən tamamilə qurtara
(qoruya) bilmir. Az sayda qalan fərdlərə toksikant təsir edə bilmir, başqa
əlaqələrin zəifləməsi və dağılması (faktiki olaraq baş verir) çox halda həmin
ziyanvericilərin sayının sonradan kəskin artmasına səbəb olur.
Çiçəkli bitkilərin 80% - dən artığını tozlandıran həşəratlar pestisidlərin
təsirindən xeyli itki verir. Təkcə bal arılarının məhv edilməsindən dəyən
ziyan 2 milyard manat çox təşkil edir (1985-ci ilin qiymətləri ilə). Həm də
sübut olunub ki, həşəratların sayı tək herbisidlərlə birbaşa zəhərlənmədən
deyil, ximikatlar verilmiş sahələrdə başqa qorxular olduğundan həmin areal-
dan uzaqlaşırdılar. Belə ki, Kaliforniyada (ABŞ) əkinləri pestisidlərlə avia-
abrabotka etdikdə 10-20% bal arası ailəsi məhv olur. Oxşar hallar Bolqariya
və Polşada qeydə alınıb. Krasnadar ölkəsində pestisidlərin təsirindən ölmüş
arı ailələrini müqayisə etdikdə aydınlaşdırılıb ki, birinci növbədə güclü
ailələr məhv olur. Çünki onlar çox bitkiyə qonur və daha uzaq sahələrə uçur
(şəkil 2.11)
Herbisidlərin köməyi ilə ―birinci nəsil‖ alaqlardan təmizlənmiş
tarlalara əvvəllər daha az rast gələn alaqlar yerləşirlər.
70-ci illərin ortalarında pestisidlərlə zəhərlənmə nəticəsində keçmiş
SSRİ-nin ərazisindən 40%-ə qədər los, kaban və dovşan məhv oldu, 77%-
dən çox ördək və qaz və 30%-dən çox balıq göllərdə məhv oldu.
Statistik rəqəmlər göstərir ki, 1938-ci ildə pestisidlərə dözümlü olan
cəmi 7 növ ziyanverici həşərat məlum idi, lakin 1984-cü ildə insektisidlərə
qarşı rezistentliyi (latınca resistere – müqavimət göstərmək) olan 450 növ
qeydə alınıb, başqa sözlə desək daha çox yayılmış ziyanvericilərin böyük
hissəsi (və ya həşəratların zərərli sayılan növlərinin demək olar 10%-i)
pestisidlərə davamlı olan 150-dən çox fitoportogen orqanizmlər, 50 növ alaq
və 10 növ xırda məməlilər və nemadorla qeydə alınıb. Krossrezistentliyi
116
nəzərə almaqla, qeyd olunan rezistentlik hallarının ümumi sayı 1600-ü keçir.
Əlbəttə, insana faydalı olan növlərin rezistentliyi müsbət faktdır. Rezis-
tentlik qazınmaqla bağlı, ―car nitridat effekti‖ni yada salmaq yerinə düşər.
deyilənlərə görə çar özünü az dozalarla siçan zəhərinə öyrədir. Düşmənlərin
hazırladığı zəhərlədiyi şərablardan içdikdə zəhərlənmirdi)
ġəkil 2.11. Bal arısının ailəsinin həyat fəaliyyətinə pestisidlərin təsiri.
Torpağa verilən pestisidlər həmişə orada yaşayan və həyat fəaliyyətli
torpaq münbitliyindən asılı olan canlılara mənfi təsir edir. Mis tərkibli
pestisidlər nitrifikasiya prosesini dayandırır. Torpağa kimyəvi yükləmələr
çox olduqda fitopatogen mikroorqanizmlər dominantlıq etməyə başlayır.
Pestisidlərin intensiv tətbiqi torpağın sterilləşməsinə gətirib çıxarır (məsələn,
Hindistan və İndoneziyanın bir neçə rayonlarında şəkər qamışı sahələrində).
Hesab olunur ki, herbisidlər tətbiq olunan dozadan asılı olaraq, mikro-
bosenozlara təsir edir, homeostazı (müxtəlif qrupların sayının müəyyən orta
səviyyəsi və ya metabalik proseslərin aktivliyi ətrafında dözümlü tərəddüd
etmə) pozur yaradır, dominant formaların rezistentliyini dəyişir, eləcə də
represiyaya səbəb olur (geri dönməyən reaksiya). Əgər mikrobioloji fəaliy-
117
yət pestisid təsirindən 60 güb ərzində bərpa olunursa mikrobosenozun
reaksiyası geri dönəndir; Əgər mikroorqanizmlərin müəyyən formalarının
50%-dən çoxunun inqibitorluğu vegetasiya dövrünün axırınacan saxlanırsa,
reaksiya geri dönməyən sayılır.
Herbisidlərin ot örtüyünün olmadığı və zəif inkişaf etdiyi yerdə
istifadəsi torpaq eroziyası prosesinin inkişafının ehtimalını çox dəfə artırır.
Su – biosferin əsas komponenti və biotanın mövcudluğu üçün əvəz-
olunmaz faktor – opestisidlərin yayılmasında əsas nəqliyyat vasitəsi hesab
olunur (başqa sözlə pestisidlər su ilə asanlıqla bir yerdən başqa yerə aparılır.
Torpaq və qurunt sular, daxili su anbarları, sonra isə Dünya okeanı toksi-
kantların cəmləşdiyi axırıncı məntəqə (punkt) olur. Lipofil pestisidlərin əra-
zilərdə davamlı istifadəsi, sututarların hökmən çirklənməsinə səbə olur.
Toksikantlar bərk və maye axınlarla qarışır. Səth suları qəzalar nəticəsində
birbaşa çirklənir.
Hesablamalara görə Volqa çayının aşağı axınında və onun deltasında
zəhərli kimyəvi maddələrin miqdarı bəzən YVQ-dan min dəfə çox olur.
Kubadan düyü əkilən ərazidə orta davamlı herbisidləri tətbiq etdikdə, çox-
illik müşahidələrin nəticələri göstərir ki, (Sokolov və b. 1994) suvarma sis-
temlərindən Azov dənizi limanlarının Axtaro-Qrivenski sisteminə həmin
pestisidlər daxil olur. Ksenbiotiklərin miqrasiyası birbaşa lil hissəciklərinə
birləşməklə baş verir. Limanların az sulu olması və zəif axını akvatoriyanın
başlanğıcında həmin lil hissəcikləri yığılır və geniş çirklənmiş zonalar
yaradır (bir neçə km-lə). Herbisidlərin qrunt sularından və çöküntülərindən
itməsi çox gec baş verir. Pestisidlərin tətbiqinin dünya təcrübəsi göstərir ki,
onlar özündə potensial təhlükə daşıyır. İnsan üçün zəhərli olmayan pestisid
yoxdur. Pestisidlərin saxlanmasında və istifadəsində bir çox hallar baş verir:
allergen təsir, kanserogen, mutagen, dəri-aşılayıcı təsir, insanlarda embrio-
gen və embriotrop təsir və s.
Tətbiq olunan pestisidlərin birbaşa və dolayı təsirindən yaranan
neqativ hadisələrin çoxluğu, ekoloji nöqteyi-nəzərdən qanunauyğun səbəb-
nəticə əlaqələri və asılılığının olduğunu düşünməyə vadar edir. Mur (Moore,
1967) bu səbəbdən böyük marağa səbəb olur. Tədqiqatçı göstərir ki, pesti-
sidlərin təsiri bu sxemlə baş verir: pestisidlər
ziyanvericilər, xəstəliklər,
alaq otları
bir neçə ―ikinci effektlər‖.
Faktiki olaraq istifadə olunan pestisidlərin təsiri başqa sxemə tabedir:
Pestisidlər
Bütün ekosistem
Doğrudur ki, başlanğıc məlumatlar ondan çıxan hissəciklər birlikdə
tamamilə səhv ola bilər. hazırda ekosistemə tətbiq olunan istənilən pestisid
onda dərin dəyişikliklər yaradır. Pestisidlərin təsiri heç vaxt birtərəfli olmur.