123
ġəkil 2.13.
Bitki və məhsulun mühafizə sxemi. (Zərərli orqanizmlərdən
saxlanmanın, tənzim olunmanın və özünümüdafiənin metod və vasitələri).
(Sokolov və b. , 1994)
BAM –bioloji aktiv maddələr; BBR- bitkinin böyümə requlyatorları
Bu zaman alaq otları və ziyanvericilər tamamilə məhv edilmir, onların
sayı o səviyyədə saxlanılır ki, hiss olunan iqtisadi itkiyə səbəb olmur. ZKM
(KBV) – də ximikat birinci deyil və mübarizədə əsas vasitə deyil, seçiləndir
və yalnız kəskin ehtiyac olan halda işlədilir. Baxılan mübarizə sistemi
ziyanvericilərin həyat sikli (dövrü) davranışı və təbii düşmənləri, əkin
üsullarının təsirini, Ximikatları ziyanvericilərin və onların düşmənlərinin
sayına görə vermək, eləcə də kənd təsərrüfatı ekosistemlərinin başqa
parametrləri haqda bilgi tələb edir. Bitki mühafizəsinidə baxılan sistem
haqda yaranan müəyyən fikir 2.18 cədvəlində göstərilən rəqəmləri
(nəticələri) tələb etməyə imkan verir.
124
Cədvəl 2.18
Ziyanvericilərə qarĢı kompleks mübarizə (KBV) tətbiqinin müsbət
nəticələrinin bəzi nümunələri
2.3.5. Torpaqların əhəngləĢdirilməsinin ekoloji aspektləri
Atmosferdə, hidrosferdə və quruda turşulaşma prosesinin aktivləşməsi
ilk növbədə antropogen faktorlarla şərtlənir- kükürd və azot birləşmələrinin
texnogen atılmaları ilə. (Şəkil 2.14 ).
Şəkil. 2.14. Turş yaığşların yarnma sxemi (Suravegina, Məmmədov 1996)
Ölkə, region
Kənd
təsərrüfatı
bitkisi
Nəticə
Braziliya
Soya paxlası 7 il ərzində pestisidlərin istifadəsi 80-90% azalıb
Çin (Yantsuzu
əyaləti)
Pambıq
Pestisidlərin istifadəsi 90% azalıb, ziyanvericilərlə
mübarizəyə çəkilən xərc 84% azalıb, məhsuldarlıq
artıb
Hindistan
(Orisa ştatı)
Düyü
İnsektisidlərin istifadəsi 1/3....1/2 həddində azalıb
ABŞ (Cənubi
Texas)
Pambıq
İnsektisidlərin istifadəsi 88% azalıb, fermerlərin
orta gəliri 77 dol/ha artıb
Nikaraqua
Pambıq
70-ci illərin birinci yarısında insektisidlərdən
istifadə 1/3 hissə azalıb, məhsuldarlıq artıb
ABŞ
(Arkanzas)
Düyü, soya
paxlası
Göbələklər əsasında yaradılan bioherbisidlərin
köməyi ilə ziyanlı alaq otları ilə mübarizə
Çin (Qrin
əyaləti)
Qarğıdalı
Göbələk bioherbisidləri parazitləşdiriciləri arılar
80-90%
təşkil
edir (əsas ziyanvericilərlə
mübarizədə)
125
Y.A.İzraelin (İzrael, 1984) hesablamalarına görə yalnız turş yağışların
təsiri nəticəsində keçmiş SSRİ- nin şimal Qərb hissəsində kənd təsərrü-
fatına il ərzində 100 mln manat ziyan dəyir. Belə torpaqları neytrallaşdırmaq
üçün 3,5 mln ton əhəng vermək lazımdır. Şərti olaraq ziyanın hər vahidinə
35 kq əhəng düşür.
Turş torpaqlarda mineral gübrələrin effektivliyi 30-40 % aşağı düçür,
N-un itkisi artır, qida elementlərinin becərilən bitkilərə daxil olması pozulur,
məhsulda ağır metalların və radionuklidlərin toplanması intensivləşir,
məhsulun keyfiyyəti pisləşir, əlverişsiz şəraitdə aqrosenozların dözümlülüyü
azalır.
Torpaq uducu kompleksdə H
+
və Al
+
ionlarının Ca
2+
və Mg
2+
ionları
ilə əvəzləşməsinə əsaslanan əhəngləşdirmə turş torpaqların yaxşılaşdırılma-
sında əsas üsul hesab olunur. Hansı ki, turşuluq dərəcəsinə və melioranta
təlabatına görə aşağıdakı qaydada bölünür:
KCl sorulmasında pH
Torpağın
turşulluq
dərəcəsi
Əhəngləşməyə təlabat
˂4,5
Həddən çox turş və çox
turş torpaqlar
Həddən çox və çox
4,6-5,0
Orta turş torpaqlar
Orta tələbat
5,1-5,5
Zəif turş torpaqlar
Az (aşağı)
5,6-6,0
Neytrala yaxın
Çox az tələbat
˃6,0
Neytral
Yoxdur
Kənd təsərrüfat bitkilərinin əksəriyyəti pH 6,0....6,5 olan turş
torpaqlarda daha yaxşı inkişaf edir. Onları torpağın turşuluğuna
münasibətinə və əhəngləşməyə təlabatına görə 5 qrupa bölmək olar:
I qrup – turşuluğa həddən çox həssas olan bitkilər pambıq, yonca,
xaşa, çuğundur, kələm, kənaf
pH=7
.
8
IIqrup- torpağın turşuıuğuna həssas olan bitkiklər soya, fasol, noxud,
yem paxlası, klever, günəbaxan, xiyar, soğan, salat. (pH=6...7)
III qrup- zəif həssas olanlar torpağın turşuluğuna: vələmir, yulaf, darı,
qarabaşaq, pişikquyruğu, pamidor, kök turp. (pH 4,5-7,5)
IV qrup- kətan və kartof. Bu bitkilər yalnız güclü turş torpaqlarda
əhəngləşməyə ehtiyac duyur (pH 5,5-6,0)
V qrup- göylyupin və sarı lyupin, seradella (paxlalılar fəsiləsindən, ot
bitkiləri), çay kolu (pH 4,5-5,0) bu bitkilər turşş torpaqlarda yaxşı inkişaf
edir, qələvi və neytral torpaqlarda pis inkişaf edir.
126
2.4. Torpaqların suvarılması və qurutmanın ekoloji problemləri
Torpaqların (müxtəlif rayonlarda) təbii xüsusiyyətləri çox vaxt effektli
kənd təsərrüfatında istifadəsi üçün yararlı olur. Şimal rayonlarında torpaq-
ların üzün müddətli donması, meşə zonalarında torpaqların həddən çox
rütubətli olması, arid zonalarda torpağın duzlaşması, eləcə də ayrı-ayrı tor-
paq sahələrinin mezo- və mikrorelyefi (kəskin çökəklər,yarğanlar, iri daşlar
və s.) insanları təkcə torpağın deyil, həm də relyefin,iqlimin, bitki örtüyünün
təbii xassələrini dəyişməyə məcbur edir.
Təbii mühitin əlverişsiz şəraitinin yaxşılaşdırılmasına yönəldilən təbii
ehtiyatlar potensialından daha çox istifadə etməyə imkan verən işlər melio-
rasiya adlanır.
Meliorasiya- istifadə olunan ərazinin təbii şəraitinin yaxşılaşdırılma-
sına yönəldilmiş təşkilati-təsərrüfat, texniki, bioloji və digər elmi əsaslan-
dırılmış tədbirlər sistemidir. Kənd təsərrüfatı meliorasiyası torpaqların, su-
yun və iqlimin yaxşılaşdırılmasına xidmət edir. O, özündə suvarmanı, tor-
pağın qurudulmasını, eroziya əleyhinə tədbirləri, torpağın duzlaşmasını və s.
ola bilər. Bununla əlaqədar meliorasiyanın müxtəlif növləri və üsulları var.
Ekoloji əsaslandırılmış meliorasiya işləri eyni vaxtda təbiəti mühafizə
problemlərini və mühitin keyfiyyətinin yaxşılaşdırılmasını həyata keçirir.
İqlim meliorasiyası mikro,mezo və makroiqlimə bölünür. (plantasi-
yanın tüstüləmə ilə qızdırılması, üstünü örtmə, suvarma, buludlardan yağışın
çağrılması, buludların dağıdılması, ildırımın məhv edilməsi, buzlaqların
əridilməsi, çayın axın istiqamətinin dəyişdirilməsi, hidrotexniki qurğuların
(yaradılması) və süni göllərin yaradılması.
Suvarma meliorasiyası:
Suvarma və qurutma (səthi suvarma, torpaq-
altı, gölləmə suvarma, yağış üsulu ilə suvarma, açıq qurutma, bağlı drenaj.
Qar meliorasiyası: qarın yığılması, qarın kipləşdirilməsi, ərimiş sula-
rın saxlanılması.
Fitomeliorasiya: meşə meliorasiyası (tarla qarşı yuyucu meşə zolaq-
larının salınması, dağ ətəklərində suvarılan torpaqlarda və qumlaqda)
Köl və ot meliorasiyası: kolların və psammofitlərin istifadəsi - tozlu-
qumlu torpaqların bərkidilməsi üçün.
Torpaq meliorasiyası: eroziyaya qarşı mübarizə (səthi axınların idarə
olunması, yarğanların bərkidilməsi, heyvanların otarılması, torpaq qoruyucu
tədbirlər).
Mədəni-texniki (mexaniki maneələrin aradan götürülməsi, torpaq
becərmədə yabanı bitkilərin məhvi, kimyəvi meliorasiyalar və s), becərilən
torpaqların münbitliyinin yüksəldilməsi: turş torpaqların gipisləşdirilməsi,
gübrə verilməsi, alaq otlarının məhvi, güclü bitki örtüyünün yaradılması.
Dostları ilə paylaş: |