M üəllifdən



Yüklə 1,33 Mb.
səhifə18/19
tarix26.09.2017
ölçüsü1,33 Mb.
#2216
1   ...   11   12   13   14   15   16   17   18   19

Yaradıcılığı


Nəcəf bəy Vəzirov 1895 – ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük” , “Müsibəti – Fəxrəddin” , ”Pəhləvanı – zəmanə” kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903–cü ildə Bakı dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyyə ocaqlarının açılması işində yaxından iştirak edir.

1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat” , “İrşad” , “Təzə həyat” , “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua – mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir. 1913 – cü il noyabr ayının 15 –də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə - oçerk, məlumat dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədəkar oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N. Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm içtimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışmışdır. Bu illərdə o, “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili” fransız məzhəkəsi “Vəkil Patelen” i isə “Dələduz” adı ilə təbdil etmişdir. Azərbaycanda Aprel inqilabından sonra N. Vəzirov Bakıda Kənd təsərrüfatı texnikomunda müəllim işləmişdir. Yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edirdi. Lakin qocaman yazıçının səhhəti pozulmuşdu, tez – tez ürək ağrısından şikayətlənirdi. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürdülər.

1926–cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda getmiş və iyul ayının 9–da orada ürək partlamasından vəfat etmişdir. Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 12–də dəfn olunmuşdur.

======================================================================Böyük mesenat, xeyirxah əməllər sahibi



Hacı Zeynalabdin Tağıyev

 

Azərbaycanın ən böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur. Dövrünün təqdimatı ilə desək, atası içərişəhərli başmaqçı Tağı, anası isə bilgəhli Anaxanım olub.



Son dərəcə zəhmətkeş bir insan olan Tağı övladlarını da bu ruhda tərbiyələndirib. Atasının səhərdən axşamadək çalışdığını, onları ağır zəhmətlə dolandırıdığını görən Zeynalabdin ona kömək etmək istəyir.

Oğlunun bu qayğısından riqqətə gələn atası ona başmaqçılıq sənətini öyrətməyə çalışsa da, Zeynalabdin "Mən başmaqçı yox, bənna olacağam", - deyir. On yaşına çatanda atası onu bənna yanında palçıq daşımağa işə düzəldir. 12 yaşına çatanda o, artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı.

Beləliklə, bənnaçılıq sənətini öyrənmək istəyən balaca Zeynalabdin palçıq daşımağa başlayır. Palçıq çanağını güclə, ancaq yorulmadan daşımağının müqabilində, günəmuzd 6 qəpik alır. 15 yaşında daş yonmağa başlayan Zeynalabdin artıq 18 yaşında bənna kimi ad çıxarır.

Bir müddət belə çalışdıqdan sonra, 1873-cü ildə iki nəfərlə şərik olub, Bibiheybətdə yer icarəyə götürür. Ancaq şəriklərin bəxti gətirmir. Quyuların heç birindən neft çıxmır. Qismətlərinə neftsiz torpaq çıxdığını zənn edən şəriklər torpağı satmaq qərarına gəlirlər. Bu qərarla razılaşmayan Zeynalabdin şəriklərinin torpaq payını da özü alır.

Nəhayət, günlərin birində neft quyularından biri fontan vurur. Beləliklə, başmaqçı Tağının oğlu Zeynalabdin milyonçu Tağıyevə çevrilir.

Tağıyevin varidatı milyonlarla ölçülüb. Tağıyev həm neftxuda, dəyirman sahibi, fabrikant, böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi.  

O, neft maqnatı kimi ad çıxarsa da, iqtisadiyyatın digər sahələrinə də maraq göstərib. Təbii ki, bu maraq, ilk növbədə, Azərbaycan sənayesini inkişaf etdirmək, həmvətənləri üçün yeni iş yerləri açmaq istəyindən qaynaqlanırdı. Bu mövqedən çıxış edən Tağıyev böyük balıq sənayesi, dəyirman, toxuculuq fabriki, ticarət mərkəzi və s. kimi obyektlər açdırır. Quba, Yevlax, Ənzəli, Rəşt ərazisində yerləşən meşələr onun ixtiyarında imiş.

Hacı Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir.  O, indiki Azərbaycan Tarixi Muzeyinin, Elmlər Akademiyasının Rəyasət Heyətinin, Şirniyyat Fabrikinin, Toxuculuq Fabrikinin binalarını tikdirmiş, Bakıya şollar suyunu gətirmişdir.

Hacı Zeynalabdin Tağıyev bütün Rusiya imperiyasında öz mesenatlığı və maarifpərvərliyi ilə tanınırdı.

Aqillərimiz "Elin gözü tərəzidir" deyiblər. El isə Zeynalabdin Tağıyevə "el atası" adını verib. Bu adı illərin sınağından çıxaran Tağıyevin xeyirxah əməllərinin yalnız bir neçəsindən söhbət açacağıq. Təbii ki, Şərqdə birinci dəfə Azərbaycanda açılan ilk qızlar seminariyası barədə də danışacağıq.

Tağıyev Bakıda müsəlman qız məktəbini açmaq üçün əvvəlcə imperator III Aleksandrdan icazə istəyib. Ancaq imperator müsəlman əyalına mənfi cavab verir. Azərbaycan qızlarını təhsilli görmək istəyən Tağıyev II Nikolay taxta çıxanda icazə üçün yenə cəhd göstərir.

1895-ci ildə Nikolayın tacqoyma mərasimi münasibətilə onun xanımı Aleksandra Fyodorovnaya son dərəcə bahalı bir hədiyyə bağışlayır və Bakıda Aleksandra Fyodorovnanın adına qız məktəbi açmaq üçün razılıq istəyir. 1896-cı ildə şifahi, iki il sonra isə rəsmi icazə alan Tağıyev ilk növbədə məktəb binasının inşasına diqqət yetirir. Binanın layihəsini məşhur polyak memarı Qoslovskiyə tapşırır. Ancaq Tağıyevin xalqına sonsuz məhəbbətdən irəli gələn bu təşəbbüsü heç də birmənalı qarşılanmır.

Xüsusən də, qaragüruhçu dindarlar arasında qız məktəbinin açılması ciddi etiraz doğurur. Tağıyev dönə-dönə "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir; gözləri açılar, külfətdə rəftarları xoş olar... İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirir, çünki qızlarımıznan məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan da doğulan uşaqlar özü-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə, ata-baba ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz", - desə də, heç bir faydası olmur.

Naəlac qalan Tağıyev bu söz-söhbətlərə, qızları məktəbə gedən ailələrə qarşı təhqir və təqiblərə son qoymaq məqsədilə Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, Qahirəyə, İstanbula, Tehrana və s. yerlərə nümayəndələr göndərir.

Nümayəndələr bu şəhərlərin rəsmi din xadimlərindən imza və möhürlə təsdiqlənmiş sənədlər gətirirlər. Sənədlərdə göstərilir ki, müsəlman qızlarının müasir məktəblərdə təhsil almasında qəbahət heç nə yoxdur.

Buna baxmayaraq, qaragüruhçular yenə də Tağıyevi günahlandırmaqdan əl çəkmirlər. Ən nəhayət, günlərin birində Aleksandra Fyodorovna qız məktəbinin şagirdlərinin ona ünvanladıqları minnətdarlıq teleqramına cavab verir. Bu cavab qız məktəbinin açılmasına maneçilik törətmək istəyənləri sakitləşdirir.

Sara xanımın xatirələrindən məlum olur ki, Tağıyev kasıb qızların təhsil almasına şərait yaratmaq məqsədilə varlı qızların məktəbə qəbulunu məhdudlaşdırıb.

Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verib, təhsil müddəti 4-5, daha sonra isə 6 il olan qız məktəbinin statusunu dəyişdirir. Məktəb "Qızlar seminariyası" adını daşıyır.O vaxt həbsxanalar Bayıl və Nargin adalarında yerləşirmiş.

Sara xanımın xatirələrindən məlum olur ki, həbsxanalarda yer olmadığına görə, hökumət məhbusları Sibirə gəndərmək qərarına gəlir. Bundan xəbər tutan dustaq ailələri xalqın ümid yeri olan Tağıyevə üz tuturlar. Tağıyev də dəyirman üçün nəzərdə tutduğu tikilini həbsxana kimi hökumətə icarəyə verir.

Tağıyev Səttarxan hərəkatına yaxından köməklik göstərib. Bu köməyin sorağı II Nikaloya da gedib çatır.

1908-ci ildə Bakıya bu məzmunda məktub göndərilir: "Qafqaz canişinliyindən aldığımız məlumata görə, Bakı sakini Hacı Zeynalabdin Tağıyev İrandakı inqilab hərəkatına maddi yardım göstərir. Yardımı kəsmək üçü müvafiq tədbirlər görülsün".

Buna görə sorğu-suala tutulan Tağıyev bildirir ki, onun inqilabçılarla heç bir əlaqəsi yoxdur. Sadəcə, o, yetim qalmış kimsəsiz uşaqlara, qoca və qadınlara yardım göstərir.

Azərbaycanda ilk teatr binasını da Tağıyev tikdirib. 1910-cu ildə "Tağıyev teatrı"nın 30 illik yubileyi yüksək təntənə ilə qeyd edilir. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Tağıyev teatrında bərpa işləri aparılır. Sidqi Ruhulla, Hüseynqulu Sarabski və Mirzəağa Əliyev Mərdəkandakı bağ evində yaşayan Hacının yanına gedərək, onu teatrın açılışına dəvət edirlər. Tağıyev həmişə əyləşdiyi lojada görünəndə bütün zal ayağa qalxır, yeni hökumət nümayəndələri belə, o dövrün təbirincə desək, milli burjuaziyanın təmsilçisini sürəkli alqışlarla qarşılamaqdan çəkinmirlər. Bu münasibətdən son dərəcə mütəəsir olan Tağıyev göz yaşlarını saxlaya bilmir.

XX əsrin əvvəlində Azərbaycanda xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yaranırdı. Bu cür cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlı idi. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməkliyi ilə yaranırdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur.

Sovet hakimiyyətinin qurulması ilə milyonçuların həyatında məşəqqətli dövr başlayır. Hacının mülkləri əlindən alınır. Nəriman Nərimanovun təkidləri ilə ona müəyyən cüzi güzəştlər edilir.

Azərbaycanı işğal edən Qızıl Ordu əsgərləri milyonçuların şərəf və ləyaqətini alçaltmaq üçün hər vasitəyə əl atırlar. Bu münasibətlə, eləcə də, var-dövlətlərinin əlindən alınması ilə barışmayan milyonçular isə Vətəni tərk edirdilər.

Ancaq Tağıyev nə birincilərdən oldu, nə də ikincilərdən. Dostlarının israrlı çağırışlarına baxmayaraq, Tağıyev nəinki özünün, heç ailə üzvlərinin də Azərbaycandan ayrılmasına icazə vermir: "Mən heç bir məmləkətə mühacirət etmək fikrində deyiləm. Atamın, qohum-əqrəbamın qəbirləri harda, mən də orda olmalı və ölməliyəm".

O, ömrünün son gününə qədər Azərbaycanda yaşadı. Əvvəlki əzəmətlə, qürurla və alicənablıqla. Tağıyevin ömrünün son illərindən danışarkən, Nəriman Nərimanovun adını çəkməmək olmur. Bu illərdə Nəriman Nərimanov, sözün əsl mənasında, Tağıyevlər ailəsinin himayədarına çevrilir. Bakı milyonçularının evini talan edən Qızıl əsgərlər bir gün Hacının evinə də təşrif buyururlar. Bundan xəbər tutan Nərimanov Hacının evinə zəng edib, çağırılmamış qonaqları telefona çağırır - onlara özlərini yaxşı aparmağı və Hacını incitməməyi tapşırır.

Bütün varidatı, mülkləri müsadirə edilən Hacı ailəsilə birgə qohum evində qalmağa məcbur olur. Tağıyevə kömək etmək iqtidarında olmayan Nərimanov belə bir vasitəyə əl atır.

Həmişə millətin rifahı üçün çalışan Hacının mülklərinin birinin ona qaytarılmasını təvəqqe edən çoxlu sayda ərizə toplayıb, Moskvaya göndərir. Çox keçmir ki, Moskvadan bu məzmunda cavab gəlir: "Hacı Zeynalabdin Tağıyev ölənə qədər onun ailə üvləri ona məxsus olan bağında yaşaya bilərlər".

Bu icazə heç də Tağıyevləri gələcək bəlalardan hifz etmir. Ailəni hər an, ən azı, evsiz-eşiksiz qalmaq təhlükəsi gözləyir. Elə belə də olur...

Tağıyev 1924-cü il sentyabrın 1-də vəfat edir. Vəsiyyətinə görə, onu axund Hacı Abuturab Axundzadənin məqbərəsinin yanında dəfn edirlər.

Hökumət nümayəndələri Tağıyev ölən kimi icazənin mətnini əsas tutaraq, onları evdən çıxarmaq istəsələr də, Nəriman Nərimanovun sayəsində bu xəta sovuşur. Tağıyevlər ailəsinin faciəli günləri məhz Nəriman Nərimanovun vəfatından sonra başlayır. Onun ölüm xəbərini eşidən kimi Tağıyevlər evdən çıxarılır. Hər gün təqiblərdən, təhqirlərdən qorunmaq, yemək və yatmaq problemilə üzləşən ailə üzvləri pərən-pərən düşürlər.

Burada haşiyə çıxmaq istərdik. 

1980-ci illərin sonunda televiziyada Tağıyevin qızı Sara xanım haqqında bir veriliş efirə getdi. Gözünün nurunu itirən, güclə eşidən Sara xanım kimsəsiz, köməksiz bir vəziyyətdə idi. Bu o vaxt idi ki, sovetin dəmir qanunları artıq öz ömrünü çoxdan başa vurmuşdu; heç kim "xalq düşməni" axtarmırdı. Deməyim odur ki, heç kim Sara xanıma kömək etmək üstündə nəinki təqibə məruz qala, heç qınanıla da bilməzdi. Bu dəfə Sara xanım, sadəcə, soyuqluğun, biganəliyin acısını dadırdı.

Tağıyevlərin ailə üzvlərinin, demək olar ki, hamısının taleyi acınacaqlı olur. Tağıyevin iki ailəsi olub. Əmisi qızı Zeynəblə izdivacından üç övladı - İsmayıl, Sadıq və Xanım dünyaya gəlib. General Ərəblinskinin qızı Sona xanım isə onun ikinci həyat yoldaşıdır.

General-leytenant Balakişi Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd rus ordusunda müsəlmanlardan ibarət "Dikaya diviziya"nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür.

Tağıyevin övladları haqqında ayrı-ayrılıqda söhbət açmaq məramında deyilik. Ancaq gözəlliyi, zənginliyi, alicənablığı və səxavətilə ad çıxaran Sona xanım haqqında danışmamaq qeyri-mümkündür. Dönə-dönə məhbus həyatı yaşayan Sona xanımda sinir pozğunluğu yaranır. İçərişəhərdə sərgərdan həyat tərzi sürən Sona xanım ömrünün son illərində dilənirmiş də. Günlərin birində isə Sona xanım yoxa çıxır. General Ərəblinskinin qızı, milyonçu Tağıyevin həyat yoldaşı olan bu qadının necə, hansı şəraitdə dünyadan köçməsini heç kim bilmir. Bu gün Sona xanım ünvansız bir məzarda uyuyur.

Tarix insanlardan və dövrlərdən sədaqətli və həqiqətpərəstdir. İllər uzunu adı yasaqlanan Tağıyevi yada salanda, ilk növbədə tarixi materiallara köməyimizə gəlir.

Sağlığında şərəfinə mahnılar, şerlər qoşulan Tağıyev haqqında ən müxtəlif mənbələrdə məlumatla rast gəlirik.


Marağayi "İbrahim bəyin səyahətnaməsi" kitabında yazıb: ...Zeynalabdin Tağıyev öz dindarlığı və səxavətilə hamının hörmətini qazanmışdır. Allah belə müsəlmanları bizə çox görməsin".

Rus dramaturqu A.N.Ostrovski, görkəmli rus alimi D.Mendeleyevin Zeynalabdin Tağıyev haqqında xoş xatirələri var. Hər ikisi "təvazökar xadim", "ağıllı adam" kimi xatırladıqları Tağıyevin səxavətinə, genişürəkliliyinə heyran qalıb.

Yeri gəlmişkən, Hindistandan İngiltərəyə gedən bir ingilis zadəganı Bakıda olarkən, Tağıyevlə görüşür. Onun görünməmiş xeyriyyəçiliyinə, yüksək mədəniyyətinə, insanlığına valeh olan bu sərraf Hacının şəklini özü ilə Vətəninə aparır. Öz pulu ilə Edinburq şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlini ucaldır. Yeri gəlmişkən, bu, Qərbdə ucaldılan ilk azərbaycanlının heykəli olub.

Tağıyevlə bağlı xalqın yaddaşında qorunan xatirələr bu gün də canlı və maraqlıdır: deyilənə görə, Bakı varlıları ermənilərin mülk tikdirdiyini görüb, təşvişə düşürlər. Gedib Hacıya şikayət edirlər ki, "ermənilər özləri üçün cah-cəlal düzəldirlər. Onların qarşısını alın". Hacı cavab verir ki, "Qoy tiksinlər. Yeri düşəndə mən özüm də onları şirnikləndirirəm. Ermənilər gedəndə binaları özləri ilə apara bilməyəcəklər ki".

Tağıyev uzun illər işlətdiyi baltanı evinin ən görkəmli yerlərinin birində divardan asıbmış. Son dərəcə zəngin bir evin divarında bu hacətin asılması, çoxları tərəfindən təəccüblə qarşılanırmış. Hacı isə tövrünü pozmadan cavab verirmiş ki, "Hər gün bu baltanı görüb, keçmiş günlərimi yaddan çıxarmıram".

Tarixi mənbələrdən aydın olur ki, III Aleksandrın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını Tağıyev təmsil edirmiş. Tacqoymadan sonra III Aleksandr öz əyalları ilə tanış olur. Ətrafındakılar hamını bir-bir ona təqdim edirlər. Növbə Tağıyevə çatanda onun rusca başa düşmədiyini zənn edib deyirlər ki, əlahəzrət, bu şəxs vəhşi xalqın nümayəndəsidir. Tağıyev isə cavab verir ki, "Mənim xalqım vəhşi deyildir. Biz çoxəsrlik zəngin tarixə malikik".

 

------------------------------------------------------------------------------------------------------------------------------



İsmayıl Qaspıralı

11:49

 

 Dildə, fikirdə, işdə birlik deyərək Türk Birliyinin yol xəritəsini hazırlayan Krım Türkü...



İsmayıl Qaspıralı (1851 - 1914) 

Türk dünyasının böyük düşüncə adamlarından və reformistlərindən biri olan Qaspıralı İsmayıl Bəy, Krım Hərbi (1853-1856) bütün şiddətiylə davam edərkən, Bahçesaraya iki saat məsafədəki Avcıköydə dünyaya gəldi. Atasının doğulduğu kəndə nisbətlə Qaspirinski (Qaspıralı) ləqəbini alan İsmayıl Bəyin uşaqlığı, Krım Türk mədəniyyətinin beşiyi olan Bahçesarayda keçmiş və bu şəhər, onun ruhunda, küçələri, məscidləri, evləri və xüsusilə Xansarayı ilə, silinməz İzlər buraxmışdır.

Hələ on yaşındaykən Akmescit litseyinə göndərilən İsmayıl, orada İki il qaldıqdan sonra Varonej şəhərindəki əsgəri məktəbə nəql edildi. Daha sonra Moskva Əsgəri İdadisinə getdi.

Qaspralı bu dövrdə ən çox təsirində qaldığı hadisə Rusların xüsusilə Türk əleyhdarlığından bəslənən Panslavizm siyasətləridir. Gənc İsmayıl buna qarşı reaksiya qoymaq istəməkdədir. Buna görə məktəbdən ayrılmışdır.

Məktəbdən ayrılan Qaspralı Zəncirli Mədrəsəsində Rusca müəllimi olaraq vəzifəyə başladı. İl yarım qədər sürən bu vəzifəsi əsnasında, bol bol oxuyaraq Rus ədəbiyyatı və fikir axınları haqqında əsaslı məlumatlar əldə edən İsmayıl Bəy, bir tərəfdən də Rus mətbuatını izləyərək siyasi inkişafları və Rusiyanın içdə xaricdə izlədiyi siyasəti daha Yaxşı qavramağa çalışdı. İrəlidə başını çox məşğul edəcək olan "sosializm" haqqında da həyatının bu dövründə çox məlumat əldə edən Qaspıralı, 1869-cu ildə maaşı 600 rubleye çıxarılaraq Yallada Dereköy məktəbinə təyin edildi, burada da iki il qaldıqdan sonra, Bahçesaraya dönərək yenidən Zəncirli Mədrəsəsində Rusca dərsləri verməyə başladı.

Qaspıralı, o zamana qədər başında təşəkkül edən "yenilikçi" fikirləri ilk olaraq Zəncirli Mədrəsəsində tətbiqə çalışdı, tələbələrinə, əsl vəzifəsi xaricində "üsulu cedid" (yeni metod)la Türkcə dərsləri verdiyi kimi, mədrəsələrdə tətbiq olunan "skolastik" təhsil tərzini də tənqid etməyə başladı. Lakin bu metod ilk başlarda reaksiyayla qarşılandı.

Qaspralının ən böyük hədəflərindən biri İstanbula getmək idi. İstanbula gedərək zabit olmağı istəyir lakin yarıda buraxdığı təhsilin buna mane olacağını düşünürdü. Bu səbəbdən ötəri də 1871-ci ildə Parisə gedərək yarıda qalan təhsilini tamamladı. Qaspıralı, 1874 sonlarına qədər Parisdə qaldı.

İsmayıl Bəy, Parisdən İstanbula getmiş lakin heç cür idealı olan məmurluğu etmə fürsəti tapa bilməmişdi. Yazıçılıq həyatı da bu dövrdə başladı. Zabitlik xəyalinin reallaşa bilməyəcəyini anlayınca, 1875 qışında Krıma dönən Qaspıralı, 1878də Bahçesaray bələdiyyə başçılığına seçilənə qədər başqa heç bir işlə məşğul olmadı, yalnız oxudu və millətinin həyatını araşdırdı.

Qaspıralı İsmayıl Bəy, 1878-ci ildə Bahçesaray bələdiyyə başçılığına seçildi; bu vəzifə sayəsində düşündüyü bəzi yenilikləri reallaşdıra biləcəyini zənn edirdi, nə var ki önünə yenə bəzi maneələr çıxdı. Bələdiyyə başçısı olaraq vəzifələrini -bütün qeyri-mümkünlüklərə baxmayaraq-yerinə yetirməyə çalışarkən, əsli missiyasını da heç unutmayan Qaspıralı, 1879-cu ildə, bir qəzet çıxarmaq üçün Rus hökumətinə müraciət etdisə də, bu müraciəti rədd edildi. Lakin o, mütləq nəşr yoluyla millətinə xidmət etmək istəyirdi. 1881-ci ildə, "Gənc Molla" təxəllüs adı ilə, irəlidə kitab olaraq da nəşr olunacaq olan "Russkoe Musulmanstovo" (Rusiya Müsəlmanları) başlıqlı məqalələrini yazaraq Akmescitdə çıxan "Rəftarıda" qəzetində nəşr olundu.

Qaspıralı, icazə ala bilməməsinə baxmayaraq, qəzet çıxarma fikirindən əsla imtina etməmişdir. Bunun üçün, zəmin yoxlamaq məqsədiylə, 1881-ci ildən başlayaraq "Tonguç", "Ay", "Günəş", "Ulduz", "Miratı Cedid" kimi müxtəlif adlarla kiçik risalələr nəşr etməyə başladı. Nə var ki, Rus senzurası, bu risalələrin nəşrini, adnan başqa olsa da qəzet mahiyyəti daşıdıqları səbəbiylə çox keçmədən qadağan edəcək.

"TƏRCÜMAN"

Qaspıralı, bir qəzet çıxara bilmək üçün tam dörd il mübarizə verdi, dəfələrlə Peterburga gedərək müraciətlərdə oldu və nəhayət 1883-cü ildə, Türkcə qisimi eynilə Ruscaya da tərcümə edilmək şərtiylə "Tərcümani Əhvali Zaman"ı nəşr etmə icazəsini qopardı. Adını Şfnasinin istanbulda çıxardığı "Tercütmanı Əhval"dan alan bu qəzetin Rusca adı da "Perevotcik" olacaqdı. Venera Xanımın zinət əşyalarını və anasından qalan qiymətli paltarları sataraq əldə etdiyi pula, 300 ruble qədər abunə pulunu da əlavə edərək köhnə bir maşın və bir miqdar hurufat alan Qaspıralı, ilk nüsxəni 10 Aprel 1883də çıxardı.

Tərcüman,Rusyada çıxan ilk Türk qəzeti deyildi, amma məşhurluğu və oynadığı rol baxımından ən əhəmiyyətlisi idi. 1903-cü ilə qədər həftəlik, 1903-1912 arasında həftədə bəzən iki, bəzən üç dəfə, Sentyabr 1912dən sonra da gündəlik olaraq tam 33 il yaşadı və 1916-cı ildə bağlandı.

Kiçik boyda dörd səhifə olaraq çıxmağa başlayan Tərcüman çox keçmədən, dövrün şərtlərinə və oxucu yazıçılıq nisbətinə görə çox yüksək sayıla biləcək tirajlara çatdı. Qafqaz, Qazan, Sibirya, Türkistan, Çin, hətta İran və Misirdə satılan Tərcümanın böyük müvəffəqiyyəti, Qaspıralının yalnız Rusiya Türklərinin deyil, bütün müsəlmanların məsələləriylə yaxında maraqlanırdı. Bu eyni zamanda Dildə birlik fikirinin həyata keçməsi eyni dilin istifadə edilməsində əhəmiyyətli bir missiya yerinə yetirilməsi mənasını verirdi.

1905 böhranından sonra Qazanda, Qafqazda, Türkistanda və Krım 'da nəşr olunan 35dən çox qəzet və jurnalda, çox sayda hekayə və romanda "Gaspıralı dili" istifadə edilmişdir.

MÜSƏLMAN İTTİFAQI

Tərcüman qəzeti sayəsində keçmişdə xəyali olan Dildə birlik fikirinin yanında Üsulu Cedid məktəbini də meydana gətirən və yayan Qaspıralı İsmayıl Beyin 1905 Qiyamından sonra Rusiya Müsəlmanlarının ittifaqı məqsədiylə toplanan üç konqresdə də əhəmiyyətli rollar oynadı. Təhsil məsələsinin ağırlıqlı olaraq ələ alındığı III. Konqresdə "dil birliyi" ilə əlaqədar fikirlərini bütün Rusiya Müsəlmanlarına rəsmi olaraq qəbul etdirdi. (1906). 

"Üsulu cedid" hərəkətinin müvəffəqiyyəti və Oktyabr Manifestosundan sonra müsəlmanların qazandığı azadlıq, kənar yandan "Müsəlman İttifaqı" üçün edilən konqreslər Qaspıralının cəsarətini artırdı. Gerçəkdə, etdiyi bütün fəaliyyətlər, onun Türk birliyinin daha irəli bir mərhələsi olaraq İslam birliyini hədəflədiyini, fikri quruluşunun Türkçü olduğu qədər, İslamçı bir xüsusiyyət də daşıdığını göstərməkdədir. Necə ki 1907də, Qahirədə bir "İslam Konqresi" yığa bilmək üçün böyük səy sərf etdi. 1910da isə Hindistana getdi və Bombeydəkı "Encümeni İslamiyə"nin yığıncaqlarına qatılaraq fikirlərini izah etdi.

Hökumətin elanından sonra İstanbula gəlmiş və böyük bir həyəcanla qarşılanmışdır (1909). Türkiyə Türklüyünə böyük bir maraq duyan Qaspıralı, Krımda da Rus mətbuatına qarşı Türkiyəni müdafiə etməkdən, əleyhdəki yazılara cavab verməkdən əsla çəkinməmişdi. Birinci Dünya Müharibəsi ərəfəsində İstanbula təkrar gələrək Türkiyəni döyüşə girməməsi barəsində xəbərdar etməyə çalışan Qaspıralı, Türk dünyasının yetişdirdiyi nadir zəkalardan biriydi, böyük bir mübarizə adamı və həqiqətən inanmış bir idealist idi.

Qaspıralı İsmayıl Bəy, 11 Sentyabr 1914 Cümə günü Bahcesarayda vəfat etdi. Sabahısı gün möhtəşəm bir cənazə mərasimiylə, Mengligiray Xan türbəsi ətrafında torpağa verilən böyük idealistin ölümü, bütün Türk və İslam dünyasında çox böyük bir təəssüf oyandırdı.

====================================================================== Vikipediya, açıq ensiklopediya -


CƏLİL MƏMMƏDQULUZADƏ



Tam adı

Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə

Digər adları

Mirzə Cəlil

Doğum tarixi

22 fevral, 1869

Doğum yeri

Naxçıvan

Ölüm tarixi

4 yanvar, 1932

Ölüm yeri

Bakı






Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22 fevral 1869, Naxçıvan - 4 yanvar 1932, Bakı), yazıçı, dramaturq, jurnalist, ictimai xadim.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə