Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə34/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   30   31   32   33   34   35   36   37   ...   131

130
BİRİNCİ  KİTAB
Burarıi  -   Azərbaycanca  “qabaq”.  Bu  bitkiyə  tat  dilinin  Qo- 
naqkənd  ləhcəsində,  bəzən,  (Afurçə,  Cimi,  Xaltan  kəndlərində)  fars 
dilindəki  “kədu”  sözünün  fonetik  dəyişməsi  ilə  “küdü”  deyilir.  La­
kin  bəzi  kəndlərdə  (Gümür,  Ördüc,  Puçuq,  Xaşı,  Dəhnə)  “burani” 
deyilir.  Azərbaycan  dilinin  bir  sıra  dialektlərində  (məsələn,  Təbriz­
də)  “boram”  sözü  yağla  qızardılmış  bəzi  bitkilərdən  hazırlanan  xö­
rəklər  adında,  məsələn,  ispanax  boranısı,  kədu  (küdü)  boramsı  və  s. 
işlədilir.1 Buna görə  bu  sözü  fars dilindəki  “biryan”  (qızartma)  sözü 
ilə bağlamaq olar.
M ərzguşnə  (Bəzən,  mərzəpumə)  -   azərbaycanca  çöl  nanəsi 
(farsca  “mərzənguş”).  Tat  dilində  olan  bu  söz  iki  komponentdən 
ibarət  olub,  mərz  +  guşnə  sözlərinin  birləşməsindən  əmələ  gəlmiş­
dir.  Bu  bitkiyə  fars  dilində  mərzənguş  və  ya  mərzəncuş  deyilir. 
“Borhane  Qate”  müəllifi  yazır:  “Mərzənguş  (ərəbcələşmiş:  mərzən­
cuş),  bir  növ,  reyhan  olub,  yaşıl  rəngli  və  xoş  ətirlidir..,  yarpaqları 
siçan  qulağına  oxşayır,  ona  görə  də  ona  “mərzənguş”  deyirlər. 
“Mərzə” sözünün “siçan” mənası da vardır”.2
Deməli,  “Borhane Qate” lüğətinin müəllifi bu sözün guşmuş -  
“siçan qulağı”  mənasında və  iki  sözdən  (mərzən+guş)  ibarət mürək­
kəb  bir söz  olduğunu  söyləyir.  Bizcə,  bu  fikir,  tamamilə,  doğrudur. 
Müəllif davam edərək yazır:  “Onunla bəzi  xəstəlikləri  müalicə edir­
lər”3 Deməli,  müəllifin  yazdığı  kimi,  bu  bitkidən  bəzi  xəstəliklərə 
qarşı  dərman  kimi  istifadə  olunur.  Tatlar  da  bu  bitkidən  soyuqdəy­
mə, qarın ağrısı  və  s.  xəstəliklərə qarşı istifadə edirlər.
Bu  söz  fars  dilindən  ərəb  dilinə  keçərək mərzəncuş,  mərdquş, 
mərcanguş formaları  almışdır.4
Bəzi  tat  kəndlərində  (Quba  rayonunun  Afurça,  Ördüc,  Cimi, 
Gümür,  Xırt,  Güləzi)  bu  bitkiyə  “Koukəpa”  deyilir  ki,  bu  da  mü­
rəkkəb  söz  olub,  iki  sadə  sözdən  ibarətdir:  kouk  (farsca  kəbk,  azər­
baycanca  kəklik)  +  “pa”  (farsca  “pa”,  azərbaycanca  ayaq)  (deməli,
1 Bu qeyd mərhum H.Zərinzadənindir.
2 BUrhan. “Mərzəngilş” sözünə bax.
3 Yenə orada.
4 Bax: Firuzabadi. Əlqamus əl-mohit.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
131
hərfən  “kəklik  ayağı”),  Dəvəçi  rayonunun  Kilvar  kəndində  bu  bitki 
bitmir.  Ümumiyyətlə,  bu  bitkidən  təbii  ətirli  çay  kimi  istifadə 
edildiyindən,  kilvarlılar onlara daha yaxın  olduğu  üçün Gümür kən­
dinə  gəlib,  bu  otdan  toplayıb  gətirərdilər.  Ona  görə  də  kilvarlılar 
kəklik  otuna  “çaygümür”  (bu  da  “Gümür çayı”  deməkdir)  deyirlər. 
Məsələn:  bir  kilvarlının  dilindən  müəllif bu  sözləri  eşitmişdir:  Kuk 
İbrimsəmi  Səlimxan  bəmən  ya  kisə çaygümür  da  -   İbrahimsəminin 
oğlu  Səlimxan  mənə  bir  torba  Gümür  çayı  (yəni  çöl  nanəsi)  verdi. 
(Misal  altmışıncı illərdə qeydə alınmışdır).
Təhləpusi  -   Azərbaycanca  “çöl  soğanı”.  Soğana  oxşar  kökü 
və  yarpaqları  olan  bu  bitki  dağda,  meşədə bitir,  yeməli  bitkidir.  Bu 
bitki  hər  cəhətdən  soğana  oxşasa  da,  soğana  nisbətən  pis,  çürümüş 
soğan  iyi verir,  özü də soğana nisbətən  acı olur.  İki  sadə sözdən iba­
rət olan  bu  mürəkkəb sözün  birinci -  “təhl”,  “təhlə”  sözü fars  dilin­
də  olan  təlx,  təlxe  sözlərinin  fonetik  variantıdır.  Tat  dilində  farsca 
təlx  (acı)  sözü  əvəzinə  “təhl”  işlənir.  Bu  sözün  ikinci  hissəsi  isə  ya 
çürüməklə  əlaqədar  olaraq  “pusirən”  (çürümək)  məsdəriııin  kökü 
(farsca  pusidən),  yaxud  da  “dəri”,  “qabıq”,  “üz”  mənasını  verən 
“püst’’  sözündən əmələ gəlmişdir ki,  bunun da “t” səsi düşmüşdür.
Həqiqətən  də,  bu  bitkinin  soğana  oxşar  köklərinin  ən  acı  his­
səsi  qabığıdır.  Deməli,  mənaca  “təhləpüst”  -  acı  qabıqlı  deməkdir; 
yaxud da “təhlə + pi yaz” (acı  soğan)  sözləri  ilə bağlıdır.
Ç iraqgürg  -   meşəlikdə  bitən,  tünd  qırmızı  rəngli  pis qoxulu 
güldür.  Bu da iki  sadə sözdən  ibarət mürəkkəb  isimdir:  çiraq -  şam, 
gürg -  canavar.  Gecələr yaşıl  işıq  verən  bu gülü canavar gözünə ox­
şadaraq  belə  adlandırmışlar.  Tat  dilinin  D.  ləhcəsində  buna  “qud- 
qami”  deyilir ki,  bu  da  Azərbaycan  dilindən  gələn  “qurd qarnı”  de­
məkdir.
Yuxanda qeyd  etdiyimiz  kimi,  tat  dilində  izafət  tərkibinin  ol­
maması faktı  özünü bu sözdə də göstərməkdədir.
Ziihunbəbə’y -  Azərbaycanca tuışənk.  Bu  bitkinin  yarpaqları 
quzu  dilinə  oxşayır,  “zühunbəbə”  tat  dilində  “quzu  dili”  deməkdir. 
“Zuhun”  (fars  ədəbi  dilində  “Zəban”,  Tehran  dialektində  “zəbun”)1
1 N.Z.Hatəmi. Fars danışıq dili.  Bakı,  1965,  səh. 5.


132
BİRİNCİ KİTAB
bu sözün ikinci  hissəsi isə bəbə’  -  tat dilində “quzu” deməkdir.
Azərbaycan  dilində  məlum  yemək  adı  kimi  işlənən  “düşbərə” 
(düş-bərə,  əslində  guş-bərə  hərfən:  quzu + qulağı)  yuxandakı  sözün 
etimoloji  təhlili  üçün  maraqlı  bir  misaldır.  Azərbaycan  dilində  bu 
xörək “quzuqulağı”  kimi  də adlanır.  Bu sözü tat dilindəki  “guşvərə” 
-   sırğa  sözü  ilə  də  bağlamaq  olar  (düşbərə  dənələri,  həqiqətən  də, 
sırğaya oxşayır).
X ərxarə  -  Azərbaycanca  yabanı  lobya.  Bu bitkini,  əsasən, eş­
şək  yeyir.  Acı,  tikanlı  olan  bu  lobyanı  başqa  heyvanlar az  yeyirlər. 
Ona görə də bu  sözün birinci  hissəsi  olan  “xər” -  eşşək sözü,  ikinci 
hissəsi  isə  “xardən”  (yemək)  ilə  bağlıdır.  Deməli,  bu  sözün 
etimoloji mənası “eşşəkyeyəndir”.
G oukuşək  -   Bu  bitiyə  fars  dilində  vaxtı  ilə  əslində  Suriya 
sözü  olan  “əhləbdiya”  deyilirmiş.  “Borhane  Qate”  müəllifi  yazır: 
Əhləbdiya  -   südlü  bitkidir.  Şirazlılar  ona  gavnəkünək  deyirlər. 
Deyilənlərə görə, öküz ondan azca yeyərsə, ölər.1
Tatlara  görə  də,  çox  acı  olan  bu  bitkini  guya  öküz  yeyərkən 
zəhərlənir.  Tat  dilində  də  bu  bitki  zəhərli  xüsusiyyətlərinə  görə, 
“goukuşək”  adlanmışdır (“Gou”  (farsca “gav” -  öküz) + “küş”  tatca 
“küştən”  (öldürmək)  məsdərinin  kökü  +ək  şəkilçi).  Qonaqkənd 
ləhcəsində  bu  sözün  qədim  formasının  sonunda  olan  “ək”  şəkilçisi 
eynilə saxlanmışdır.
X ərəçərə -  Azərbaycanca oleandır.2  Bu sözün birinci  kompo­
nenti tatca da “xər” -  eşşək sözündəndir. Onun ikinci komponenti haq­
qında  iki  fikir  yürütmək  olar:  “çaristən”  -   otlamaq  məsdərinin  kökü 
olan “çarə”-  dir. Tatların fikrincə, bu bitkini eşşək yeyərkən guya ölür. 
Çox zəhərli olan həmin bitkiyə farsca  (“xərzəhrə”) -  hərfən “eşşək zə­
həri”  adlanır.  Deməli,  bu  ikinci  tikir daha doğru  olduğuna  görə,  tatca 
“xərçərə”  sözünün  tərkibindəki  “çərə”  komponentini  zəhrə  sözünün
1 Bürhan. Əhləbdiya sözünə bax.
2 Botanika terminləri  lüğəti.  Azərb.  SSR EA nəşriyyatı, Bakı,  1956, səh.  123.  (Bu 
bitkiyə  yarpaqları  söyüd  yarpağına  oxşadığına  görə,  Azərbaycan  dilinin 
dialektlərində  (məs,  Təbrizdə)  “söyüdgülü”  deyilir.  Oleandr  isə  əslində  latın 
dilindən alınmış fransız sözüdür).
AZƏRBAYCAN  TATLARININ  DİLİ
133
dəyişilmiş forması kimi izah etmək olar.
Bəlalə -  Azərbaycan ədəbi  dilində baldırqan. Təbriz dialektin- 
də  buna  batbat,  fars  dilində  badbad,  tatca  (Afurçada)  “bəlalə”  və 
“badbad”  deyirlər.  Bu  sözün  fars  dilində  olan  “bəd”  -  pis  və  (lalə) 
sözlərindən  əmələ  gəldiyini  güman  etmək  olar.  Bu  bitkinin  suyu 
bədənə toxunduğu yerdə qabar əmələ gətirir. Forma və rənginə görə 
isə  laləyə  oxşayır.  Buna  görə  də  ehtimal  ki,  “bədlalə”  (hərfən  “pis 
lalə”) adlandırılır.
Tərçiq -  Azərbaycanca danaqıran. İlk bahar gülü olan bu bitki 
qar  altından  çıxır.  Maraqlı  etimoloji  quruluşa  malik  olan  bu  sözün 
birinci  hissəsi  farsca  “tər”,  tatca  isə  “tər”  (təravətli),  “təzə” 
sözündən,  ikinci  hissəsi  isə  ehtimal  ki,  Azərbaycanca  “çıxmaq” 
sözünün  kökü  “çıx”-dan  əmələ  gəlmişdir.  Bu  bitkiyə  bəzi  tat 
kəndlərində  “dannaqara”  deyilir  ki,  bu  da  eynilə  Azərbaycanca 
“danaqıran”  sözündəndir.
Çox  qədim  zamanlarda  fars  dilində  işlənmiş  bitki  adlarının 
bəzisi  sonralar  köhnəlmiş  və  bu  dildən  çıxmışdır,  lakin  tat  dilində 
indi də bu bitki adlan işlədilir. Tatca “əvərs” sözü buna misal ola bilər.
Dağlann  döşündə,  meşə ətəklərində  bitən  tikanlı,  həmişə  yaşıl 
bu bitki  “Fərhənge  Cahangiri”  lüğətində “əvrəs”  kimi  qeyd edilmiş, 
qarşısında isə “sərve kuhi” yazılmışdır.  Burhane Qatedə də eyni mə­
nada  (əvərs)  getmişdir.  Şüuri  lüğətində  isə  bu  söz  ures  şəklində  və 
aşağıdakı  mənada  verilmişdir:  Bu  ağaca derexte  araç,  bəzi  lüğətlər­
də  isə  derexte  çinar  deyilir.  Dağlarda  bitən  sərv  ağaclannın  bir  nö­
vüdür.  Xorasanda  buna  ure,  Çalusda  və  Kəçsəıdə  həvərs,  Hudədə 
əvərs, Məncildə ərs deyilir. Hərzəvildə isə bu bitki Ərdüc adlanır.1
1  Azərbaycan  dilində  bu  “ərduc”  sözü  fonetik  dəyişikliyə  uğrayaraq  “ardıc” 
şəklində  işlədilir.  Yuxanda  qeyd  etdiyimiz  kimi,  bu  bitki  meşələrin  içərisində 
deyil,  adətən,  meşələrin  dağ  ətəklərində  bitir.  “Borhane  Qate”  müəllifi  onun  bu 
xüsusiyyətini  belə  qeyd  etmişdir.  Bu  ağac,  əsasən,  meşə  ətəklərində  bitir.  (Bax: 
Bürhan. Səh. 37)
Quba  rayonunda  dağlann  döşündə  yerləşən,  üst  tərəfi  isə  böyük  meşə  olan 
“ərdüc” adlı  tat  kəndinin meşəyə yaxın olan  tərəfi bu həmişəyaşıl  ardıc  kollan  ilə 
doludur. Yəqin ki,  kənd öz adım həmin bitkinin adından  almışdır.  Kəndin adı  indi


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə