Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə32/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   28   29   30   31   32   33   34   35   ...   131

122
BİRİNCİ KİTAB
toxuyan  (şal  ismi  ilə  “toxumaq”  məsdərinin  kökü  olan  baf  -  
toxuyan  feli  sifətdən),  karsaz  -   işçi  (kar  -   iş  ismi,  “saz”  isə 
“saxtən”-   etmək  məsdərinin  kökü),  dəskir  -   köməkçi  -   dəs  -   əl 
ismi, küftən -  tutmaq məsdərinin kökü “kir”  və s.
II.  Bir  tərəfi  isim,  o  biri  tərəfi  zərf  olan  mürəkkəb  sözlər:  -  
kunsova -   geri,  arxa  (kun -  dal,  psova -   geriyə  hərəkət:  bu  söz  yer 
bildirir və necə? hara?  sualına cavab  verir),  yaxud  ikinci  tərəfi isim, 
birinci  tərəfi  zərf olan  mürəkkəb  sözlər:  püştsər -  boyun  (püşt  sözü 
“arxa” deməkdir,  sər-baş isimdir),  yaxud zirçümi -  gözaltı  (zir -  alt, 
aşağı -  zərf, çüm isə göz -  isimdir).
III.  Birinci  tərəfi  zərf,  ikinci  tərəfi  feldən  əmələ  gələn 
mürəkkəb  sözlər:  Məs.:  dirbi1 -   binokl  -   (dir,  dur  -   “uzaq”  zərfi 
olub  fonetik  dəyişikliyə  uğramışdır,  “bi”  isə  “dirən”  -   “görmək” 
sözündən olub, “görən” feli sifətdir).
IV.  Birinci  tərəfi  sifət,  ikinci  tərəfi  isimdən  əmələ  gələn 
mürəkkəb  sözlər:  sibuz  -  ucu  (başı)  qara,  si,  siyə  -   qara  sifəti,  buz 
isə baş ismi. Bu söz,  əsasən, cücü  və  heyvanlara aid edilir. Məs.:  si- 
buzə kür -  qara başlı qurd,  soxulcana oxşar cücü, torpaqda olur,  ya­
xud sibuzə  sək -  qara başlı, heybətli  it və  s.  Sürxəxak2 -  sürx -  qır­
mızı  sifətli,  xak -  torpaq ismi,  tənkə  dül  -  dar ürəkli,  nəfəsi  tutulan 
(təng) -  dar sifəti  dul -  ürək ismi,  subranş -   ağsaqqal  (subi -  ağ si­
fəti,  ıış  -   saqqal  ismi),  sürxənohur  -   sürxənaur3 (sürx  -   san  sifəti, 
nohur  -   göl  ismi),  subrə  dahar -   subrədahar4 (subi  -   ağ  sifətindən, 
dahar -  qaya,  dağ ismindən) və s.
V.  Birinci  tərəfi  say,  ikinci  tərəfi  isimdən  əmələ gələn  mürək­
kəb sözlər:  çarqət (çar -  dörd,  (say), qat-qat (isim)) -  dördqat,  çarpa 
(çar -  dörd (say), pa -  ayaq, isim) -  dımaqlılara, dördayaqlı heyvan­
lara aiddir.  Lavaş yaymaqdan ötrü  istifadə olunan alət adı eynilə be­
lə  yaranmışdır.  Lakin  birinci  “a”,  “ö” -  yə  çevrilmişdir,  yəni  çərpa
1 Buradakı  iki  tərkib  xüsusi  şəkil  almış,  öz formasından  uzaqlaşmışdır.  Bu,  əslin­
də fars dilində olan “durbin” -  “uzaqgörən” sözlərindəndir.
2 Quba rayonunda yer adıdır.
3 Quba rayonunda suyu və torpağı san olan  göl adıdır.
4 Quba rayonunda, Qonaqkənd tərəfdə dağ adıdır.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
123
-  çarpayı,  çaraha -  (çar -  dörd sayı, ra -  yol,  hərfən  “dörd”  yol) Ça- 
raha1, səlüngə (sə -  üç sayı, lüng -  ayaq ismi) -  üçayaqlı.
3.  Ön şəkilçiləri və son şəkilçiləri ilə əmələ gələn sözlər. Hər 
bir dildə olduğu  kimi  tat dilində də  şəkilçilər vasitəsilə çoxlu  sözlər 
yaranır. Tat dilində sözdüzəldici  şəkilçiləri tərkiblərinə görə, əsasən, 
iki qrupa bölmək olar:
a)  Bir çox  İran  dilləri,  o cümlədən  tat dili  üçün müştərək  olan 
İran mənşəli  tat dili şəkilçiləri.
b) Azərbaycan dilindən alınmış şəkilçilər
Söz  yaradıcılığında  iştirak  edən  (istər  aktiv,  istər passiv)  pre- 
fıks  və suffıkslər başqa dillərdə müştərək olsa belə onlar artıq tat di­
linin leksik tərkibində vətəndaşlıq hüququ qazanmışlar.
I.  Sözdüzəldici prefikslər:
Həm, ham:  a) isimlərlə:  həmyaş -  həmyaş,  həmtay -  həmtay, 
hamra  -   yoldaş,  həmdi  -   yerli,  həmdərd  -   həmdərd,  həmzuhun  -  
həmdil və s.
b)  işarə  əvəzlikləri  ilə:  həmçini,  həmçinin  -   belə,  bu  cür  hə­
min -  bu, həmin və s.
Biy  -   sız,  siz;  biydəb  -   ədəbsiz,  bihəya  -   həyasız,  biyəqül- 
ağılsız və s.
Nə, na  -   nə,  na -  natəmiz,  namərd -  namərd,  nəhəq -  nahaq, 
nadrus  -  bədzat, pis adam və s.
Va,  və  (samitlə  başlananlarda),  vər  (saitlə  başlananlarda)  fel­
lərin  əvvəlində  gəlir:  Vəmaran  -   çıxmaq  (amarən  -  gəlmək  sözün­
dən),  vərardən  -   qaytarmaq,  qusmaq  (avardən  -   gətirmək  sözün­
dən),  vənarən -  asmaq  (narən -  qoymaq  sözü),  vədərən -  itələmək- 
(dərən -  vermək sözü),  vəmundən -  yorulmaq (mundən -  qalmaq sö­
zü),  vəcəyistən -  oynamaq  (cəyistən -  sıçramaq sözündən),  vakaştən
-  qayıtmaq (kəştən -  gəzmək sözündən), vagardən -  açmaq (gardən -  
etmək  sözündən),  varaftən  -   qurtarmaq,  xilas  olmaq  (rastən  -  
qurtarmaq), vamuxtən -  öyrətmək (vamuz -  öyrən sözündən) və s.
1 Quba rayonunda kiçik kənd adıdır.


1 2 4
BİRİNCİ  KİTAB
Da,  də  (samitlərdən  əvvəl),  dur (saitlərdən  əvvəl):  Dənarən -  
qoymaq (narən -  qoymaq sözündən),  dəbərdən -  dəbərtmək (bərdən 
-   aparmaq  sözündən),  dakardən -   daxil  etmək  (kardən  -  etmək  sö­
zündən),  daraftən  -   daxil  olmaq  (rəftən  -   getmək  sözündən),  dürə- 
maran -  çıxmaq (amarən -  gəlmək sözündən),  dürardən -  çıxartmaq 
(avardən -  gətirmək sözündən).
Fu,  fi  (samitlə  başlanan  fellərə  qoşulur):  Fukardən  -   tökmək 
(kardən -   etmək  sözündən),  fıçarundən  -   dağıtmaq,  fibərdən  -   ud­
maq (bərdən -  aparmaq  sözündən),  fırsərən -  göndərmək  (rasirən -  
çatmaq sözündən),  “fır”  isə saitlə başlanan felərin əvvəlinə gəlir,  sa­
it düşür, fırmarən -  düşmək (amarən -  gəlmək sözündən).
Bunlardan  başqa  əzini  -   belə,  əzuni  -   elə,  avaz  -   yenə  və  s. 
sözlərdə  olan  əz,  ə,  a  şəkilçilərini  də  sözdüzəldici  şəkilçilər sırasına 
daxil etmək olar.  Lakin qeyd etməliyik  ki,  bu  şəkililçilər olduqca az 
işlənən, məhsuldar olmayan şəkilçilərdəndir. II.
II. Sözdüzəldici suffikslər:
Prefıkslərə  nisbətən  tat dilində  söz  yaradıcılığında  daha çox  və 
aktiv  iştirak  edən  şəkilçilər  suffıkslərdir.  Bu  suffikslər  içərisində  fars 
dili  və  Azərbaycan  dili  ilə  müştərək  olan,  xüsusilə,  sırf  Azərbaycan 
dilindən tat dilinə keçən sözdüzəldici şəkilçilər böyük rol oynayır.
Tat dili  leksikasındakı söz  yaradıcılığında iştirak edən  suffiks­
lər aşağıdakılardır:
-ə  -   müxtəlif  nitq  hissələrindən  bu  və  ya  başqa  nitq  hissəsi 
əmələ  gətirir.  Kardə  -   pıçaq;  mürdə  -   ölü;  dəstə  -   dəstə;  bərdə  -  
apanlan, qaçırılan və  s.
-in  -   əsasən  zərf və  sifət  əmələ  gətirir:  zəvərin  -   yuxarıdakı, 
üstdəki; zirin -  altdakı, aşağıdakı; zəhərin -  zəhərli; ohunin -  dəmir- 
li; pəlalin -  paslı;  sənqin -  daşlı;  amadin -  palçıqlı; nümükin -  duz­
lu; ruqanin  -  yağlı;  ıışin -   1.  saqqallı,  2.  işıqlı;  ərəqin  -   l.araqlı,  2. 
tərli; səbəhin -  sabah;  ardin -  unlu; şankumin -  axşam və s.
-i  -   sifət  və  düzəltmə  isim  əmələ  gətirir:  xuni  -   qanlı;  tihi  -  
boş;  bulundi  -  yüksəklik; bədbəxti -  bədbəxtlik;  saqi -  sağlıq;  mər-
AZƏRBAYCAN  TATLARININ  DİLİ
1 2 5
di  -   kişilik;  zəni  -  arvadlıq,  qadınlıq;  zərdi  -  sarılıq;  tariki  -  qaran­
lıq;  dusti -  dostluq;  duzdi  -  oğurluq;  rasti -  doğruluq;  səxti  -  bərk­
lik;  axmaqi -  axmaqlıq və s.
Həmin “i”  şəkiliçisi  (farsca yaye  ləyaqət) məsdərin  sonuna ar­
tırılaraq  feli  bağlama  əmələ  gətirir:  dərəni  -   verilməli  (verməli, 
borclu);  zərəni  -   vurulmalı,  döyülməli;  vəşmərdəni  -   söyülməli; 
amarəni  -   gəlməli;  danistəni  -   bilməli;  astarani  -   alınmalı  (borc), 
mündəni -  qalmalı; guftirəni -  deyilməli və s.
-nə -  isimlərə qoşulur, düzəltmə isim əmələ gətirir və cins bil­
dirir:  nərinə -  kişi cinsi  (nər -  kişi,  hərfən  “erkək”);  marinə -  qadm 
cinsi (marə -  qadın, hərfən “dişi”) və s.
-iş  (üş) -  isimdən  və başqa nitq hissələrindən  isim əmələ gəti­
rir: dürüş -  biz; gərmiş -  istilik, hərarət;  sügüş -  söyüş  və s.
-ək -  feldən isim  əmələ gətirir. Xurək -  yemək, xörək (xardan
-  yemək məsdərindən);  düşək (Azərbaycan dilindəki  “döşəmək”  fe- 
lindəndir) -  döşək; həmçinin ələk, bələk qəbilindən olan sözlər.
-gar -  feldən peşə,  sənət bildirən sözlər əmələ gətirir:  saxtəgar
-   edən;  dirəgar  -   görən,  avardəgar  -   gətirən,  bərdəgar  -   aparan, 
mundəgar  -   qalan,  doyistəgar  -   qaçan  (həm  də  qaçqın),  birəgar  -  
olan, zistəgar -  yaşayan,  vaçaristəgar -  yıxılan,  bürcündəgar -  bişi­
rən, zərəgar -  vuran  və s.
-çə  -  isimlərdə  kiçiklik mənasını  əmələ gətirir:  nalçə -  balaca 
döşək,  döşəkçə  (nalin,  -   döşək  sözündəndir);  xalçə  -   xalça  (xali  -  
xalı sözündəndir); bağçə -  kiçik bağ (bağça); qazançə -  kiçik qazan, 
qazança; dəryaçə -  göl  və s.
-tə  -   sifətin  üstünlük  dərəcəsini  bildirən  sözlər  əmələ  gətirir: 
xubtə -  daha yaxşı,  purtə -  daha dolu,  dirtə -  daha gec,  zutə -  daha 
tez,  şangumtə -  axşama  yaxın,  niməşöytə -  gecə yan,  bə'dətə -  bir 
az sonra və s.
-Ie  -   nəvaziş  (qismən  də  kiçiklik)  bildirən  sözlər  yaradır: 
mərdle -  qadm öz  əri  haqqında danışanda deyər:  mərdlemən  azalü- 
yü -  kişiciyəzim xəstədir,  birarle -  qardaşcığaz,  xuvarle -  bacıcığaz, 
dəsle -  əlciyəz,  zənle -  arvadcığaz,  səkle -  itciyəz,  zuhunle -  dilçi-


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə