230
BİRİNCİ KİTAB
NƏTİCƏ
Vahid Azərbaycan xalqı öz milli-etnik tərkibi ilə çox şaxəli və
müxtəlifdir. Bunlardan biri də tatlardır. Azərbaycan xalqının etno-
genezində öz yerinə malik olub bu diyarın aborigen etnoslar qru
puna daxil olan tatlar Azərbaycanın bır sıra rayon və kəndlərində
məskunlaşıblar. Onlar kompakt yaşadıqları yerlərdə, əsasən, ikidilli
dirlər. Dil insanları birləşdirən ünsiyyət vasitəsi kimi təkcə öz doğ
ma etnik mühiti ilə kifayətlənmir, bu dilin daşıyıcıları olan etnosun
ictimai-siyasi vəziyyəti, xüsusilə, burada iqtisadi-mədəni tələbləri
mövcud qəbilə, tayfa və xalq dilinin öz əhatə dairəsini genişləndir
məyi tələb edir. Belə olduqda etnik dil daha öz məhdud rolunu oy
naya bilmir. Bir dildə danışan kiçik insan cəmiyyəti, yaxud indi qə
bul olunduğu kimi azsaylı xalqın nümayəndələri fəaliyyət dairələri
ni genişləndirmək üçün daha böyük başqa xalqın dilini bilmək ehti
yacını duyurlar. Çünki bu dil daha əhatəli, daha geniş yayımlıdır və
daha çox insanları birləşdirir. Bu zaman ikidilliyə ehtiyac yaranır:
məişət - ailə dili kimi etnos öz dilini saxlayıb qoruyur; ticarət, mə
dəni, iqtisadi və siyasi əlaqələr üçün nisbətən böyük xalqın dili olan
ikinci dili öyrənmək və onu işlətməyə ciddi ehtiyac duyur ki, bura
dan da ikidillilik yaranır. Tatlar üçün birinci ailə və məişət dili funk
siyasını tat dili, ictimai-siyasi və mədəni-iqtisadi qovuşma və əlaqə
lər dili kimi ikinci dil rolunu isə Azərbaycan dili ifa edir. Azərbay
can dilini özlərinin ikinci ana dili (bəzən də əsas dili) hesab edən və
Azərbaycan dilində danışan tatlar sosial-ictimai münasibətlərinə gö
rə fərqlənirlər və tatların hamısı eyni dərəcədə Azərbaycan dilinə yi
yələnməmişlər. Azərbaycan dili, hətta bu gün belə bir sıra tat kənd
lərinə - Azərbaycan dilli mühitdən uzaq olan bir sıra yerlərin
əhalisinin məişətinə daxil ola bilməmişdir, təkcə idarə - dəftərxana
dilidir və xalqlararası ümumi ünsiyyət dili funksiyasını daşıyır. Bəzi
kəndlərdə isə bu yaxınlara qədər xalqın aparıcı nümayəndələri,
şəhərlə əlaqəsi olan şəxslər və demək olar ki, əsasən, kişilər
Azərbaycan dilinə bələd idilər. Tat məktəblərində təkcə Azərbaycan
AZƏRBAYCAN TATLARININ DİLİ
231
dilində dərslərin keçirilməsi də kargüzarlıq dili olan Azərbaycan
dilinin yerini daha da möhkəmlədir və Azərbaycan dilinin tat dilinə
hərtərəfli təsirini sürətləndirir.
Azərbaycan dilinin tat dilinə təsiri hərtərəfli və əhatəlidir. Bu
təsir özünün tat dilinin bütün qrammatika və leksikasmda geniş də
rəcədə göstərir. Fonetik, morfoloji, sintaktik və leksik təsirin bəzi
məsələlərini hətta ötəri nəzərdən keçirməklə bu haqda müəyyən tə
səvvür əldə etmək olar.
Tat dili fonetikasında geniş işlənən və İran dillərində təsadüf
olunmayan ü, ö kimi saitlər ancaq Azərbaycan dilinin fonetik təsiri
dir. Məsələn: dürə (tüstü), tölü (tikan), nüşvə (eniş), sürvə (öskürək),
zəlü (zəli) və s. Tat sözlərində olduğu kimi, tat dilinə keçmiş bu vo
kal səslərin birləşməsindən bu dildə öü kimi yeni bir diftonq yaranır
və “xalis” tat sözlərində tat dili diftonqu kimi çıxış etsə də (öüşə -
meşə, öüsinə - nağıl, töü - titrəmə və s. kimi sözlərdə) fonetik tər-
kibcə Azərbaycancadır. “ı” fonemi də tat dilinə Azərbaycan dilin
dən keçmişdir. Bu vokalizmə İran dillərində təsadüf olunmur. Tat
dilinin n ş (saqqal), xıran (satın almaq), çıra (çığırtı), Azərbaycan di
lindən tat dilinə keçmiş cırcırama, cırtdan və s. kimi sözlərindən də
göründüyü kimi, bu səs tat dilinin “i” fonemini əvəz etmiş (birinci
üç sözdə olduğu kimi), ya da sonuncu iki sözdən göründüyü kimi,
Azərbaycan dilindən həmin sözlərlə birlikdə eynilə tat dili fonetika-
sma “köç” etmişdir. Tat dilinin ənənəvi boğaz - emfatik samitləri
olan və şərti olaraq h, ayn, ğayn kimi verdiyimiz fonemlər tədricən
öz yerini Azərbaycan dilinin sərbəst h, ə və q səslərinə verir. (Həsən,
müəllim, məğlub sözlərində olduğum kimi).
Tat dili morfologiyasının bir çox məsələləri Azərbaycan dili
nin morfoloji təsirindən başqa bir şey deyildir. Məsələn: başqə --
başqa, üzgə - özgə, pis, yaxşi - yaxşı, balacə - balaca kimi sifət bil
dirən sözlər, tat dilində özünə məxsus morfoloji əlaməti olmayan
Azərbaycan dili sıra saylan (birinci, ikinci, üçüncü və s.), Azərbay
can dilinin kəsr saylan (ikidə bir, üçdə biı və s.), Azərbaycan dilinin
zaman zərfləri, ora, bura kimi yer zərfləri, unsuz - onsuz, unsuz də
- onsuz da, əksinə, doğrusu, ümründə - ömründə, hiç vəxt - heç
232
BİRİNCİ KİTAB
vaxt kimi tərzi hərəkət zərfləri, təsdiq və inkar zərfləri ancaq Azər
baycan dilinin tat dilinə morfoloji təsirinin nəticəsi kimi izah oluna
bilər. Tat dilində geniş işlənən “əlləş güftən” - əlləşmək, güləşmək,
əxtərmiş saxtən - axtarmaq, süpürləmiş saxtən - süpürləmək, qamar
zərən - qamarlamaq, tumar dərən - tumarlamaq, ahş-veriş saxtən -
alış-veriş etmək, qazanc saxtən - qazanmaq, utanmiş birən - utan
maq, yolçuluq saxtən - dilənçilik, yolçuluq etmək və s. kimi on
larca mürəkkəb felin əsas söz kökü - feli Azərbaycan dilindən keç
mədir və təkcə köməkçi feli tat dilinə məxsusdur. Belə misalların
sayını artırmaq olar. Bunlar əsər boyu kifayət qədər verilmişdir.
Tat dilinin möhkəm qrammatik qanunlarından olan təyinlə tə
yin olunanın yerlərinin İran dillərində, o cümlədən fars, tacik, əfqan
və s. dillərdən fərqli olaraq dəyişməsi, yəni təyinin əvvəl, təyin olu
nanın sonra gəlməsi Azərbaycan dilinin sintaksis təsirindən başqa
bir şey deyildir. Bunu, məs., tat dilində “künə di” - qədim kənd
(fars dilində “deh-e qədim”), “kələ xunə” - böyük ev (fars dilində
“xane-ye bozorg”), “güdəyə g a f ’ - qısa söz (fars dilində “hərf-e
kutah”), yəzuqə ədəmi - yazıq adam (fars dilində “adam-e biçare”)
və s. kimi tərkiblərdən də görmək olar.
Tat dilində işlənən tabesiz mürəkkəb cümlələrdə Azərbaycan
dili sintaksisinin təsiri güclüdür. Burada, hətta Azərbaycan dilinə
məxsus bağlayıcılar tat dili bağlayıcıları ilə paralel işlənirlər. Məsə
lən: tat dilində “həm tü biya, həmiş birartü” (“həm sən gəl, həm də
qardaşın” cümləsində tat dili bağlayıcıları işləndiyi kimi Azərbay
can dili bağlayıcıları da eyni ilə işlənə bilir və məna dəyişmir. Belə
halda tat dilində yuxanda verdiyimiz cümlə bu cür səslənir: “həm tü
biya, həm də birartü”. “Yalnız” (yalnız), istər, ancaq, təkcə, yoxsa,
bəşqə (başqa) kimi Azərbaycan dili bağlayıcılan tat dilinin həmin
funksiyalannda olan bağlayıcılanm: klassik “xah”, “tanə”, “qeyri”
və sairi sıxışdmb, demək olar ki, aradan çıxarmışdır. İndi tat dilində
yalnız bu Azərbaycan dili şəkilçiləri mürəkkəb cümlə quruluşunda
sintaktik məna daşıyıcılandırlar. Məs., tat dilində bu Azərbaycan di
li bağlayıcıları aşağıdakı şəkildə işlənir və bütün tatlar tərəfindən ra
hat başa düşülürlər: ü istər xub başü, istərsə pis, mənə biraımənü - o
AZƏRBAYCAN TATLARININ DİLİ
233
istər yaxşı olsun, istərsə pis, mənim qardaşımdır; mən ürə qəy çüm
daştüm, ancaq ü nə ama - mən onu çox gözlədim, ancaq o, gəlmədi),
gaf hə in gafü, başqə gaf nist - söz elə budur, başqa söz yoxdur və s.
Tat dili leksikasında saysız-hesabsız Azərbaycan sözləri var
dır. Bunları tatlar öz doğma sözləri kimi işlədirlər və onların öz ana
dili sözləri olduğuna heç şübhə də etmirlər. Bunlara aşağıdakı sözlər
nümunə oluna bilər: dirsək, ucuz, seçmə, üzük, güzəl (gözəl), sırtıq,
qucə (qoca), qəri (qan), kük (kök - heyvan, insan), qəyqənaq (qay-
qanaq), pusqu, ovçi (ovçu), siniqçi (smıqçı), ağciyər (qorxaq məna
sında), basma, qazanc, ahş-veriş, alver, tapmaca, yaramaz, quş, qa
rağac, gümüş, içki, keşikçi, tibb bacısı, doğum evi, yalan, keçi, gəlin,
toyxana və s. və i.a. Azərbaycan dilinin bəzi sözdüzəldici şəkilçiləri
ilə dubl olunaraq paralel işlənir. Məs.: dəmirçi, suçu, odunçu, fut
bolçu kimi Azərbaycan dili kök və şəkilçiləri ilə bərabər həmin sözə
tat dili şəkilçisi də qovuşaraq ikili şəkilçi (mənası dəyişməyən) zən
cirini yaradır: Dəgirmançigəri, keşikçigəri və s. Tat dilinin söz yara
dıcılığında Azərbaycan dili şəkilçilərinin misilsiz rolu vardır. Belə
məhsuldar şəkilçilərə inkar şəkilçilərindən “süz” (ədəbsüz - ədəbsiz,
həyasüz - həyasız, xəbərsüz - xəbərsiz), məkan bildirən şəkilçilər
dən lıq, luq (fmduqluq - fmdıqlıq, kuləluq - kolluq), mənsubiyyət
bildirən lı, li (əyəllü - uşaqlı, rəhmlü - rəhmli), sənət bildirən “çi”,
“çü” (qələyçi - qalayçı, dürvənçi - əkinçi, ərəbəçi - arabaçı) və s.
şəkilçiləri nümunə gətirmək olar ki, bunlar da tat dilinə ancaq Azər
baycan dilindən keçmişlər.
Tat dilinə Azərbaycan dilinin fonetik, morfoloji, sintaktik və
leksik təsiri getdikcə daha da güclənir və tat dili öz yerini tədricən
Azərbaycan dilinə verir. Bu da təbiidir, çünki xalqlarımızın ümumi
iqtisadi-mədəni, ictimai-siyasi yaxınlıq dairəsi genişləndikcə Azər
baycan dilinin tat dilinə təsiri getdikcə daha intensiv şəkil alır. Bəzi
kəndlərdə məs., 60-70-ci illərdə əgər əhali, əsasən, tat dilində danı
şırdısa bu vəziyyət 90-cı illərdə Azərbaycan dilinin xeyrinə həll
olunmuşdur. Hətta uzaq tat kəndlərində də son 20-30 ildə müşahidə
edilmiş tədrici təbii assimilyasiya prosesi hal-hazırda Azərbaycan
dilinin xeyrinə intensiv şəkil almışdır. Tat kəndlərində (xüsusilə,
Dostları ilə paylaş: |