440
İKİNCİ KİTAB
dilindən qəbul etdiyini demək olar. Çünki məhz bu söz bir sıra Qaf
qaz xalqlarının dilində “çoxa”, “çukka”, “çuxt” ,”çuxta” və s. şək
lində təsadüf edilir ki, bu da, heç şübhəsiz, bu xalqların dilinə Azər
baycan dilindən keçmişdir.
Tatların başqa xalqlardan qəbul etdiyi geyimlə onun adının da
eynilə qəbul olunması faktına ən gözəl misal “şinil” sözü ola bilər.
Bu eynilə rus dilindəki “şinel”-dir və yalnız hərbi paltar tatlar içəri
sinə daxil olandan sonra, bu söz də geyim leksikasına keçmişdir.
Hərbi qulluqda xidmət edən tat öz qulluğunu başa vurandan sonra
hərbi geyimini kəndə gətirmiş, beləliklə də şinelin özü ilə bərabər
onu ifadə edən söz də bu dilə keçmişdir.156
YEMƏK
T atların yem əyi157 əsasən sacın üstündə bişən nazik lavaşdan,
gil təndirdə bişirilən üstünə yumurta sansı sürtülmüş xaşxaşlı tən
dir çörəyindən, bozbaş, piti, xaşıl, xəngəl, plov, bəzən də kababdan
ibarətditr. Tatlar xüsusilə xəmir xörəklərini çox sevir, undan müxtə
lif adlı xörəklər bişirirlər: əriştə, ardava (südlü və südsüz), umac,
xaşıl, xəngəl. Tatlar adətən ət az yeyirlər. Kənd yerlərində ət evə
qonaq gələndə, yaxud qonşuda heyvan kəsiləndə olur. Bunlar uzun
müddət olmadıqda isə, bütün kənd və ya bir neçə qonşu birləşərək
birinin qoyun, inək və ya öküzünü kəsər, öz aralannda bölüşdürər
lər, əvəzində pul (yaxud onu əvəz edən və qonşuda olmayan başqa
bir təsərrüfat məhsulu - un, yumurta, yun və s.) verərlər.
Tatlar çox böyük ustalıqla əti (həm də nəinki təkcə əti, heyva
nın qarın-bağırsağım da) yayda qurudub qışa saxlamağı bacanrlar
ki, buna da “qaxac” deyirlər. Pendirin qurusu isə “qurut” adlanır ki,
bu da Azərbaycan sözüdür.
Tatlar əsasən təndir çörəyi və lavaşı çox sevirlər. Ağ buğda
unundan bişirilmiş kağız kimi nazik böyük və dairəvi sac çörəyi tat
ların süfrəsinin bəzəyidir. Bəzi tat kəndləri öz incə çörəyi ilə məş
hurdur. Məsələn, Quba və Dəvəçi rayonlarında “kağız kimi nazik
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
441
Gümür” 158 lavaşı, yaxud “çörəyin bu üzündən baxanda qarşıdakı
adam görünür”, “şüşə kimi şəffaf sac lavaşı” ifadələrini tez-tez eşit
mək olar. Bu ifadələr tatların ətirli çörəyi üçün ən haqlı tərifdir. Tatlar
bir sıra Azərbaycan rayonlarında, məs., azərbaycanlıların (Şamxor,
Tovuz, Səlyan, Qazax və s.) etdiyi kimi 10-15 gündən bir çörək bişi
rib qurutmağı, üstünə su çiləyərək isladıb yeməyin nə olduğunu bil
mirlər. Tat qadınları hər gün və ya ən çoxu iki-üç gündən bir çörək
bişirirlər.
Tatlar əsasən yeməyi əl ilə yeyərlər. Sulu xörəyə çörək doğ
rayar, ətini ayırıb qoyar, çox vaxt beş barmağını dərin kasaya salıb
iri tikələr götürüb yeyərlər. Tatlar yeməyi tez yeməyi xoşlayırlar.
Adətən, menülannı bir yemək təşkil edər. Lakin bu yemək kifayət
qədər olmalı, evin qadını onu kifayət qədər bişirməli, hamını doy
durmalıdır. Süfrədən biri ac qalxdıqda evin kişisi özünü çox narahat
hiss edir. Tatlar çox qonaqpərvərdilər. Qonaq üçün evdə olan ən
qiymətli şeyi əsirgəməzlər.
Tatlara onun əlində olan bu və ya başqa bir şeyi göstərərək
“bu nə yaxşıdır” deyilərsə, o, mütləq onu müsahibinə bağışlamalıdır
(hətta ən əziz qonağına öz atını da), hədiyyə qəbul olunmazsa, tatın
heysiyyətinə toxunar. Qonağa rahatlığı üçün hər cür şərait yaradılır.
Qonağa yer salınan otağın adətən bayıra müstəqil qapısı olur.
Qonağın evin ailə üzvlərindən biri yatan otaqdan keçib bayıra
çıxması son dərəcə böyük ədəbsizlik (həm də qonağa hörmətsizlik)
sayılır. Ona görə də adətən tatlar çıxış qapısına yaxın yerdə xüsusi
qonaq otağı tikdirir, onu ən qəşəng xalılarla döşəyir və hər bir tat
evində vacib olan bütün otaqboyu bir adamın əli çata biləcək hün
dürlükdə rəflərdə rəngarəng çini qablar, nimçələr düzülür, taxçalara
pərdə tuturlar. Bu otaqdan yalnız qonaq gələndə istifadə olunur.
Gələn qonağa bir qədər rahatlanandan sonra (əl-ayağını yuyandan
sonra) əvvəl çay verilir, sonra süfrəyə lavaş və təndir çörəyi, pendir,
yağ, mürəbbə, bal, qatıq, qaymaq qoyulur, bir qədər onlardan
yeyəndən sonra süfrəyə əsl şam yeməyi gəlir. Biz dəfələrlə belə
söhbətlərin şahidi olmuşuq ki, tatların bu adətini bilməyənlər ac
olduqları üçün pendir, qatıq, qaymaq və s. ilə özlərini doydurmuş,
442
İKİNCİ KİTAB
sonra gələn cücə plovu və ya quzu kababım yeyə bilməmişlər. Belə
halda ev sahibi əsla qonağa deyə bilməz ki, “sən filan şeyi yemə,
indi xörək gələcək”. Bu ev sahibinin əqidəsincə düzgün deyil: “belə
çıxır ki, mən öz qonağımın süfrəyə qoyulan yeməyi yeməkdən əl
saxlamasım istəyirəm” - deyə tatlar bunu izah edirlər.
Tatlar çox çaypərəstdirlər. Onlar çay əvəzinə çox vaxt dağ
nanəsi işlədirlər.
Bir sıra tat kəndlərində indi də əmtəə-mal alveri sistemi qal
maqdadır və pul hələ də kənddə və ya kəndlər arasında bəzən öz
lazımi rolunu oynamır. Məsələn, Nohurlar, Gümür, Pucuq,
Qarabulaq kəndlərində meyvə olmadığı (və ya az olduğu üçün) Də-
vəçinin Zeyvə, Kilvar (indi Giləvar), Çinarlar, Bilinci, Düz bilici
kəndlərinin159 adamları ora meyvə aparır, kəndlər arasında möv
sümdən asılı olaraq həmin ildə meyvənin və süd məhsullarının az və
ya çoxluğundan asılı olaraq pendir, yağ, qatıq, gön, dəri və yun ilə
dəyişirlər. Əlbəttə, hər məhsulun dəyərinə görə əmtəə mübadiləsi
norması vardır. Məs., üç girvənkə armud bir girvənkə pendirə, 10
girvənkə alça bir girvənkə yağa, səkkiz girvənkə gilas bir girvənkə
yuna və s. Bəzən heç çəki daşı da tərəziyə qoyulmur. Mal mala də
yişilir: tərəzinin bir gözünə qoyulan, məs.: yağın (qabaqcadan söv
dələşməyə görə) əvəzində həmin ağırlıqda beş dəfə armud, pendir
dəyişilirsə, üç dəfə armud, dörd dəfə məs.: alça və s. çəkilib verilir.
Qeyd etməliyik ki, başqa rayonların tat və ya tat olmayan
kəndləri arasında bu gün də belə əmtəənin bu formasına geniş surət
də rast gəlmək olur.
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
443
TATLARIN İNAMLARI, İNANCLARI
İslam dininin orta əsrlərdə bu dini qəbul edən xalqların mədə
ni həyatında müsbət rol oynadığı şübhəsizdir. Bu əlbəttə tatlara da
aiddir. Lakin tatların mədəni həyatına islam dini tamamilə daxil ola
bilməmişdi. Tatlann adət və ənənləri içərisində islam dinindən
əvvəl bu xalqın məişətində geniş yayılmış çoxlu faklara rast gəlirik
ki, bunlar da sonralar onların qəbul etdiyi islam dininin özünə təsir
etmiş, ortodoksal dinin mifologiyası və rəsmi qaydaları içərisinə yol
tapa bilmişdir. Azərbaycan ərazisində yaşayan tat, talış və kürd kimi
“irandilli xaqlann bir çox adət və ənənələri islam dövründə nəinki
yaşamış, həm də bu dövrdə inkişaf etmişdir. Məhz bu hal da İran
xalqlarının (və irandilli xaqlann) yaşadığı yerlərdə onların adət və
ənənələrinin islam mədəniyyəti ilə paralel şəkildə qalmasına şərait
və zəmin yaratmışdır. Bundan əlavə ərəblərin işğal etdiyi bir çox öl
kələrdə bir sıra müsəlman adət və ənənələri bir İran və irandilli
xalqların adətləri ilə əvəz olunmuş və ərəblərin məişətinə daxil ol
muşdur” 160.
Məlum olduğu kimi, ərəblər işğal etdiyi yerlərdə heç də bütün
yerli əhalini islam dinini bütünlüklə qəbul etdirməyə müvəffəq
olmurdu və görkəmli sovet islamşünası J.A.Belyayevin haqlı olaraq
yazdığı kimi, “əsl həqiqətdə başqa dinə mənsub əhalinin müsəlman-
laşdmlması xilafətdə uzun bir proses idi...” 161. Məğlub olmuş xal
qın hətta rəsmi qaydalarda uzun bir vaxt tələb edən islamlaşdınl-
ması şübhəsizdir ki, həmin xalqın adət və ənənələrinə, məişətinə,
toy və yaslarına - bir sözlə yüz illərlə nəsilbənəsil şüurlarda kök sal
mış məişət və ənənələrinə daha az təsir etmişdir. Çünki bu qaydalar
namaz və məscid qaydalarından fərqli olaraq kütləvi xarakter
daşımır, ərəblərin iştirak etdiyi açıq və kütləvi məclisdə deyil, fərdi
halda, yəni ailədə, əlbəttə, etiqad qaydalarına əməl edərək bağlı
qapılar arxasında icra olunurdu. Bunun üçün də məişətdəki bu adət
və ənənələr islam dininin bütün ciddi qanun və tələblərinə baxma
Dostları ilə paylaş: |