4 2 8
İKİNCİ KİTAB
larm oğlan və qızları ilə birgə həyat qurması halı tək-tük və ya tə
sadüfi hal deyildir.
Belə qarışıq nikahların nəticəsində (amillərdən biri kimi)
milli mədəniyyətlərin yaxınlaşması baş verdi və ailə-məişət norma
və adətlərinin tədricən yaxınlaşmasına səbəb oldu, münasibətlər və
ənənələr yaxınlığı əm ələ gəldi. Adətən ananın dili (ana rus, ermə
ni, azərbaycanlı və s.) ata ailəsində uşaqlarm da dili olur. Əlbəttə,
başqa etnik qrupdan tat ailəsinə düşən qadın, şübhəsiz ki, onu
əhatə edən mühitin dilini öyrənir. Bu ətraf mühitlə olan gündəlik
münasibətlər üçün son dərəcə zəruri bir tələbdir (bu hal əsasən
kənd yerlərində müşahidə olunur). Şübhəsiz ki, uşaqlar da qonşuda
kənd uşaqları ilə oynadıqda ətraf mühitin dilini - ata dilini öyrənir
lər. Çox vaxt ata öz uşaqlarını özünün ana dilində, ana isə özünün
ana dilində danışdırır. Beləliklə, bir sıra başqa etnik qruplarda mü
şahidə olunduğu kim i146, belə tat ailələrində ikidillilik əmələ gəlir.
Kənd yerlərində çox vaxt kəndin dili - ata dili qalib gəlir. Başqa
etnik qrupun nümayəndəsi olan ananın dili isə tədricən ailə üçün
arxa plana çəkilir. Şəhərlərdə isə bu əksinə müşahidə olunur. Yəni
əksərən ananın dili bir qayda olaraq ailənin, uşaqların dili olur.
Nəticədə tat ailəsinə düşmüş rus qadının ana dili tərbiyəsi ilə böyü
müş uşaqlar rus məktəbinə gedirlər. Qeyd etməliyik ki, tatların son
dərəcə azlığına görə məktəb və idarə dili olmadığı və rəsmi dövlət
dili Azərbaycan dili olduğu üçün, hətta xalis tat ailəsində böyüyən
və əsla Azərbaycan dilini bilməyən (tatlar Azərbaycan dilinə
«türki» deyirlər) uşaqlar Azərbaycan dilində dərs deyilən məktəb
lərə getməlidirlər. Bu, əlbəttə, məlum çətinliklər yaradır147. Belə
ki, bir sıra tat kəndlərində birinci və ikinci siniflərdə çox vaxt mü
əllim tat dilində müəyyən izahat verməli olur. Məlumdur ki, mək
təbdə Azərbaycan dilində təhsil alan uşaq evə gələndən sonra yal
nız tat dilində danışır (çünki çox vaxt əsasən ata-ana, yaxud onlar
dan biri Azərbaycan dilini bilmir). Bu da, şübhəsiz, olduqca hiss
olunacaq dərəcədə təhsili mənimsəməklə tat uşaqlarının qarşısında
duran çətinliklərdəndir.
Talaq vermə tatlar arasında son dərəcə az yayılmışdır. Bu
hala bütün kənd əhli xüsusi, qeyri-adi bir hadisə kimi baxır.
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 2 9
Adətən talaq son dərəcə ağır cinayət üstündə (oğurluq, ərə xəyanət
və s.) verilə bilər. Qalan hallarda isə kənd əhalisi hər iki tərəfi
danlamaq, utandırmaq yolu ilə ərlə arvadı barışdırar, onların sazişə
gəlməsinə səy göstərərlər. Ərlə arvad arasında bu və ya başqa
ixtilaf olduqda, qadın öz atası evinə gedir, bir müddət ərinin qəzəbi
soyuyana qədər orada qalır. Əgər arvadın evdən getməsinə, daha
doğrusu, küsməsinə ər səbəb olmuşsa, o, bir neçə gündən sonra qa
dınının evə qayıtması üçün xəbər göndərir, əksər hallarda isə onu
gətirməyə özü gedir. Tat qadmları ərə getdikdən sonra da öz ata
evlərində sonsuz m əhəbbətlə yaşayırlar. M əsələn, əgər həmin qa
dının ərilə qaynı (qadının qardaşı) arasında ciddi narazılıq və ya da
laşma baş vermişsə, hətta əgər onun qardaşı günahkar da olsa qadın
ərinin evindən gedib öz qardaşının yanında qalır.
Bu, qadının ərinə qarşı narazılıq əlaməti kimi qiymətləndi
rilir. Belə hallarda adətən ev qadınının bu hərəkəti barışdırıcı rol
oynayır. N əticədə narazı tərəflər barışır, qadın da öz ərinin evinə
qayıdır. Belə hallarda tatlar arasmda geniş yayılmış barışıq aşı
deyilən şam qonaqlığı təşkil olunur ki, orada bir neçə qohum-qar
daşın gözü qabağında incik tərəflər öpüşüb-qucaqlaşırlar. Bu o de
məkdir ki, bu dəqiqədən etibarən hər iki tərəf öz incikliyini
tamamilə unutdu.
Ümumiyyətlə isə, indiki dövrdə yaxın keçmişdəki yeni
sosialist ruhlu sovet ailəsinə məxsus prinsiplər tat ailələrində hələ
də hökm sürməkdədir. M əhz çox nadir hallarda baş verən talaq da
qanun, məhkəm ə yolu ilə, ədalət prinsipləri əsasında həll olunur.
430
İKİNCİ KİTAB
TATLARDA MƏNƏVİ-ƏXLAQİ DƏYƏRLƏR
Tatlar içərisində rəsmi sənədlə vəsiyyət etmə hallan yalnız
son illərin məhsuludur ki, bu da olduqca az təsadüf olunur. Tatlar
bu məsələdə yüz illərdən bəri keçib gəlmiş qarşılıqlı inam
prinsipinə riayət edirlər. Tatlar öz vəsiyyətlərini iki-üç nəfər inanıl
mış adamın yanmda edir. Nəinki təkcə bu m əsələdə, ümumiyyətlə,
bir sıra alış-veriş, borc, satmaq, dəyişmək və s. kimi həyati əməliy
yatlarda sənəd tələb olunması tatlar içərisində əsla yayılmamışdır.
H ər şey hətta bir neçə illər müddətinə borc almaq belə əsasən qar
şılıqlı inam əsasında icra olunur. Tatlar çox vaxt iltizam, etibarna
mə, vəkalət və s. sənədlərin nə olduğunu bilmirlər. Çünki buna
heç lüzum da yoxdur. Bu kəndin tatı həmin kənddə olan başqa bir
adamm adından qonşu kənddən at istəməyə, inək almağa, borc
götürməyə gedərsə mütləq arzusu yerinə yetirilmiş halda geri qayı
dacaqdır. Orada müraciət etdiyi adam ondan nə sənəd istəyəcək, nə
də özü sənəd verəcəkdir.
Tatlar olunmuş vəsiyyətə mütləq əməl etməyi özlərinə borc
bilirlər. Nəyin bahasına olursa olsun ölənin vəsiyyətini yerinə ye
tirmək üçün mərhumun övladları, qohum-qonşu həddi-əksər səyi
göstərəcəklər. Bu hal bir sıra cəhətlərdə yaxşı olsa da, bəzən ic
timai mahiyyət nöqteyi-nəzərindən arzu olunmaz nəticələr də
verir. Belə ki, bəzən ölən adam hələ kiçik olan qızını filankəsə
almağa (və ya əksinə) vəsiyyət edir, yaxud öz cavan oğluna filan
qızı almağı tapşırır. Belə hallarda onun vəsiyyəti bəzən onun
övladma arzu olunan xoşbəxtliyi gətirmir. Çünki cavanlar bir-birini
ola bilsin ki, heç sevməsinlər. Lakin buna baxmayaraq bütün
qohum-qardaş ölənin vəsiyyətinə eynilə əməl etməyi özünə borc
bilir. Oğlu isə bunu atasının son vəsiyyəti kimi qiymətləndirməli,
xatirəsini əziz saxladığı üçün bu vəsiyyətə əməl etməlidir. Bu
sətirlərin müəllifi təqribən on beş-iyirmi belə fakt (təkcə Quba ra
yonunda) bilir ki, ata və ananın vəsiyyəti ilə hələ körpə olan uşaq
lar sonralar böyüyəndə bir-birini sevmədikləri halda evlənmişlər.
Bir çox başqa xalqlar və etnik qruplara da aid olan evlənmənin bu
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
431
forması - yəni vəsiyyət şəklinin tatların adətlərində özünəməxsus
yeri vardır.
Tatlar içərisində irsilik, yəni ata malına sahib olmaq məsələsi
aşağıdakı prinsip əsasındadır. Əgər ölənin oğlu varsa, onun hər şeyi
ona (və ya oğullarına) qalır. Onlar arasında bölüşdürülür. Kiçik qar
daşlar böyük qardaşm himayəsindədirlər. Kişinin oğlu yoxdursa,
onun varisi qızıdır. Əgər ölənin heç övladı olmamışsa, onun varisi
qardaşları yoxdursa, anası, ən nəhayət bacısıdır.
Əgər ata öz var-dövlətini, əmlakını yeganə qızma vəsiyyət
etmişsə, bu mal-dövləti, əşyaları başqa kəslərə verməmək üçün
mərhumun sağ qalan ən yaxın qohumları qızı həmin ailəyə ən
yaxın olan evə getməyə sövq edirlər. Belə hallarda hətta qohumlar
onların içərisindən bir oğlanı seçməyi onun öz ixtiyarına da qoya
bilirlər. Lakin əsl mətləb bundadır ki, miras qalan şeylər başqa yerə
getməsin. Qeyd etməliyik ki, qədim ailə-məişət məsələsində mü
şahidə olunan patriarxal bir qayda tatlarda indi də müşahidə olunur.
Belə ki, qız əgər ərə getməmişsə, o, atanm varisi ola bilər.
Ərə gedən qız isə hər cür ata irsindən məhrumdur. Göstər
diyimiz kimi, hətta ərə getməmiş, lakin qardaşı (qardaşlan) olan
qız yenə də ata irsindən pay ala bilmir. Bu irs yalnız oğlanlara çatır.
Lakin öz bacılarının cehizini düzəltmək və onu ləyaqətlə ərə
vennək isə qardaşlarm borcudur.
Ata hələ sağ ikən öz oğluna toy edirsə, onların irsi paymı ay
ırır, ona (və ya onlara) imkanı daxilində bir neçə heyvan verir, ev
tikdirir, ev-eşiyinə, təsərrüfatı idarə etməsinə nəzarət edir, ehtiyac
olduqda isə imkan daxilində yenə də maddi köməklik göstərməkdə
davam edir. Bu da şübhəsiz ki, patriarxal ata nəslini saxlamaq üçün
əsas şərtdir. Ayrılmış oğlanların daha ata evindən bir şey tələb
etmək haqqı yoxdur. Atanm evində qalan hər şey onun hələ
evlənməmiş və ya hələ körpə olan kiçik oğluna çatmalıdır. Göstər
məliyik ki, bu hal bir çox xalq və tayfaların da irsi ailə qanunların
dan idi. Məlumdur ki, tatar və monqol, oğuz, qıpçaq tayfalarmda
ata evində qalan ən kiçik oğul «yurd»un sahibi olurdu. Elə buna
görə də Cuci kiçik oğul olduğu üçün Çingizin «yurd»una sahib
Dostları ilə paylaş: |