432
İKİNCİ KİTAB
oldu. Bu hal İngiltərə, Fransa, Almaniya və s. ölkələrdə də geniş
yayılmış idi.
Yaşlı tatlar içərisində bu və ya başqa bir ciddi müamilə - alış-
veriş getdikcə müqabil tərəfdən, qeyd etdiyimiz kimi, heç bir sənəd
tələb etmir. Lakin bu işi öhdəsinə alan, yaxud həmin əməli icra
edəcəyinə söz verən adam öz saqqalından bir tük dartıb qarşı tərəfə
verir. Bu vəd verməyin ən ciddi formasıdır, ona əm əl etməmək,
verdiyi vədəni yerinə yetirməmək tatların yazılmamış el-adət qanu
nu ilə əsla mümkün olan deyil. Əks halda həmin şəxsin hərəkəti
namərdliyin və xəyanətin, vədə xilaf çıxmanın ən ağır forması kimi
qiymətləndirilir, həmin şəxs tamamilə hörmət və etibardan düşə bilər.
Tatlar içərisində keçmişdə qətl böyük bir hadisə idi. Əgər
qatil özünə yaxın ailədən birini öldürərdisə, bu yalnız xüsusi bir
ailə haqq-hesabı kimi qiymətləndirilirdi və buna ciddi əhəm iyyət
verilmirdi. Belə halda həmin yaxın ailələrin ağsaqqalları araçılıq
edir, tərəfləri bir-birini bağışlamağa vadar edirdilər. Lakin əgər
kənardan bir nəfər o birisini öldürərdisə, bu qatil mütləq öldürül
məli idi. Çünki «xun-xunü» «qana-qan» tatların qanunu idi148.
Belə hallarda qohum-qardaş öldüriilənin adamlarından canını
üzr istəməyə məcbur edərdilərsə, bu işi qan bahası almaqla
unutmaq olardı. Çox vaxt isə qan bahası da miqdarmdan asılı
olmayaraq kömək etmirdi. Əgər ailənin yeganə oğlu öldürülmüşdürsə,
onun əvəzinə mütləq günahkar tərəf qatili ziyankar tərəfə verməli idi
ki, sonuncular da onu mütləq öldürürdülər149.
Qan bahasınm miqdarı müəyyən olunub öldürülənin ailəsinə
veriləndən sonra qatil, qoca, tatların dediyinə görə, keçmişdə öz
adamlarınm müşayiəti ilə bir əlində xəncər, o biri əlində Quran öl
dürülənin evinə gedərdi. Qılınc və ya xəncər o deməkdir ki, həmin
xəncərlə istəsələr onu öldürə bilərlər, o, öz qanmı halal edir. Belə
hallarda öldürülənin adamları Quran xatirinə onu bağışlayırlar.
Bəzən belə qan düşmənçiliyi həmin ailələrin qız alıb-verməsi ilə
də tamamilə aradan götürülürdü.
Qeyd etməliyik ki, hətta qan bahası nə qədər çox olurdusa,
yenə də əgər öldürən ölənə nisbətən yüksək təbəqədəndirsə, bu
əsla qəbul olunmurdu. Belə halda yalnız qan qisası alınmalı idi.
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
433
Nisbətən eyni vəziyyətdə olan, aralarmda tarixən qan düşmənçiliyi
olmayan ailələr arasında isə cinayət işi qəsdən düşünülmüş qisas
olmamışsa, o zaman qan bahası qəbul olunardı və qeyd etdiyimiz
kimi, öldürülənin evindən və ya yaxm adamlarından biri qatilin
bacısını və ya yaxm qohumlarından birinin qızını alar, barışardılar.
Əlbəttə, bu göstərdiyimiz faktlar yalnız tarixilik nöqteyi-nə
zərindən maraqlıdır. Sovet hakimiyyəti illərində isə bunlarm
hamısı qanun əli ilə həll olunur, qatil hər kim olur-olsun, ölənin
qohumlarına nə qədər qan bahası təklif edirsə etsin, yenə də
tutulub həbs olunur, öz cəzasına çatırdı. Belə hadisələr tatlarm
xatirəsində yalnız tarixi lətifələr kimi qalmışdır və arxaiklik
xarakteri dayışır.
Tatların adətinə görə hətta ən ağır günah işləmiş adam bi
rinin evinə pənah gətirərsə, bütün ailə onu mühafizə etməyi özünə
borc bilir. Əgər onlar pənah gətirəni müdafiə etməkdə aciz olduq
larını hiss edərlərsə, onlar da başqa bir nisbətən güclü ailəyə pənah
aparırdılar. Beləliklə, bəzən bir adamın müdafiəsi üçün bütün taf-
ya, qohum-əqrəba ayağa qalxardı. Pənah gətirən hər nə qədər ki,
həmin ailədədir o, hər cür cəzadan azaddır. Yalnız bu evdən çıxıb
özü getdikdən sonra qatili tələb edənlər onu cəzalandıra bilərlər.
Buna bir el adəti kimi bəzən hətta gizli şəkildə indi də riayət
olunur.
Tatlarm fikrincə, oğurluq dilənçilikdən pisdir. Tatlarm bir sı
ra kəndlərində, məsələn, bü və ya başqa bir oğurluq nümunəsini
gətirə bilmirlər. Bu sətirlərin müəllifi bir sıra tat kəndləri tanıyır ki,
orada heç bir tatm qapısı açar görmür (hətta çox vaxt qapıya cəftə
yeri qoymurlar), hara getsələr də qapıları açıq qalır və qapmı
kilidləmək qonşuya, həm də kənd əhalisinə inamsızlıq və
etimadsızlıq kimi qiymətləndirilir. Bu m əsələdə bir sıra dağ kənd
lərinin tacikləri haqqında deyildiyi kimi150, tatlarda da bu yaxınlara
qədər dediyimiz kimi, ibtidai kommunizm əlamətlərini görmək
olar. Axşam tatlardan kimin qapışma başqasının heyvanı gəlsə (qo
yun, keçi və s.) səsləyib sahibini axtarır, əgər yiyəsi tapılmasa sə
hər həmin heyvanı yenidən sürüyə buraxır ki, axşam öz yiyəsinin
tövləsinə getsin.
434
İKİNCİ KİTAB
Tatların m əişətinə fonna və məzmunca yeni rəsmi və qeyri-
rəsmi bayramlar daha çox yol tapır, ailədə yeni bayramlar (anadan
olma günü, ilk dəfə məktəbə getməyi, təhsili başa vurmağı,
Azərbaycan ordusu sıralarma əsgəri xidmətə yola salması və s.
bayram etmək) yaranır.
Tatların bir sıra burada qeyd olunmamış ailə-məişət adətləri
də yuxarıda qeyd
etdiyimiz m əsələlər nöqteyi-nəzərindən
maraqlıdır.
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
435
TATLARIN MADDİ MƏDƏNİYYƏTİ
/L
GEYİM
Tatlann mənzili hal-hazırda azərbaycanlıların yaşayış ev
lərindən, demək olar ki, fərqlənmir. Əsasən meşə materiallarından
istifadə edən dağlıq tat kəndlərinin evlərindən fərqli olaraq düzən
likdə və meşəsiz yerdə yaşayan Abşeron tatları öz evlərini palçıq-
qumdan tikiblər, evlərin damı adətən yastı və dördkünc olur.
Tatlann ev əşyalan da kökündən dəyişilmişdir. Qədim sac, məcməi,
qazan, taxta qaşıq və s. əvəzinə indi tat ən müasir servizlərdən
istifadə edir, evinə müasir mebel avadanlığı qoyur. Bu cəhətdən
tatların mənzili müasir inkişaf tələblərindən geri qalmır, başqa
azərbaycanlılann mənzili ilə eyniyyət təşkil edir131.
Tatlann geyimi məsələsi də, demək olar ki, xüsusi bir etnoq
rafik vahidin paltar forması kimi aynlıqda əsl öyrənilməmişdir152.
Halbuki, bu məsələdə də etnoqraflan maraqlandmb diqqətini
cəlb edə biləcək mətləblərin olduğu şübhəsizdir. Tat kişilərinin
paltannı əsasən çuxa, arxalıq, boyuna bağlanmış şal, üstündən enli
dəri qayış bağlanmış uzun köynək təşkil edir. Onlar keçmişdə kə
tandan kustar parça toxuyar, ondan qaba yunlu şalvar tikər, geyinər
dilər. Tat kişilərinin şalvan qəlifə tipində olub dizdən aşağı bədənə
yapışmalıdır. Həm uzun alt tuman, həm də şalvar ayağın boğazına
iki tərəfdən sallanan iplə bağlanır. Tatlar əsasən çöldə çarıq, evdə
isə nadir hallarda məst geyinərdilər. Tatlar bir qayda olaraq evə
gələndən sonra ayaqlarını soyuq su ilə yuyur, köhnə də olsa adətən
ev qadınlarının toxuduqları rəngbərəng yun corab geyinir, yaxud ev
də ayaqyalın gəzərlər. Tatlara görə, ayaqlan soyuq su ilə yumaq
(həmçinin də soyuq aftafadan istifadə etmək) adamın sağlamlığına
kömək edir. Onlara görə, ayaqlann əksinə olaraq başı isti saxlamaq
lazımdır. Hətta yayın istisində də dağ kəndlərində yaşayan yaşlı tat
kişiləri indi də başlanna qoyun dərisindən tüklü, dairəvi şəkilli
papaq qoyarlar. Yayda dağda, aranda biçin biçən tat kişilərini gör-
Dostları ilə paylaş: |