260
BİRİNCİ KİTAB
TAT DİLİ MƏTNLƏRİNİN AZƏRBAYCAN
DİLİNƏ TƏRCÜMƏSİ
i
Getdim gördüm qazinin damında
İki siçan oynayır.
Daş(ı) atdım çatmadı,
Birin də (daşın birini də) havaya atdım,
Gəlib dəydi bumuma (hərfən: bumumun üstünə).
Bumum qanadı.
Qanı verdim torpağa,
Torpaq mənə ot verdi,
Otu verdim quzuya,
Quzu mənə quyruq verdi.
Quyruğu verdim qarıya,
Qarı mənə qoğal verdi.
Qoğalı verdim mollaya,
Molla mənə kitab verdi,
Kitabı verdim Allaha,
Allah mənə ömür bağışladı.
II. Pələng və at
1. Bir ovçu öz atı ilə meşəyə getdi. 2. Meşənin qırağında
atdan düşdü, meşəyə getdi, atı da buraxdı. 3. At bir az otladı, bu
vaxt bir pələng onu gördü, ata dedi: - Mən səni yeyəcəyəm. 4. At
ona cavab verdi: - yox, əvvəl gəl gücümüzü sınayaq, məni aparsan
sonra yeyərsən. 5. Pələng deyir: - Olsun, gücümüzü sınayaq. Bəs
siftə nədən başlayaq? 6. Sən bilirsən, nədən kefin istəyir ondan, -
deyə at pələngə cavab verir. 7. Pələng deyir: - Gəl çayın üzərindən
tullanaq. 8. At tullanır çayın ortasına, suyun içərisinə düşür, üzə-üzə
AZƏRBAYCAN TATLARININ DİLİ
261
kənara çıxır. 9. Pələng yüyürüb çayın bu tayından o tayına tullanıb
keçir. 10. Atın yanma gəlib deyir: - Mən səni indi yeyəcəyəm. 11.
At deyir: - Dayan, indi mən sənə tapşırıq verim (hərfən: bir iş
tapşırım). 12. Pələng soruşur: - Nə tapşırıq (hərfən: iş). - Gəl ayaq
larımızı daşa vuraq, görək kim daşdan od çıxardacaq? 13. - Olsun,
- deyə pələng cavab verir. At iri bir daşın yanında dayanır, əlləri
üstündə qalxıb daşa bir təpik vurur. 14. Daşdan elə od çıxır ki,
təəccübdən pələngin gözləri hədəqəsindən çıxır. 15. - Hə, indi gəl
sən daşa təpik vur, - deyə at pələngə təklif edir. 16. Pələng daşa bir
təpik vurur, od çıxara bilməyib ayağını da sındırır. 17. Pələng atda
bu gücü görüb qorxudan qaçıb öz yerində gizlənir. 18. Bu vaxt bir
boz qurd gəlib pələngin yanına çıxır. 19. Görür ki, pələng ah-uf
edir, soruşur: - Niyə ah-uf edirsən? Ayağını kim sındırıb? 20. Pə
ləng deyir: - At. 21. Sonra qurddan soruşur: - Bir de görüm, sən at
görmüsən, ya yox? Sən ondan qorxursan? 22. Qurd gülüb deyir: —
Sən məni nə hesab edirsən? Mən ondan qorxuram? Mən onu yemi
şəm də. 23. Pələng deyir: - Ola bilməz, yalan deyirsən. 24. Qurd
deyir: - Sən mənə inanmırsan? Onu mənə göstər, mən onu yeyim.
25. Pələng qurda atı göstərmək üçün iki pəncəsi arasında qurdu ha
vaya qaldırır. 26. Pələngin pəncələri qurdu elə sıxır ki, (qurdun) ca
nı çıxır. Pələng isə bunu bilmir ki, canavar ölüb. 27. Pələng xəbər
alır: - Atı görürsən? 28. Qurddan cavab gəlmir, yenə də soruşur: -
Nə oldu, atı görürsən. .29. Qurddan yenə də cavab gəlmir. 30. Pə
ləng hirslənir, qurdu yerə çırpır, görür ki, canavarın canı çoxdan
çıxıb. 31. Gülüb deyir, - Dost, bəs sən deyirdin ki, mən at yemişəm.
Eləcə uzaqdan bircə dəfə görməklə canın çıxdı ki? Mənə halal olsun
ki, onunla hətta danışmışam da, ancaq hələ ölməmişəm.
III. Qarışqa ananı uşağın yadından necə çıxartdı
1. Bir kənddə bir qızcığaz olur. Bu qızın əziz-xələf anasından
başqa heç kəsi olmur. Bilmirəm, qəziyyədənmi, allahdanmı, yaxud
pirdənmi, yaxud da qızın öz bəxtindəndir, bir gün bu qızcığazın
anası bu dünyadan köçməli olur, qızını çağırıb öpüb-oxşayır, gözlə
262
BİRİNCİ KİTAB
rini həmişəlik bağlayır. Bu qızcığaz bundan sonar hər gün gedir
anasının qəbrinin üstünə, saatlarla oturub ağlayır, sel kimi göz yaşı
axıdır, axşam qaranlığı düşdükdə durub öz qaranlıq daxmalarına gə
lir. Kənd cammatı bu qızcığazı bu adətdən uzaqlaşdırmaq üçün nə
qədər onu dilə tuturlarsa başa gəlmir ki, gəlmir. Bu qız bütün bir il
qış-yay gedib anasının qəbri üstündə bütün günü oturur, ağlayıb ax
şam evə gəlir. 2. Bu xəbər gedib kəndin qocalarından birinə çatır.
Bu qoca deyir ki, qız buna artıq adət etmişdir. 3. Onu tərgizdirmək
bir qədər çətin olacaqdır. 4. Camaat bu qocadan soruşur: 5. - Axı
biz nə edək ki, bu yetimin də ürəyinə toxunmayaq, qəlbini sındırma
yaq, həm də hər gün ora getməkdən, saatlarla ağlamaqdan onu xilas
edək. 6. Qoca deyir: 7. - Aparın bu uşağın yolu ağzına bir topa qa
rışqa tökün, (o) daha anasının qəbri üstünə getməyəcək. 8. Necə ki,
qoca demişdi, elə də etdilər. 9. Qız səhər anasının qəbrinin yanına
gedəndə, görür ki, bir dəstə qarışqa yolun içində işləyir. 10. Tama
şaya oturur, görür ki, hərəsinin ağzında bir şey bir tərəfə, bəziləri
də boş başqa bir tərəfə gedirlər. 11. Ən çox ona ləzzət verən bu idi
ki, kiçik qarışqalar ağızlarında özlərindən on dəfə böyük şey aparır
lar. 12. (Bu qız) oturur-oturur bu qarışqa komasına xeyli tamaşa
edir, bir vaxt görür ki, axşam olub. 13. Durub evə gəlir. 14. Səhər
durub yenə anasının qəbrinə tərəf gedir. Bu qarışqa komasını görür,
yenə də tamaşaya oturur. 15. Bir vaxt görür ki, axşam olub, durub
evə gedir. 16. Bir neçə gün durur ki, anasının qəbrinin üstünə getsin
gəlib bu qarışqa komasının yanında bənd olur. 17. Sonralar daha
anasının qəbri yadına düşmür. Elə bu qarışqa komasının yanma gə
lir. 18. Camaat bu qoca kişinin yanma gedib deyir ki, ay qoca, o
uşaq daha anasının qəbri üstünə getmir, indi hər gün bu qarışqa ko
masının yanına gedir. 19. Qoca dedi: - Eybi yoxdur, o asandır,
gedin qarışqa komasını dağıdın, qarışqalar başqa yerə getsinlər. Qız
da daha ora getməz. 20. Elə də etdilər. Yuvalan dağılandan sonra
qarışqalar başqa yerə getdilər. 21. Qız bir gün, iki gün gedib orada
oturdu, gördü ki, qarışqalar yoxdur (hərfən: heç nə yoxdur). 22. Du
rub evə gəldi və bir daha anasının qəbri üstünə gedib ağlamadı.
AZƏRBAYCAN TATLARININ DİLİ
263
IV. BƏHLUL DA N ƏNDƏNIN ÜÇ NAĞILI
1-ci nağıl
1. Bəhlul Danəndənin özündən başqa bir böyük qardaşı var
mış. 2. Bu qardaşı çox varlı olur. 3. Bu varlı qardaş həmişə Bəhlul
Danəndəyə rişxənd edər, onu söyər ki, sən kasıbsan, sabahını gözlə
mirsən, qazandığını elə həmin gün də yeyirsən, sabah üçün heç bir
şey qoymursan. 4. Ancaq mən dövlətliyəm, özü də sabahım üçün
yığıram. 5. Bir gün Bəhlul Danəndə arvadına deyir ki, sabah qarda-
şımgilə qonaq gedəcəyik. 6. Sabah Bəhlul arvadına iki nimçə aş bi
şirtdirir. 7. Qardaşı üçün apanrlar. 8. Çatırlar qardaş evinə. 9. Bəh
lul arvadına deyir ki, aşın bir nimçəsini qoy həyətdə qalsın. 10. Ar
vad da nimçənin birini qoyur bayırda, elə bir nimçə ilə içəri girirlər.
11. Bir az otururlar. Birdən eşidirlər ki, bayırda bir didişmə var. 12.
Bu qardaş durub bayıra çıxır, görür ki, bir dəstə itin, pişiyin aya
ğının altında bir nimçə aş, onun üstündə süpürüşürlər. 13. Bəhluldan
xəbər alır ki, bu nə işdir. 14. (Bəhlul) ... Mən də birini yedim, birini
də dala qoydum. 15. Bəhlul üzünü qardaşına tutub deyir: - Ay qar
daşım, yeyilməyib dala qoyulan şey itə-pişiyə qismət olur.
,
2-ci nağıl
1. Bir gün Artaşar1 padşah vəzir-vəkillə birlikdə bir yoldan
keçirdi. 2. Görür ki, bir kişi yolun qırağında oturub üç topa torpağı
da bir cərgədə qabağına qoyub. 3. (Şah bu kişidən) xəbər alır ki, ay
kişi sən kimsən? 4. (Bu kişi şaha) deyir ki, mən Bəhlul Daııəııdə-
yəm. 5. Artaşar şah Bəhluldan xəbər alır ki, bu topa torpaq nədən
ötrüdü? 6. (Bəhlul şaha) deyir ki, bunların hər birini bir işdən ötıü
qoymuşam. 7. Bu birinci topa o deməkdir ki, arvada sirr veımə.
İkinci topa o deməkdir ki, öz qohum-əqrabanı buraxıb özgəsindən
1 Artaşar şah, bəlkə də, Ərdəşir şah deməkdir. Tatların arasında Ərdəşirlə (yaxud
Artaşarla) bağlı olan rəvayətlər çoxdur.
Dostları ilə paylaş: |