78
BİRİNCİ KİTAB
Ac dəvə düzdə qaldı,
Ovsan bizdə qaldı,
Neçə arzum, həsrətim
Dərdli Təbrizdə qaldı,1
Yaxud bir dəvənin ovsarını tuta-tuta2
Sıpkar - azərb. dilindəki felin əmr formasında “silkələ”,
“çalxala” mənasındadır. Tat dilində “sıpkar saxtən” sıpkarləmiş
saxtən şəklində köməkçi fel saxtən (etmək) qoşularaq tat dilində
mürəkkəb fel yaradır (azərb. dilində silkələmək, çalxalandırmaq).
Seyyu boşalmış qab kimiyəm, ha sıpkar,
Ha çalxala
Qəlbim boşdur, boş.3
Pənə - azərb. dilində “pul” mənasındadır.
O zaman mən
...pulsuz-pənəsiz,
Vəzifəsiz və nəsiz
yaşayardım.4
Plənbəri - tat dilində Novruzdan qabaq son çərşənbə axşamı
qalanan bayram tonqalı.
Plənbəri də qaladıq məhlədə
Üstündən atıldıq da
“Başın-dişin ağrısı...
Nə bilim kimə” - deyə.5
1 R.Rza.Dözüm. Bakı, 1965. səh. 76
2 İbrahim Kəbirli, “Cəfər yolu” şeirindən.
3 R.Rza. Göstərilən əsəri, səh. 82
4 Yenə orada, səh. 100
5 Yenə orada, səh. 119
AZƏRBAYCAN TATLARININ DİLİ
79
Hənək - Azərb. dilində ərəb dilinə məxsus olan “zarafat” mə
nasındadır. Hənək - hənək, axırı dəyənək - zarafat, axırı çomaq
(yəni dəyənək, çomaqla dalaşmağa gətirib çıxaran zarafat). Tat di
lində bu sözdən hənəki - zarafat, hənəki saxtən - zarafatlaşmaq
(hərfən: zarafat etmək) kimi ifadələr yaranmışdır.
İçlərindən birini
seçmişdilər briqadir
adını da həvəklə
Yolbəyi qoymuşdular.1
Kütmül - ağzının ovxarı getmiş kəsici alətlər (bıçaq, balta və
s.) mənasındadır. Bu sözə Azərb. dilində birinci komponentini eyni
lə saxlamaqla kütlənmiş, kütləşmiş də deyirlər.
Allah eləməsin
Belə,
qələmi kütmül,
ağzı kül,
Biliyi sütül,
oxu bülbül
miyançılar
yuxuna girər.2
t
Nimdaş - Azərb. dilində köhnəlmiş, yan geyinilmiş mənasında.
Nimdər - Azərb. dilində balaca döşəkçə mənasında işlənir.
Nimtənə - Azərb. dilində gödəkçə, yarım kürk (qolsuz).
Kür - Azərb. dilində fərsiz, bədbəxt, zay, qara ta le li. qaragün
mənasında işlənir. Məs., tatlar deyirlər: Əbülhəsənə kuki kür dürma
(X., Q., M.) - Əbülhəsənin oğlu kür (fərsiz, zay) çıxdı.
Bir tayfa günləri qara
Taleyi kürdürsə
1 Yenə orada, səh. 142
2 R.Rza. Yenə orada, səh. 137
во
BİRİNCİ KİTAB
daha artıq haqqım yoxdurmu
Bərabərlik dediyin
Bu kürsüdə?1
Çiyə - Azərb. dilində “kəndir” mənasında işlənir. Tat dilində
bunun “cirə” variantı da vardır.
Geydim boz köynəyimi
Belimə bağladım qotazlı ciyəni
Atıldım küçəyə.2
İdm i - Azərb. dilində bədsifət, çirkin, adama oxşamayan
mənasında işlənir.
Aşa vurarlar zəfəranı,
Bu çəkir qulağının dibinə.
Hey kəffarə verəsən gərək
Baxdıqca sir-sifətinə, idminə.3
Bu söz tat dilinin, ümumiyyətlə, “adam” mənasında olan idmi,
ədmi, ədəmi sözündən də ola bilər, Azərb. dilinə mənfi mənada keç
mişdir. İdim, ədəmi (Q), adami (M), ədmi (Məd.) - Azərb. dilində
adam, insan, F. d. adəm (həmin ümumi mənada - insan).
Göründüyü kimi, bu söz Azərb. və F. dilindən fərqli olaraq tat
dilində “i” mənsubiyyət şəkilçisi ilə işlənir. Bu daha doğrudur və dil
qanunlarına müvafiqdir. Adəm xüsusi isimdir, ilk peyğəmbərin adı
dır. Bu sözə “i” mənsubiyyət şəkilçisi qoşulduqda “ədəmi” ya “adə
mi” olur ki, bu da Adəm peyğəmbərə mənsub, yəni adəm övladı,
Adəmə mənsub, Adəm törəməsini mənasım verir. Təsadüfi deyil ki,
bəzi alimlər müasir fars dilində işlədilən “Adəm” (ümumi isim, in
san, adam mənasında) sözünə etiraz edərək onu “adəmi” yazmaq tə-
1 Yenə orada, səh. 113
2 R.Rza. Həmin əsər, səh. 116
3 Yenə orada, səh. 133
AZƏRBAYCAN TATLARININ DİLİ
81
ləbini irəli sürmüşlər.1 Göründüyü kimi, tat dilində dilin bu qram
matik tələbinə indi də əməl olunur və bu sözün ümumi isim mənası
nı verən şəklinə “i” mənsubiyyət şəkilçisini artırmağı tələb edənlər
haqlıdırlar.
Köş - Azərb. dilində çökərək, adətən çöldə, evdən, eşikdən
bayırda geyinilən ayaqaltı. Tat dilində köüş.
İnsan var ki, nə çarıqdır, nə də köşə
İnsan var ki, tut qıçından at dalına
Ağzı hara düşə-düşə.2
Кар - Azərb. dilində danışıq, söhbət mənasında; tat dilində
bundan başqa onun kaf, qaf, köp variantları da vardır.
Ancaq bu qızın adı
Haqqında кар olunmuş
Dönə-dönə yoxlanmış
...siyahıda yox idi.3
Şirapus - at palçıq şirə ilə evi ağartmaq üçün istifadə olunan
dəri parçası. Tat dilində şirə (ağ gil, palçıq, hərfən şir-süd sözün
dən, yəni ağ) və pus (dəri) komponentlərindən əmələ gəlib.
“Arvadnan əhdim var, - dedi. ...ona söz vermişəm ki, bu pa
pağı verəm, şirapus qayırsın, evi ağartsın”.
- “Hə, hə, bərk saxla, oğru aparsın şirapusu”4
Kənək - Azərb. dilində kobud, qaba, bərk mənasında. Məs.:
kənək qoz, yəni bərk, sınmayan qoz, kənək əzgil - bərk əzgil.
Tat dilində kənəkə ədəmi (ədmi, üdmi) - kobud adam.
1 Jum. “İttilaat-e həftəki”. N-1570, 1350-ci il, səh. 72. Müəllif fars şairi N.Yuşi-
çin “Adəmha” (“insanlar”) şeirinin adının “Adəmiha” kimi daha düzgün olduğu
nu göstərir və qeyd edir ki, birinci şəkildə bu “Adəmlər” (peyğəmbər adı tək ol
duğu halda) mənasını verir ki, bu da səhvdir: “insanlar” (ümumi insan cəmi) mə
nasında isə “adəmiha” olmalıdır.
2 R.Rza. Həmin əsər, səh. 199
3 R.Rza. Həmin əsər, səh. 143
4 Əzizə Cəfərzadə. “Dayımın dərsləri”. “Kirpi”. N-4 (400). Bakı, fevral.
Dostları ilə paylaş: |