Ma qs ud ha c I y e V



Yüklə 468,88 Kb.
Pdf görüntüsü
səhifə23/131
tarix24.12.2017
ölçüsü468,88 Kb.
#17648
1   ...   19   20   21   22   23   24   25   26   ...   131

86
BİRİNCİ  KİTAB
Şəçiraği  -   gecə  işıq  verən böcək,  tatca  şə+çiraq -  gecə  çırağı 
deməkdir.
Yuxarıdakı  misallar  bu  qarşılıqlı  təsiri  qeyd etmək  üçün  kifa­
yət  qədər  əsas  verir.  Göründüyü  kimi,  Azərbaycan  dilinin  müxtəlif 
dialekt  və  şivələrində  (dialektizmlər),  xüsusilə  Bakı  və  Quba  dia- 
lektlərində  işlənən  bu  sözlərin leksik tərkiblərinin mühüm bir hissə­
si  tat  və  tat  dili  vasitəsilə  başqa  dillərdən  daxil  olmuş  sözlərdir. 
Azərbaycan  dialektologiyasmda,  demək  olar  ki,  tədqiq  olunmamış 
bu sahənin  (qarşılıqlı təsirin) xüsusi  tədqiqata ehtiyacı  vardır.1
TAT DİLİNDƏ ƏRƏB ALINMALARI
Ərəb  dilindən  tat dilinə  alınmaların  əksəriyyəti  (bunlar  əsasən 
isimlərdir)  bu  dilin  dəyişməz,  sabit  leksik  vahidləridir  və  birbaşa 
ərəb dilindən  deyil,  əsasən  Azərbaycan  və fars  dillərindən  tat dilinə 
keçmişlər.  Onları  leksik-qrammatik  və  leksik-semantik  mənalarına 
görə  təsnifləndirsək  bu  alınmaları  “ixtisasları  üzrə”  aşağıdakı 
qruplara bölmək olar:
1. Ev  əşyaları,  təsərrüfat  və  məişət  vasitələri  bildirən  ərəb 
leksik  alınmaları:  qumaş  -   parça,  qəfəs,  təsbih,  zülhan  -   təsbeh, 
qələm -  qələm,  zənbil  -  zənbil,  kətan -  kətan,  kürsi -   stul,  kəlbətin
-  kəlbəti,  luğum -  atın luğumu,  lə ə f -  yorğan, mal -   1.  əşya, mal; 2. 
parça;  3.  heyvan,  nəl  -  nal,  neft -  neft,  surot -   şəkil,  səbu  -   sabun, 
səhət  -  saat,  sadaf -1 .  sədəf;  2.  düymə,  əhəng  -   əhəng,  çilit -  buz, 
xəz -  xəz (dəri), nəlbəki -  (çay) boşqabı, şəm -  şam və s.
2. İnsanların  sənət,  əxlaq  zahiri  görkəmi,  davranışı  və  şai­
rəyə aid  leksik alınmalar:  vəkil -   1. rəhbər,  böyük;  2. vəkil, qəhbə
-   fahişə,  qərib -  özgə  diyarlı,  qəssab  -   qəssab,  insan  -   insan,  əsir-
1 М.И.Гаджнев.  Конажкендский товор татского язька. Автореф.  Канд. Дисс., 
Баку,  1966,  стр.  21;  M.İ.Hacıyev.  Tat  dilinin  Qonqakənd  ləhcəsi,  Bakı,  1971, 
səh.  104.  Son vaxtlar İlham Tahirov bu məsələyə -  Azərbaycan  ərazisindəki  İran 
dillərinin  Azərbaycan  dilinə  təsiri  məsələsinə  dair namizədlik  dissertasiyası  mü­
dafiə etmişdir.  Bax:  Tahirov  İ.M.  Azərbaycan  dilinin  Şərq  qrupu dialekt və şivə­
lərində  İran  mənşəli  almma  sözlər.  Namiz.  diss.  avtoref, Bakı,  1994.  Azərbaycan 
EA İ. Nəsimi adma Dilçilik institutunun kitabxanası.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
87
yesir -  əsir (alınmış  adam),  luti  -   fırıldaqçı,  ləqəb -   ləqəb,  laqlaq -  
laqqırtı,  dəllal -  alverçi,  qəbür -  qəbir,  nadinc -  dəcəl,  sail -  evlən­
məmiş,  ərə getməmiş, ölən,  səhəb -  sahib,  fələ -  fəhlə,  fəqir -  fağır, 
əvam -  avam,  filan -  filankəs,  həmbal -  hambal, xalq -  xalq,  cəllad
-  cəllad,  cayil  -   1.  cahil;  2.  cavan,  xəncəl  -   xəııcəl,  şahid  -   şahid, 
şair -   şair,  ərüs  -  gəlin,  əziz  -  əziz,  xalə -  xala  (ana bacısı),  xolu -  
dayı  (ana qardaşı),  əmlə, amu -  əmi, əmə -  bibi və s.
3. İslam   dini  və  onun  m ərasim ləri  ilə  əlaqədar  olan  ərəb 
alınm aları:  qiyamət  -   qiyamət,  din  -   din,  mələk  -   mələk,  lənət  -  
lənət,  nəsib -  tale, qismət -  qismət, ruh -  ruh,  sədəqə -  sədəqə,  səla- 
mət, rəhm -  rəhm,  insaf -  insaf, təbə -   1.  tövbə, həlal -   halal,  həram
-  haram, cun  -  can,  əhd -  əhd,  əzrayil -  əzrail,  şükür -  şükr;  ədat -  
adət, əcəl -  əcəl,  ümür -  ömr, axirət -  axirət və s.
4.  “zam an”, “vaxt” məfhumu  bildirən ərəb alınm aları:  axir
-  axır,  vədə -  vədə, qədimi -  qədim, köhnə, dör -  dövr, zaman -  za­
man,  döcdəcə -  bir an, məhəl -  vaxt, məcal -  macal,  səbəh -  sabah, 
səhər -  səhər,  təhdi -  tələsik,  zühr -  günorta,  xəlbət -  xəlvət,  əvəl -  
əvvəl  və s.
5.  Yer,  m əkan,  tikili  və  s.  bildirən  ərəb  alınm aları:  vatan -  
vətən,  vilayət -   vilayət,  ölkə,  qala -  qala,  dinyo -  dünya,  məhəllə -  
məhəllə,  meydun -   meydan,  təruq  -   yol,  mərəkə -   dalaşma,  vuruş, 
mühkəmi  -   istehkam,  minarə  -   minarə,  tukun,  maqazin  -   dükan, 
mağaza,  eyvan -  balkon,  eyvan,  həyət -  həyət,  taraf -   tərəf,  səmt -  
səmt,  salam (dərəyi) (Q.) -  koridor, şəh ə r-şə h ər,  aləm -  aləm.
6.  Heyvan  m əfhum u  bildirən  ərəb  alınm aları:  meymun  -  
meymun, çə -  1. balıq; 2. çirk, heyvun -  heyvan, əqrəb -  əqrəb.
7.  Yas  və  toy  m ərasim ləri  ilə  bağlı  olan  ərəb  alınma  söz­
ləri:  qəbür -  qəbr,  yas -  yas,  kəfən -   kəfən,  meyit -  meyit,  mehr -  
mehr,  zaval -  ölüm,  zaval,  təlaq -  talaq,  ərsi -  toy,  mehriyə -  nişan­
da ana südünün  haqqı (qız anasına), təbəq -  xonça.
8. İnsanın  fiziki,  ru h i,  əxlaqi  keyfiyyətlərini  bildirən  ərəb 
alınm aları:  ərəq  -   1.  tər;  2.  araq,  bəxil  -   paxıl,  bovosil  -   babasil, 
qəzəb -  qəzəb,  hürs -   hirs,  qəhər -  qəhər,  qəhmər -  qənim,  qəral  -  
qərar  (sakitlik),  giley  -   giley,  qabul  -   qəbul,  kəf -   keyf,  rnəhtəl  -


88
BİRİNCİ  KİTAB
məətəl,  mətləb -  mətləb,  mihrubuni -  mehribançılıq,  razi  -  razı,  sa- 
bur -  asqırıq,  təmah -  tamah,  həsrət -  həsrət,  həz -  həzz,  həya -  hə­
ya,  xasyət -  xasiyyət, xəcələti -  xəcalət, hal -  hal, hərəkət -  hərəkət, 
həray  -  haray,  hücat  -  höcət,  rəhət -  rahat,  şək -  şəkk,  əyib -  eyib, 
aqiil -  ağıl  və s.
9. Təbiət  və  ictimai  hadisələri  bildirən alınma  ərəb  sözləri:
tufan -  tufan, rəd-bərq -  ildınm,  bəhs -  çəkişmə, mübahisə -  müba­
hisə,  hüçat  -   höcət,  dəva  -   dava,  müharibə  -   müharibə  (çəkişmə 
mənasında), qumar -  qumar, qalmaqal -  qalmaqal,  zəhmət -  zəhmət, 
zülüm -   zülm,  millət -   millət,  xalq  -   xalq,  xəlayiq  -xəlayiq  (dəstə 
adam mənasında),  məclis -  məclis,  yığıncaq,  tayfa -  tayfa,  tamaşa -  
tamaşa, hukumət -  hökümət,  ərz -  xahiş, ərz, ərizə -  ərizə və s.
10. Mal -  pul, əmtəə, ticarət, hesab və s.  məfhumlar ilə əla­
qədar olan ərəb alınmaları: qiymət -  qiymət,  bərəkət -  bolluq, bə­
rəkət,  qədüı-qiymət -  qədir-qiymət,  iqrar -   müqavilə,  danışıq  (qiy­
mətdə), ziyad -  çox, misqal -  ölçü vahidi  (qiymətli  şeylərdə), dövlət
-   var-dövlət,  qərd  -  borc,  nəqd -   nəqd  (pul),  sarf -   fayda,  qazanc, 
zaral -  zərər (alış-verişdə),  nişan -  nişan  (alverdə),  əlamət -  əlamət 
(ölçüdə), həq -  haqq,  xeyr -  xeyr,  xəznə -  xəzinə, xarc -  xərc, hisab
-  hesab və s.
11. Söhbət, danışıq,  məktublaşma  və  s.  məfhumları  ilə  əla­
qədar  olan  ərəb  alınmaları:  qələt -  səhv, ixtilat -  söhbət,  nöqül -  
nağıl,  məni -  mahnı,  masqara -  masqara,  zarafat -  zarafat,  məsləhət
-  məsləhət, məsələ -  məsələ, misal -  məsələ, zərbül -  məsəl, minnət
-   xahiş,  minnət  -   sünnət,  təmənna  -   təmənna,  məna  -   məna,  sır -  
sirr, rüsxət -  rüsxət, icazə -  icazə,  xət -   1.  xətt;  2.  məktub, məktub -  
məktub,  xəta  -   xəta,  qələt  -   səhv  (yazıda),  hərf -   hərf,  ilm -  elm, 
cohab -  cavab və s.
12. Yemək,  içmək,  meyvəcat  və  s.  ilə  əlaqədar  olan  ərəb 
alınmaları:  luqmə -  loğma, ərəq -  araq,  şərab -  şərab,  zələ -  zəhər, 
qoqal  -   qoğal,  maşmaşun  -   ərik,  tut  -   tut  (ağacı),  xəmir  -   xəmir, 
xəmrə -  xəmirmaya,  əsəl  -  bal,  hülbə  -   sarıçiçək  (çay  üçün),  həlva
-  halva,  ədüs -  lobya və s.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
89
13. 
Müxtəlif məfhumları  bildirən  ərəb alınmalarına  aşağı­
dakı  leksemləri aid etmək olar:
Mübarək -  mübarək,  bəla -  bəla,  vəsiyyət -   vəsiyyət,  qismət
-  ehtiyat,  ixtiyar -  ixtiyar (icazə),  ləzzət -  ləzzət,  möcüzə -  möcüzə, 
məhtəl  -  məhtəl,  məlhəm  -  məlhəm  (dərman),  nəhs  -  nəhs,  növbət
-  növbə,  nəsib  -  nəsib  (tale),  sələqə -   səliqə,  təhər -   tövür,  üst-baş 
(adamın  zahiri  görünüşü),  namus  -   namus,  həyif -   heyf,  təəssüf -  
təəssüf,  xatur -  xətir,  xulas -  xilas,  havaya -  havayı  (pulsuz),  həzur
-  hazır, şək -  şək,  şübhə -  şübhə,  qərəz -  qərəz, mərəz -  mərəz,  na- 
qulay  -   yöndəmsiz,  nacins  -   nacins,  hərəmi  -  bic  (uşaq),  qənim  -  
düşmən,  rəqib  -  rəqib,  hərif -   hərif,  ətir -  ətr,  bəcəhət -  çətin  ki,.., 
lühmə  -  palçıq,  lühüm  -   lil,  süfrə  -   süfrə,  sənət -   sənət,  məlum  -  
məlum,  təbəqə -  mərtəbə,  ləhə -  bulanlıq  (su),  hava -   1.  hava  (kis- 
lorod),  2.  oyun,  rəqs;  həlbət -  əlbət,  ihtiyac -  ehtiyac,  həcət -  ayaq­
yolu.  fal  -   1.  fal  (taleyi  yozmaq),  2.  toyuğun  fal  yumurtası,  əməl  -  
əməl, fəhlə -  fəhlə, əmələ -  qara fəhlə, nəccar -  nəccar, hərrac və s.
TAT DİLİNİN YƏHUDİ LƏHCƏSİNDƏ 
QƏDİM YƏHUDİ SÖZLƏRİ
Eramızın  IV-VI  əsrlərində  sasanilərin  hökmranlığı  dövründə 
(hətta e.ə.  həxamənilər zamanında da) iran imperiyasının müxtəlif yer­
lərinə  Yerusəlimdən  sürgün  olunmuş  yəhudilərin  bir  qismi  sonralar 
qədim  Dərbəndə,  oradan da zaman  keçdikcə bir neçə ailə indiki  Quba 
rayonuna  köçürülmüşlər,  onlar  öz  dini  adət-ənənələrini,  məişət 
normalarım  saxlasalar  da  doğma  dillərini  unutmuş,  yerli  əhali  ilə 
ünsiyyət  üçün  tat dilini  qəbul  etmişlər.  Bu  onlann  fiziki  məhvi  və  ya 
tam assimilyasiyasının qarşısını almaq üçün yeganə zəruri ehtiyac idi.
Sayca  az  olan  Quba cuhudları,  bəzən  də  dağ cuhudları  (Г'opc- 
кие  евреи)  adlanan  yəhudilər  daha  böyük  etnik  qrupun  əhatəsinə 
düşdüklərindən  normal  alış-veriş  və  ticarət  əlaqələri  yaratmaq üçün 
yerli  dili  öyrənməyə  məcbur  olmuşlar.  İlk  vaxtlar  (bir  neçə  nəsil) 
ikidillilik şəraitində yaşayan  yəhudilər tədricən hətta məişətdə də öz 
doğma  dillərini  unudaraq  -   bir  dilliyə,  bütünlüklə  tat  dilinə  keç­


Yüklə 468,88 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə