Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə34/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   30   31   32   33   34   35   36   37   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



68 

həlqəsi  yaranır,  ortada  isə  neft  axır.  Suda  neft  emulsiyasının  axıcılığını  artırmaq  üçün  qarışığı  səthi  aktiv 

maddələr  əlavə  edilir  və  bunun  nəticəsində  hidravliki  müqavimət  azaldılır.  Neftin  su  emlsiyasında  suyun 

konsentasiyasını  artırmaqla  onun  dayanıqlığını  artır,  lakin  belə  nəql  olunmanın  iqtisadi  göstəricilərini 

yaxşılaşdırır.  

-Mürəkkəb reoloji xüsusiyyətli neftin qazla doymuş halda nəqli. 

Neftin çıxarılması və nəqlə hazırlanması proseslərində ayrılan səmt qazları adlanır. Lay şəraitində həm 

karbohidrogen    və  həmdə  digər  qazlar  neftin  tərkibində  həll  olmuş  halında  olur.  Səmt  qazından  istifadə 

edilməsinin ən prespektiv istiqaməti kimi onun neftdə doymuş halda uzaq  məsafəyə nəql  olunması hesab 

olunur. 


Aparılmış  tədqiqatlar  göstərir  ki,  neftdə  qazın  doymuş  halda  təsirindən  onun  özlülyü,  sürüşmə 

gərginliyi azalır və bəzi hallarda çüviklik xüsusiyyətləri də yaranır. Qeyd olunmuş təzyiq və temperaturada 

qazın ayrılması təzyiqi doyma təzyiqi adlanır. Bu təzyiq və həmçinin qazdoyumlu neftin özlülüyü, sıxlığı, 

sürüşmə gərginliyi və digər reoloji xüsusiyyətləri təcrübə yolu ilə tapılır. 

-Mürəkkəb reoloji xüsusiyyətli neftlərin qızdırılmaqla nəqli. 

Yüksək  parafinli  neftlərin qızdırmaqla  nəqli  çox  geniş  yayılmışdır.  Qızdırılmış  nefti  nəql edən  boru 

kəməri qaynar adlanır. 

İsitilik hesabatında məqsəd boru kəmərlərinin layihələndirilməsi zamanı uzunluq boyu temperaturun 

paylanmasının yaxud temperatur itkisinin təyin edilməsindən ibarətdir. 

Qaynar boru kəmərlərinin hidravliki rejimi nəzərə çarpacaq dərəcədə onun ətraf mühitlə istilik 

mübadiləsi  şərtindən  asılıdır.  Nəql  olunan  məhsulun  temperaturu  artdıqca  onun  özlülüyü  və  basqı  itkisi 

azalır.  Temperatur  azaldıqca  isə  əks  hadisənin  şahidi  oluruq.  Neft  kəmərinin  temperatur  rejimi  buraxma 

qabiliyyətindən,  neftin  ətraf  mühitə  isitlik  ötürməsi  şərtindən  asılıdır.  Neft  temperaturunun  və  ona  görə  də 

onun özlülüyünün  borunun uzunluğu boyu təzyiqin paylanmısını tapmaq olar və nəqlolunmaya basqı itkisini 

qiymətləndirmək  olar.  Neftin  nəqolunma  temperaturuna  kimi  buxar  və  yaxud  odlu  isticilərdə  həyata 

keçirmək  mümkündür.  Üzənbaşlıqlı,  çox  gedişli  isidicilərdə  neft  borunun  daxili  ilə  axıdılır,  buxar  isə 

borunun xarici səthində axıb keçir. Adətən stansiyalarda bir neçə  isidici ya ardıcıl, ya da paralel quraşdırılır 

və  belə  qurğularda  temperaturun  bərabər  paylanması  nəticəsində  istilikötürmə  əmsalı  artır,  isidicilərin 

ölçüsünü azaltmaq mümkündür.  

Neft  isidilərkən  həm  isidilmə  temperaturuna  və  həm  də  peçdən  axan  məhsulun  təmizliyinə  diqqət 

edilməlidir. Mövcud cihazlar sistemi və aretomatikaimkan verir ki, isidilmə əməliyyatına nəzarət olunsun  və 

texnoloji rejimi avtomatik idarə etmək mümkün olsun.   

Qaynar  boru  kəmərlərinin  istismar  təcrübəsi  göstərir  ki,  eyni  şərtlər  daxilində  kəmərin  başlanğıc 

shəsində temperatur intensiv azalır. Bu onunla izah olunur ki, borunun başlanğıcında daha yüksək temperatur 

son  məntəqədəki  kiçik  temperaturaya  nəzərən  daha  böyük  isitilik  itikisi  yaranır.  Neftin  optimal  isidilmə 

temperaturunu  tapmaq  üçün  həm  isidilməyə  və  həm  də  nəql  olunmaya  sərf  olunan  xərcləri  nəzərə 

alınmalıdır.    

Vahid zamanda neftin nəql olunmasına sərf olunan enerji sərfini dəyəri : 

 

Q –  neftin istilik sərfi, m



3

/il       

 – neftin sıxlığı, t/m

3

      



H – nasos stansiyasının ümumi basqısı, m       

g  – sərbəstdüşmə təcili, m/san

2

  

 – nasos aqreqatının f.i.ə.     



 – vahid mexaniki enerji dəyəri, man 

Vahid zamanda neftin isidilməsinə sərf olunan enerji dəyəri : 

 

T

b



, T

s

 – uyğun olaraq neftin başlanğıc və son temperaturu, K 



 – isidici qurğunun f.i.ə. 

  –  vahid  enerji enerji  dəyəri,  man    düsturuna  daxil  olan  istilik  itkisinin  miqdarını  təyin  etmək  əsas 

məsələlərdən biridir. 

 

 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



69 

PSEVDOQAYNAR  LAYIN  MƏSAMƏLİLİYİNİN  DƏYİŞMƏSİ  

 

Tağıyeva S.Z. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Yerinə yetirilən çoxsaylı tədqiqatlar yolu ilə müəyyən olunmuşdur ki, qaynadıcı agent axımının sürəti 

sıfırdan başlayaraq artdıqca tərpənməz layı təşkil edən bərk hissəciklər bir-birinə nəzərən kiçik amplitudlarla 

rəqsi hərəkət etməyə başlayır, layın həcminin artması isə məsaməliliyin tədricən artmasına dəlalət edir. Belə 

halda bərk hissəciklərlə qaz axını arasında olan sürtünmə qüvvələrinin məcmusu bərk hissəciklərin ağırlıq 

qüvvəsi  ilə  tarazlaşır,  yanaşı  olan  bərk  hissəciklərin  ilişmə  qüvvələrinin  şaquli  toplananı  azalır,  layın 

istənilən en kəsiyində təzyiqlər fərqi bu kəsikdə hissəciklərin ağırlıq qüvvəsi ilə tarazlaşır.  

Məlumdur  ki,  psevdoqaynar  layın  məsaməliliyi  psevdoqaynama  rejimi  şəraitində  müəyyən  hədd 

daxilində dəyişilə bilər. Onun maksimum qiyməti psevdoqaynar layın yaratdığı təzyiqlər fərqinin sabitləşdiyi 

şəraitə  uyğun  gəlir.  Belə  ki,  polidispers  bərk  hissəciklərdən  ibarət  olan  layda  qaynadıcı  agentin  sürətinin 

artması  ilə  layın  yaratdığı  təzyiqlər  fərqi,  həmçinin    layın  məsaməliliyi  artmağa  başlayır,  təzyiqlər  fərqi 

maksimum  qiymətə  çatdıqda  psevdoqaynama  halı  yaranır,  qaynadıcı  agentin  sürətinin  artmasına 

baxmayaraq,  təzyiqlər  fərqinin  qiyməti  sabitləşir.  Uyğun  olaraq  bərk  hissəciklərdən  təşkil  olunmuş  layın 

məsaməliliyi də artaraq sabitləşməyə meyl edir (şək.1), lakin sabitləşə bilmir. Polidispers bərk hissəciklərdən 

təşkil  olunmuş  heterogen  sistemlərdə  psevdoqaynar  lay  rejimini  və  bərk  hissəciklərin  hərəkət  rejimini 

xarakterizə  edən  mühüm  kəmiyyətlərdən  biri  də  psevdoqaynar  layın  genişlənmə  dərəcəsi  və  onun 

kəmiyyətcə müəyyən edilməsidir. 

 

 



Şək.1 Psevdoqaynar layın məsaməliliyinin (hündürlüyünün H)  və  hidravlik  müqavimətin 

   p dəyişməsinin qaz   axınının sürətindən asılılığı 

 

Qaz axınının böhran sürətinin 



böh


  növbəti artımı  ilə  layın həcmi daha da genişlənir və 

p azalır. 

Bundan    sonra  hətta    sürətin   

    nəzərə  çarpacaq  dərəcədə  az  artımı  layın    ardıcıl    kiçik  qaz    laylarına  



parçalanmasına səbəb olur bütün bərk hissəciklər  hərəkətə  gəlir və  psevdoqaynama  başlayır. 

Qaz  axınının sürətinin  sonrakı  artımı  ilə hidravlik müqavimət   p  təxminən  dəyişməz  qalır  və  

vahid  səthə  uyğun   layın  kütləsinə  bərabər  olur. Bu zaman məsaməlik  (sərbəst həcmin payı) və  layın 

hündürlüyü artır.  

 

ELEKTROMİOQRAFİYADA DİAQNOZ NƏTİCƏLƏRİNƏ LİNQVİSTİK  

İNFORMASİYANIN DAXİL EDİLMƏ ÜSULLARI 

 

Yunuslu A.A. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Tibb  elminin  inkişafı  kliniki  fenomenlərin  yeni  rəqəmli  emalı,  analizi,  diaqnostikanı  təmin  etməyə 

imkan  verən  dəqiq  elmlərin  inkişafı  ilə  sıx  əlaqəlidir.  Son  onilliklərdə  kompüterli  vizuallaşdırmanın  və 

emalın  sinir  -  əzələ  sisteminin  (SƏS)  tədqiqi  proseslərinə  tətbiqi  nəticəsində  əldə  edilən  nailiyyətlər  buna 

sübutdur. 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə