Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
113
sentnerdən çox dəniz sıfı ovlanırdı. Dənizdə neft-çıxarmanın inkişafı və geniş miqyasda seysmik kəşfiyyat
işlərinin aparılması nəticəsində dəniz sıfının ehtiyatı kəskin şəkildə azalmış, Xəzərin şərq və qərb
sahillərində çox az təsadüf edilən balığa çevrilmişdir. Beləliklə dəniz sıfı Azərbaycanın «Qırmızı kitabına»
daxil edilmişdir.Hazırda dəniz sıfının süni sürətdə çoxaldılması üzrə işlər görülür.Xanı balığı Xəzərə tökülən
çayların aşağı hissələrində və az miqdarda çayların dənizə qarışan hissəsində yayılmışdır. Azərbaycanda
Kürətrafı göllərdə, Dəvəçi limanında,bəzən dənizin Samurdan başlanmış Bakıya qədər olan sahil zonasında
təsadüf olunur.
Marfoloji qruluşuna görə , DXIII –XV, I- III 13-14, A II 8-9, fəqərələrin sayı 41, birinci qəlsəmə
qövsünün alt şəxəsindəki dişciklərin sayı 15-20-dir.Bədəni yanlardan basılmış oval şəklindədir.Üzəri xırda
pulcuqlarla və eyni zamanda yanları pulcuqlarla tam örtülüdür.Pulcuqları ktenoiddir,başının örtük sümükləri
üzərində sikloid pulcuqlarda olur.Yanaqları pulcuqlarla örtülüdür .Bədəninin uzunluğuna görə başının
uzunluğu 27-33%,bədəninin maksimum hündürlüyü 26-31%,antedoksal məsafə 29-33% ,postdorsal məsafə
18-23%,quyruq gövdəsinin uzunluğu 20-26% təşkil edir.Bədəninin yanlarında 7-9 tünd zolaqlar olur.Birinci
bel üzgəcinin dal tərəfində müəyyən şəkildə olmayan qara ləkə olur .Bel tərərfi yaşılımtıl rəngə çalır. Qarın
üzgəcləri qırmızı rəngdə olur.
Xanı balığı durğun və zəif axan şirin sularda yaşayır. Uzunluğu 28 sm-ə, çəkisi 420 q-a qədər olur.
Fərdi dolğunluq əmsalı 2,13- 2,80, orta hesabla 2,44-dür. 5 ilə qədər yaşayır. Azərbaycan sularında yaşayan
xanı balığı Avropa sularında yaşayan xanı balıqlarına nisbətən sürətlə böyüyür. Xanı balığı yırtıcı balıqdır.
Kürüdən çıxmış sürfələr 2 ay müddətində planktonla qidalanır, sonra yırtıcı həyat tərzi keçirməyə başlayır.
Başqa balıqların körpələri ilə qidalanır. Azərbaycanda Kiçik Qızılağac körfəzində, başqa balıqlarla birlikdə,
az miqdarda ovlanır.
SÜD VƏ SÜD MƏHSULLARININ ÇEġĠDĠ, XÜSUSĠYYƏTLƏRĠ VƏ MÜALĠCƏVĠ ƏHƏMĠYYƏTĠ
Balakişiyeva S.A.
Azərbaycan Dövlət İqtisad Universiteti
İnsanlar süd və süd məhsullarından çox qədimdən istifadə edirlər. Onun kimyəvi tərkibi və bioloji
dəyərliliyi təbiətdə olan bütün qidalardan üstündür. Məlumdur ki, südün tərkibində 200-dən çox müxtəlif
maddə, o cümlədən 20-dən artıq aminturşu, 40 yağ turşusu, 25 mineral maddə, 20 vitamin, onlarca ferment,
müxtəlif növ şəkər, piqment və s. vardır. Südü çox yüksək qiymətləndirən və ona «təbiətin özünün bişirdiyi
xörəkdir» deyən İ.P.Pavlov göstərirdi ki, «süd üçün iştaha lazım deyil, halbuki başqa qidalar iştahasız həzm
olunmur», «südün həzm edilməsinə çox az qüvvə sərf olunur».
Südün tərkibi heyvanın növündən, cinsindən, yemindən, sağım dövründən, saxlanma şəraitindən və bir
çox başqa amillərdən asılıdır. İnək südünün quru qalığı 12,5%-dir ki, bunun da təxminən 3,3%-i bioloji
cəhətdən olduqca qiymətli zülallardan, 2,8% kazein və təxminən 0,5% albuminlərdən ibarətdir. Süd
turşuduqda kalsium kazeinat parçalanır və o keyfiyyətini itirir. Albuminlər südün tərkibindəki ən qiymətli
zülallardır. Südü qaynatdıqda albuminlər köpük əmələ gətirib pıxtalaşırlar və qismən də qabın dibinə
çökürlər. Süddə 3,2%-dən 5%-ə qədər, orta hesabla 3,7% miqdarda yağlar vardır ki, onlar da o zərif emulsiya
halındadır. Süd yağında lipoidlər, həll olmuş halda olan A və D vitaminləri olduğu üçün o qiymətli yağ
sayılır. Yayda sağılan və payızdakı süddə bu maddələrin miqdarı artır. Karbohidratlardan süddə əsasən
laktoza (4,7%) olur. O isə südə azca şirintəhər dad verir. Süddə orqanizm üçün lazım olan bütün mineral
duzlar vardır. Lakin burada yaxşı həzm olunan kalsium daha çoxdur (120 mq%). Suda həll olan
vitaminlərdən süddə riboflavini, piridoksini, pantoten turşusunu, C vitaminini göstərmək olar.
Südü içdikdə onun tərkibindəki laktozanın sayəsində bağırsaqlarda çürümə proseslərini ləngidən
mikroflora inkişaf edir. Süddə natrium-xlorid azdır deyə, onu nefriti və ödemi olan xəstələrə də içmək
tövsiyə edilir. Süddə nuklein birləşmələri olmadığından, onu həm də purin mübadiləsi pozulmuş adamlara
məsləhət görmək olar. Qızdırmalı xəstələr üçün isə süd həm yüngül yeməkdir, həm də susuzluğu yatırdır.
Süddə qanda xolesterinin miqdarını azaldan çoxlu komponentlər də vardır (metionin, xolin, tokoferol, B
qrupu vitaminləri). Qida payına süd və süd məhsulları daxil etdikdə qidanın bioloji dəyəri xeyli artır.
Təzə südün mikrobiotası müxtəlifdir. Onda yağ turşusu, süd turşusu bakteriyaları, bağırsaq çöpləri,
enterokokklar və həmçinin mayalar müşahidə olunur. Onların içərisində elə mikroorqanizmlər vardır ki,
onlar südə acılıq, özgə tam və iy, rəngin dəyişilməsi, yapışqanlıq (göylük, qızartılıq) kimi müxtəlif yad
xassələr verir. Süddə müxtəlif infeksion xəstəliklərin (qanlı ishal, qarın yatalağı, bruselloz, vərəm və s.) və