Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
111
fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə nəzəri biliklərdən ekoloji
problemlərin aradan qaldırılmasında istifadə edir;
zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür.
Qeyd etdiyim kimi, Biologiya dərslərində yeni təhsil sistemindən istifadə edilməsi şagirdlərin müstəqil
düşüncə və fikir yürütmə qabiliyyətlərinin inkişafına səbəb olur bu da öz növbəsində dərsə verilən tələblərin
çoxluğunu göstərir. Onlar 2 qrupa bölünür: ümumi və xüsusi tələblər. Dərsə verilən ümumi tələblər təlim
prinsiplərində istifadə olunmuşdur. Dərsdə didaktik prinsiplər (həyatla əlaqə, elmilik, sistematiklik, şüurluluq
və fəallıq, əyanilik, müvafiqlik, fərdi yanaşma və s.) kompleks həyata keçirilməlidir.
Xüsusi tələblər isə bilavasitə dərslə bağlıdır:
1.
Dərsdə yüksək təhsil, inkişaf və tərbiyə səmərəsi əldə edilməlidir. Hər bir fəalliyyət nəticə ilə
ölçülür. Dərsdə təhsil, tərbiyə və inkişaf vəzifələri vəhdətdə həyata keçirilməli, real nəticələr əldə
edilməlidir. Proqram material dərsdə mənimsənilməlidir.
2.
Dərsdə təlim materialının optimal məzmunu müəyyən edilməlidir. Müəllim dərsin qarşısında duran
məqsəd və vəzifələrdən şagirdlərin hazırlıq səviyyəsindən çıxış edərək, öyrənilən materialın həcmini çətinlik
dərəcəsini başlıca məsələlərini fənlərarası əlaqə imkanlarının müəyyənləşdirilməli, dərs zamanı məzmunun
mənimsənimsənilməsinə nail olunmalidır.
3.
Dərsdə səmərəli metodik variant seçilib tədbiq edilməlidir. Dərs o zaman səmərəli olur ki, müəllim
biliyi hazır şəkildə şərh etməsin, şagirdləri fəal axtarışa cəlb etsin, onların müstəqil fikrini oyatsın. Bu
məqsədlə, problemli vəziyyət yaratmaq, evristik musahibə və diskussiyalar aparmaq, kitab üzərində yaradıcı
iş təklif etmək, təfəkkürə qida verən məntiqi metodlara (müqayisə, təhlil-tərkib, ümumiləşdirmə və s.) istinad
vermək yaxşı nəticə verir.
4.
Dərs təşkilatı cəhətdən mütəşəkkil və çevik olmalıdır. Dərs zamanı vəziyyətdən asılı olaraq,
müəllim dərsin məzmununda, quruluşunda, vaxt bölgüsündə çevik dəyişikliklər aparmalıdır. Yaxşı dərs
məntiqi və psixoloji cəhətdən tam olmalıdır.
5.
Dərsdə əlverişli psixoloji iqlim, müsbət emosional vəziyyət yaradılmalıdır.
Göstərilən tələblərə cavab verən dərs yaxşı dərs hesab olunur, belə dərsdə yüksək səmərə, müsbət
təlim-tərbiyə nəticələri əldə edilir.
ÇOXĠLLĠK BĠTKĠLƏRDƏ YENĠ FORMALARIN ALINMASINDA SUNĠ
MUTAGENEZDƏN ĠSTĠFADƏ YOLLARI
Bağırova Ə.Z.
Sumqayıt Dövlət Universiteti
Süni yolla alınmış kənd təsərrüfatı bitkilərinin mutantları qiymətli əlamətlərə malik olmaqla bir çox
məqsədlər üçün istifadə oluna bilər. Hal-hazırda mutasiya əmələ gətirən faktorlar kimi ionlaşdırıcı şüalar,
kimyəvi birləşmələr və digər faktorlardan istifadə edilir. Bu agentlərlə müxtəlif dozalarda təsir edilərək
meyvə, giləmeyvə, subtropik bitkilər, üzüm və digər bitkilərdə müxtəlif dəyişkənliyə uğramış müsbət
əlamətli formalar alınmışdır. Eksperimental yolla vegetativ orqanların morfoloji və fizioloji dəyişilməsini
aşağıdakı qruplara bölmək olar:
1.
Yarpaqların düzülüşünə görə mutasiya (yarpağın forması, səthi, düzülüşü, zoğun uzunluğu və
budağa bitişmə bucağı).
2.
Yarpağın budaqda düzülüşü mutasiyası (iki cərgə və ya spiral şəkilli, növbəli, salxımşəkilli, qarışıq
düzülüşlü olması)
3.
Plastid mutasiyası (xlorofilli və ksantofilli)
4.
Çətirin formasına görə mutasiya (əyilən, sərilən, piramidal, az və ya çox şaxələnmiş, ağacşəkilli və
ya kolşəkilli formalar)
5.
Boy əlamətlərinə görə mutasiya (tez və ya gec böyüyən, xırda boylu olan)
6.
Yarpağın açılması və tökülməsi müddətinə görə mutasiya (vegetasiya müddətinin uzunluğu və ya
qısalığı).
Meyvəçilikdə mutant formalar alınması çoxdan məlumdur və geniş yayılmışdır. Bizim apardığımız
tədqiqatda kimyəvi mutagenlərin meyvə bitkilərindən toplanmış qələmlərə təsirini öyrənmək üçün DMS və
DES mutagenlərinin 0,03, 0,05 və 0,1 faizli məhlulları hazırlanmış, metodikaya əsasən əvvəlcədən
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
112
hazırladığımız qələmlər 24 saat ərzində həmin məhlullarda saxlanmışdır. Tədqiqatda nəzarət variantı kimi
adi sudan istifadə edilmişdir. Hər bir variant üzərində müşahidələr aparılmışdır.
Aparəlan müşahidələr göstərdi ki, kökvermə faizinin aşağı olması ilə bərabər bitkilərdə boy artımının
zəifliyi, cırtdanboyluluq, ətrafa sərilmə, yarpaqların rənginin dəyişməsi və s. əlamətlər meydana çıxmışdır.
Aparılan müşahidələr göstərmişdir ki, kimyəvi mutagenlərin qatılığı artdıqca kökvermə zəifləmiş və buna
uyğun olaraq da kökvermə faizi də aşağı olmuşdur. Bitkilərdə şüalanmanın təsiri nəticəsində mutasiyaların
tezliyi təbii mutasiya prosesinə nisbətən təxminən 1000 qat artır.
Əmələ gələn mutasiyaların miqdarı şüalanma dozasından asılıdır, belə ki, məlum hüduda qədər
dozanın artması müvafiq olaraq mutasiyaların miqdarını da artırır.
Fiziki və kimyəvi mutagenlərin təsirini müqayisə etdikdə, ionlaşdırıcı şüalanmalar əksər hallarda
ikinci qrupa- xromosom strukturunun dəyişilmələrinə gətirib çıxarır. Belə dəyişilmələrin əksəriyyəti
orqanizm üçün zərərli olur. Kimyəvi mutagenlər isə spesifik təsirə malikdir. Bunlar xromosom mutasiyaları
ilə yanaşı əksər hallarda nöqtəvi (gen) mutasiyaların əmələ gəlməsinə səbəb olur. Bu da əsasən fizioloji və
kəmiyyət əlamətlərinə təsir edir. Beləliklə apardığımız tədqiqatları ümumiləşdirərək belə nəticəyə gəlmək
olar ki, seleksiya işində təcrübəvi mutagenezdən istifadə edərək yeni bitki formalarının əldə edilməsi, onların
möhkəmləndirilməsi və yeni genetik tiplərin yaradılmasını təmin etmək olar.
VARVARA SU HÖVZƏSĠNDƏ OVLANAN XANIKĠMĠLƏR FƏSĠLƏSĠNƏ AĠD OLAN
BALIQLAR HAQQINDA MƏLUMAT
Balakişiyeva A.Z.
Azərbaycan Dövlət İqtisad Universiteti
Bel üzgəci iki hissədən ibarət olub, bir hissəsi yumşaq digəri isə tikanlı şüalardan əmələ gəlmişdir.Bu
balıqların anal üzgəcində 1-2 tikan olur və qarın üzgəcləri döş üzgəclərinin altında yerləşir.Qəlsəmə pərdələri
qəlsəmə arası məsafədən səbəst durur.Hər tərəfdə iki burun dəliyi vardır.Udlaq sümükləri ayrılmışdır.Üst
çənə sümükləri zəif hərəkətlidir.Çənələrin xış və damaq sümüklərin üzərində qılşəkilli dişlər olur .Bu
dişlərin arasında bəzən köpək dişləri də yerləşir.
Bu fəsiləyə aid olan balıqlar şimal yarımkürəsində yayılmış şirin su balıqlarıdır.Azərbaycanda isə iki
cinsi yaşayır.Bu cinslər müxtəlif əlamətlərinə görə bir birindən fərqlənirlər.
1) Qarın üzgəcləri yaxın durur onların arasındakı məsafə 2/3 dən azdır.Köpək dişləri yoxdur ,bel
üzgəcində 15-ə qədər şaxəli şüa olur.Yan xətt quyruq üzgəcinə qədər davam edir.
2) Qarın üzgəcləri aralı durur onların arasındakı məsafə qarın üzgəci əsasındakı eninin 2/3 dən çoxdur
Köpək dişləri isə az və ya çox dərəcədə inkişaf etmişdir.Yan xətt quyruq üzgəcinin üzərinə kecir və burada
alt üst hissələrə gedən qollara ayrılır.
Yırtıcı balıq olan çay sıfı Azərbaycanda Kür və Araz çaylarında, kürətrafı göllərdə, su anbarlarında,
Qızılağac körfəzində, Qumbaşı çayında və Dəvəçi limanında yayılmışdır. Dənizdə yaşayan sıf balıqları
yarımkeçici həyat tərzi keçirir. Onlar ildə 2 dəfə Kür çayına daxil olur. Kür çayında qışda ovlanan sıf
balıqlarının uzunluğu 35-75 sm-ə çatır. Ovda çoxluq təşkil edən kütləsi 1,0 - 2,8 kq, uzunluğu isə 41 -56 sm
olan balıqlardır. Yarımkeçici sıflar 4-5 yaşında cinsi yetişkənliyə çatır. Kürütökmə suda temperatur 8-12°C
olduqda başlayır. Yetkin balığın verdiyi kürünün miqdarı 130 mindən 8 50 min ədədə qədər olur.
Körpələr fəal qidalanmaya keçən ilk vaxtlarda zooplanktonla qidalanır,sonra qammarid, mizid və
cırcırama sürfələrini tutub yeyirlər. 1,5-2 aylığından artıq yırtıcılıq fəaliyyətinə başlayır. Yaşlı sıf balıqları
başqa növ balıqlarla külmə, mərsin və xul balıqları ilə qidalanır.Sıf vətəgə əhəmiyyətli balıqdır.Əvvəlki
illərdə sıf balığı çoxlu miqdarda ovlanmışdır. Lakin son illərdə təbii kürütökmə sahələrinin sıradan çıxması
və digər antropogen təsirlər nəticəsində ehtiyatı xeyli azalmış və illik ovu 0,7-29 sentnerdən çox
olmur.Ehtiyatını balıqartırma təsərrüfatlarında bərpa etmək üçün mütəxəssislər tərəfindən biotexniki
normalar işlənib hazırlanmışdır. Bu istiqamətdə aparılan işlərin miqyasının artırılması vacibdir.
Dəniz sıfı əsl dəniz balıqlarının tipik nümayəndəsidir. O, Cənubi Xəzərin şimal hissəsində
yayılmışdır. Hazırda dənizdə neft və qaz istehsalı ilə əlaqədar onun yayılma arealı məhdudlaşmış, ehtiyatı isə
kəskin azalmışdır.Dəniz sıfı 3-4 yaşında cinsi yetişkənliyə çatır. Kürüsünü aprel-may aylarında, 10-17°C
temperaturda,dərinliyi 10 m-dək sahilə yaxın daşlı yerlərdə tökür. Hər bir dişi balığın verdiyi kürünün
miqdarı 24,9 mindən 45,1 min-ə qədər olur. Cinsi yetişkənliyə çatmış balıqların uzunluğu 28,6-40 sm, kütləsi
435-1200 q olur.Dəniz sıfı Xəzərin qiymətli vətəgə balıqları sırasındadır. 60-cı illərdə Xəzərdə ildə 4 min