Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə29/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   25   26   27   28   29   30   31   32   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



58 

 

 



YÜKSƏK KEYFİYYƏTLİ PARÇALARIN İSTEHSALINDA İSTİFADƏ OLAN  

AVTOMATLAŞDIRILMIŞ MAŞINLARIN MÜASİR VƏZİYYƏTİ 

 

Məmmədova G.Ə. 

Azərbaycan  Dövlət  İqtisad  Universiteti 

 

Toxuculuq    materiallarının    keyfiyyəti  və  onların    müasir    vaxtda    ticarətdə    layiqli  yer  tutmaları  



onların istehsalında  istifadə olunan xammalın göstəriciləri ilə yanaşı istehsal texnikanın müasir tələblərinə 

uyğun olma səviyyəsindən asılıdır. 

Toxucu  maşınlarının  konstruktiv  təkmilləşməsi  maşınqayırma  zavodlarında  bir  necə  istiqamətlərdə 

aparılır.  Təkmilləşmənin    əsas  məqsədi  avadanlığın  işinin  etibarlığını  artırmaq,  elektrik  enerjisinin  sərfini 

azaltmaq, çeşid imkanlarını genişlətmək, əmək tutumunu azaltmaqdır . 

Yüksək keyfiyyətli parçaların alınması üçün müasir, geniş çeşidli təbii və kimyəvi liflərin işlənilməsi, 

hazırlıq  şöbəsində  və  toxucu  sexlərində  sürətli  avtomatlaşdırılmış  avadanlıqların    tətbiqi  ,    boyaq-bəzək 

materiallarının    zamanın  tələbinə  uyğun  olan  növlərindən  istifadəsi  tələb  olunur.  Bu  istiqamətdə  toxucu 

maşınların  avtomatlaşdırılması  məsələsi      texnoloji  proseslərin  dəqiq  aparılması  və  alınan  məmulatın 

keyfiyyətli olması üçün mühüm yerdə durur. 

Toxucu maşınlarında, əsasən, aşağıdakı proseslərin avtomatlaşdırılması böyük fayda kəsb edir 

-

 



Əriş və arğac saplarının  gərginlik dərəcəsinin  qabağcadan verilməsi. 

-

 



Toxunmanın bütün mərhələlərində gərginliyin sabit qaydada qalması. 

-

 



Parçanın sarılma gərilməsinin sabitliyi və nəzarət olunması 

-

 



Maşının isə salınması və dayandırılmasının avtomatlaşdırılması. 

-

 



Qırılmış əriş və arğac saplarının aşkar olunması və ləğvi. 

-

 



Parçanın nöqsanlarının aşkar edilməsi  

-

 



Arğac saplarının verilməsinin fasiləsiz təmini 

Toxucu 


maşınların 

avtomatlaşdırılması 

və 

konstruksiyalarının 



təkmilləşməsi 

əsasən 


mikroprosessorlarla maşının idarə edilməsi yolu ilə  aparılır. Bu məqsədlə, toxucu maşınlarında  idarəetmə 

panelləri istifadə olunur.  

Panellərin  internet  şəbəkəsi  ilə  əlaqəliyi  və  sürətli  mərkəzi  prosessorlarla  təchiz  olunması  geniş 

kommunikasıya imkanları yaradır. 

Müasir toxucu maşınlarında idarə etmə panelləri aşağıdaki texnoloji əməliyyatlara  nəzarət edir. 

1.

 



Əsnək əmələgətirici mexanizmin elektron qurğusunun idarə edilməsi. 

2.

 



Arğac sapı yığıcılarının işinin elektron idarə edilməsi. 

3.

 



Parça kənarlarının əmələgəlmə prosessinin elektron idarə edilməsi. 

4.

 



Əriş saplarının toxunma zonasına uyğun uzunluqda verilməsinin elektron idarə edilməsi. 

5.

 



Toxunmuş parça hissəsinin zonadan cəkilib mal valikinə sarınmasının elektron idarə edilməsi. 

Əməliyyatların avtomatlaşdırılması aşağıdakı göstəricilərə təsir edir. 

1.

 

Toxucu maşınında assortiment imkanlarının genişlənməsinə. 



2.

 

Yüksək keyfiyyətli parçaların toxunmasına. 



3.

 

Parçanın toxunmasına  şərflərin azalmasına. 



Elektron  idarəetmə  sistemi    toxuculuq  istehsalatının  ümumi  idarə  edilməsini,  həmçinin  dəzgahların 

yoxlanilmasını, parametrlərin müşayət olunmasınıda  təmin edir. 

Toxucu  dəzgahının  üstündə  quraşdırılmış  idarəetmə  paneli  müəssisə  daxili  və  müəssədən  kənar 

obyektlərlədə   əlaqə saxlamaq imkanı yaradır. 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



59 

Panelin  internet  funksiyaları  müxtəlif  məlumatları  ayrı-ayrı  acılan  aynalar  vasitəsi  ilə  almağı  təmin 

edir.  İstifadəçi  panelin  istədiyi  görüntüsünü  bir-başa  kompyuter  ekranına  qoyub  dəzgahın  müxtəlif 

parametrlərinin yoxlaya bilər.  

Toxucu  maşınların  qarşılığlı  əlaqəsi  və  eyni  vaxtda  kompyuterlə  əlaqəsi  dayanmaların  sayının  və 

səbəblərinin , məhsuldarlığın və başqa göstəricilərin alınması  və qrafikinin cəkilməsi  üçün istifadə olunur. 

Müasir  toxucu  dəzgahlarında  elektron  idarəetmə  sisteminin  tətbiqi  onların  konstruksiyalarının 

dəyişilməsinə gətirib çıxardır.  

Yüksək sürətli toxucu dəzgahların istehsalı ilə müasir zamanda bir cox firmalar məşğul olur. Onlardan 

Almaniyanın  Dopier  firmasının    Lindauer  Dornier  GmbH,  müxtəlif  üsülla  arğac  sapı  qoyulan  toxucu 

dəzgahlarını,  rapiralı  PS  ,  pnevmatik  AS  ,  Jakkard  maşını  ilə  işləyən  PS  tipli  və  Belgiyanın  Picanol 

firmasının OMNİplus 800 pnevmatik və, sairə,toxucu dəzgahlarını qeyd etmək olar. Bu maşınlarda texnoloji 

proseslərin  idarə  olunması  ,tənzimlənməsi  və  nəzarəti  intellektual  elektron  sistemi    CAN-Bus  ilə  həyata 

kecirilir. 

 

QUYU ALƏTİNİN KƏSƏN HİSSƏSİNİN RASİONAL MATERİALININ TƏYİNİ 

 

Miriyev M.M. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Müasir  dövrdə  neft  mədən  təcrübəsində  frezer  qurğularının  kəsən  orqanı  kimi  kompozit 

materiallarından istifadə olunur ki, onlar istismar zamanı yüksək  keçid göstəricilərini təmin etmirlər. 

Bu  məqsədlə  bizim  tərəfimizdən  hazırlanmış  həlqəvi  frezerin  üzü  əlverişli  kəsmə  bucağı  altında 

lövhələrlə möhkəmləşdirilmişdir ki , (ГОСТ 880-85 , dağ aləti üçün 6x8x20 ölçülü bərk ərintili məmulat ) bu 

da  yüksək  texniki  –  iqtisadi  göstəricilərə  malikdir.  Buna  baxmayaraq  ,  verilmiş  işlənilmə  üçün  olan 

materiallar  qrupundan  quyu  alətinin  kəsən  hissəsinin  rasional  materialı  üçün  verilmiş  poladın  seçilməsi 

aktual məsələ olaraq qalır. 

Müasir dövrdə bu məsələ sırf eksperimental yolla müxtəlif materiallı kompressor borularının kəsilməsi 

zamanı  dayanıqlığa  sınaqdan  keçirilməsi  əsasında  həll  olunur.  Buna  görədə  kəsici  materialın  yeyilməyə 

dayanıqlığının hesabi metodunun təyini böyük maraq doğurur. Belə hesab edirik ki, quyu aləti üçün effektiv 

kəsici material kəsici materialların dayanıqlığını  xarakterizə edən göstəricilərin müqayisə edilməsi əsasında 

seçilməlidir. 

Kəsici  materialın  effektivlik  kriteriyası  kimi  quyu  alətinin  optimal  nisbi  xətti  yeyilməsi  göstərilə      

bilər, bu radial yeyilmə həddinin optimal kəsmə yoluna olan asılılığı ifadə edir. 

Bu  işdə  nisbi  xətti  yeyilmənin  hesablanması  üçün  oxşarlıq  nəzəriyyəsindən  istifadə  etməklə 

ümumiləşdirilmiş tənliklərin alınması metodu təklif olunur. 

 

MİŞARLI TƏMİZLƏYİCİLƏRDƏ BARABANLA KOLOSNİKLƏR ARASI MƏSAFƏNİN  



ÇİYİDİN MEXANİKİ ZƏDƏLƏNMƏSİNƏ VƏ SƏRBƏST LİFLƏRIN  

ƏMƏLƏ GƏLMƏSİNƏ TƏSİRİNİN  TƏDQİQİ 

 

Musayeva B.E. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Respublikamızın pambıq zavodlarında xam pambığın iri zibillərdən təmizlənməsi üçün 1XP markalı 

mişarlı təmizləyicilərdən istifadə edilir.Təmizləmə prosesi bu təmizləyicilərin əsas işçi orqanları olan mişarlı 

baraban və kolosnik (dairəvi en kəsikli) şəbəkəsi zonasında gedir. 

Nəticədə mişarlı barabanla kolosniklər arası məsafə təmizləmə zamanı çiyidin mexaniki zədələnməsi 

və  sərbəst  liflərin  əmələ  gəlməsinə  böyük  təsir  göstərir.Emal  olunan  xam  pambığın  yüksək  nəmliyə  və 

müxtəlif  morfoloji  tərkibə  malik  olduğunu  nəzərə  alaraq  mişarlı  təmizləyicilərdə  barabanla        kolosniklər 

arası məsafənin daha optimal araboşluq məsafəni dəqiqləşdirilməsi üçün təcrübə aparılmışdır.Bu məqsədlə 

axın  xəttində  tətbiq  olunan  1XP  iri  zibil  təmizləyicisinin  bazasında  hazırlanmış  xüsusi  qurğudan  istifadə 

edilmişdir.Qurğu  qidalandırıcı  valiklərlə  birlikdə  şaxta,qidalanma  sürətini  tənzimləmək  üçün  İVA  markalı 

variator, mışarlı baraban və alt hissəsində kolosnik şəbəqəsindən ibarətdir.Mişarlı barabanla kolosniklər arası 

məsafə 12,15 və 20mm dəyişərək, çiyidin mexaniki zədələnməsinə təsiri və sərbəst liflərin əmələ gəlməsinə 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə