«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   2   3   4   5   6   7   8   9   ...   22

 

17

  



 

 

 



 

 

 



 

 

 



1.1.saylı sxem: auditor proseduralarının hazırlanması və həyata keçirilməsi. 

 

I.  Proseduraların  məqsədinin  müəyyən  edilməsi:  Qeyd  etmək  lazımdır  ki,  bazar 



münasibətləri  şəraitində  tətbiqi  məqsədlərinə  görə  mühüm  olan  analitik  proseduralar 

kompleksinə  aşağıdakılar  aid  edilir:  1)  sifarişçinin  biznes  fəaliyyəti  ilə  tanışlıq  və 

onun  işgüzar aktivliyinin  müəyyən edilməsi: 2)  mühasibat  və  maliyyə  hesabatlarında 

mümkün  düşünülmüş  və  təsadüfi  səhv  zonalarının  müəyyən  olunması;  3)  müfəssəl 

testləşdirmənin 

ixtisar 


edilməsi; 

4) 


müəssisənin 

fəaliyyət 

qabiliyyətinin 

qiymətləndirilməsi;  5)  vaxtın  seçilməsi;  Məlumdur  ki,  müasir  dövrdə  auditorun 

maliyyə  informasiyasına  təsir  edə  biləcək  hadisənin  və  əməliyyatın  xarakterini 

müəyyən  etmək  üçün  sifarişçinin  biznes  fəaliyyəti  və  onun  mənsub  olduğu  sahə 

haqqında  lazımi  biliklər  sisteminə  malik  olması  zəruri  şərt  sayılır.  Bizim  fikrimizcə. 

Həmin  biliklər  sistemi  özündə  aşağıdakıları  birləşdirir:  1)  Müəssisənin  fəaliyyət 

göstərdiyi  sənaye  sektoru  haqqında  ətraflı  və  obyektiv  spesifik  məlumat  toplusu;  2) 

Müəssisənin  istehsal  və  kommersiya  fəaliyyəti  haqqında  tam  təsəvvürün 

formalaşması;  Bundan  başqa,  audit  prosesində  daha  real  nəticəyə  nail  olmaq 

məqsədilə auditor bir qayda olaraq keçmiş yoxlamaların  məlumatlarını nəzərə alır və 

onlardan  istifadə  edir.  Belə  bir  şəraitdə,  müxtəlif  təyinatlı  mütləq  və  nisbi 

göstəricilərin  qiymətləndirilməsi  iqtisadi  təhlilin  yekun  prosedurası  hesab  olunur. 

Bizim fikrimizcə, həmin dəyişikliklər auditor yoxlamalarının planlaşdırılması zamanı 

nəzərə alınması vacib olan meyl və spesifik hadisələri əks etdirir. Aydındır ki, müasir 




 

18

bazar  münasibətləri  şəraitində  auditin  aparılması  üçün  zəruri  olan  informasiya 



aşağıdakı  mənbələr  hesabına əldə edilə bilər: a) təsdiq edilmiş  mühasibat  və  maliyyə 

hesabatı;  b)  direktorlar  şurasının  iclaslarının  protokolları;  v)  ötən  ilin 

müxabirələşmələri  və  digər  auditor  faylları;  q)  daimi  auditor  faylları  (dəyişilməz 

informasiya);  d)  idarəetmə  strukturlarında  və  uçot  sistemlərində  gözlənilən 

dəyişikliklər  haqqında  Nazirlər  Kabinetinin  və  Maliyyə  Nazirliyinin  sərəncamları  və 

Əsasnamələri. 

Müəssisənin  fəaliyyət  qabiliyyətinin  qiymətləndirilməsi  üçün  tətbiq  olunan 

analitik proseduralar artıq auditin planlaşdırma mərhələsində təsərrüfat subyektlərinin 

ciddi  maliyyə  çətinlikləri  ilə  üzləşməsi  hallarını  müəyyən  etməyə  imkan  verir.  Ona 

görə  də  auditor  riskinin  qiymətləndirilməsi  zamanı  auditor  təsərrüfat  subyektlərinin 

müflisləşməsi  ehtimalını  nəzərə  alır  və  fikrimizcə,  audit  prosesində  tətbiq  olunan 

analitik  proseduralar  həmin  ehtimalı  qabaqcadan  görməyə  əlverişli  şərait  yaradır. 

Yoxlamanın  yekun  mərhələsində  auditor  tərəfindən  müəssisənin  fəaliyyət 

qabiliyyətinin  qiymətləndirilməsi  «ahəngdarlığın  yoxlanılması  prosedurası»  adlanır. 

Ahəngdarlığın  qiymətləndirilməsi  mühasibat  və  maliyyə  hesabatlarının  doğruluğu 

haqda  auditorun  yekun  rəyinin  formalaşmasına  bilavasitə  müsbət  təsir  göstərir. 

Məlumdur  ki,  bazar  münasibətləri  şəraitində  analitik  proseduraların  həyata 

keçirilməsinin  başlıca  məqsədlərindən  biri  sifarişçinin  mühasibat  və  maliyyə 

hesabatlarında  mümkün  düşünülmüş  və  təsadüfi  səhv  zonalarının  müəyyən  edilməsi 

hesab  olunur.  Nəzəriyyədə,  cari  ildə  auditə  cəlb  edilməyən  maliyyə  məlumatları  ilə 

onların  müqayisə  edildiyi  digər  məlumatların  arasındakı  gəzlənilməz  kəskin  fərqlər 

«qeyri-adi  kənarlaşma»  adı  ilə  tanınır.  Əgər  qeyri-adi  kənarlaşmanın  miqyası 

böyükdürsə,  onda  auditor  bunun  səbəbini  öyrənir,  onun  təsadüfi  səhv  və  ya  maliyyə 

hesabatının düşünülmüş şəkildə təhrif edilmədiyini və əsaslı iqtisadi hadisə olduğunu 

araşdırır.  Praktikada  analitik  prosedurların  bu  aspekti  çox  vaxt  «diqqət  istiqaməti» 

adlandırılır. Çünki, onlar tədqiqatçının səhv və ya qeyri-dəqiqliyin tapılması mümkün 

olan  auditin  spesifik  sferalarında  daha  müfəssəl  proseduraların  həyata  keçirilməsinə 

istiqamətləndirir. Auditor qeyri-adi kənarlaşmaların həcmini təhlil edərkən firmadaxili 

təlimatlara  əsaslanır  və  özünün  ekspert  rəyi  ilə  təsdiq  edilmiş  meyarlardan  istifadə 



 

19

edir.  Təcrübədə  qeyri-adi  kənarlaşmaların  səviyyəsi  nəzəriyyə  və  praktikada  məqbul 



hesab  edilməyən  həddən  yüksək  olduqda,  belə  kənarlaşmanın  həcmi  auditor 

tərəfindən  xüsusi  tədqiq  olunur.  Əgər  bu  kənarlaşmanı  mütləq  ölçüdə  göstərmək 

mümkün  deyildirsə,  onda  faizlərlə  ifadə  olunmuş  nisbi  kəmiyyətlərdən  istifadə 

məqsədəuyğun  sayılır.  Aydındır  ki,  təcrübədə  müfəssəl  auditor  proseduralarının 

ixtisar  edilməsi  məqsədilə  analitik  proseduralar  həyata  keçirilə  bilər.  Əgər  analitik 

proseduralar vasitəsilə qeyri-adi kənarlaşmaları aşkar etmək mümkün deyildirsə, onda 

bu  ciddi  səhv  və  ya  qeyri-dəqiqlik  ehtimalının  minimum  olduğu  anlamına  gəlir. 

Fikrimizcə,  respublikada  bir  qayda  olaraq  həmin  analitik  proseduranın  nəticəsi 

mühasibat hesabları üzrə qalıqların hesablanması və onların düzgünlüyünün təsdiqinə 

yönəldilir.  Bu  isə,  öz  növbəsində,  nəzərdən  keçirilən  mühasibat  və  maliyyə 

hesabatlarının  təhlili  zamanı  az  miqdarda  müfəssəl  testlərlə  kifayətlənməyə  imkan 

verir.  Belə  bir  şəraitdə,  analitik  proseduraların  həyata  keçirilməsi  nəticəsində  əldə 

edilən  faktların  və  sübutların  yararlılıq  səviyyəsi  konkret  şəraitdə  onların  etibarlılıq 

dərəcəsindən  asılı  olur.  Audit  prosesində  bəzi  məsələlərin  həll  edilməsi  zamanı 

onların  bütün  prosedura  növlərindən  daha  səmərəli  olması  ehtimalı  yüksəkdir.  Digər 

şəraitdə  analitik  proseduralar  ən  yaxşı  halda  auditorun  diqqətini  dolayı  faktların  və 

sübutların toplanmasına yönəldə və istiqamətləndirə bilər. 

II.  Analitik  prosedura  növünün  seçilməsi;  Məlumdur  ki,  bazar  münasibətləri 

şəraitində  auditin  aparılması  zamanı  istifadə  edilən  analitik  prosedura  növünün 

seçilməsi  onun  təşkili  məqsədindən  və  eləcə  də  auditorun  müstəqil  ekspert 

qiymətləndirməsindən  bilavasitə  asılıdr.  Lakin,  əvvəlki  paraqraflarda  analitik 

proseduralar  geniş  əzərdən  keçirildiyindən,  onların  müfəssəl  şərhinə  ehtiyac 

duyulmur. 

III.  İnformasiya  bazasının  müəyyən  edilməsi;  Fikrimizcə,  burada  söhbət  heç  də 

sifarişçinin mühasibat və maliyyə hesabatları növünün seçilməsindən getmir. Belə ki, 

auditor  analitik  proseduranın  keçirilməsi  metodunu  və  onun  informasiya  bazasını 

seçməklə,  praktiki  olaraq  auditin  aparılmasını  məqsədəuyğun  hesab  etdiyi  vaxtı 

seçmiş olur. Məlumdur ki, audit nəzəriyyəsində hesabat dövrlərinin sayı və auditorun 

istifadə  edə  biləcəyi  informasiyanın  miqdarı  haqqında  müəyyən  meyarlar  yoxdur. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə