«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   ...   14   15   16   17   18   19   20   21   22

 

64

2.20 saylı cədvəlin məlumatlarından göründüyü kimi, fəaliyyətini təhlil etdiyimiz 



müəssisədə 2013-ci ildə 2012-cü ilə nisbətən məhsul (iş və xidmətlər) satışından əldə 

edəln mənfəət, balans mənfəəti və xalis mənfəətin məbləği  müvafiq olaraq 24245367 

manat, 23312227 manat və 16933778 manat artmışdır. Fikrimizcə, bu artım aşağıdakı 

amillərin təsiri nəticəsində baş vermişdir: 

1.Məhsul  (iş  və  xidmətlər)  satışından  yaranan  pul  gəlirlərinin  75338163  manat 

artması  balans  mənfəətinin  məbləğinin  24861593,8  manat  (33,0x75338163:100) 

artımına səbəb olmuşdur. 

2.Pul  gəlirlərinə  nisbətən  faiz  ifadəsində  satılmış  məhsulun  maya  dəyərinin 

səviyyəsinin  3,65  punkt  yüklənməsi  balans  mənfəətinin  məbləğinin  həmin 

proporsiyada,  yəni  646326,6  manat  (3,65x17707577:100)  azalmasına  şərait 

yaratmışdır. 

3. Sair satışdan mənfəət əldə edilməsi balans mənfəətinin ümumi məbləğini 2729 

manat artırmışdır. 

4.  Müəssisənin  tam  hesabat  dövründə  və  həm  də  bazis  ilində  satışla  əlaqədar 

olmayan fəaliyyəti zərərlə nəticələnmişdir. Bu isə, öz növbəsində, balans mənfəətinin 

məbləğinin  935869  manat  azalmasına  səbəb  olmuşdur.  Beləliklə  dörd  amilin  birgə 

təsiri 23312227 manat (24861593,8-646326,6+2729-935869) təşkil edir ki, bu da 2.20 

saylı cədvəlin 8-ci sətrində verilən kənarlaşma məbləği ilə üst-üstə düşür. 

 

2.3. Analitik prosedurların tətbiqi əsasında rentabelliyin təhlili və 

qiymətləndirilməsi 

 

Qeyd  etmək  lazımdır  ki,  müasir  dövrdə  rentabellik  göstəriciləri  müəssisənin 

maliyyə  nəticələrinin  və  onun  fəaliyyətinin  iqtisadi  səmərəliliyinin  keyfiyyət 

tərəflərini  xarakterizə  edir.  Bundan  başqa,  rentabellik  göstəriciləri  müəssisənin 

fəaliyyətinin  gəlirlilik  səviyyəsini  müəyyən  etməyə  imkan  verir  və  iqtisadi  proses 

iştirakçılarının maraqlarına qruplaşdırılır. Məhz buna görə də, rentabellik göstəriciləri 

bazar  münasibətləri  şəraitində  müqayisəli  iqtisadi  təhlilin  və  müəssisənin  maliyyə 

vəziyyətinin  qiymətləndirilməsinin  mütləq  elementi  kimi  çıxış  edir.  Məlumdur  ki, 




 

65

iqtisadi  təhlil  prosesində  rentabelliyin  bir  sıra  göstəricilərindən  istifadə  olunur.  Belə 



bir  şəraitdə,  rentabelliyin  bu  və  ya  digər  göstəricisinə  yanaşmaların  müxtəlifliyi 

onların  hesablanmasının  müxtəlif  variantlı  sxemlərinin  işlənib  hazırlanmasını  və 

seçilməsini  şərtləndirir.  Fikrimizcə,  həmin  hesablama  modelləri  biri-birindən 

rentabellik  göstəricilərinin  surət  və  məxrəcində  əks  etdirilən  elementlərlə  fərqlənə 

bilər. 



 

66

Cədvəl 2.21 



Rentabellik göstəricilərinin təhlili və qiymətləndirilməsi 

Göstəricilərin adı 

2012 

2013 




1. Müəssisənin ümumi rentabelliyi 

98,97 


105,38 

2. Müəssisənin xalis rentabelliyi 

25,89 

28,44 


3. Xüsusi kapitalın xalis rentabelliyi 

38,91 


35,35 

4. İstehsal fondlarının ümumi rentabelliyi 

113,26 

128,06 


5. Satışın rentabelliyi 

33,61 


37,43 

6. Məhsulun (iş və xidmətlərin) rentabelliyi 

59,81 

50,63 


 2.21  saylı  cədvəlin  məlumatlarından  göründüyü  kimi,  fəaliyyətini  təhlil 

etdiyimiz  müəssisənin  istehsal  və  kommersiya  fəaliyyətinin  səmərəlilik  səviyyəsini 

xarakterizə edən rentabellik göstəricilərinin səviyyəsi kifayət qədər yüksək olmuşdur. 

Belə ki, təhlil işi aparılan dövr ərzində müəssisənin ümumi rentabelliyi 6,41% artaraq 

105,38%  təşkil  etmişdir.  İstehsal  fondlarının  rentabellik  səviyyəsi  113,26%-dən 

128,06%  intervalında  dəyişərək  14,8%  artmışdır.  Məhsulun  (iş  və  xidmətlərin) 

rentabelliyi  9,18%  azalaraq  2006-cı  ildə  50,63%-ə  bərabər  olmuşdur.  Bundan  başqa, 

satışın  rentabellik  səviyyəsi  2012-2013-cı  illər  ərzində  3,82%  artaraq  37,43%  təşkil 

etmişdir.  Lakin,  fəaliyyətini  təhlil  etdiyimiz  müəssisədə  məhsulun  (iş  və 

xidmətlərinin)  rentabellik  səviyyəsinin  azalmasını  birmənalı  olaraq  mənfi  hal  kimi 

qiymətləndirmək  metodoloji  və  praktiki  cəhətdən  düzgün  deyildir.  Çünki,  bazar 

münasibətləri  şəraitində  qiymətin  azalması  ilə  əlaqədar  olaraq  məhsulun  rentabellik 

səviyyəsi dəyişə bilər. 

Məlumdur ki, istehsal fondlarının ümumi rentabelliyinin amilli təhlili metodikası 

və  metodologiyası  istehsalın  kompleks  intensivləşdirilməsinin  və  müəssisənin 

təsərrüfat 

fəaliyyətinin 

səmərəliliyinin 

yüksəldilməsinin 

bütün 


keyfiyyət 

xarakteristikası  üzrə  hesablama  formulasının  tərkib  hissələrinə  ayrılmasını  və 

modifikasiyasını  nəzərdə  tutur.  Fikrimizcə,  müasir  dövrdə  istehsal  fondlarının 

rentabelliyi  fondverimi,  dövriyyə  vəsaitlərinin  dövr  sürəti  və  balans  mənfəətini 

məbləğindən  asılı  olaraq  dəyişə  bilər.  Məhz  bu  mövqedən  çıxış  edərək  istehsal 

fondlarının  rentabellik  səviyyəsinin  fondverimi,  dövriyyə  vəsaitlərinin  dövr  sürəti  və 

faiz  ifadəsində  balans  mənfəətinin  məhsul  (iş  və  xidmətlər)  satışından  yaranan  pul 

gəlirlərinə  nisbətən  asılılığının  üç  amilli  təhlili  modelinin  nəzərdən  keçirilməsi  elmi 

baxımdan  xüsusi  maraq  kəsb  edir.  Praktikada  istehsal  fondlarının  rentabellik 



 

67

səviyyəsinin  amilli  təhlili  üçün  aşağıdakı  formada  cədvəlin  tərtib  olunması 



məqsədəuyğun sayılır. 


 

68

Cədvəl 2.22 



İstehsal fondlarının rentabelliyinin amilli təhlili 

Göstəricilər  

2012 

2013 


Kənarlaşma 

(+;-) 




1. Balans mənfəəti, min manatla 

10386828 

33699055 

+23312227 

2.  Məhsul  (iş  və  xidmətlər)  satışından  yaranan  pul 

gəlirləri  (ƏDV  və  aksizlər  daxil  edilmədən),  min 

manat 


28298770 

103636933 

+75338163 

3. Dövriyyə vəsaitlərinin orta illik qalığı, min manat 

1203674,5 

4070953,5 

+2867279 

4.  Əsas  istehsal  fondlarının  orta  illik  dəyəri,  min 

manatla 

7966720 


22243209 

+14276489 

5. İstehsal fondlarının rentabelliyi, faizlə 

113,26 


128,06 

+14,80 


6.  Pul  gəlirlərinə  nisbətən  faiz  ifadəsində  balans 

mənfəəti 

36,70 

32,52 


-4,18 

7. Əsas istehsal fondlarının fondvkrimi əmsalı 

3,55 

4,66 


+1,11 

8. Dövriyyə vəsaitlərinin dövretmə əmsalı 

23,52 

25,46 


+1,94 

 

2.22  saylı  cədvəlin  məlumatlarından  göründüyü  kimi,  fəaliyyətini  öyrəndiyimiz 



müəssisədə  istehsal  fondlarının  rentabellik  səviyyəsi  14,8%  artaraq  hesabat  ilində 

128,06%  təşkil  etmiş  və  nəticədə  4987460  min  manat  (14,8x33699055:100) 

məbləğində əlavə mənfəət əldə edilmişdir. 

Məlumdur  ki,  nəzəriyyə  və  praktikada  istehsal  fondlarının  rentabellik  səviyyəsi 

onun strukturunu xarakterizə edən aşağıdakı formula ilə müəyyən olunur: 

                                                R

ф  

=  БП  · 100 ·     1                              

                                                        В

ри

          1/КО + 1/ФО    (12) 

buruda  BP – balans mənfəətini, 



V

rp

 – məhsul (iş və xidmətlər) satışından yaranan pul gəlirlərinin  



ƏDV və aksizlər daxil edilmədən məbləğini, 

KO – dövriyyə vəsaitlərinin dövr sürəti əmsalını, 

FO – əsas fondların fondverimini, 

R

f



 – istehsal fondlarının rentabellik səviyyəsini göstərir. 

(12)  formulundan  göründüyü  kimi  istehsal  fondlarının  rentabellik  səviyyəsi 

məhsul  (iş  və  xidmətlər)  satışından  yaranan  pul  gəlirlərinin  1  manatına  düşən  balans 

mənfəətinin  məbləğindən,  dövriyyə  vəsaitlərinin  dövr  sürətindən  və  fondverimi 

göstərcisinin  səviyyəsindən  bilavasitə  asılıdır.  Təcrübədə  zəncirvari  yerdəyişmə 

üsulundan  istifadə  etməklə  yuxarıda  sadalanan  amillərin  istehsal  fondlarının 




 

69

rentabellik  səviyyəsinə  təsirini  hesablamaq  və  qiymətləndirmək  mümkündür.  Bu 



məqsədlə aşağıdakı hesablamaların aparılması məqsədəuyğundur: 

   I.hesablama: R



нф0

 = БП

0

  ·100  ·      1                =113,26%    (13) 

                                       В

pn0

          1/KO

0

+1/ФO

0

  

          

II.hesablama: R



нф0

 = БП

1

  ·100  ·      1                =102,16%    (14) 

                                       В

pn01

          1/KO

0

+1/ФO

0

  

 

III.hesablama: R



нф02

 = БП

1

  ·100  ·      1                =101,31%    (15) 

                                       В

pn1

          1/KO

1

+1/ФO

0

  

 

 IV.hesablama: R

нф1

 = БП

1

  ·100  ·      1                =128,06%    (16) 

                                       В

pn1

          1/KO

1

+1/ФO

0

  

 

Beləliklə, yuxarıda aparılan hesablamalardan istifadə etməklə istehsal fondlarının 



rentabellik səviyyəsinin dəyişməsinə səbəb olan müxtəlif amillərin təsirini 

hesablamaq və qiymətləndirmək mümkündür: 

1.Məhsul (iş və xidmətlər) satışından yaranan pul gəlirlərinin 1 manatına düşən 

balans mənfəətinin məbləğinin azalması hesabına: 

R

pf01


 – R

pf0


 = 102,16 – 113,26 = -11,1%  (17) 

2.Dövriyyə vəsaitlərinin dövr sürətinin yüksəlməsi hesabına: 

R

pf02


 – R

pf01


 = 103,31 – 102,16 = +1,15%  (18) 

3.Fondveriminin səviyyəsinin artması hesabına: 

R

pf1


 – R

pf02


 = 128,06 – 103,31 = +24,75%  (19) 

Beləliklə,  üç  amilin  birgə  təsiri  14,8%  (-11,1+1,15+24,75)  təşkil  edir  və  bu  da 

2.22  saylı  cədvəlin  5-ci  sətrində  verilən  kənarlaşma  ilə  üst-üstə  düşür  (128,06-

113,26). 

 

 

 



                                                         

 


 

70

NƏTİCƏ VƏ TƏKLİFLƏR 



 

Aparılan  tədqiqat  işləri  göstərir  ki,  audit  fəaliyyətinin  inkişafı  tarixinə  nəzər 

saldıqda onun dərin tarixi kökləri  və böyük inkişaf  yoluna  malik olduğunu  müşahidə 

etmək  olar.  Fikrimizcə,  audit  xidmətinin  mövcudluğu  hər  şeydən  əvvəl  mülkiyyət 

münasibətləri  ilə  bağlıdır.  Lakin,  elmi-texniki  tərəqqinin  yüksək  inkişaf  səviyyəsi, 

mürəkkəb texnoloji istehsal prosesi, resursların optimal əlaqələndirilməsi və onlardan 

səmərəli  istifadə  edilməsi  auditin  analitik  proseduraları  vasitəsilə  öyrənilir  və 

qiymətləndirilir.  Hazırda  auditin  fəaliyyətinin  müxtəlif  spesifik  xüsusiyyətləri  nəzərə 

alınmaqla  onun  bütün  inkişaf  etmiş  ölkələrdə  geniş  struktur  təşkilati  forması 

mövcuddur.  Təsərrüfat  prosesinin  genişlənməsi  və  müxtəlif  əməliyyatların 

mürəkkəbləşməsi  auditin  qarşısında  yeni  vəzifələr  qoyur.  Belə  ki,  əvvəllər  auditor 

yalnız təsərrüfat-maliyyə əməliyyatlarının müstəqil mühasibat yoxlanması üsün dəvət 

olunurdursa müasir şəraitdə onun qarşısında daha ceniş vəzifələr və öhdəliklər durur. 

Auditin  müstəqil  fəaliyyət  növü  olmaqla  bütün  təsərrüfat  subyektlərinə  nüfuz  edir, 

müəssisənin  işinin  səmərəli  təşkili,  məsrəflərin  qanunauyğunluğu,  mənfəətin  əldə 

edilməsi və bölüşdürülməsi ehtiyatlardan səmərəli istifadə olunması və onlaın optimal 

əlaqələndirilməsi, elmi-texniki tərəqqinin son  nailiyyətlərinin tətbiqi səviyyəsi, sosial 

problemlərin həlli və insan kapitalının formalaşması üzrə vəziyyəti qiymətləndirir. 

Aparılan tədqiqatlar göstərir ki, auditin mahiyyəti və  məzmunu yalnız idarəetmə 

ilə  qarşılıqlı  əlaqədə,  xüsusilə  də  iqtisadiyyatın  idarə  edilməsi  prosesində  daha  geniş 

açıla  bilər.  Mövcud  ənənəyə  görə,  idarəetmə  funksiyası  idarəetmə  sisteminin  iki 

elementi  –  obyektiv  və  subyektiv  üzrə  müəyyən  edilir.  İdarəetmə  obyekti  dedikdə, 

istehsalın  elmi-texniki  səviyyəsi,  istehsalın  əsas  və  xidmətedici  obyektləri,  məhsulun 

keyfiyyəti,  əmək  və  əmək  haqqı,  maliyyə-kredit  və  digər  məsələlər  başa  düşülür. 

İdarəetmənin  subyekti  idarəetmə  işlərinin  elə  bir  növlərə  ayrılmasına  əsaslanır  ki, 

onlardan hər birinin idarəetmə prosesində funksional vəzifəsi mövcud olur. İdarəetmə 

funksiyasının  təsnifatını  ayrı-ayrı  işlərin  müxtəlif  variantlar  üzrə  qruplaşması 

nəticəsində müxtəlif məzmun daşıya bilər. Lakin, bütün hallarda iqtisadçıların hamısı 

nəzarəti  idarəetmənin  vacib  elementlərindən  biri  hesab  edir.  Aparılan  tədqiqatlar 



 

71

nəticəsində 



maliyyə 

təhlili 


ilə 

idarəetmənin 

(menecmentin) 

ən 


mühüm 

elementlərindən  biri  sayılan  audit  arasında  qarşılıqlı  əlaqələrin  xarakterinin  aşkara 

çıxarılması  məqsədilə  müəllif  tərəfindən  qarşıya  qoyulmuş  vəzifələr  kompleksi 

müvəffəqiyyətlə  həll  edilmişdir.  Fikrimizcə,  təhlil  materiallarını  yekunlaşdıraraq 

konkret  nəticələr  çıxarmaq  və  müəyyən  olunmuş  nöqsanları  aradan  qaldırmaq 

məqsədilə  aşağıdakı  təkliflər  paketinin  işlənib  hazırlanması  məqsədəuyğun  sayıla 

bilər. 

1. Məlumdur ki, bazar münasibətlərinə keçidlə əlaqədar olaraq ölkəmizdə dünya 



təcrübəsi  ilə  analoji  olan,  bizim  üçün  tamamilə  yeni  sayılan,  mühasibat  və  maliyyə 

hesabatlarının  tərtibinin  düzgünlüyünə  nəzarəti  həyata  keçirən  auditor  işinin 

yaradılması  tələb  olunur.  Lakin,  ölkə  praktikası  üçün  yeni  olan  auditin  mahiyyətinin 

tam  mənimsənilməməsi  iqtisadi  ədəbiyyatlarda  onun  müxtəlif  tərəflərinin 

formalaşmasına  gətirib  çıxarır.  Fikrimizcə,  xarici  ölkə  təcrübəsinin  sintezi  əsasında 

işlənib  haxırlanmıq  və  «Auditor  xidməti  haqqında»  Azərbaycan  Respublikasının 

Qanununda  öz  əksini  tapmış  tərif  ölkə  nəzəriyyəsi  və  təcrübəsi  üçün  daha  məqbul 

hesab edilə bilər. 

2.  Aydındır  ki,  auditor  dəlillərinin  toplanması  müxtəlif  üsul  və  metodların 

köməyi  ilə  həyata  keçirilə  bilər.  Fikrimizcə,  təcrübədə  müşahidə,  sənədləşdirmə, 

faktiki  nəzarət,  təsdiqetmə,  sorğu  hesablamalarının  dəqiqliyinin  yoxlanılması  və 

analitik  proseduralar  daha  səmərəli  metodlar  sayılır.  Lakin,  analitik  proseduraların 

metodikasının  nəzəriyyə  və  praktikada  az  işlənməsi  onun  tətbiqi  imkanlarını 

minimuma endirir. 

3. Nəzəriyyə və praktikada analitik proseduralar iki aspektdən nəzərdən keçirilir. 

Təsərrüfat  subyektlərində  mühasibat  uçotunun  dəqiq  və  dürüst  aparılmasının, 

mühasibat  və  maliyyə  hesabatlarının  tərtibinin  düzgünlüyünü  sübut  edən  faktların 

toplanması  bu  aspekt  sayılır.  İkinci  halda,  analitik  proseduralar  auditin  müxtəlif 

mərhələlərində  geniş  tətbiq  olunan  mühüm  auditor  proseduralarından  biri  kimi 

nəzərdən keçirilir. 

4.  Nəzəriyyə  və  praktikadan  göründüyü  kimi,  müasir  şəraitdə  analitik 

proseduralar  auditor  yoxlamalırının  ayrılmaz  tərkib  hissəsi  hesab  olunur.  Analitik 




 

72

proseduralardan 



auditor 

yoxlamalarının 

planlaşdırma, 

bilavasitə 

auditor 

yoxlamalarının  aparılması  və  yekun  mərhələsində  istifadə  oluna  bilər.  Planlaşdırma 

mərhələsində istifadə olunan analitik proseduralar kənarlaşmaları aşkar etməyə imkan 

verən  auditor  yoxlamaları  ssenarisinin  işlənib  hazırlanması  üçün  vacib  şərt  sayılır. 

Bundan  başqa  analitik  proseduralar  «xarakterik»  asılılığının  müəyyən  ediməsi, 

gözlənilməyən  və  eləcə  izah  edilməsi  mümkün  olmayan  faktların  aşkara  çıxarılması 

və  auditin  yekun  mərhələsində  kompleks  maliyyə  təhlilinin  həyata  keçirilməsi 

məqsədilə tətbiq olunur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI 



 

1.  «Auditor  xidməti  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu.  16  setyabr 

1994-cü il. 



 

73

2.  «Mühasibat  uçotu  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu.  1  yanvar 



2005-ci il. 

3.  «Müəssisələrin uçot siyasəti haqqında Əsasnamə», 23 yanvar 1997-ci il. 

4.  Адаев  Ю.В.  Анализ  эффективности  хозяйственной  деятельности 

предприятий  вусловиях  рынка  и  аудит:  Учебное  пособие.  –  Пенза,  1995.-

276с. 

5.  Адамс  Р.  Основы  аудита:  Пер.  с  англ./  Под  ред.  Я.В.Соколова.  –  М.: 



Аудит, ЮНИТИ. 1995. – 398с. 

6.  Анализ экономики. Страна, рынок, фирма. Под ред. проф. В.Е.Рыбалкина. 

учебник. – М.: Междунар. Отношения, 1999.-304 с. 

7.  Анализ  хозяйственной  деятельности  в  промышленности:  Учебник 

Л.А.Богдановская.,  Г.Г.Виногоров.,  О.Ф.Мигун  и  др.  Под  общ.  ред. 

В.И.Стражева. -2-е изд., Стереотип. –Мн.: Выщ. шк., 1996.-363с. 

8.  Андреев В.Д. Практический аудит. Справочное пособие. –М.: Экономика. 

1994-366с. 

9.  Audit  (izahlı  lüğət):  Bakı.  Azərbaycan  Respublikasının  Auditorlar  Palatası, 

1996-502s. 

10. Баканов  М.И.,  Шеремет  А.Д.  Теория  экономического  анализа.  –М.: 

«Финансы и статистика», 2002-416с. 

11. Гиляровская  Л.Т.,  Стольная  Н.В.  Экономический  анализ  в  аудированиии 

деятельности компании США //Бухгалтерский учет. 1992.№9. 

12. Данилевский Ю.А. Общий аудит в вопросах и ответах. М.: Бухгалтерский 

учет, 1995-176с. 

13. Ефимова О.В. Финансовый анализ. –М.: «Бухгалтерский учет», 2002-528с. 

14.  Зудилин  А.П.  Анализ  финансового  положения  капиталистического 

предприятия и сипользованного им капитала. М.: УДН, 1982-128с. 

15.  Зудилин  А.П.  Учись  читать  бухгалтерскую  отчетность  партнера  и 

конкурента.-М.: Изл-во Российского УДН, 1993-162с. 



 

74

16.  İsmayılov  N.M.  Bazar  münasibətləri  şəraitində  müəssisənin  (firmanın) 



maliyyə  nəticəlirinin təhlili. //  «Maliyyə  və uçot», 2001, 12, s. 15-21; 2002, 1, 

s. 10-14; 2002, 2, s. 22-28. 

17.  Səbzəliyev S.M. Mühasibat (Maliyyə) hesabatı. Dərs vəsaiti. 2003 

18. Пашков Д.А. – Бухгалтерский учет и анализ за рубежом. Минск. 2002 

19. Нидлз  Б.,  Андерсон  Х.,  Колделл  Д.  –  Принципы  бухгалтерсакого  учета. 

Перевод с английского языка. Москва, 1997 

20. Палий  В.Ф.  –  Международные  стандарты  финансовой  отчетности. 

Учебное пособие. Москва, 2010 

21. Бурцов В.В. Государственный финансовый контроль. Москва, 2000 

22. Мельник М.В. и др. Ревизия и контроль. Москва. 2004 

23. Бухгалтерский учет и анализ в США. М.: «Истсервис». 1941, 298 с. 

24. Белобородова  В.А.  Бухгалтерский  учет  с  основами  экономического 

анализаю М.: Финансы и статистика, 1998-352 с.  

 

 



 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə