«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   ...   14   15   16   17   18   19   20   21   22

 

57

qiymətli kağızlar  hesabına ödənilməsi ehtimalını  xarakterizə edir. xüsusi  vurğulamaq 



yerinə  düşər  ki,  likvidlik  əmsallarından  kompleks  istifadə  müəssisənin  kredit 

qaytarma  qabiliyyətini  müəyyən  etməyə  və  qiymətləndirməyə  imkan  verir.  Lakin, 

müxtəlif  mülkiyyət  münasibətlərinə  mənsub  təsərrüfat  subyektləri  üçün  likvidlik 

əmsallarının  normativ kəmiyyətinin  hələ  də  müəyyən olunmaması  və  ümumiləşdirici 

göstəricinin  hesablanması  alqoritminin  yoxluğu  problemi  xeyli  dərinləşdirir. 

Məlumdur ki, beynəlxalq praktikada mütləq likvidlik əmsalı, aralıq likvidlik əmsalı və 

cari  likvidlik  (ümumi  örtülmə)  əmsalının  nəzəri  cəhətdən  qəbul  edilmiş  səviyyəsi 

müvafiq olaraq 0,2-0,25, 0,70-0,80  və 2,00-2,50  hüdudlarında  götürülür.  Fəaliyyətini 

öyrəndiyimiz müəssisədə mütləq likvidlik əmsalı istisna olmaqla ödəmə qabiliyyətini 

xarakterizə  edən  göstəricilərin  səviyyəsinin  normativdən  yüksək  olması  təşkilatın 

maliyyə  vəziyyətinin  sabit  olduğunu  göstərir.  Bunu  aşağıdakı  cədvəlin  məlumatları 

əsasında  hesablanmış  ödəmə  qabiliyyətini  xarakterizə  edən  göstəricilərin  mütləq 

qiymətindən və görmək mümkündür (bax cədvəl 2.17). 

III mərhələ: Müəssisənin maliyyə sabitliyinin təhlili və qiymətləndirilməsi; 

Qeyd  etmək  lazımdır  ki,  bazar  münasibətləri  şəraitində  müəssisənin  maliyyə 

sabitliyini 

təhlil 


etmədən 

onun 


maliyyə 

vəziyyətini 

kompleks 

şəkildə 


qiymətləndirmək  mümkün  deyildir.  Fikrimizcə,  müasir  dövrdə  müəssisənin  maliyyə 

sabitliyinin təhlili, ilk növbədə, müxtəlif mülkiyyət münasibətlərinə mənsub təsərrüfat 

subyektlərinin  kənar  maliyyə  mənbələrindən  asılılıq  dərəcəsini  müəyyən  etməyi, 

mühasibat  balansının  aktivinin  və  passivinin  strukturunu  qiymətləndirməyi  nəzərdə 

tutur.  Təcrübədə,  maliyyə  sabitliyi  göstəriciləri  aktivlərin  hər  bir  elementi  (əsas 

vəsaitlər  və  dövriyyə  vəsaitləri)  üzrə  və  bütövlükdə  əmlaka  görə  müəssisənin 

müstəqilliyini, kənar maliyyə mənbələrindən asılılığını xarakterizə edir. 

Cədvəl 2.17 



Müəssisənin ödəmə qabiliyyətini xarakterizə edən göstəricilər 

Göstəricinin adı 

İlin əvvəlinə 

İlin 


sonuna 

Mütləq 


kənarlaşma 

(+;-) 


Artım 

tempi, 


%-lə 





1.  Pul  vəsaitləri  və  qısamüddətli  maliyyə 

qoyuluşları, min manatla 

312570 

580940 


+268370 

85,86 


2. 

Pul 


vəsaitləri, 

qısamüddətli 

maliyyə 

2941734 


8174602 

+5232868 

177,88 



 

58

qoyuluşları  və  hesablaşmalarda  olan  vəsaitlər, 



min manatla 

3.  Pul  vəsaitləri,  material  dövriyyə  vəsaitləri, 

maliyyə  qoyuluşları  və  hesablaşmalar,  min 

manatla 


5002497 

14529239 

+9526742 

190,44 


4. Kreditor borcları, min manatla 

508000 


1885780 

+1377780 

271,22 

5.  Qısamüddətli  kreditlər  və  borclar,  min 



manatla 

1004920 


2358246 

+1353326 

134,67 

6.  Uzunmüddətli  kreditlər  və  borclar,  min 



manatla 

123500 


-123500 


-100 

7. Mütləq likvidlik əmsalı 

0,21 

0,14 


-0,07 

-33,33 


8. Aralıq likvidlik əmsalı 

1,94 


1,93 

-0,01 


-0,52 

9. Cari likvidlik (ümumi örtülmə) əmsalı 

3,31 

3,43 


+0,12 

3,63 


10. Ümumi ödəmə qabiliyyəti əmsalı 

3,06 


3,43 

+0,37 


12,09 

 

Maliyyə baxımından həmin göstəricilər  müəssisənin sabitliyini  müəyyən etməyə 



və  ödəmə  qabiliyyətini  qiymətləndirməyə  imkan  verir.  Bu  baxımdan,  nəzəriyyə  və 

praktikada  müəssisənin  maliyyə  sabitliyini  xarakterizə  edən  göstəricilərin  aşağıdakı 

kimi sistemləşdirilməsi məqsədəuyğun sayılır (bax cədvəl 2.18). 

Məlumdur ki, «material dövriyyə vəsaitlərinin xüsusi mənbələrlə təmin olunması 

əmsalı» müəssisənin  material ehtiyatlarının xüsusi vəsait  mənbələri hesabına örtülmə 

imkanlarını  xarakterizə  edir.  2.18  saylı  cədvəldə  verilmiş  rəqəmlərdən  göründüyü 

kimi, fəaliyyətini öyrəndiyimiz müəssisədə həmin əmsalın kəmiyyəti müqayisə edilən 

dövr  ərzində  0,02%  (1,63%-dən  1,65%-ə)  artmışdır.  Fikrimizcə,  bu  göstəricini 

kompleks  qiymətləndirmək  üçün  həmin  əmsalı  formalaşdıran  parametrlərin 

dinamikasını  nəzərdən  keçirmək  daha  məqsədəuyğundur.  Aydındır  ki,  onların 

dinamikasının öyrənilməsi həmin əmsalın kəmiyyətinin dəyişmə səbəblərini müəyyən 

etməyə və qiymətləndirməyə imkan verə bilər. 

Yuxarıda  verilən  balans  məlumatlarından  göründüyü  kimi,  təhlil  işi  aparılan 

müəssisədə material dövriyyə vəsaitlərinin məbləği 2,9 dəfə artmış və bu artım xüsusi 

dövriyyə  vəsaitləri  hesabına  örtülmüşdür.  Fikrimizcə,  material  dövriyyə  vəsaitlərinin 

belə artımı onların  dövranı  və dövriyyəsinə  mənfi təsir göstərmədiyi  hallarda  müsbət 

qiymətləndirilə  bilər.  Bundan  başqa,  il  ərzində  material  dövriyyə  vəsaitlərinin 

dəyərinin  kəskin  artımı  ölkədə  qiymətlərin  qeyri  sabitliyi  və  müəssisə  əmlakının 

formalaşma mənbələrinin mövcudluğu ilə də izah olunur. Aparılan tədqiqatlar göstərir 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə