«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 

44

Göründüyü  kimi,  fəaliyyətini  öyrəndiyimiz  müəssisədə  ötən  il  nisbətən  hesabat 



ilində  immobil  vəsaitlərin  strukturunda  bəzi  dəyişikliklər  olmuşdur.  Belə  ki,  «Əsas 

vəsaitlər»  və «Quraşdırılması avadanlıqlar»  maddəsinin  xüsusi çəkisi  müvafiq olaraq 

12,65%  (93,13%-dən  80,48%-ə)  və  0,77%  (0,94%-dən  0,17%-ə)  azalmışdır.  Bunun 

əksinə  olaraq  qalan  üç  maddə  üzrə  («Qeyri-maddi  aktivlər»,  «Başa  çatdırılmamış 

kapital qoyuluşları» və «Uzunmüddətli maliyyə qoyuluşları») artım müşahidə olunur. 

Burada  ən  yüksək  artım  (12,44%)  «Başa  çatdırılmamış  kapital  qoyuluşları»  maddəsi 

üzrə baş vermişdir. Fikrimizcə, hesabat ilinin sonuna immobil vəsaitlərin struk urunda 

baş  vermiş  dəyişiklikləri  əlverişli  hesab  etmək  mümkündür.  Çünki,  həmin 

dəyişikliklər perspektivdə istehsal fəaliyyətinin genişləndirilməsinə imkan verə bilər. 

Yuxarıda  qeyd  edildiyi  kimi,  müəssisənin  əmlak  vəziyyəti  əsas  vəsaitlərin 

köhnəlmə əmsalı, əsas vəsaitlərin təzələnmə əmsalı  və dövriyyədən çıxma əmsalı  ilə 

xarakterizə olunur. Yuxarıda  hər bir  göstəricisinin  hesablanma  metodikası  geniş şərh 

edildiyindən,  burada  onların  təkrarına  ehtiyac  duyulmur.  Fəaliyyətini  öyrəndiyimiz 

müəssisənin  məlumatları  əsasında  hesablanmış  həmin  göstəricilər  aşağıdakı  kimi 

sistemləşdirilə və qruplaşdırıla bilər. 

Cədvəl 2.8. 



Əsas vəsaitlərin xarakteristikası 

Göstəricilər  

İlin əvvəlinə 

İlin sonuna 

Artım 

tempi, 


%-lə 





1.Əsas vəsaitlərin ilk dəyəri 

10112619 

100,00 


34373798 

100,00 


339,61 

2.Aktiv  əsas  vəsaitlərin  xüsusi 

çəkisi (payı) 

4307640 


42,6 

17683520 

51,44 

410,52 


3.Əsas vəsaitlərin qalıq dəyəri 

8773374 


28390144 

323,59 


4.Əsas vəsaitlərin köhnəlmə əmsalı 

 

13,20 



 

17,40 


 

5.Əsas vəsaitlərin təzələnmə əmsalı 

 

42,91 


 

21,98 


 

6.Əsas 


vəsaitlərin 

dövriyyədən 

çıxma əmsalı 

 

0,47 



 

0,25 


 

  

2.8.  saylı  cədvəldə  məlumatlardan  aydın  olur  ki,  hesabat  ilində  müəssisə  lazımi 



səviyyədə  maddi-texniki  bazaya  malik  olmuş  və  əsas  vəsaitlərin  təzələnməsi  prosesi 

(2013  və  2014-cü  illərdə  müvafiq  olaraq  42,91%  və  21,98%)  yüksək  sürətlə 

aparılmışdır.  Həmin  illər  ərzində  əsas  vəsaitlərin  köhnəlməsi  13,20%  və  17,40% 



 

45

intervalında tərəddüd etmişdir. Hesabat ilinin sonunda əsas vəsaitlərin aktiv hissəsinin 



xüsusi çəkisi 42,60%-dən 51,44%-ə yüksəlmiş və artım 8,84% təşkil etmişdir. Bu isə, 

öz  növbəsində,  fəaliyyətini  öyrəndiyimiz  müəssisə  üçün  müsbət  hal  kimi 

qiymətləndirilə bilər. 

Məlumdur ki, əsas fondlardan istifadənin səmərəliliyi fondverimi və fondtutumu 

göstəriciləri  ilə  ölçülür  və  qiymətləndirilir.  Bu  zaman,  fondverimi  məhsul  satışından 

yaranan  pul  gəlirlərinin  əsas  fondların  orta  illik  dəyərinə  nisbəti  fondtutumu  isə 

fondverimi  göstəricisinin  əksi  kimi  hesablanır.  Fondtutumu  göstəricisi  məhsul 

satışından  əldə  edilən  pul  gəlirlərinin  hər  manatına  düşən  əsas  vəsait  məsrəflərini 

(qəpiklə)  xarakterizə  edir.  Aydındır  ki,  məhsulun  fondtutumunun  səviyyəsinin  aşağı 

düşməsi  əsas  fondlardan  istifadənin  səmərəliliyinin  yüksəldiyini  göstərir.  Praktikada, 

əsas  fondlardan  istifadənin  səmərəliliyini  əyani  şəkildə  öyrənmək  üçün  aşağıdakı 

formada analitik cədvəlin tərtib olunması məqsədəuyğun sayılır. 

Cədvəl 2.9. 

Əsas fondlardan istifadənin səmərəliliyinin təhlili 

Göstəricilər  

İlin 

əvvəlinə 



 İlin sonuna 

Kənarlaşma 

(+;-) 





1.Məhsul  (iş  və  xidmətlər)  satışından  yaranan  pul 



gəlirləri (ƏDV və aksizlər daxil edilmədən), min manat 

 

28298803 



 

103636933 

 

+75338130 



2.Əsas fondların orta illik dəyəri, min manatla 

7966720 


22243209 

+14276489 

3.Əsas vəsaitlərin fondverimi, manatla 

3,55 


4,66 

+1,11 


4.Məhsulun fondtutumu, qəpiklə 

28,15 


21,46 

-6,69 


 

2.9  saylı  cədvəldə  verilmiş  məlumatlardan  göründüyü  kimi,  fondverimi 

göstəricisinin  səviyyəsi  ilin  əvvəlinə  nisbətən  1,11  manat  (4,66-3,55)  artmış  və 

nəticədə  məhsulun  fondtutumu  6,69  qəpik  azalaraq  21,46  qəpik  təşkil  etmişdir.  Bu 

isə,  öz  növbəsində,  müəssisənin  maliyyə  vəziyyətinin  sabitliyini  və  əsas  fondlardan 

istifadənin səmərəliliyini göstərir. 

Nəzəri  və  praktiki  ədəbiyyatlarda  fondverimi  göstəricisinin  əmək  məhsuldarlığı 

və  əməyin  fondla  silahlanması  göstəriciləri  ilə  sıx  əlaqəli  olduğu  xüsusi  vurğulanır. 

Bu  zaman  əmək  məhsuldarlığı  məhsul  satışından  əldə  olunan  pul  gəlirlərinin  (ƏDV 

və aksizlər daxil edilmədən) işçilərin orta sayına nisbəti kimi müəyyən olunur. 




 

46

      B = T         F = T          F



v

 = C                                      C = F

v

 · R  (5); 

           R   (1);        C   (2);        R   (3);     T = B · R  (4); 

                             

F = T  = B· R  = V 

                                                         C     F

v

 · R    F

v

     (6) 

 

burada, B – əmək məhsuldarlığını, 

T – məhsul satışından əldə olunan pul gəlirlərini, 

R – işçilərin sayını, 

F – əsas fondların fondverimini, 

C – əsas fondların orta illik dəyərini, 

F

v

  –  əməyin  fondla  silahlanmasını  göstərir.  Bu  zaman,  fondveriminin  artımının 



əsas şərti əmək  məhsuldarlığının artım tempinin əməyin fondla silahlanmasının artım 

tempini  üstələməsi  hesab  olunur.  Fikrimizcə,  sadalanan  göstəricilər  arasındakı 

əlaqənin  xarakteri  aşağıdakı  cədvəlin  məlumatlarından  istifadə  olunmaqla  tam  açıla 

bilər. 


Cədvəl 2.10 

Fondveriminin amilli təhlili 

Göstəricilər  

İlin 

əvvəlinə 



 İlin sonuna 

Kənarlaşma (+;-) 

mütləq 

ifadədə 


faizlə  





1.Məhsul (iş və xidmətlər)satışından əldə 

olunan pul gəlirləri, min manatla 

28298803 

103636933 

+75338130 

366,22 


2.İşçilərin orta siyahı sayı, nəfərlə 

465 


561 

+105 


132,03 

3.Bir  işçi  hesabı  ilə  əmək  məhsuldarlığı, 

min manatla 

62058,78 

184736,07 

+122677,29 

297,68 

4.Əsas  fondların  orta  illik  dəyəri,  min 



manatla 

7966720 


22243209 

+14276489 

279,20 

5.Əməyin  fondla  silahlanması  (bir  işçi 

hesabı ilə), min manatla 

17470,88 

39649,21 

+22178,33 

226,94 

6.Əsas fondların fondverimi, manatla, 

3,55 

4,66 

+1,11 

131,27 

 

Göründüyü  kimi,  fəaliyyətini  təhlil  etdiyimiz  müəssisədə  fondveriminin 



səviyyəsinin  131,27%  artması  əmək  məhsuldarlığının  artım  tempinin  (297,68%) 

əməyin  fondla  silahlanmasının  artım  tempindən  (226,94%)  yüksək  olması  ilə 

xarakterizə  olunur.  Praktikada,  amilli  təhlil  vasitəsilə  həmin  faktorların  fondverimi 

göstəricisinin  səviyyəsinə  təsirini  hesablamaq  və  qiymətləndirmək  mümkündür.  Bu 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə