«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   ...   14   15   16   17   18   19   20   21   22

 

53

qabiliyyətini  (və  ya  ödəmə  qabiliyyətinin  olmamasını)  göstərir.  Perspektiv  likvidlik 



isə  gələcək  daxilolmaların  və  ödəmələrin  müqayisəsi  əsasında  ödəmə  qabiliyyətinin 

proqnozunu ifadə edir. Məhz buna görə də, nəzəriyyə və praktikada ümumiləşdirilmiş 

şəkildə  balansın  likvidliyini  təhlil  etmək  üçün  müvafiq  formada  analitik  cədvəlin 

tərtib olunması məqsədəuyğun sayılır (bax cədvəl 2.15). 

2.15  saylı  cədvəldə  verilmiş  rəqəmlərdən  istifadə  etməklə  təhlil  işi  apararkən 

nəzərə  almaq  lazımdır  ki,  2011-2014-cı  illər  ərzində  qiymətlərin  səviyyəsinin 

müəyyən  qədər  dəyişməsi  səbəbindən  cədvəlin  9,  10  və  11-ci  sütunlarında  mütləq 

ifadədə  hesablanmış  ödəmə  artıqlığı  (çatışmazlığı)  əsasında  balansın  likvidliyinin 

dinamikasını  öyrənmək  nəzəri  və  praktiki  cəhətdən  səmərəli  deyildir.  Fikrimizcə, 

passivin  müvafiq  qrupları  üzrə  faiz  ifadəsində  ödəmə  artıqlığının  (çatışmazlığının) 

hesablanması  balansın  likvidliyinin  2011-2015-ci  illər  ərzində  dəyişməsini  izləməyə 

əlverişli  şərait  yarada  bilər  (bax  cədvəl  3.16).  3.16  saylı  cədvəldən  göründüyü  kimi, 

fəaliyyətini  öyrəndiyimiz  müəssisədə  2007-2009-cu  illər  ərzində  təcili  öhdəliklərin 

(P

1



)  örtülməsi  üçün  daha  likvid  aktivlərin  (A

1

)  çatışmazlığı  müşahidə  olunur. 



Fikrimizcə, belə bir  vəziyyət  respublika  müəssisələri  üçün  xarakterikdir  və bunu son 

statistik  məlumatlar  da  sübut  edir.  Bundan  başqa,  2007-2009-cü  illər  ərzində 

debitorlardan daxil olan vəsaitlərin (A

2

) miqdarı qısamüddətli kredit və borcların (P



2

məbləğindən  çox  olmuşdur.  Lakin,  2007-ci  ildə  həmin  artım  daha  likvid  vəsaitlərin 



çatışmazlığını örtmək üçün kifayət etməmişdir. Yalnız 2011-2015-ci illərdə tez realizə 

olunan  aktivlərin  artıqlığı  birinci  qrup  aktivlərin  çatışmazlığının  örtürülməsini  təmin 

etmişdir. Bundan başqa, yavaş realizə edilən aktivlərin (A

3

) məbləği də uzunmüddətli 



öhdəliklərin  (P

3

)  həcmindən  çox  olmuşdur.  Ona  görə  də,  ödəmə  artıqlığının 



(çatışmazlığının) nisbi göstəriciləri verilmiş 3.16 saylı cədvəlin məlumatlarına əsasən 

beli bir fikir söyləmək olar ki, mühasibat balansının likvidliyinin ən əlverişli vəziyyəti 

başqa  illərlə  müqayisədə  yalnız  2010-cu  ildə  müşahidə  edilir.  Lakin,  bütün  bunlara 

baxmayaraq  təhlil  işi  aparılan  illər  ərzində  müəssisənin  mühasibat  balansının 

likvidliyini  bütövlükdə  müsbət  qiymətləndirmək  olar.  Fikrimizcə,  göstərilən  sxem 

üzrə balansın  likvidliyinin təhlili təxmini  xarakter daşıyır  və  bu  maliyyə (mühasibat) 

hesabatı  əsasında  xarici  təhlili  aparan  auditorun  sərəncamında  olan  informasiyanın 



 

54

məhdudluğu  ilə  şərtlənir.  Praktikada  bu  metod  o  qədər  də  səmərəli  sayılmır  və 



maliyyə  əmsallarının  köməyi  ilə  həyata  keçirilən  ödəmə  qabiliyyətinin  təhlili  daha 

müfəssəl hesab edilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

55

Cədvəl 2.15 



Müəssisənin mühasibat balansının likvidliyinin təhlili 

 

Aktiv   01.01.2013  01.01.2014  01.01.2015  Passiv   01.01.2013  01.01.2014  01.01.2015 

Ödəmə art

01.01.2013 









A

 



288099 

312570 


580940 

P



460966 

1004920 


2399235 

-172867 


A

 



203317 

2629164 


7593662 

P



186500 

508000 


1885780 

+16817 


A

 



334500 

2061063 


6358163 

P



123500 


+334500 


A

 



5727457 

9417694 


34973062 

P



5905907 

12784071 

45221712 

-178450 


 


 

56

Cədvəl 2.16 



Balansın kapital və öhdəlikləri üzrə qrupların yekununa görə faiz ifadəsində 

ödəmə artıqlığı və ya çatışmazlığı 

Göstəricilərin hesablanması 

01.01.2013 

01.01.2014 

01.01.2015 

(A

1



 - P

1

) : P



1

 x 100% 


-37,50 

-68,90 


-75,79 

(A

2



 – P

2

) : P



2

 x 100% 


+9,01 

+417,55 


+302,66 

(A

3



 – P

3

) : P



3

 x 100% 


+1568,88 

(A

4



 – P

4

) : P



4

 x 100% 


-3,02 

-26,33 


-22,66 

 

Göründüyü  kimi,  bazar  münasibətləri  şəraitində  balansın  likvidliyinin  təhlili 

müəssisənin  bütün  növ  öhdəliklər  üzrə  hesablaşma  aparmaq  qabiliyyətini  müəyyən 

etməyə  imkan  verir.  Lakin,  bu  qayda  üzrə  aparılan  təhlil  qısamüddətli  öhdəliklərin 

örtülməsi istiqamətində müəssisənin imkanları haqqında tam təsəvvür yaratmır. Məhz 

buna görə də, ödəmə qabiliyyətinin təhlili və qiymətləndirilməsinin ölkə təcrübəsində 

qısamüddətli  öhdəliklərin  örtülməsi  kimi  vəsaitlərin  nisbi  likvidlik  göstəricilərindən 

istifadə 

olunur. 

Bütövlükdə 

götürdükdə 

balansın 

likvidliyinin 

kompleks 

qiymətləndirilməsi  üçün  likvidliyin  ümumi  göstəricisindən  istifadə  etmək  daha 

məqsədəuyğun  sayıla  bilər.  Fikrimizcə,  praktikada  həmin  göstəricidən  istifadə 

etməklə  maliyyə  situasiyalarının  dəyişməsini  qiymətləndirmək  və  çoxsaylı  potensial 

tərəfdaşlar  arasında  daha  etibarlı  tərəfdaşı  seçmək  mümkün  olur.  Göründüyü  kimi, 

bazar  münaibətləri  şəraitində  balansın  likvidlik  göstəriciləri  idarəetmənin  müxtəlif 

səviyyələrində müəssisənin maliyyə vəziyyətini kompleks xarakterizə etməyə əlverişli 

şərait  yaradır  və  analitik  informasiyadan  istifadə  edən  fiziki  və  hüquqi  şəxslərin 

marağına  tam  cavab  verir.  Aydındır  ki,  müxtəlif  mülkiyyət  münasibətlərinə  mənsub 

təsərrüfat  subyektlərinin  iş  təcrübəsində  və  beynəlxalq  praktikada  mütləq  likvidlik 

əmsalı xammal və material göndərənlər üçün, kredit verən bank kritik qiymətləndirmə 

əmsalı  isə  müəssisəyə  kredit  verən  bank  üçün  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bundan 

başqa,  alıcılar  və  müəssisənin  qiymətli  kağızlar  paketini  əldə  edənlər  cari  likvidlik 

əmsalı  vasitəsilə  təsərrüfat  subyektlərinin  maliyyə  vəziyyətinin  sabitliyini 

qiymətləndirir. 

Nəzəri  və  praktiki  ədəbiyyatlardan  məlumdur  ki,  mütləq  likvidlik  əmsalı 

müəssisə tərəfindən yaxın dövr ərzində qısamüddətli öhdəliklərin  nəqd pul vəsaiti  və 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə