«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   ...   14   15   16   17   18   19   20   21   22

 

61

 



2.19  saylı  cədvəlin  məlumatlarından  göründüyü  kimi,  təhlil  işi  aparılan  dövr 

ərzində  dövriyyə  vəsaitlərinin  dövr  sürəti  xeyli  yüksəlmişdir.  Belə  ki,  bazis  ilində 

bütün  cari  aktivlər,  debitor  borcları,  istehsal  ehtiyatları,  pul  vəsaitləri  və  qiymətli 

kağızlar  müvafiq  olaraq  9,7,  20,0,  14,7  və  94,2  dövr  etmişdirsə,  həmin  göstəricilər 

hesabat  ilində  ardıcıl  surətdə  10,8,  20,3,  16,9  və  232,0  dövr  etmişdir.  Fikrimizcə, 

dövriyyə  vəsaitlərinin  yüksəlməsi  əmsalından  istifadə  etməklə  kapitalının  dövr 

sürətinin  artırılmasından  əldə  edilən  iqtisadi  səmərənin  həcmini  müəyyən  etmək  və 

qiymətləndirmək  mümkündür.  2.19  saylı  cədvəlin  məlumatlarından  aydındır  ki, 

fəaliyyətini  öyrəndiyimiz  müəssisədə  dövriyyə  vəsaitlərinin  yüklənməsi  əmsalı 

hesabat  ilinin  əvvəlinə  nisbətən  hesabat  ilinin  sonunda  10,32  qəpikdən  9,29  qəpiyə 

enmişdir. Nəticədə məhsul (iş və xidmətlər) satışından yaranan pul gəlirlərinin bütün 

həcmi  üzrə  dövriyyə  vəsaitlərinə  edilən  qənaətin  ümumi  məbləği  1067460,41  min 

manat  

                              -1,03 · 103636933     təşkil etmişdir. 



100 

Bazar  münasibətləri  şəraitində  təsərrüfat  subyektlərinin  maliyyə  sabitliyinin 

qiymətləndirilməsi  üçün  «müstəqillik»,  «stabillik»  və  «dövriyyə  kapitalının 

manevretmə»  əmsallarından  da  istifadə  olunur.  Məlumdur  ki,  müstəqillik  əmsalı 

müəssisənin  maliyyə  vəziyyətinin  borc  vəsaitlərindən  asılılıq  dərəcəsini  xarakterizə 

edir.  Fəaliyyətini  öyrəndiyimiz  müəssisədə  müstəqillik  əmsalının  səviyyəsi  ilin 

əvvəlinə  0,88,  ilin  sonuna  0,92  təşkil  etmiş  və  bu  göstəricinin  faktiki  kəmiyyəti 

müəyyən edilmiş kriterial həddə olmuşdur. Fikrimizcə, belə bir vəziyyət  müəssisənin 

bütün öhdəliklərinin  xüsusi  vəsaitlərlə örtüldüyünü,  maliyyə  müstəqilliyinin artdığını 

və  riskin  səviyyəsinin  azaldığını  göstərir.  Bundan  başqa,  müəssisənin  maliyyə 

sabitliyini xarakterizə edən stabillik əmsalı istər ilin əvvəlinə və istərsə də ilin sonuna 

kriterial  həddə  olmuş  və  müvafiq  olaraq  0,895  və  0,913  təşkil  etmişdir.  Bu  isə,  öz 

növbəsində,  müəssisənin qısamüddətli  kreditlərdən  və kreditor borclardan asılılığının 

minimum  olduğunu  ifadə  edir.  Məlumdur  ki,  praktikada  geniş  tətbiq  olunan  «xüsusi 

vəsaitlərin  manevretmə  əmsalı»  müəssisənin  xüsusi  məbləğinin  xüsusi  vəsait 



 

62

mənbələrinin  ümumi  həcminə  nisbəti  kimi  hesablanılır  və  əmlakın  strukturunda 



dövriyyə  kapitalının  xüsusi  çəkisini  göstərir.  Lakin,  fəaliyyətini  təhlil  etdiyimiz 

müəssisədə  bu  əmsalın  səviyyəsi  ilin  əvvəlinə  0,26,  ilin  sonuna  0,22  təşkil  etmiş  və 

əmlakın  tərkibində  dövriyyə  vəsaitlərinin  xüsusi  çəkisi  xeyli  azalmışdır.  Bununla 

yanaşı,  qeyd  etmək  lazımdır  ki,  bazar  münasibətləri  şəraitində  müəssisənin  maliyyə 

sabitliyini  xarakterizə  edən  göstəricilərdən  biri  də  onun  aktivlərinin  maliyyə 

manevrliyi əmsalı  hesab olunun. Cədvəl  məlumatlarından  göründüyü kimi,  fəaliyyəti 

təhlil  olunan  müəssisədə  bu  əmsalın  kəmiyyəti  normativ  həddən  aşağı  olmuşdur. 

Lakin, balansın aktivinin ümumi məbləğində kapital qoyuluşunun 71,2% təşkil etməsi 

və  müəssisədə  avadanlıqların  xüsusi  çəkisinin  yüksək  olması  bu  göstəricinin 

səviyyəsinin qənaətbəxş olduğunu sübut edir. 

Beləliklə,  aparılan  tədqiqat  işlərindən  göründüyü  kimi,  fəaliyyəti  öyrənilən 

müəssisənin  maliyyə  vəziyyəti  kənar  maliyyələşdirmə  mənbələrindən  asılı  deyildir. 

Bunu müstəqillik əmsalının səviyyəsinin 2004-cü ildə 92%-ə yüksəlməsi (əmsalın son 

həddi  100%-ə  götürülür)  və  eləcə  də,  borc  vəsaitlərinin  xüsusi  vəsait  mənbələrinə 

nisbəti əmsalı təsdiq edir. Xüsusi  vurğulamaq  yerinə düşər ki, təhlil  işi aparılan dövr 

ərzində borc  və  xüsusi  vəsaitlərin  nisbəti əmsalı azalmağa doğru  müsbət  meyl etmiş, 

istehsal  ehtiyatlarının  dövriyyə  vəsaitləri  ilə  örtülməsi  əmsalının  səviyyəsi 

normativdən 5-8 dəfə aşağı olmuş və başqa sözlə desək, müəssisədə mövcud istehsal 

ehtiyatlarının  (xammal  və  materialların)  örtülməsi  üçün  xüsusi  dövriyyə  kapitalı 

kifayət  etməmişdir.  Fikrimizcə,  belə  bir  vəziyyətin  yaranmasına  normadan  artıq 

ehtiyatların mövcudluğu və xalis mənfəət hesabına dövriyyə vəsaitlərinin çatışmayan 

hissəsinin tamamlanmasına yönəldilən vəsaitin kifayət etməməsi səbəb ola bilər. 



IV 

mərhələ: 

Hesabat 

məlumatları 

əsasında 

müəssisənin 

maliyyə 

nəticələrinin  səviyyəsinin  və  dinamikasının  təhlili;  Məlumdur  ki,  müəssisənin 

maliyyə  nəticələrinin  təhlili  metodikası  mütləq  elementlər  kimi  özündə  aşağıdakıları 

birləşdirir: 

1.Təhlil  işi  aparılan  dövr  ərzində  hər  bir  göstəricinin  səviyyəsinin  dəyişməsinin 

təhlili (üfiqi təhlil); 



 

63

2. Maliyyə nəticələrini xarakterizə edən göstəricilərin strukturunun dəyişməsinin 



təhlili və qiymətləndirilməsi (şaquli təhlil); 

3. Mənfəətin mütləq məbləğinin dəyişməsinə təsir göstərən amillərin təhlili; 

4. Mənfəətin bölüşdürülməsi istiqamətlərinin təhlili və qiymətləndirilməsi. 

Fikrimizcə,  sadalanan  istiqamətlər  üzrə  təhlil  işi  aparmaq  üçün  fəaliyyətini 

öyrəndiyimiz  müəssisənin  məlumatları  əsasında  aşağıdakı  formada  analitik  cədvəlin 

tərtib olunması məqsədəuyğundur. 

 

 

 



 

 

Cədvəl 2.20 



Müəssisənin maliyyə nəticələrini xarakterizə edən göstəricilərin səviyyəsinin 

və dinamikasının təhlili 

Göstəricilər  

2012 

2013 


Mütləq 

kənarlaşma 

 Artım 

tempi 




1.Məhsul  (iş  və  xidmətlər)  satışından  yaranan 



pul 

gəlirləri 

(ƏDV 

və 


aksizlər 

daxil 


edilmədən), manatla 

28298770 

103636933 

+75338163 

364,41 

2.  Satılmış  məhsulun  (iş  və  xidmətlərin)  tam 



maya dəyəri, manatla 

17707577 

68800340 

+51092763 

388,54 

3,  Pul  gəlirlərinə  nisbətən  faiz  ifadəsində 



satılmış məhsulun tam maya dəyəri 

55,17 


58,82 

+3,65 


106,62 

4.  Məhsul  (iş  və  xidmətlər)  satışından  əldə 

edilən mənfəət, manatla 

10591226 

34836593 

+24245367 

328,92 

5.  Pul  gəlirlərinə  nisbətən  faiz  ifadəsində 



məhsul (iş və xidmətlər) satışından əldə edilən 

mənfəət 


 

 

33,0 



 

 

29,79 



 

 

-3,21 



 

 

90,27 



6.  Sair  satışın  nəticələri  (mənfəət;  zərər), 

manatla 


2729 


+2729 

7.  Satışla  əlaqədar  olmayan  gəlir  və  itkilərin 



saldosu (qalığı), manatla 

 

-204398 



 

-1140267 

 

-935869 


azalma 

tempi 


557,87 

8. Balans mənfəəti, manatla 

10386828 

33699055 

+23312227 

324,44 


9.  Mənfəətdən  tutulan  vergilərin  məbləği, 

manatla 


2717485 

9095934 


+6378449 

334,72 


10. Xalis mənfəət, manatla 

7669343 


24603121 

+16933778 

320,80 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə