«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   ...   14   15   16   17   18   19   20   21   22

 

59

ki,  həmin  əmsalın  səviyyəsinin  dəyişməsi  birmənalı  olaraq  pozitiv  qiymətləndirilən 



intensiv amillər hesabına baş vermişdir. 

Cədvəl 2.18 



Müəssisənin maliyyə sabitliyi əmsallarının hesablanması 

Göstəricinin adı 

İlin 

əvvəlinə 



 İlin 

sonuna 


Mütləq 

kənarlaşma 

(+;-) 

1. Xüsusi və borc vəsaitlərin nisbəti əmsalı 



0,13 

0,09 


-0,04 

2. Müstəqillik əmsalı 

0,88 

0,92 


+0,04 

3. Borc vəsaitlərinin uzun müddətə cəlb edilməsi əmsalı 

0,01 



-0,01 



4. Uzunmüddətli və qısamüddətli öhdəliklərin nisbəti əmsalı 

0,08 


-0,08 


5. Xüsusi vəsaitlərin manevretmə əmsalı 

0,26 


0,22 

-0,04 


6. Dövriyyə vəsaitlərinin mobillik əmsalı 

0,06 


0,04 

-0,02 


7.  Material  dövriyyə  vəsaitlərinin  xüsusi  mənbələrlə  təmin 

olunması əmsalı 

1,63 

1,65 


+0,02 

8. Amortizasiya yığımı əmsalı 

0,13 

0,17 


+0,04 

9.  Müəssisənin  əmlakından  istehsal  fondlarının  real  dəyəri 

əmsalı 

0,73 


0,67 

-0,06 


 

Məlumdur  ki,  bazar  münasibətləri  şəraitində  borc  və  xüsusi  vəsaitlərin  nisbəti 

əmsalı  müəssisənin  maliyyə  sabitliyini  xarakterizə  edən  əsas  iqtisadi  göstəricilərdən 

biri  sayılır.  Bu  əmsalın  səviyyəsinin  vahiddən  yüksək  olması  müəssisənin  kənar 

maliyyə  mənbələrindən  (borc  vəsaitlərindən)  asılılığının  artmasını  göstərir.  Lakin, 

fəaliyyətini  təhlil  etdiyimiz  müəssisədə  həmin  əmsalın  səviyyəsi  0,13-dən  0,09-a 

enmişdir.  Məlumdur  ki,  müəssisə  uzunmüddətli  kreditlərdən  istifadə  etmədikdə  borc 

və  xüsusi  vəsaitlərin  nisbəti  əmsalının  səviyyəsində  azalma  müşahidə  edilə  bilər. 

Məhz  buna  görə  də,  həmin  əmsalın  dinamikasının  qiymətləndirilməsi  həm 

müəssisənin borc vəsaitlərindən asılılıq dərəcəsini və həm də onların aktivlərlə təmin 

olunma  səviyyəsinin  müəyyən  edilməsi  üçün  vacib  analitik  prosedura  hesab  olunur. 

Fikrimizcə,  müasir  dövrdə  material  dövriyyə  vəsaitlərinin  və  hesablaşmalarda  olan 

vəsaitlərin dövranı və dövriyyəsi heç də yuxarıda sadalanan əmsallardan az əhəmiyyət 

kəsb etmir. Çünki, illik dövriyyənin həcminin vəsaitlərin dövr sürətindən və şərt-sabit 

xərclərin  nisbi  ifadədə  məbləğindən  asılılığı  bu  göstəricinin  rolunu  və  əhəmiyyətini 

xeyli  artırır.  Belə  bir  şəraitdə,  dövriyyə  kapitalının  dövr  sürəti  göstəricisini  bütün 

dövriyyə  vəsaitləri  və  onların  ayrı-ayrı  növləri  üzrə  hesablamaq  daha  məqsədəuyğun 

sayılır.  Fikrimizcə,  ayrı-ayrı  növ  dövriyyə  vəsaitlərinin  dövr  sürətinin  hesablanması 




 

60

dövriyyə  kapitalından  istifadənin  səmərəliliyinin  yüksəldilməsində  müəssisənin 



struktur bölmələrinin payını müəyyən etməyə əlverişli şərait yarada bilər. 

Nəzəriyyə  və  praktikada  dövriyyə  kapitalının  dövr  sürəti  aşağıdakı  göstəricilər 

vasitəsilə xarakterizə olunur: 1) dövriyyə kapitalının ayrı-ayrı növləri üzrə dövr sürəti 

əmsalı;  Bu  əmsal  dövriyyə  vəsaitlərinin  hər  manatına  düşən  satışdan  yaranan  pul 

gəlirlərinin  həcmini  xarakterizə  edir.  Digər  tərəfdən,  gün  hesabı  ilə  dövriyyə 

vəsaitlərinin  bir  dəfə  dövr  etməsi  sərf  olunan  vaxtın  miqdarını  göstərir.  2)  Dövriyyə 

vəsaitlərinin  yüklənməsi  əmsalı;  Təcrübədə  bu  əmsalın  köməyi  ilə  məhsul  (iş  və 

xidmətlər)  satışından  əldə  edilən  pul  gəlirlərinin  bir  manatına  düşən  avans  edilmiş 

dövriyyə  vəsaitlərinin  məbləği  xarakterizə  olunur.  Başqa  sözlə  desək,  dövriyyə 

kapitalının  yüklənməsi əmsalı  fondtutumunun əksi  olmaqla, satılmış  məhsulun  (iş  və 

xidmətlərin)  bir  manatına  sərf  edilən  dövriyyə  vəsaitləri  məsrəflərini  göstərir. 

Məlumdur  ki,  dövriyyə  vəsaitlərinin  yüklənməsi  əmsalı  dövriyyə  vəsaitlərinin  orta 

qalığının  məhsul  (iş  və  xidmətlər)  satışından  yaranan  pul  gəlirlərinə  nisbəti  kimi 

hesablanılır  və  qiymətləndirilir.  Praktikada  dövriyyə  kapitalından  istifadənin 

səmərəliliyi  yüksəldikcə  bu  əmsalın  səviyyəsi  aşağı  düşür.  Lakin  bəzi  hallarda 

hesablaşmalarda olan vəsaitlərin dövr sürəti  material dövriyyə vəsaitlərinin dövranını 

üstələyə bilər. 

Fikrimizcə,  belə  bir  vəziyyət  istehsal  tsiklinin  dəyişməsi  ilə  müqayisədə  debitor 

borclarının  daha  sürətlə  pul  vəsaitlərinə  çevrildiyini  göstərir.  Fəaliyyətini 

öyrəndiyimiz  müəssisədə  aktivlərin  dövr  sürətinin  təhlili  və  qiymətləndirilməsi 

aşağıdakı cədvəlin köməyi ilə həyata keçirilir (bax cədvəl 2.19). 

Cədvəl 2.19 



Müəssisə aktivlərinin dövr sürətinin təhlil və qiymətləndirilməsi 

Göstəricilər  

İlin əvvəlinə 

 İlin sonuna 





1. Müəssisənin bütün cari aktivlərinin dövretmə əmsalı 

9,7 


10,8 

2. İstehsal ehtiyatlarının dövretmə əmsalı 

14,7 

16,9 


3. Debitor borclarının dövretmə əmsalı 

20,0 


20,3 

4. Gün hesabı ilə debitor borclarının dövr sürəti 

18,0 

18,0 


5.  Bank  aktivlərinin  (sərbəst  pul  vəsaitləri  və  qiymətli  kağızlar) 

dövretmə əmsalı 

 

94,2 


 

232,0 


6. Gün hesabı ilə kreditor borclarının dövr sürəti 

15,0 


9,0 

7. Dövriyyədə vəsaitlərin yüksənməsi əmsalı, qəpiklə 

10,32 

9,29 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə