«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

 

37

istifadənin  zəruriliyini  meydana  çıxarır.  Fikrimizcə,  belə  bir  metodika  potensial 



tərəfdaşın  düzgün  seçilməsi,  müəssisənin  maliyyə  sabitliyi  və  əmlak  vəziyyətinin 

qiymətləndirilməsi,  işgüzar  aktivliyin  və  sahibkarlıq  fəaliyyətinin  səmərəliliyinin 

aşkara çıxarılması  üçün  mühüm əhəmiyyət kəsb edir.  Bu zaman, potensial tərəfdaşın 

maliyyə  fəaliyyəti  haqqında  əsas,  bəzi  hallarda  yegənə  informasiya  mənbəyi  dərc 

olunan  mühasibat  hesabı  sayılır.  Bazar  iqtisadiyyatı  şəraitində  hesabat  maliyyə 

uçotunun  məlumatlarının  ümumiləşdirilməsinə  əsaslanır,  müəssisəni  cəmiyyətlə  və 

işgüzar  tərəfdaşlarla  əlaqələndirilən  informasiya  həlqəsi  hesab  olunur.  Nəzəriyyə  və 

praktikada  müəssisənin  fəaliyyəti  ilə  maraqlananlar  təhlilin  subyektləri  kimi  qəbul 

edilir. 

Bazar  münasibətləri  şəraitində  müəssisənin  əmlak  vəziyyətinin  təhlili  və 

qiymətləndirilməsi  üç  mərhələdə  aparılır:  1)  Hazırlıq  mərhələsi;  2)  Mühasibat 

hesabatının  qabaqcadan  xülasəsi;  3)  Balansın  iqtisadi  oxunuşu  və  təhlili.  Məlumdur 

ki,  iqtisadi  təhlil  prosesində  müəssisənin  fəaliyyətinin  əsas  göstəriciləri  və  həmçinin 

əmlak  və  maliyyə  vəziyyətində  baş  verən  keyfiyyət  dəyişiklikləri  müəyyən  olunur. 

Bandan  başqa,  tədqiqat  zamanı  bir  sıra  analitik  əmsallar  hesablanılır  və  onların 

dinamikasına  nəzarət  həyata  keçirilir.  Fikrimizcə,  həmin  göstəricilərin  məcmusu 

müqayisəli  şəkildə  müəssisənin  məkan  və  zaman  daxilində  fəaliyyətini  xarakterizə 

edir.  Belə  bir  şəraitdə,  müəssisənin  iqtisadi  potensialı  əmlak  və  maliyyə  vəziyyəti 

kimi  iki  mövqedən  xarakterizə  olunur.  Hər  iki  tərəf  bir-biri  ilə  qarşılıqlı  əlaqədə 

olduğundan həmin göstəricilər dəyişmə tempi nəzərə alınmaqla dinamikada öyrənilir. 

Bu  zaman,  müəssisənin  əmlak  vəziyyətini  xarakterizə  edən  göstəricilərin  təhlili 

aşağıdakı  qaydada  həyata  keçirilir:  1)  Ayrı-ayrı  ümumiləşdirimiş  göstəricilərin  fərdi 

göstəricilərə ayrılması; 2) Həmin göstəricinin müvafiq bazis göstəriciləri ilə müqayisə 

edilməsi; 

3) 

Fərdi 


göstəricilər 

əsasında 

aparılmış 

təhlilin 

nəticələrinin 

ümumiləşdirilməsi.  Belə  bir  şəraitdə  müəssisənin  əmlak  vəziyyətinin  detallaşdırılmış 

təhlil  proqramı  ümumi  qaydada  aşağıdakı  tədqiqat  işlərinin  yerinə  yetirilməsini 

nəzərdə tutur: 

I. Müəssisənin iqtisadi və maliyyə vəziyyətinin qabaqcadan xülasəsi; 

II. Müəssisənin iqtisadi potensialının qiymətləndirilməsi və təhlili; 




 

38

III. Müəssisənin əmlak vəziyyətinin təhlili və qiymətləndirilməsi: 



a) müqayisəli analitik balansın tərtibi; 

b) balansın şaquli təhlili; 

v) balansın üfüqi təhlili; 

q) müəssisənin əmlak vəziyyətində baş verən keyfiyyət dəyişikliklərinin təhlili. 

Qeyd etmək lazımdır ki, detallaşdırılmış maliyyə təhlili proqramının informasiya 

bazası  mühasibat  balansı  hesab  olunur.  Bu  zaman  hesablanmış  analitik  göstəricilərə 

və  əmsallara  məkan  və  zaman  daxilində  baxılır  və  analitik  iş  ümumidən  fərdiyə 

prinsipi  üzrə  qurulur.  Məhz  bu  məqsədlə  balansın  aktivinin  ayrı-ayrı  bölmələrinin 

yekununu müqayisə etməklə müəssisənin əmlak vəziyyətinin dəyişmə meyli müəyyən 

edilir. 


Nəzəriyyə  və  praktikadan  məlumdur  ki,  balansın  şaquli  təhlili  audit  prosesində 

mühüm  analitik  prosedura  hesab  olunur.  Balansın  bu  formada  tədqiqi  onun  hər  bir 

maddəsinin  ümumi  yekunda  xüsusi  çəkisini  izləməyə  imkan  verir.  Bunun  əksinə 

olaraq balansın üfüqi təhlili bir və ya bir neçə analitik cədvəlin tərtibini nəzərdə tutur. 

Bir  qayda  üzrə  aparılan  iqtisadi  təhlil  zamanı  analitik  cədvəllərdə  əks  etdirilmiş 

mütləq göstəricilərə artımın (azalmanın) nisbi templəri əlavə olunur. 

Göründüyü kimi, mühasibat hesabatının iqtisadi oxunuşu prosesində müəssisənin 

əmlak və  maliyyə vəziyyəti haqqında ilkin nəticə çıxarılır. Bu zaman, hesabatın ayrı-

ayrı maddələrinin və göstəricilərinin kəskin dəyişməsinə diqqət verilir, şaquli və üfüqi 

təhlili  aparılır.  Belə  bir  şəraitdə  kifayət  qədər  ətraflı  nəticələr  maliyyə  əmsallarının 

kompleks  təhlili  vasitəsilə  əldə  edilir.  İqtisadi  təhlil  prosesində  müəssisənin  əmlak 

vəziyyətini xarakterizə edən aşağıdakı göstəricilər hesablanır: 

1)  Müəssisənin  sərəncamında  olan  təsərrüfat  vasitələrinin  dəyəri;  Bu  göstərici 

mühasibat balansının yekunu və ya valyutası ilə xarakterizə olunur. 

2)  Əsas  vəsaitlərin  aktiv  hissəsinin  xüsusi  çəkisi;  Bu  göstərici  əsas  vəsaitlərin 

aktiv hissəsinin dəyərinin əsas vəsaitlərin ümumi dəyərinə nisbəti kimi hesablanır. 

3)  Əsas  vəsaitlərin  köhnəlmə  əmsalı;  Bu  əmsalın  kəmiyyəti  əsas  vəsaitlərin 

köhnəlmə məbləğinin onun balans dəyərinə nisbəti kimi müəyyən olunur. 




 

39

4) Əsas vəsaitin təzələnmə əmsalı; Bu əmsal hesabat dövründə daxil olmuş əsas 



vəsaitlərin  balans  dəyərinin  ilin  sonuna  əsas  vəsaitlərin  balans  dəyərinə  nisbəti  kimi 

hesablanır. 

5) Dövriyyədən çıxma əmsalı;  Bu əmsal  hesabat ilində dövriyyədən çıxmış əsas 

vəsaitlərin  dəyərinin  ilin  əvvəlinə  əsas  vəsaitlərin  balans  dəyərinə  nisbəti  kimi 

müəyyən olunur. 

Məlumdur  ki,  bazar  iqtisadiyyatı  şəraitində  müəssisənin  maliyyə  vəziyyətinin 

strukturu  və  dinamikası  nisbi  analitik  balansın  köməkliyi  ilə  öyrənilir.  Müqayisəli 

analitik  balansın  mütləq  göstəricilərinə  aşağıdakılar  daxildir:  1)  ilin  əvvəlinə  və 

sonuna  mühasibat  balansının  maddələr  üzrə  mütləq  kəmiyyəti;  2)  ilin  əvvəlinə  və 

sonuna  balansın  valyutasında  ayrı-ayrı  maddələrin  xüsusi  çəkisi;  3)  mütləq 

kəmiyyətlərdə  baş  verən  dəyişikliklər;  4)  göstəricilərin  xüsusi  çəkilərində  yaranan 

dəyişikliklər; 5) balans maddələrinin artım templəri; 6) struktur dəyişikliklərinin artım 

templəri;  7)  1%-in  qiyməti;  Bu  zaman  balansın  valyutasının  və  hər  bir  maddənin 

artımı mütləq dəyişilmə faizinə görə hesablanılır və qiymətləndirilir. 

Məhz buna  görə də, iqtisadi təhlil prosesində  müqayisəli analitik balansın bütün 

göstəriciləri üç qrupa bölünür: 1) Balansın struktur göstəriciləri; 2) Balansın dinamika 

göstəriciləri;  3)  Balansın  struktur  dinamikası  göstəriciləri;  Fikrimizcə,  sadalanan 

iqtisadi  parametrlər  içərisində  müəssisənin  əmlak  vəziyyətinin  ümumi  mənzərəsini 

izləmək  üçün  balansın  struktur  dinamikası  göstəriciləri  mühüm  əhəmiyyət  daşıyır. 

Aydındır ki, balansın aktiv və passivində baş verən struktur dəyişikliklərini müqayisə 

etməklə  konkret  mənbə  hesabına  dövriyyəyə  yeni  vəsait  cəlb  olunması  imkanlarını 

müəyyən etmək olar. 

Göründüyü  kimi,  bazar  münasibətləri  şəraitində  müəssisənin  maliyyə  və  əmlak 

vəziyyəti  təsərrüfat  vəsaitlərinin  yerləşdirilməsi  və  onların  yaranma  mənbələri  ilə 

xarakterizə  olunur.  Məlumdur  ki,  hal-hazırda  mövcud  normativ  sənədlərə  uyğun 

olaraq  balans  netto  tərtib  edilir  və  onun  yekunu  müəssisənin  sərəncamında  olan 

vəsaitlərin məbləğini təqribi qiymətləndirməyə imkan verir. Lakin, həmin qiymət uçot 

qiyməti  olmaqla əmlaka  görə alınması  mümkün olan real  pul  vəsaitlərinin  məbləğini 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə