«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   2   3   4   5   6   7   8   9   ...   22

 

11

Məlumdur  ki,  təsərrüfat  subyektlərində  auditin  aparılması  haqqında  müqavilə 



bağlanarkən sifarişçinin biznes  fəaliyyəti  ilə tanışlıq auditorun  işinin  vacib  mərhələsi 

kimi  nəzərdə  tutulur.  Belə  bir  şəraitdə,  mühasibat  və  maliyyə  hesablarının  yığcam 

şəkildə  maliyyə  aspektindən  qiymətləndirilməsi  auditor  fəaliyyətinin  əsas  istiqaməti 

hesab olunur  və o auditin aparılması prosesində düzgün  və optimal qərarın seçilməsi 

üçün  işarə  rolunu  oynayır.  Auditin  bu  mərhələsində  analitik  proseduraların  həyata 

keçirilməsi, sifarişçinin fəaliyyəti haqqında auditorun sistematik məlumatlandırılması 

ona  öz  hərəkətlərində  əminlik  yaradır  və  yoxlamanı  düzgün  planlaşdırmağa  kömək 

edir.  Yoxlama  proseduralarının  planlaşdırılması  zamanı  auditor  iki  əsas  vəzifədən 

birini  seçir:  1)  yalnız  analitik  proseduralardan  istifadənin  mümkünlüyü;  2)  maliyyə 

sənədlərinin  digər  uçot  registrləri  ilə  birgə  yoxlanılması;  Məhz  buna  görə  də,  bazar 

münasibətləri  şəraitində  mövcud  proseduralardan  gözlənilən  effekt  haqqında 

auditorun 

rəyi 

əsasında 



qarşıya 

qoyulan 


məqsədin 

əldə 


edilməsinə 

istiqamətləndirilmiş konkret qərar qəbul olunur. 

Təcrübə  göstərir  ki,  planlaşdırma  mərhələsində  analitik  proseduralardan  istifadə 

məlumatlarında  səhvlərin  mövcudluğu  ehtimal  olunan  analitik  və  sintetik  hesabların 

müəyyən  edilməsi  məqsədini  daşıyır.  İlkin  analitik  xülasə  prosesində  bu  cür 

hesabların  müəyyən  edilməsi  mühasibat  və  maliyyə  hesabatlarının  göstəricilərinin 

səhv  olduğu  anlamına  gəlmir.  Məlumdur  ki,  auditor  həmin  hesabların 

məlumatlarından  yalnız  yoxlamanın  planlaşdırılması  zamanı  istifadə  edir.  Bundan 

başqa,  auditor  ekspertiza,  təhlil  və  yoxlamaların  aparılması  prosesini  asanlaşdırmaq 

məqsədilə  digər  analitik  proseduralardan  istifadə  olunması  haqqında  qərar  qəbul  edə 

bilər.  Bu  zaman,  audit  prosesində  tətbiq  olunan  analitik  proseduralar  təsərrüfat 

əməliyyatları və baş vermiş nöqsanlar haqqında əsaslı faktların əldə edilməsini, eləcə 

də  mühasibat  uçotunun  prinsiplərində  baş  vermiş  dəyişikliklərin  aşkara  çıxarlmasını 

təmin edir. 

Göründüyü  kimi,  bazar  münasibətləri  şəraitində  menecmentin  mühüm 

funksiyalarından  biri  sayılan  auditin  həyata  keçirilməsi  prosesində  istifadə  edilən 

analitik  proseduralar  müsbət  və  mənfi  xarakterli  kənarlaşmaların  öyrənilməsi 

məqsədilə  nəzərdə  tutulmuş  zəruri  yoxlama  formalarından  biri  kimi  xarakterizə 




 

12

olunur.  Bundan  başqa,  təsərrüfat  subyektlərinin  auditi  zamanı  qarşılıqlı  əlaqələrin 



öyrənilməsi  üçün  istifadə  olunan  təhlil  proseduraları  səhvlərin  mütləq  kəmiyyətinin 

hesablanması  və  qiymətləndirilməsinə  imkan  verir.  Fikrimizcə,  bunu  inandırıcı 

formada  etmək  mümkün  olmadıqda,  auditor  buraxılmış  nöqsanların  səbəbini  və 

ciddiliyini  nəzərə  alaraq  alternativ  yoxlama  üsullarından  istifadə  edir.  Bu  zaman, 

analitik  proseduralar  bilavasitə  auditor  sübutlarının  (dəlillərinin)  mənbəyi  kimi  də 

istifadə  oluna  bilər.  Belə  olan  halda  auditor  aşağıdakı  amillər  blokuna  xüsusi  diqqət 

yetirir:  1)  analitik  proseduraların  obyektivliyi  və  onların  nəticələrinə  olan  inam 

səviyyəsi;  2)  təsərrüfat  subyektlərinin  istehsal  və  kommersiya  fəaliyyətinin  xarakteri 

və  informasiyanın  yayılma  imkanları;  3)  maliyyə  və  qeyri-maliyyə  xarakterli 

informasiyanın  əldə  edilmə  perspuktivləri;  4)  əldə  edilən  informasiyanın  etibarlığı, 

reallığı  və  həqiqiliyi;  5)  informasiyanın  keyfiyyəti;  6)  əldə  edilən  informasiyanın 

mənbələri;  7)  daxil  olan  informasiyanın  müqayisəliliyi;  Qeyd  etmək  lazımdır  ki, 

auditor  yoxlamalarının  yekun  mərhələsində  analitik  proseduralardan  istifadənin 

vacibliyi  auditin  təşkilinin  planlaşdırma  mərhələsində  və  bilavasitə  auditor 

yoxlamalarının  aparılması  prosesində  tətbiq  olunan  analitik  proseduraların  effektliyi 

ilə  şərtlənir.  Fikrimizcə,  auditin  yekun  mərhələsində  həyata  keçirilən  maliyyə 

hesabatlarının  ümumi  təhlili  yeni  faktları  aşkar  etmir  və  yalnız  digər  mənbələrdən 

əldə  edilən  məlumatların  təsdqinə  xidmət  edir.  Göründüyü  kimi,  təsərrüfat 

subyektlərində  auditin  aparılması  zamanı  analitik  prosedurlar  özü-özlüyündə 

müəssisənin  təsərrüfat-maliyyə  fəaliyyəti  prosesində  baş  verən  nöqsan  və 

çatışmamazlıqları  aşkar  etmək  qabiliyyətində  deyildir.  Təcrübədə,  analitik 

proseduraların icrası zamanı gözlənilməz nəticələr əldə edildikdə, auditorun aşağıdakı 

problemləri  həll  etməsi  məqsədəuyğun  sayılır:  1)  Asılılığın  (qarşılıqlı  əlaqənin) 

«qanunauyğunluğu»nun  yoxlanılması;  2)  Audit  prosesində  istifadə  edilən  təhlil 

proseduralarının  düzgünlüyünün  yenidən  yoxlanılması;  3)  Gözlənilməz  nəticələrə  və 

göstəricilərə  görə  formalaşan  alternativ  rəylərin  qanunauyğunluğunun  nəzərdən 

keçirilməsi;  4)  Hadisənin  mahiyyətini  açmaq  məqsədi  ilə  alternativ  auditor 

yoxlamaları  variantlarının  hazırlanması;  Əgər  analitik  proseduraların  tətbiqi 




 

13

nəticəsində  müəssisənin  faktiki  vəziyyətinin  nəzərdə  tutulduğundan  çox  fərqləndiyi 



aşkar edilərsə, onda auditor aşağıdakıları nəzərə alır: 

1) Əlavə məlumatların əldə edilməsinin  mümkünlüyü; 2) Təhlil proseduralarının 

yerinə  yetirilməsi  nəticəsində  şübhə  doğuran  kəmiyyətlərin  ciddiliyi;  3)  Mənfi 

nəticələrin  auditor  rəyinin  formalaşmasına  təsirinin  mümkünlüyü;  Beliliklə,  aparılan 

nəzəri  tədqiqatdan  göründüyü  kimi,  analitik  proseduraların  effektliyi  sifarişçi 

tərəfindən  təqdim  edilən  maliyyə  və  qeyri-maliyyə  xarakterli  informasiyaların 

keyfiyyətindən  bilavasitə  asılıdır.  Fəaliyyəti  müxtəlif  əməliyyatlarla  xarakterizə 

olunan, geniş çeşiddə  məhsul (iş  və  xidmətlər)  istehsal edən  firmalarda kifayət qədər 

mürəkkəbliyi  ilə  fərqlənən  idarəetmənin  keyfiyyətli  informasiya  sistemi  olmadan 

səmərəli  nəzarəti  həyata  keçirmək  mümkün  deyildir.  Belə  informasiya  sistemi 

idarəetmə  üçün zəruri olan  məlumat bazasını  yaradır  və  xarici auditor ondan analitik 

proseduraların yerinə yetirilməsi zamanı istifadə edir. 

 

1.2.  Auditdə istifadə edilən analitik prosedurların növləri 

 

Nəzəriyyə  və  praktikadan  məlumdur  ki,  təsərrüfat  subyektlərində  müqavilə 



əsasında təşkil olunan auditin aparılması prosesində auditor adətən aşağıdakı analitik 

prosedurlardan istifadəni  məqsədəuyğun sayır: 1) sahəvi müqayisəli təhlil  metodu; 2) 

mühasibat  və  maliyyə  hesabatlarının  faktiki  göstəricilərinin  sifarişçi  tərəfindən 

müəyyən  olunmuş  biznes-plan  göstəriciləri  ilə  müqayisə  edilməsi;  3)  mühasibat  və 

maliyyə  hesabatı  göstəricilərinin  auditor  tərəfindən  müəyyən  olunmuş  proqnoz 

göstəriciləri  ilə  müqayisə  edilməsi;  4)  cari  dövrün  nisbi  əmsallarının  hesablanılması 

və  onların  dinamikasının  təhlili;  5)  mühasibat  və  maliyyə  hesabatı  göstəricilərinin 

keçmiş  dövrün  analoji  göstəriciləri  ilə  müqayisə  edilməsi;  6)  mühasibat  və  maliyyə 

hesabatı  göstəricilərinin  qeyri-uçot  məlumatları  ilə  (mühasibat  hesabatının  tərkibinə 

daxil edilməyən) müqayisə edilməsi. 

Məlumdur  ki,  sahəvi  müqayisəli  təhlil  metodundan  müəssisənin  (firmanın) 

maliyyə  göstəricilərinin  müvafiq  sahə  üzrə  formalaşan  orta  göstəricilərlə  müqayisəsi 

prosesində  istifadə  olunur.  Auditor,  sahəvi  müqayisəli  təhlil  metodunun  köməyi  ilə 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə