«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   2   3   4   5   6   7   8   9   ...   22

 

14

sifarişçinin  biznes  fəaliyyətinin  məzmununu  daha  dərindən  anlayır  və  müəssisənin 



müflisləşmə  ehtimalını  dəqiq  hesablayır.  Lakin,  müəssisələr  üzrə  orta  sahəvi 

göstəricilərin  əsaslandığı  maliyyə  informasiyalarının  oxşar  olmaması  auditdə  sahəvi 

müqayisəli təhlil metodunun tətbiqi imkanlarını aşağı salır. Bundan başqa, orta sahəvi 

məlumatların  orta  kəmiyyət  olması  və  əksər  hallarda  sifarişçinin  fəaliyyət  sferasının 

sahə  standartları  ilə  üst-üstə  düşməməsi  səbəbindən  müxtəlif  mülkiyyət 

münasibətlərinə mənsub təsərrüfat subyektləri uçotun müxtəlif metodlarından istifadə 

edir. Bu isə, öz növbəsində, göstəricilərin müqayisəyə gəlməsinə mənfi təsir göstərir. 

Eyni zamanda, bazar  münasibətləri şəraitində sahə  müəssisələrinin  maliyyə  vəziyyəti 

və  sahə  göstəricilərinin  dinamikası  sahənin  inkişafının  obyektiv  qanunauyğunluğunu 

əks  etdirilmədiyindən  bu  metodun  ölkə  praktikasında  tətbiqi  daha  da  çətinləşir. 

Bundan  başqa,  hal-hazırda  təcrübədə  geniş  tətbiq  olunan  mühasibat  və  maliyyə 

hesabatlarının,  eləcə  də  digər  uçot  registrlərinin  tədqiqi  müxtəlif  mülkiyyət 

münasibətlərinə mənsub müəssisələrin maliyyə vəziyyətinin təhlili prosesində istifadə 

ediləcək miqdarda və zəruri keyfiyyətdə informasiyanın olmaması qənaətinə gəlməyə 

imkan verir. 

Mühasibat  və  maliyyə  hesabatlarında  əks  etdirilən  faktiki  və  sifarişçi  tərəfindən 

təqdim  olunan  biznes-plan  göstəricilərinin  müqayisəli  təhlili  metodunun  mahiyyəti 

auditor  tərəfindən  smetanın  məzmunu  və  tərtibi  qaydasının  araşdırılması,  onun 

sifarişçi  ilə  müzakirə  edilməsi  və  faktiki  göstəricilərin  müfəssəl  testləşdirilməsi  ilə 

xarakterizə  olunur.  Məlumdur  ki,  bazar  münasibətləri  şəraitində  əksər  müəssisələr 

(firmalar)  elmi  cəhətdən  əsaslandırılmış  iqtisadi  hesablamaları  öz  təsərrüfat 

əməliyyatlarının  və  maliyyə  nəticələrinin  müxtəlif  aspektləri  üzrə  həyata  keçirir. 

Xüsusi vurğulamaq yerinə dişər ki, aparılan hesablamalar müəyyən dövrə sifarişçinin 

proqnozlarını  əks  etdirdiyindən  daha  vacib  sferaların  (faktiki  göstəricilərin  biznes-

plan göstəricilərindən kəskin şəkildə fərqləndiyi müəyyən edildikdə) tədqiqi potensial 

səhvlərin  aşkar  edilməsinə  imkan  verir.  Təcrübədə,  belə  kənarlaşmaların  olmaması 

səhvlərin  mövcudluğu  ehtimalını  minimuma  endirir.  Lakin,  praktikada  bu  metoddan 

istifadə  bəzi  məhdudiyyətlərin  nəzərə  alınmasını  mütləq  şərt  kimi  məqsədəuyğun 

sayır:  1)  auditor  tərəfindən  proqnoz  hesablamalarının  həqiqiliyinin  və  reallığının 



 

15

qiymətləndirilməsi; 



2) 

müəssisənin 

rəhbərliyi 

tərəfindən 

cari 

maliyyə 


informasiyasının  proqnoz  hesablamaları  ilə  uzlaşdırılaraq  dəyişdirilmə  ehtimalının 

araşdırılması.  Auditor  birinci  problemi  həll  etmək  üçün  proqnozların  tərtib  edilməsi 

proseduraları  haqqında  sifarişçi  ilə  söhbət  aparır.  İkinci  halın  ehtimalını  minimuma 

endirmək  üçün auditor  nəzarət riskini qiymətləndirir  və  faktiki  məlumatları  müfəssəl 

auditor testlərinə cəlb edir. 

Göründüyü kimi, müasir bazar münasibətləri şəraitində auditin aparılması zamanı 

tətbiq edilən hesabatın faktiki göstəricilərinin plan göstəriciləri ilə müqayisəsi metodu 

lazımi  səmərəni  əldə  etməyə  imkan  vermir.  Fikrimizcə,  əksər  makroiqtisadi 

dəyişikliklərin  qabaqcadan  görmək  ehtimalının  mövcudluğu  və  onların  ümumi  bazar 

qanunauyğunluqlarına  tabe  olması  bu  metodun  tətbiqi  vasitəsilə  alınan  nəticənin 

obyektivlik, reallıq və inandırçılıq səviyyəsini xeyli aşağı salır. Məhz ona görə də, bu 

metod  vasitəsilə  əldə  edilmiş  bütün  auditor  dəlilləri  və  sübutları  maliyyə 

hesabatlarının keyfiyyəti haqqında obyektiv fikir yaratmır və onu təshih etmir. Müasir 

şəraitdə  planlaşdırmanın  məlum  dərəcədə  «yaradıcı»  və  «sağlam  düşüncəyə 

əsaslanması»  sifarişçinin  biznes-plan  məlumatlarını  təhlil  üçün  zəruri  olan 

informasiya blokuna daxil edərkən diqqətli olmağın zəruriliyini şərtləndirir. 

Məlumdur  ki,  bazar  münasibətləri  şəraitində  sifarişçinin  tələbi  ilə  təşkil  olunan 

audit prosesində auditor müxtəlif göstəricilərin kəmiyyətini sərbəst surətdə hesablayır 

və ondan müqayisə bazası kimi istifadə edir. Bu məqsədlə auditor müəssisənin inkişaf 

meylinə  və  sifarişçinin  biznes  fəaliyyətinə  uyğun  olaraq  özünün  müstəqil  balansını 

tərtib  edir  və  onun  göstəricilərini  qiymətləndirir.  Ona  görə  də,  müasir  dövrdə  ölkə 

şəraitində tətbiqi nisbətən effektli hesab edilən və bir neçə dövr üçün sifarişçinin uçot 

və  hesabat  məlumatlarının  müqayisəsini  nəzərdə  tutan  təhlil  metodu  auditor 

tərəfindən  seçilmiş  göstəricilərin  öyrənilməsi  və  qiymətləndirilməsi  üsulu  kimi 

xarakterizə  olunur.  Aydındır  ki,  bu  metod  çərçivəsində  çoxsaylı  testləşdirmə  üsulları 

mövcuddur  və  onların  hamısı,  fikrimizcə,  müqayisəli  analitik  balans  modelinə  tam 

uyğun  gəlir.  Faktiki  göstəricilərin  ötən  dövrlərin  göstəriciləri  ilə  müqayisə  edilməsi 

nəticəsində auditor auditin planlaşdırma mərhələsi üçün xarakterik olan potensial risk 

sahəsini  müəyyən  edir  və  yüksək  kənarlaşmalar  müşahidə  edilən  hesablara  daha  çox 



 

16

diqqət yetirir. Nəzəriyyə və praktikada, potensial risk sahəsinin müəyyən edilməsinin 



daha  geniş  yayılmış  metodlarından  aşağıdakıları  misal  göstərmək  olar:  1)  mühasibat 

balansı maddələrinin müqayisəsi və onlarda baş verən kəskin diyişikliklərin təhlili; 2) 

digər  elementlərin  dəyişməsi  ilə  müqayisədə  əsas  balans  maddələrinin  dəyişməsinin 

təhlili və qiymətləndirilməsi. 

Bizim  fikrimizcə,  mühasibat  və  maliyyə  hesabatı  göstəricilərinin  iqtisadi 

təhlilinin  qarışıq  variantından  danışarkən  onu  riyazi  müqayisə  kimi  başa  düşmək 

mümkün  deyildir.  Bu,  əslində  yuxarıda  göstərilən  üsulların  və  qaydaların  köməyi  ilə 

əldə edilmiş informasiyaya əlavə və ona izahat sayılır. Qarışıq nisbi göstəricilər riyazi 

baxımından  bu  cür  başa  düşülür  və  kəsirin  məxrəcində  balans  maddələri,  surətində 

maliyyə  nəticələri  və  onlardan  istifadə  haqqında  hesabatın  göstəriciləri  (əksinə)  əks 

etdirilir. 

Məlumdur  ki,  analitik  proseduraların  mahiyyətində  göstərilən  qeyri-maliyyə 

xarakterli  məlumatlar  iqtisadi  təhlilin  mühüm  elementi  kimi  çıxış  edir.  uçot  siyasəti 

haqqında  Əsasnamə,  illik  və  rüblük  hesabata  izahat,  sifarişçi  haqqında  dövrü 

mətbuatdan  götürülən  informasiya  və s. qeyri-maliyyə  xarakterli  məlumatlar blokuna 

daxil  edilir.  Ona  görə  də,  maliyyə  və  qeyri-maliyyə  xarakterli  məlumatların 

müqayisəsi  audit  prosesinin  Ən  yaradıcı  elementi  hesab  olunur  və  ixtisaslı 

mütəxəssislərin olmasını tələb edir. 

 

1.3.  Auditor yoxlamaları zamanı istifadə olunan analitik proseduraların 

tətbiqi alqoritmi 

 

Qeyd  etmək  lazımdır  ki,  müasir  dövrdə  auditor  yoxlamaları  aparılmasının 



mühüm  elementi  sayılan  analitik  proseduralar  audit  aparılan  təşkilatın  uçot  və  qeyri-

uçot  məlumatları  arasında  nisbətən  müəyyən  edilməsini  nəzərdə  tutur.  Belə  bir 

şəraitdə, auditor proseduralarının hazırlanması və onların həyata keçirilməsi aşağıdakı 

sxem üzrə reallaşdırılır.   

 

 

 



 

 

 



 

 

 



 

Проседураларын мягсядинин мцяййян едилмяси 

Гаршыйа гойулмуш мягсядя чатмаг цчцн оптимал 

проседура нювцнцн сечилмяси 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə