MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə21/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
84 
84 
vaxtaşırı müxtəliftəmayüllü muzeylərə aparardılar. Təəssüflər 
olsun  ki,  dövrümüzdə  bu  gözəl  ənənə  bir  qədər  zəifləyib. 
Səbəb  kimi  müxtəlif  bəhanələr  gətirilsə  də,  artıq  problem 
kreativ  böhran  səviyyəsinə  qədər  enə  bilib:  adamlarımız  hər 
həftə  restoranlara,  toya,  yasa  gedə  bilir,  fəqət,  məsələ 
muzeylərə  ziyarət  etməyə  çatanda,  maddi  durumlarının  aşağı 
olmasını  bəhanə  edirlər.  Yaxşı  haldır  ki,  ölkə  rəhbərinin 
təklifi,  dövlət  qurumlarının  təşkilatçılığıyla  müxtəlif 
rayonlarda  yaşayan  şagirdlər  Azərbaycanın  görməli  yerlərinə 
ekskursiyaya  aparılır,  oradakı  muzeylərə  ictimai  baxışlar 
təşkil  olunur,  məmləkətimizi  yeni  nəsil  nümayəndələrinə 
əyani formada tanıdılırr, sevdirilir.   
Avropada,  hətta  bir  çox  Şərq  ölkələrində,  qonşu  dövlətlərdə 
aylıq,  hətta  illik  ailə  büdcəsi  planlaşdırılanda  mütləq  muzey, 
kino  və  teatrlaraa  gediş  üçün,  başqa  sözlə,  insanların  estetik-
yaradıcı  dünyagörüşlərinin  formalaşdırılmasından  ötrü 
müəyyən  məbləğdə  pul  vəsaitləri  ayrırlar.  Məsələn, 
Almaniyada il ərzində müxtəlif muzeylərə 200 milyondan çox 
giriş  olur.  Fransada,  İtaliyada,  Amerika  Birləşmiş  Ştatlarında 
insanlar  öz  ailə  büdcələrini,  məmurlar  isə  istehlak  səbətini 
formalaşdıranda  mənəvi  tərəflərə,  estetik  tələbatlara    xüsusi 
fikir  verirlər.  Ay  ərzində  muzeylərə,  teatrlara,  konsertlərə 
gediş haqqlarını da o büdcə xərclərinə daxil edirlər.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
85 
85 
85 
Bizdə  ―Beynəlxalq  muzey  günü‖ndə  muzsözügedən 
mədəniyyət  ocaqlarına  giriş  pulsuz  olur.  Eyni  zamanda, 
Azərbaycan  vətəndaşları  üçün  biletlər  xarici  vətəndaşlara 
nisbətən iki dəfə ucuzdur. Tələbələr, şagirdlər və təqaüdçülər 
üçün də müəyyən güzəştlər olur, amma bu imtiyazlardan çox 
az  adam  yararlanır.  Bu  problemin  səbəbini  araşdıranda 
gəldiyimiz qənaət budur ki, muzey mədəniyyəti bizdə hələ də 
zəif  inkişaf  edib.  Ümumiyyətlə,  bizdə  tarixə  bu  cür  biganə 
münasibət  hökm  sürür:  imperiyalar  yaratsaq  da,  onu 
əbədiləşdirə  bilməmişik.  Eyni  zamanda  arxivə  və  qədimliyə 
çox  diqqət  yetirmirik.  Hətta  bizdə  vaxtilə  -  keçmiş  SSRİ 
dağılandan  sonra  -    arxivlərin  dağıdılması  prosesi  gedirdi. 
Düzdür,  son  zamanlar  dövlət  bunun  qarşısını  ala  bildi. 
Azərbaycanda  anlaşılması  çətin  olan  proses  baş  verdi: 
kitabxanaların  bir  çoxlarında  kiril  əlifbası  ilə  olan  kitablar 
məhv  edilirdi:  buna  isə  ad  qoyurdular  ki,  bəs  onlar  rus 
dilindədir və ya erməni müəlliflərinə məxsüsdür.  
Bu  qədər  bəsit  ictimai-mədəni  düşüncənin  sahibi  olan 
cəmiyyətin  nümayəndələri,  əlbəttə,  muzeylərə  getməz. 
Dünyanın  heç  bir  yerində  belə  bir  şey  yoxdur.  Məsələn, 
Almaniyada  faşist  dövründə  nəşr  olunan  kitablar,  nasistlərə 
aid olan tarixi eksponatlar muzeylərdə indiyəcən də saxlanılır. 
Bizdə  isə  hər  dəfə  sistem  dəyişəndə  ondan  əvvəlkilərə  aid 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
86 
86 
olanlar  məhv  edilir:  ötən  əsrin  otuzuncu  illərində  dağıdılan 
məscidlər,  yandırılan,  basdırılan  ərəb  qrafikalı  kitabələri 
xatırlayaq.  Bu  bərbad  ictimai  münasibət,  söz  yox,  muzeyə 
gedən  insanları  da  həvəsdən  salır.  Biz  restoranlara,  əyləncə 
mərkəzlərinə,  toya  hər  gün  gedə  bilirik,  amma  muzeyə 
baxmaq  üçün  biletə  iki  manat  verməyə,  teatra  getməyə 
ərinirik.  Bizdə  mədəni  istirahət  sahəsində  bu  cür  biganəlik 
gündən-günə aşınma formasını alır.  
Muzeylərlə  bağlı  dövlətin  özünün  də  ciddi  konsepsiyası  var. 
Muzeylərin bir çoxu yenilənib və təmir olunub, hətta yeniləri 
yaradılıb.  Muzeylərin  faydalılığıyla  bağlı  kütləvi  təbliğatın 
aparılması 
vacibdir: 
bundan 
ötrü 
müasir 
İKT 
texnologiyalarından  yararlanmaq  lazımdır.  Gənclər  arasında 
muzeylərə ziyarəti ictimai-mədəni dəb halına salmaq gərəkdir. 
Yazılı  və  elektron  KİV-də,  sosial  şəbəkələrdə  muzeylərdəki 
kreativ-estetik  imkanların  reklamını  aparmaq  vacibdir. 
İnsanlara  anlatmaq  lazımdır  ki,  kinoya,  teatra,  muzeyə 
getməyən  adamdan  intellektual,  zəngin  mənəvi  dünyagörüşü 
olan  kreativ  şəxs  çıxmaz.  Kreativliyə,  intellektuallığa  dəyər 
verilməyəndə,  yetişən  nəsil  nümayəndələri  sabahın  potensial 
cinayətkarı,  narkotik  vasitələrinin  istifadəçinə  çevrilmə 
qorxusu var. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
87 
87 
87 
Biz çox vaxt unuduruq ki, müasir muzeylər həm də alternativ 
təhsil forması kimi fəaliyyət göstərə bilər. Təhsil müəssisələri 
ayda 
iki-üç 
dəfə  muzeylərdə  açıq  dərs  keçməyə 
çalışmalıdırlar.  Mən  universitetdə  dərs  deyəndə,  açıq 
dərslərimin  bir  çoxunu  Nizami  adına  Milli  Ədəbiyyat 
Muzeyində  keçirdim.  Bu  addımımı  həmin  universitetin 
idarəçiləri  heç  çür  başa  düşmürdü.  Çox  acınacaqlı  hallarla 
qarşılaşırdım: tələbələrimin əksəriyyəti Bakının mərkəzindəki 
bu  unikal  muzeyə  birinci  dəfə  gedirdi,  buranı,  ümumiyyətlə, 
heç  tanımırdılar.  Tələbələrimə,  eləcə  də  hər  zaman  gənclərə 
deyər  ki,  bölgələrimizdən,  yaxud  xaricdən  qonaqlarınız 
gələndə onlara restoranda qonaqlıq verməklə  yanaşı, bir dəfə 
də muzeyə aparın. 
Təəssüflər olsun ki,  gənclərimiz bizim hansı sərvətlərə malik 
olduğumuzu bilmirlər.  Qərbi Azərbaycan və Qarabağdan olan 
―qaçqın‖ muzeylərimiz, mədəniyyət ocaqlarımız dirçəldilməli, 
əhalimizin  əllərində  olan  qədimi  əşyalar  saxlamaq  üçün 
muzeylərə  verilməlidir.  Muzeylərimizin  virtual  –  İnternet 
variantları  yaradılmalı,  sosial  şəbəkələrdə  özlərinin  ayrıca 
səhifələri  olmalıdır.  Mədəniyyət  və  Turizm  Nazirliyində  bu 
məsələ  ilə  bağlı  müəyyən  proqramlar  həyata  keçirilir,  amma 
istiqamətdə  fəaliyyəti  sürətləndirməli,  gücləndirməliyik. 
Dünyanın  istənilən  muzeyinə  virtual  gəzinti  edə  bilərsiniz.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə