MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə29/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
118 
118 
Yer qalmadı dağlar ilə çaylara
İndi əhatəmdə, baxıram onlara.  
 
 
*** 
 
Bədirlənmiş Ay, de görüm, baxdınmı, 
Yar yatan otağın pəncərəsinə. 
 
Ay, söylə, o indi yalqızmı yatır,  
Yoxsa sevgilisinin ağuşunda? 
 
Xəbər et gördüyün hər şey barədə, 
Onda bilərəm - yaşayım, ya ölüm. 
 
 
*** 
 
Yenidən doğulsaq biz bu dünyada
Sən mən olardın, mənsə, əlbəttə, sən. 
 
Hisslərimizi bölüşüb onda biz, 
İndiki tək dəli kimi sevərdik. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
119 
119 
119 
 
Onda əzablarımı anlayardın, 
İçimi didən qəmimi görərdin. 
 
*** 
 
İki kəpənək güllər üstə uçur, 
İki qurd da çəmənlikdə sürünür. 
 
Qoşa uçanlar həmişə birgədir
Birgə sürünənlər də yanaşıdır. 
 
Yenə sevgi qayıtsa qəlbimizə, 
Yüz il yaşayarıq səninlə birgə. 
 
 
*** 
 
Qonşu əl işarəsiylə çağırır, 
Arvad isə evə gəl deyir mənə. 
 
Məgər yaxşı haldır ki, yadın biri, 
Ona yad olan işə tez baş qoşur. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
120 
120 
 
İçimdəki o narahat ruhumsa, 
İki bədənçün vurxunur elə hey. 
 
 
*** 
 
Yanımda sansam da, uzaqlardasan, 
Budur, indi qırada yol gedirsən. 
 
Orda dağlar nəhəng, çay gurultulu
O barədə düşünmək də qorxulu. 
 
Bütöv Aya dönmək istərəm indi, 
Yoluna işıq salmaqdı istəyim. 
 
*** 
 
Yarım məndən inciyib getdi, indi -  
Səni sevgilim adlandıracağam. 
 
Əvvəl-axır nə fərqi var mənimçün, 
Sən, ya o! Mənə heç kim gərək deyil. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
121 
121 
121 
 
O, ya sən, əzizim, təzə, ya köhnə,  
Yaxşı olmaz ki, uzanıb yatım tək? 
 
 
**** 
 
Dünən, ola bilsin, bəlkə srağagün, 
Gündüz, bəlkə də gecənin yarısı. 
 
Hara getmişəm, kimlə görüşmüşəm, 
Kimlə qalmışam, unutmuşam artıq! 
 
Fəqət, biz sən ilə görüşdük bu gün
Məgər sən hamıdan yaxın deyilsən?!  
 
 
 
*** 
 
Armud çiçəklərinə yağış dəyir, 
Getməməyini xahiş etdim səndən. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
122 
122 
İndi yarpaqlar düşüb, külək əsir, 
Barəmdə, sevgilim heç düşündünmü? 
 
Lap uzaqdan, buradan on min metrdən, 
Yuxuma gəlib-gedirsən elə hey!   
 
 
 
“Ədəbiyyat qəzeti” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
123 
123 
123 
 
Yapon nəsrinin ustadı: Yasunari 
Kavabata 
 
 
Özünəməxsus  estetik  və  sənət  dəyərlərinə  malik  qədim 
Yaponiya  mədəniyyətinin,    onun  böyük  bir  hissəsini  təşkil 
edən  yapon  ədəbiyyatının tarixi  minilliklərlə ölçülür.  Yapon 
bədii-fəlsəfi  fikir  tarixini  araşdıran  mtəxəssislərin  də 
vurğuladığı  kimi,  buddizm  və  konfusizm  dəyərləri  təsiri  ilə 
meydana  çıxan  bu  Uzaq  Şərq  ada-ölkəsinin  milli  poeziyası 
dünya  mədəniyyətinin  incilərindən  sayılır.  Azərbaycan 
oxucuları müxtəlif şairlərimiz və tərcüməçilərimiz tərəfindən, 
davamlı  da  olmasa,  vaxtaşırı  rusdili  vasitəsilə  çevrilərək 
təqdim  edilən  klassik  yapon  poeziya  nümunələri  ilə  yanaşı, 
gündoğar  ölkənin  bədii  nəsri  də  yaxşı  tanışdır.  Son  illər 
dünyaşöhrətli  yapon  nasirlərindən  Yasunari  Kavabata, 
Akutaqava  Rünoske,  Kobo  Abe  və  Haruki  Murakaminin 
müxtəlif əsərləri ana dilimizdə tərcümə olunaraq Azərbaycan 
oxucusuna tqdim edilib.  
XX  əsr  Yaponiya  və  dünya  bədii  söz  sənətinin  görkəmli 
nümayəndəsi  sayılan  Yasunari  Kavabata  (1899—1972) 
ədəbiyyat  səhəsində  1968-ci  ildə  Beynəlxalq  Nobel  mükafatı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
124 
124 
alan  ilk  yapon  yazıçısıdır.  Nasir  Osakada,  kofayət  qədər 
imkanlı  bir  ziyalı  ailəsində  doğulmuş,  üç  yaşında 
valideynlərinin  hər  ikisini  itirmişdi.  Ana  tərəfdən  baba  və 
nənəsi  bacısıyla  onu  himayələrinə  alsa  da,  altı  yaşındakən 
nənəsi  və  bacısı  da  dünyasını  dəyişir.  Həyatda  qrşılaşdığı 
faciəvi olaylar gələcək yazıçının mənəvi aləminə, psiхikasına 
təsirsiz  ötüşmədi:  Kavabata  ilk  əsərlərindən  sayılan  və 
həyatdakı sonuncu yaхın adamının – babasının ölümündən az 
əvvəl  1914-cü  ildə  yazdığı  "On  altı  yaşlı  oğlanın  gündəliyi" 
avtobiqrafik hekayəsində taleyinə düşən ağır sınaqları qələmə 
alır. 
Balaca  Yasunari  məktəb  vaxtlarından  Qərb,  eləcə  də  klassik 
Avropa  mədəniyyətinə  хüsusi  maraq  göstərir,  1920-ci  ildə 
Tokio universitetinin ingilis dili və ədəbiyyatı bölümünə daхil 
olsa  da  bir  il  sonra  yapon  ədəbiyyatını  seçməli  olur.  Fitri 
istedadı,  zəngin  təxəyyülü,  intellektual  səviyyəsi  ilə 
tələbələrdən  fərqlənən  yazıçı  sonuncu  kursdaykən  o  dövrün 
məşhur  yapon  ədəbi  nəşri  hesab  edilən  "Buncay  syuncyu" 
("Dövrün  ədəbiyyatı")  jurnalının  redaksiya  heyətinin  üzvü 
seçilir. Ötən əsrin başlanğıcında  - 20-ci illərin ortalarında isə 
o,  bir  qrup  gənc  yazıçı  ilə  birlikdə  yapon  ədəbiyyatında 
modernist  istiqamətinin  mayakına  çevrilən  "Bunqey  dziday" 
("Müasir ədəbiyyat") jurnalının yaradır. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə