www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
104
104
imkanlarına malik, gələcək bütün nəsillərin öyrənəsi çox
müsbət cəhətlərin sahibi olan bir şəxsiyyətin nurlu obrazı
canlanacaq: Azərbaycanımızın köhnə kişilərindən biri –
Ağəddin Mansurzadə...
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
105
105
105
Yenə də ədəbi nəsil barədə...
On il bundan qabaq məndən ədəbi nəsil anlayışı ilə bağlı
açıqlama istəsəydilər, böyük həvəslə, bəlkə də şövqlə geniş bir
mühazirə söyləyər, fikirlərimi beləcə bölüşərdim:
―...Ədəbiyyatımızın inkişafında ―klassiklər-mühafizəkarlar‖
(M.Hadi, H.Cavid ...) ―mollanəsrəddinçilər‖ (Mirzə Cəlil,
M.Ə.Sabir...), ―romantiklər‖ (A.Şaiq, Ə.Cavad, M.Müşfiq...),
―yenilikçilər‖
(S.Rüstəm,
M.Cəlal,
S.Rəhimov...),
―ənənəçilər‖
(Ə.Vahid
kimi
Şərq
poetik-estetik
texnologiyalarına
üstünlük
verən
əruz-qəzəlçilər...),
―sosrealistlər‖
(M.İbrahimov,
S.Vurğun,
M.Rahim...),
―əllincilər‖
(İ.Hüseynov-
Muğanna,
İ.Əfəndiyev...),
―modernistlər‖ (R.Rza, Ə.Kərim...), ―altmışıncılar‖ (Anar,
Elçin, V.Səmədoğlu, Fikrət Qoca...), yetmişincilər (R.Rövşən,
M.İsmayıl, Z.Yaqub, M.Süleymanlı...), ―səksənincilər‖
(S.Rüstəmxanlı, V.B.Odər, R.Behrudi, A.Həsənli, A.Cəmil...),
―doxsanıncılar‖ (O.Fikrətoğlu, M.Cəfərli, M.Köhnəqala,
R.Tağı, Kəramət, E.Hüseynbəyli...), ―postmodernistlər‖
(R.Qaraca, H.Herisçi, A.Yaşar...), ―ikiminincilər‖ (özüm də
daxil olmaqla, S.Babullaoğlu, G.Anarqızı, Ə.Qoşalı, Q.Ağsəs,
İ.Fəhmi, Z.Əzəmət, Aqşin...), ―ən yeni‖ (Ə.Əlioğlu, Qismət,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
106
106
Fərid...) kimi ədəbi nəslin nümayəndələri yaradıcılıq
uğurlarıyla fəal iştirak ediblər...‖
Fəqət bu gün, - özüm də peşəkar ədəbiyyatla ciddi məşğul
olduğum bir vaxtda, - bəlağətli, ağızdolusu, pafoslu
cümlələrlə, yağlı fikirlərlə ―ədəbi nəsil‖ haqqında şişirdilımiş
fikirləri dilimə, qələmimə gətirə bilmərəm. Bir məsələ gün
kimi aydındır ki, indi də müzakirələrə səbəb olan, dillərdən
düşməyən bu ―ədəbi nəsil‖ anlayışı biz ədəbiyyat
mütəxəssisləri tərəfindən ortaya gətirilmiş təsnifati bir
ifadədən başqa bir məna yükünə malik deyil. Ədəbiyyat
tarixçiləri, nəzəriyyəçilər, ədəbi tənqidçilər, fikirlərini
ümumiləşdirməkdən ötrü eyni dövrdə yazıb-yaratmış, yaxud
bədii-poetik söz meydanında fəallıq göstərmiş yazar qrupunun
yaradıcılıq məhsullarına bu yarlığı yapışdıraraq, işlərini
asanlaşdırmağa çalışırlar.
Fikrimi sadə dildə ifadə etməyə çalışacağam: meyvə deyəndə
müxtəlif ağacların bəhrəsi olan alma, alça, armud və başqa
təbiət nemətləri nəzərdə tutulur. Onların isə həm dadı, həm
görünüşü, həm də insana verdiyi xeyri cürbəcür olur: hətta
elələri də var ki, ziyanlı sayılır...
Ədəbi nəsil ifadəsiylə toparlaşdırılan yaradıcı insanların əqli-
estetik məhsulları da cürbəcür olur, onları eyniləşdirmək,
banan ilə gilasın fərqinə varmamaq kimi bir şey alınar...
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
107
107
107
O da məlumdur ki, heç kim bir kimsənin əvəzinə nə düşünür, -
əlbəttə, təsirlər, bəhrələnmələr, plagiatlıq hallarını unutmaq
olmaz, – nə də yazıb-yaratmır. Əsl yazar ortaya məhz ciddi
sənət əsəri qoymaqla tanınır, başqalarından fərqlənir,
zamanında seçilir. Füzulinin dövründə qəzəlbazların sayı,
şişirtmə olmasın, bəlkə də o böyük söz sənətkarının qələmə
aldığı misraların sayını üstələyirdi. Bir ədəbi nəslin
nümayəndələri sayılan minlərlə imza sahibindən yalnız on-on
beşi ədəbiyyat tariximizdə yada salınırsa, oxucuların, xüsusən
də mütəxəssislərin diqqətini cəlb edirsə, onların yazdıqları
araşdırmalar predmetinə çevrilirsə, deməli yaradıcılıqda
―coxluq - cəmlik‖ deyil, ―təklik - fərdilik‖ əsas cəhətdir.
Peşəkar ədəbiyyat kollektiv əməyin məhsulu ola bilməz: fəqət,
ədəbi mühitin zənginliyi, estetik prosesin çoxşaxəliyi lokal
toplumun - adını ―ədəbi nəsil‖ qoyaq, fərqi yoxdur – bir qrup
intellektual imza sahibinin kulturoloji fəallığı nəticəsində
mümkündür.
Şeyx Nizami Gəncəvidən sonra dünya və Şərq ədəbiyyatında
―Xəmsə‖ mövzularında məsnəvilər, mənzum romanlar,
poemalar yarandı, Nəsiminin fəlsəfi şeiri poetik söz
sənətimizdə intellektual poeziya hərəkatına güclü təkan verdi,
Füzulidən sonra milli qəzəl çiçəkləndi, M.F.Axundov
tərəfindən təməli qoyulmuş dramaturgiyamız zaman ötdükcə
Dostları ilə paylaş: |