MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə28/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   24   25   26   27   28   29   30   31   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
113 
113 
113 
konfusiliyin təsiri altında,  -  şi  poeziya formasında şeirlərlə,  - 
935-ci ildən bu yana lirik-fəlsəfi əsərlər yazmağa başlamışlar. 
Bu  şeirlər,  lap  bizim  aşıq  poeziyası  nümunələri  kimi,  əsasən 
də şifahi formada yayılırdı.  Kitab və toplular isə çox az sayda 
nəşr olunub. 
Koreya  milli  poeziyası  aşağıdakı  şeir  janrlarında  yaradılıb: 
hanqa  –  klassik  Koreya  şeir  janrı;  Kore  nəğmələri  -  Çin 
heroqlifləri  ilə  qələmə  alınan  şeirlər,  pxelqok,  tallençxe  və 
yecançxe adlandırılan şəkilləri  var; sico (bəzən siçjo kimi  də 
yazılır)  -  əvvəllər  tanqa  (qısa  nəğmələr)  adlandırılan  üç 
misralıq  şeir  forması;  kasa  -  orta  əsrlərdə  yaranan  irihəcmli 
şeir forması və b.  
Çağdaş dövrümüzdə Koreyada XX əsr Qərb və Şərq poeziya 
texnologiyaları  təsiri  ilə  modern,  sərbəst,  postmodern  şeir 
formaları  inkişaf  etsə  də,  koreyalı  şairlər  klassik  janrlara  tez-
tez müraciət edirlər.  
Fərdi 
kitabxanamda 
rusca 
olan 
dünya 
ədəbiyyatı 
antologiyalarından  birini  oxuyan  zaman,  klassik  Koreya 
ədəbiyyatı,  onun  zəngin  poeziya  qolu  haqqında  genş 
məlumatlarla  tanış  oldum.  Oxuduqlarımdan  bəzi  şeir 
nümunələrini  azərbaycancaya  çevirərək  geniş  oxuculara 
təqdim  etməyi  faydalı  saydım.  Düzdür,  indiyə  qədər  Koreya 
şeirindən  bəzi  nümunələr  rus  dili  vasitəsilə  ana  dilimizə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
114 
114 
çevrilsə də, o iş davamlı aparılmadığından, milli oxucularımız 
bu  xalqın  zəngin  ədəbiyyatı  haqqında  çox  az  bilgilərə 
sahibdirlər. 
Azərbaycan  ədəbi-mədəni  ictimaiyyət  arasında  indiyə  qədər 
də  Koreya  bədii  söz  sənəti  haqında  az  təsəvvürlər  var, 
baxmayaraq  ki,  son  illər  koreyalıların  səyi  nəticəsində  ədəbi 
əlaqələrimizdə  müəyyən  ünsiyyətlər  qurulub,  hətta  bu  uzaq 
Şərq  ölkəsinin  yazarları  ilə  bizim  qələm  adamlarının  birgə 
ikidilli  antologiyası  da  hazırlanaraq  oxucuların  ixtiyarına 
verilib.  
XIII  əsrdə,  Çoson  (1392-1910)  epoxası  zamanı  peşəkar 
ədəbiyyat  növü  kimi  yaranmış  sico  janrında  şeirlər  yazan 
müəlliflərin  çoxunun  imzası  naməlum  qalsa  da,  tanınmış 
Koreya  şairlərindən  Yun  Son  Do,  Pak  İn  No,  Çon  Çxol  (bu 
şairin  bəzi  şeirləri  dilimizə  şair  Rafiq  Yusifoğlu  tərcümə 
edib), Kim Çxon Txek və başqalarının qələmə aldığı qiymətli 
nümunələr dünyanın aparıcı dillərinə çevrilib.  
Sico  janrında  yazılan  şeirlərin  əsas  ideyası  fərd  və  cəmiyyət 
arasındakı  münaqişələrdir:  hətta  dağ  və  çay  kimi  təbiət 
hadisələri  haqqında  yazılsa  da,  mətnaltı  bir  üsyan  sezilib  bu 
lirik-fəlsəfi  əsərlərdə.  Obraz  və  metaforalar  o  qədər 
mükəmməldir  ki,  sico  müəlliflərinin  öz  dövründən  yuxarıda 
durduğunu göstərir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
115 
115 
115 
Aşağıda filoloji tərcüməsini verdiyimiz sico şeir forması  lirik 
poeziya  janrı  sayılır  və  yapon  haykularına  bənzəsə  də, 
özünəməxsusluğuyla fərqlənir. Koreya dilindəki orijinalda  üç 
uzun misrada qələmə alınsa da, hər misranın ortasında xüsusi 
fasilə  olduğuna  görə,  başqa  dillərə,  o  cümlədən  ruscaya 
tərcümə  edilən  zaman  bölünərək  üç  beytlik  formaya  salınır. 
Sicoları filoloji tərcüməsi zamanı mən də bu formaya üstünlük 
verdim.  Ola  bilsin  gələcəkdə  ana  dilimizə  orijinaldan 
koreyacadan  tərcümə  edəcək  mütərcimlər  formanı  olduğu 
kimi saxlamağa üstünlük verəcəklər.    
Koreya  klassik  şeiri,  xüsusən  də  sico  janrında  yaradılmış 
dəyərli 
poetik 
nümunələrinin 
bizim 
mütərcim 
və 
filoloqlarımızın diqqətini cəlb edəcəyinə inanıram.  
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
116 
116 
 
Yun Son Do 
 
Əsl dostlarım: yaşıl bambuk, 
Dağ çayı, daş və küknar. 
 
Ay qaranlıqdan çıxanda,  
İkiqat xoşbəxt olam.  
 
İnan, mənə lazım deyil, 
Əlavə heç bir dostum.  
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
117 
117 
117 
 
Naməlum müəlliflərin  
sicolarında nümunələr 
 
Dünən gecə əsən o möhkəm külək
Ərik çiçəklərini tökdü yerə. 
 
Süpürüb həyəti təmizləməkçün
Əlində süpürgə gəlir bir oğlan. 
 
Gül eynidir, yerə səpilsə belə, 
Onu niyə yığışdırırsan, bala?! 
 
 
*** 
 
On il sərhasər yaman zəhmət çəkdim
Dağlarda özümə bir daxma tikdim. 
 
Evin yarısını külək zəbt etdi
Bir hissəsini gecələr Ay tutdu. 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə