www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
132
132
- Siz nə danışırsız? Adlı-sanlıların bura nə dəxli? Limon on
senə satılır, mən isə onu dörd hissəyə bölürəm. Belə çıxır ki,
bir günün gözəlliyi mənə iki yarım senə başa gəlir.
- Yaxşı-yaxşı! Sən öləndən sonra məzarının üstündə limon
ağacı əkəcəyəm.
- Təşəkkür. Çox vaxt düşünürəm, ölsəm, məzarımın başında
nişanə olmayacaq, ora yalnız kiçik bir qəbirüstü yazı
lövhəciyi
basdırılacaq, amma onu ziyarət etməkdən ötrü maşınlarda
yaraşıqlı geyinmiş kişilər gələcək.
-Yaraşıqlı kişilər barədə çərənləməyin yetər və bir də mənim
yüksəllişim barədəki öncədən dediklərini başından çıxart.
- Lakin mən bilirəm: yaxın gələcəkdə sizi uğur gözləyir.
Onun inamı taleyin özü kimi sarsılmaz idi. O, kişilərdən
hansının yüksələ biəcəyini səhvsiz təyin edə bilirdi və özünü
də ancaq onların içindən oynaş seçərdi. Onun ilk sevgilisi öz
əmisi oğlu olmuşdu. O, varlı ailədən olan nişanlısını atmış və
bu qadınla birlikdə şəhər qırağında acınacaqlı bir kiçik otağa
köçmüşdü. Hər ikisi həddindən artıq kasıb idi, lakin o,
universiteti bitirdikdən sonra diplomatik vəzifə üçün keçrilən
müsabiqədən üçüncü yeri tutub Romaya təyinat alanda,
keçmiş nişanlısının atası hörmətlə yanına gəldi və qızıyla
evlənməyi ona təklif etdi. Aşnası ona mane olmadı.