MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə39/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
165 
165 
165 
yalnız  miras  kimi  verilmir,  həm  də  onun 
cəmiyyətdəki  yeri  ilə  statusunu  müəyyənləşdirir, 
fərdin şərəf və hörmətinin əsasını təşkil edir: 
 
İnsan var-dövlət, bər-bəzəklə dəyərləndirilmir, 
İnsanı öz biliyi ilə istedadı bəzəyir. 
 
Yaxud: 
 
Şər işdə qələbən – enişindir sənin. 
Xeyirxahlığın – xilasındır sənin. 
 
Yaxud: 
 
Ləyaqəti bizə o adam öyrədə bilməz, 
Özünü ləyaqətsiz aparır həmişə. 
 
Yaxud: 
 
Hay-küylü işlərin əks-sədası ucalsa da, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
166 
166 
Hər əks-sədanın da son həddi var. 
 
Mövlanə  Cami  təcrübəсини,  ustadlığını  və 
istedadını əks etdirdiyi əsərlərində əsl sənət meyarları 
горunurdu.  Şairlər,  yazıçılar  və  zəmanəsinin 
hökmdarları  arasında  belə  bir  əlahidə  hörmət  və 
şöhrət  qazanmaq  bəşəriyyət  tarixinin  o  çətin 
dövründə yalnız Cami kimi nadir istedadlara məxsüs 
qabiliyyət idi.  
 
Əbdürrəhman  Caminin  ilk  elmi  işi  erkən 
gənclik  çağlarında  yazdığı,  onun  dövrünün  tanınmış 
alimi  Qazizadə  Ruminin  astronomiya  sahəsinə  aid 
kitabının  izahlı  təfsiri  idi.  Müdrik,  təcrübəli  alim 
Qazizadə Rumi ilə gənc müəllif Əbdürrəhman Cami 
arasındakı  elmi,  eyni  zamanda  ədəbi  münasibətlər, 
dostluq  yazışmaları  sübut  edir  ki,  o,  sözün  əsl 
mənasında,  fitri  istedada  və  qeyri-adi  biliklərə 
yiyələnmiş insan olub.   
Heç  də  təsadüfi  deyil  ki,  Zeynəddin  Mahmud 
Vasifi 
özünün 
məşhur 
―Badoe-ul-vakae‖ 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
167 
167 
167 
(―Heyrətamiz  hadisə‖)  əsərində  Mövlanə  Camini  o 
dövrün  beş  valehedici  şəxsiyyətindən  biri  hesab 
etmişdir.  Müxtəlif  elmi  sahələr,  o  cümlədən  dilçilik 
ilə ədəbiyyatşünaslıq, musiqi, eləcə də digər bilgilər, 
eyni zamanda, poeziya, nəsr, qəsidə, məsnəvi, qəzəl, 
dördlük  və  başqa  fərqli  ədəbiyyat  janrlarının  şərhi 
sahəsində  fəaliyyəti  Mövlanə  Caminin  dünyada 
tanınmasına səbəb olmuşdur.  
Cami 
yaradıcılığını 
tədqiq 
edənlər 
mütəfəkkirin  ədəbiyyat  və  mistikaya  aid  50-dən 
yuxarı  əсərinin  olduğunu  bildirirlər.  Bu  əsərlərin 
arasında  isə  ən  məşhurları  ―Baharıstan‖,  ―Həft-
övrəng‖  məsnəviləri,  üç  hissədən  ibarət  divanı  - 
"Fətihətəş-şəbab" 
("Gəncliyin 
başlanğıcı"), 
"Vəsitətül-İqd"  ("Həmayılın  ortası"),  ―Xatimətül-
həyat"  ("Həyatın  sonu"),  ―Həfəhatül-üns‖  və 
"Həzəratül-Qüds"  (―Müqəddəs  yerlərdən  əsən 
dostluq  nəsimi‖),  ―Yeddi  tac‖  adı  altında 
ümümiləşdirilmiş  7  poeması  (―Leyli  və  Məcnun‖, 
―Yusif və Züleyxa‖ ―İskəndərin müdrikliyi‖ və başqa 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
168 
168 
məsnəvilər), 
ərəb 
dilinin 
qrammatikası 

morfologiyası  barədə    ―Şərhi-Cami‖,  ―Qırx  hədis‖ 
kimi dəyərli nümunələrdir. Caminin bütün yazılı irsi 
-  məsnəvi,  qəzəl,  rübai,  qitə  kimi  lirik  şeir 
formalarından  ibarət  kitabları,  eləcə  də  ibrətamiz 
rəvayətlər  və  pritçalardan  ibarət  topluları  təsəvvüf 
dünyagörüşlərinin  təsiri  ilə  yaranıb.  Cami,  eyni 
zamanda,  müqəddəs  ―Quran‖ın  şərhi,  İbn  əl-
Fərabinin sufi poeziyası, İbn əl-Ərəbinin yaradıcılığı 
haqqında  fəlsəfi  traktatlar  da  yazıb.  Elə  bir  klassik 
janr yoxdur ki, Cami qəlяmini onda sınamasın. 
Əbdürrəhman  Caminin  populyarlığının  başqa 
bir səbəbi də Hacı  Bəhaəddin Nəqşibəndi tərəfindən 
əsası  qoyulmuş  məşhur  nəqşibəndi  təriqətinin 
tanınmış  rəhbərlərindən olmasıydı.  Təqribən 40  yaşı 
olanda  Cami  Heratda  təsəvvuf  yolunu  seçir. 
Bəhaəddin  Nəqşibəndinin  tələbəsi  olmuş  şeyx 
S.Məhəmməd Qaşqari onun mənəvi ustadı idi, amma 
sonralar  həyatı  boyu  yazışdığı  şeyx  Ubaydulla 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
169 
169 
169 
Əhrərlə  birləşən  Cami  fars,  türk  və  hind  sufilərinə 
güclü təsir göstərib. 
Elm və ədəbiyyat sahəsində tanınmış şəxsiyyət 
sayılan  Əbdürrəhman  Caminin  sufizmin  bir  qolu 
sayılanlan  nəqşibəndlik  təriqətinə  marağı  heç  də 
təsadüfi  deyildir.  Bu  təriqətin  ―Bədəncə  xalqla, 
könülcə  Yaradanla  ol‖,  ―Ürəyin  Rəbbdə,  əllərin 
zəhmətdə‖  kimi  əsas  şüarları  mütəfəkkiri hər zaman 
maraqlandırmışdır:  yəni  gündəlik  həyatda  biz 
cəmiyyətlə  ayaqlaşmalı,  öz  zəhmətimiz  və  işimiz 
hesabına  dolanmalıyıq,  eyni  zamanda,  duyğular 
aləminə 
və 
mənəvi 
dünyaya 
yaxınlaşmağa 
çalışmalıyıq.    
Məşhurluğuna  rəğmən,  Cami  çox  sadə  bir 
həyat  yaşayırdı.  Zəmanədaşlarının  əsərlərində  onun 
bənzərsizliyi,  təvazökarlığı,  sadəliyi,  məntiqliliyi 
xüsusi  vurğulanır.  O,  zülmkarlıq  edən  despotları 
tənqid atəşinə tuturdu: 
 
Müdriklərdən ibrət götürdüklərimdən 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə