MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə40/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
170 
170 
Gəldiyim qənaətləri yadda saxla sən: 
- Kim ki,  rəhimsizcəsinə qılınc qaldırır, 
Amansız qılıncla da taxt-tacdan salınır. 
 
Əbdürrəhman  Caminin  dahi  şəxsiyyəti  və 
bənzərsiz  istedadı  onun  bədii  əsərlərində  xüsusi 
olaraq  nəzərə  çarpır.  ―Baharıstan‖,  ―Həft-övrəng‖, 
tacik-fars  klassik  ədəbiyyatının  inciləri  sayılan 
divanlarındakı şeirləri ərəb, Аzərbaycan, türk, alman, 
fransız,  ingilis,  çex,  rus  və  dünyanın  başqa  əsas 
dillərinə  tərcümə  olunandan  sonra  yer  kürəsində 
yaşayan xalqların arasında məşhurlaşıb.   
Tacik-fars 
klassik  ədəbiyyatının  qayda-
qanunları  və  ənənələri  əsas  götürən  Əbdürrəhman 
Cami  özünəməxsüs  imkanlar  daxilində  elmi-ədəbi 
məktəbini  yarada  bilmişdir.  Bunüfuzlu  və  təsiredici 
məktəbdə  keçmişin  ədəbi  ənənələri,  ədəbiyyat 
janrları Mövlanə Caminin dahiyanə ustadlığı və yeni 
ideyaları  nəticəsində  təzədən  dirçəldilir,  onlara  təzə 
can  verilir.  Ona  görə  də,  tacik  camişünasları 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
171 
171 
171 
onbeşinci  yüzilliyi  ―Fars  poeziyasının  dirçəliş  əsri‖ 
adlandırır,  Caminin  özünü  isə  söz  sənətinin  dahi 
ustadı, Xorasan və Mavəraünnəhrin elm və ədəbiyyat 
sahəsinin lideri, qəyyumu hesab edirlər.  
Bu 
elmi-ədəbi 
məkanda 
Dövlətşah 
Səmərqəndi,  Cəlliləddin  Davoni,  Hüseyn  Voizi 
Koşifi,  Abdullah  Hətifi,  Osafi  Hirafi,  Nizaməddin 
Əhmədi  Suhaylı,  Əli  Safi,  Abdulqafur  Lori,  Hafiz 
Əbru, Kəmaləddin Binai, Bədrəddin Hilali, Mirhond, 
Zeynəddin 
Mahmud 
Vasifi, 
klassik 
özbək 
ədəbiyyatının banisi Əlişir Nəvai kimi onlarla şair və 
alim yetişib.  
Burada o dövrün iki ədəbi-siyasi şəxsiyyətinin 
–  Cami  ilə  Nəvai  arasındakı  ustad  və  tələbə 
münasibətlərinin  möhkəmliyini,  onların  qarşılıqlı 
əlaqələri,  dostluqları,  bir-birini  dəstəkləmələri,  eləcə 
də  özlərini  ətrafdakılardаn  müdafiəsini  xüsusi 
vurğulamaq lazımdır.     
Mövlanə  Cami  kitabla  tanışlıq,  bilgi  əldə 
etmək,  şüur  və  intellektini  zənginləşdirmək 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
172 
172 
istiqamətində  ustadın-müəllimin  rolunu  xüsusi 
vurğulayar,  bildirir  ki,  əgər  ustadlar  olmasa,  dünya 
savadsızların,  tərbiyəsizliklərin,  öz  əməllərinə 
cavabdehlik daşımayanların ucbatından zülmətə qərq 
olar:      
 
Bu dünyada müəllim olmasaydı, 
Divanəlikdən həyatı zülmət bürüyərdi. 
 
Mövlanə 
Cami 
özünün 
coxşaxəli 
yaradıcılığında  nəinki  tacik-fars  ədəbiyyatının  ən 
yaxşı  ənənələrini  birləşdirirdi,  eyni  zamanda,  o 
dövrün  mədəni  aləmini  işıqlandıraraq,  tarixi 
missiyasını  əla  yerinə  yetirirdi.  Heç  də  əbəs  yerə 
deyil ki, Əlişir Nəvai onu günəşlə müqayisə edirdi. 
 
Cami yaradıcılığında bu dirçəliş və yeniliklərin 
mahiyyətini  böyük  alman  mütəfəkkiri  Höte  aydın 
ifadə  edir:  ―Cami  əsərlərində    sələflərinin 
yaradıcılıqlarının 
yaxşı 
və 
pis 
tərəflərini 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
173 
173 
173 
birləşdirdiyindən,  onlarla  bir  cərcədə  durуr, 
ənənələrini  bərpa  və  inkişaf  etdirərək,  aydın  şəkildə 
onları  yaradıcılığında  birləşdirərək,  sonra  gələn 
nəsillərə  özünün  ardıcılları  olmaqdan  başqa  bir  yol 
saxlamadı...‖ 
Böyük  məmnuniyyətlə  qeyd  edə  bilərik  ki, 
onillər  boyu  camişünaslıq  Tacikstanda  əsas  və 
məhsuldar  ədəbiyyat  istiqamətinə  çevrilib.  Bu 
istiqamətdə Əloxon Afsaxzod və Musa Rəcəbov kimi 
mərhum  tacik  tədqiqatçılarının  dəyərli  araşdırmaları 
dünyanın  nüfuzlu  alimləri  tərəfindən  qəbul  edilir. 
Maarifpərvər şəxsiyyət olaraq Əbdürrəhman Caminin 
ədəbi  və  elmi  əsərlərində  irəli  sürdüyü  əsas  ideya 
bilgi  nuruyla  xalqı  cəhalətdən,  savadsızlıqdan  
qurtarmaq,  onu    sakit  qayğısız  və  rahat  həyata 
istiqamətləndirmək idi. 
Mövlanə Cami humanist düşüncələri ilə insanı 
şərəf  və  nəciblik  hislərinin  qorunmasına  çağırırdı, 
bugünkü  nəsillər  üçün  də  əvəzolunmaz  dəyər  kəsb 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
174 
174 
edən    şəxsi  azadlıq  və  müstəqilliyin    həyatdakı 
rolunun əhəmiyyətini vurğulayırdı.  
Əsrlər  və  nəsиllər  həmişə  bir-birini  əvəzləyir, 
lakin  Mövlanə  Camiyə  hörmət,  onun  misilsiz 
yaradıcılığına münasibət yeni məna və aktualıq kəsb 
edir.  Buna  sübut  isə  vətənində  və  xaricdə  onun 
yaradıcılıq  nümunələrinin  təkrar  nəşri,  əsərlərinin 
dərcidir. 
 
Zohir Saidov  
Tacikistan Respublikasının  
Azərbaycanda fövqəladə və səlahiyyətli səfir 
 
Ruscadan çevirən: Aydın Xan Əbilov 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə