MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə37/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
156 
156 
-  Şəklə  diqqətlə  baxın.  Siz  onu  bir  də  heç  vaxt 
görməyəcəksiniz. 
Səhifənin nömrəsini yadımda saxlayaraq kitabı bağladım və 
dərhal  onu  təzədən  açdım.  Lövbər  şəklini  tapmaq  məqsədilə 
mənasız yerə səhifəni səhifənin arxasınca çevirdim. 
 -  Görünür  bu  Müqəddəs  Yazıların  hindcənin  ləhcələrinin 
birinə edilmiş tərcüməsidir, elə deyilmi?‖ – Özümü itirdiyimi 
gizlətməyə çalışaraq soruşdum. 
- Xeyr, -  kişi cavab verdi. - Sonra sanki hansısa dəhşətli bir 
sirri  mənə  açmaq  istəyirmiş  kimi,  səsini  alçaldaraq:  -  Uzaq 
şəhərcikdə  bir  ətək  rupi  və  təzə  ―Bibliya‖ya  dəyişərək  bu 
kitabı  əldə  etmişəm.  Kitabın  yiyəsi  oxumağı  bacarmırdı.  
Güman  edirəm  ki,  həmin  adam  bu  Kitablar  kitabını  cadu 
hesab edirdi. O, aşağı kastadan çıxmışdı və məhz buna görə də 
toxunulmazlar  özlərini  ləkələməkdən  qorxmadan  onun 
kölgəsini tapdalaya bilərdilər. Mənə dedi ki, onun kitabı Qum 
kitabı adlanır, çünki kitabın da, qumun da nə başlanğıcı, nə də 
ki, sonu var... 
Naməlum qonaq məndən xahiş etdi ki, kitabın ilk səhifəsini 
tapım. 
Sol əlimi cildin üzqabığına qoydum və baş barmağımla titul 
səhifəsini sıxaraq kitabı açdım. Sonra bir də çalışdım. Ancaq 
bütün  cəhdlərim  boşa  çıxırdı.  Hər  dəfə  üzqabıqla  barmağım 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
157 
157 
157 
arasında  bir  neçə  vərəq  peyda  olurdu:  sanki  onlar  kitabdan 
yenicə yaranırdılar.  
- İndi isə sonuncu səhifəni tapın. 
Mən yenə də uğursuzluğa düçar oldum.  
-  ―Bu,  ola  bilməz‖,  -  özüm  də  səsimi  tanımadan 
mızıldandım.  
-  Bu,  ola  bilməz,  lakin  o  mövcüddür,  -  yad  adam  sakitcə 
dilləndi: - Bu kitabın səhifələrinin sayı sonsuzdur – nə az, nə 
də ki çox. Burada nə ilk səhifə var, nə də ki, son. Mən onu da 
bilmirəm  ki,  səhifələr  nə  üçün  təsadüfi  qaydada 
nömrələnmişdir.  Bəlkə    də  ona  görə  ki,  külli-miqdarda 
nəhayətsizliyə istənilən  rəqəm daxil ola bilər... 
Sonra sanki dərindən fikrə dalaraq o, qeyd etdi:  
Əgər  məkan  nəhayətsizdirsə,  deməli,  biz  onun  istənilən 
nöqtəsində ola bilərik. 
Onun fikirləri məni yavaş-yavaş hövsələdən çıxardırdı. 
- Siz çox güman ki, dindar adamsınız, – deyə xəbər aldım. 
-  Bəli  mən  presviterianam  (İngiltərədə  və  Amerikada 
yayılmış  protestant  məzhəblərindən  birinin  tərəfdarı,  –  A. 
X.),  vicdanım  isə  tərtəmizdir.  Tamamilə  əminəm  ki,  İblis 
kitabının  əvəzinə  Tanrı  kəlamını  verməklə  həmin  yerli 
adamı heç də aldatmamışam. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
158 
158 
Ona  ürək-dirək  verdim  ki,  vicdan  əzabına  qatlaşmağa 
dəyməz:  eyni  zamanda  bizim  tərəflərə  yolüstü  gəlib  çıxması 
ilə  maraqlandım.  Məhz  bu  zaman  mən  bildim  ki,  o,  əslən 
Orkney  adalarından  olan  şotlandiyalıymış.  Mən  vurğuladım 
ki,  Sitvesonla  Yumu  sevirəm  və  Şotlandiya  ilə  möhkəm 
bağlılıq hiss edirəm. 
-  Siz  yəqin  ki,  Sitivenson  deyəndə  Robbi  Bernisi  nəzərdə 
tutursunuz, - o, düzəliş verdi. 
Söhbət  edə-edə  mən  nəhayətsiz  kitabı  öyrənməyə  davam 
edirdim.  Marağımı  gizlətməyə  çalışaraq  nəhayət  ki,  ondan 
soruşdum:  
-  Siz  bu  nəhayətsiz  kitabı  Britaniya  muzeyinə  təklif  etmək 
istəyirsiniz? 
 - Xeyr. Mən onu sizə təklif edirəm, - deyə kişi cavab verdi 
və çox iri bir məbləğin adını çəkdi.  
Səmim-qəlbdən  boynuma  aldım  ki,  o  qədər  pulum  yoxdur 
və  fikrə  daldım.  Bir  neçə  dəqiqədən  sonra  beynimdə  plan 
yarandı.  
- Mübadilə təklif edirəm, - dedim, siz bu kitabı bir ətək rupi 
və  ―Bibliya‖  ilə  dəyişmisiniz.  Mən  də  sizə  yenicə  aldığım 
təqaüdü  və  Viklif  tərəfindən  ingilis  qotiki  ilə  çap  edilmiş 
dəyərli  ―Bibliya‖nı  təklif  edirəm.  Yeri  gəlmişkən,  o  kitab 
mənə ata-babadan miras qalıb. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
159 
159 
159 
- Viklif, özü də qotik hərflərilə, - o, mızıldandı. 
Yataq  otağımdan  pulu  və  kitabı  gətirdim.  O,  əsl  bibliofil 
marağı  ilə  kitabı  vərəqləməyə  və  titul  səhifəsini  gözdən 
keçirməyə girişdi. 
- Mən razı, - dedi. 
Onun  belə  asanlıqla  razılaşması  məni  heyrətləndirdi.  Lakin 
çox-çox  sonralar  anladım  ki,  o,  əvvəlcədən  kitabı  satacağını 
güman edərək, mənim evimə ayaq basıb.  
O, pulları heç saymadan tez gizlətdi. 
Daha  sonra  biz  onunla  Hindistan,  Orkney  adalarından  və 
haçansa  oraları  idarə  edən  Norveç  müstəmləkəçilərindən 
danışdıq. 
O,  gecədən  xeyli  keçmiş  getdi.  Mən  onu  bir  daha 
görməmişəm və adını da bilmirəm. 
Qum kitabını kitab rəfinə, Viklifin boşalmış yerinə qoymaq 
istədim,  son  anda  qərara  gəldim  ki,  onu  ―Min  bir  gecə‖nin 
köhnə  cildlərinin  arasında  gizlədim.  Yatağa  uzandım,  lakin 
gözümə yuxu getmədi. Gecənin bir yarısı, saat üç, ya da dörd 
olardı, işığı yandırdım və o qeyri-adi kitabı götürüb çevirməyə 
başladım.  Onların  birində  maska  şəklinin  həkk  edildiyini 
gördüm.  Səhifənin  yuxarı  hissəsində  isə  doqquz  rəqəmli 
nömrə  qeyd  edilmişdi  ki,  indi  onu  mən  heç  cür  xatırlaya 
bilmirəm. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə