MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə45/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   38   39   40   41   42   43   44   45   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
194 
194 
bunu  müşahidə  eləmirik:  milli  söz  sənətimiz  bu 
sahədə yüksək vərdişlərə yiyələnməyib. Nəticədə isə 
nə  görürük?  Milli  ədəbi-mədəni  düşüncəmiz  sürətlə 
üzərinə  gələn  texnoloji  inqilabın  qarşısında  sanki 
sarsılır, hətta bacardıqlarını belə şaşırır, yaxud da zəif 
bildiyi  texnika  ilə  işləyərək,    əvvəlki  süрətini, 
işgüzarlığını itirir. Ədəbiyyatımız texniki yeniliklərə, 
fərqli  estetik  vərdişlərə    uyğunlaşmalıdır.  Buna 
münbit  zəmin  də  var.  İnternet  istifadəçisinin  say 
göstəricisinə  görə  Azərbaycan  MDB  və  Orta  Asiya 
ölkələri içərisində lider yerlərdən birini tutur.  Dünya 
İqtisadi 
Formununun 
hesabatında 
ölkəmiz 
―şəbəkələşmə  hazırlığı  indeksi‖nə  görə    dünyanın 
144  ölkəsi  arasında  56-cı  yerdədir.  Bu  gün  kosmik 
dövlətlər 
sırasındayıq, 
ölkəmizdə 
İnternet 
istifadəçilərinin  sayı  yetmiş  faizdən  çoxdur  və  onlar 
sürətlə artır. 
-  İnternet    ədəbiyyatı  dedikdə,  nəyi  nəzərdə 
tutursуz:  virtual,  elektron,  yaxud  şəbəkə  söz 
sənətini? 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
195 
195 
195 
-  Sualınıza  birbaşa  cavab  vermək  bir  qədər  çətindir: 
bu  anlayışlar  humanitar  elmlərə  yaxın  zamanlarda 
daxil  olduğuna  görə  onların  dəqiq  izahını  vermək  
məsuliyyət  tələb  edir.  Virtual,  elektron  fəaliyyət  və 
əlaqələr  barədə  чох  danışmaq  olar.  Şəbəkə 
ədəbiyyatına isə ciddi ədəbiyyat kimi baxa bilmяrəm. 
Şəbəkə  ədəbiyyatını  ―mini  ədəbiyyat‖  adlandırmaq  
olar.  Fikir  vermisizsə,  sosial  şəbəkədə  bir  bənddən 
artıq  şeir  yerləşdirən  müəllif  санки  adam  ―itələyir‖. 
Çünki 
orada 
ciddi 
ədəbiyyat 
―alınmır‖. 
Ədəbiyyatımızın 
―sosiallaşmasında 
– 
şəbəkələşməsində‖ hələlik  müəyyən problemlər var. 
Baxmayaraq  ki,  Azərbaycan  MDB  məkanında 
―elektron hökumət‖ layihəsi üzərində işlərin səmərəli 
aparıldığı  dördüncü  ölkə  sayılır.  Bu  gün  dünyada 
çoxəsrlik  zəngin  tarixi  ənənəyə,  uğurlu  siyasi  və 
iqtisadi  inkişafa,  müxtəlif  xalqların  ümumi 
yaşayışınа  tolerant  mühitə  sahib  olan  Azərbaycan 
üçün  müasir  texnologiyalardan  yetərincə  istifadə 
qaçılmazdır.  2013-cü  ildə  ilk  telekommunikasiya 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
196 
196 
peykimiz  orbitə  buraxıldı.  2015-ci  ildə  fəzaya 
buraxılması 
planlaşdırılan 
―Azərspace-2‖ 
telekommunikasiya  peykinin  layihə  sənədlərinin  
hazırlığı    başa  çatmaqdadır.  Azərbaycan  üçüncü 
telekommunikasiya  peykini  isə  2017-ci  ildə  orbitə 
çıxarılmasını  nəzərdə  tutur.  Sual  oluna  bilər:  bu 
qədər  yeniləşmə  gedən  ölkədə  ədəbiyyatımızın 
proseslərdən  kənarda  qalmağa  nə  dərəcədə  haqqı 
var?  
-  Sizin  necə  öz  bloq,  şəbəkə  səhifəniz,  Feysbuk 
profiliniz,  saytınız  varınızdırmı?  Onlardan 
səmərəli istifadə edə bilirsiz? 
-  Sadaladığınız  və  onlara  bənzər  nələrsə  var,  amma 
səmərəlilikdən  ürəklə  danışa  bilmərəm.  İnternetdə 
olan 
materiallarım, 
mənim 
haqqımda 
olan 
məlumatlar, 
şəbəkə 
video-kanallarında 
yerləşdirdiyim  videolar  kreativ  «piar»ıma  xidmət 
edir.  Hərdən  özüm  də  onlara  baxıram,  nəzarətdə 
saxlayıram. Feysbuk profilimi də demək olar ki, sıx-
sıx  yada  salıram,  fasilələrlə  daxil  oluram.  İnternetlə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
197 
197 
197 
fərdi  əməkdaşlığımı  dərs  ili  sona  çatdıqda  xeyli 
gücləndirmək  fikrindəyəm.  Müasir  dövrdə  İKT-nin 
inkişafı  həm  dövlət  üçün,  həm  də  hər  bir  şəxs  üçün 
etibarlı  gələcək  deməkdir.  Azərbaycanda  İKT  ölkə 
iqtisadiyyatında  neftdən  sonra  ikinci  sahə  elan 
olunub. Bu da maraqlı faktdır və biz yaradıcı adamlar 
da yaradılan imkanlardan lazımınca bəhrələnməliyik. 
 -  Feysbuk  sosial  portalındakı  statusu  yazılarını, 
qeydləri,  başqa  materialları,  onlara  şərhləri, 
aparılan  polemika  və  müzakirələri  şəbəkə 
ədəbiyyatı nümunələri saymaq olarmı?  
-  Feysbukdakı  status  yazıları,  qeydləri,  onlara 
ünvanlanan 
şərhləri, 
aparılan 
polemika 
və 
müzakirələri  şəbəkə  ədəbiyyatı  predmeti  kimi 
götürmək,  əlbəttə,  düzgün  olardı.  Heyif  ki,  onların 
əksər  hissəsini  ciddi  ədəbiyyat  faktları  kimi  saymaq 
mümkün  deyil.  O  yazılanlar  daha  ciddi  ola  bilərdi, 
amma,  görünür,  ciddiyyət  sosial  şəbəkələrdə  lazımi 
qədər nəzərə alınmadığına görə, bu, hələ ki mümkün 
deyil  və  sanki  heç  alınmır  da.  Əslində  şəbəkə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə