MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə41/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   38   39   40   41   42   43   44   45   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
175 
175 
175 
 
 
Ədəbiyyat sehrbazı Qabriel Qarsia 
Markes: ədəbi-əbədi tənhalıq 
 
 
Ötən həftə ədəbiyyat üzrə Beynəlxalq Nobel mükafatı laureatı, 
dünyaşöhrətli Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes 87 
yaşında gözlərini əbədi yumdu. Uzun müddət pnevmaniyadan 
müalicə  olunan,  XX  əsrin  ən  tanınmış  imza  sahiblərindən 
saılan,  ədəbi-estetik  düşüncəyə  ―magik  realizm‖i  gətirən, 
əsərləri ilə dünya oxucularının rəğbətini qazanan bu ustad ədib 
aprel  ayının  əvvəlində  xəstəxanaya  yerləşdirilmiş,  qısa 
müddət sonra isə evə buraxılmışdı.  
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
ölkəmizdə  də  əsərləri  sevilə-sevilə  oxunan,  dəfələrlə 
romanları,  povest  və  hekayələri  nəşr  olunan  Qabriel  Qarsiya 
Markesin  vəfatı  ilə  əlaqədar  Kolumbiya  prezidenti  Xuan 
Manuel  Santosa  başsağlığı  verib.  Dövlət  başçısının 
məktubunda deyilir: ―Hörmətli cənab prezident, böyük yazıçı, 
Nobel  mükafatı  laureatı  Qabriel  Qarsiya  Markesin  vəfatı 
xəbəri bizi olduqca kədərləndirdi. Bu əvəzsiz itki ilə əlaqədar 
kədərinizi  bölüşür,  Sizə,  mərhumun  ailəsinə,  bütün 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
176 
176 
Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından 
dərin hüznlə başsağlığı verirəm‖. 
 
Həyatın Markes çığırı 
 
1927-ci  il  martın  6-da  Cənubi  Amerikada  -  Kolumbiyanın 
Arakatak  şəhərində  dünyaya  göz  açıb.  1927-ci  ildə 
valideynləri  başqa  şəhərə  getdiyindən  baba  və  nənəsi 
tərəfindən böyüdülüb.  
1936-cı ildə valideynlərinin yaşadığı Sukra şəhərinə gedir. 
 1946-cı  ildə  Boqote  şəhərindəki  Milli  Universitetin  hüquq 
fakültəsinə daxil olur.  
1947-ci  ildə,  tələbəykən  ilk  hekayəsi  işıq  üzü  görür,  bədii 
ədəbiyyatla, şeirə həvəs göstərir. 
1950-ci ildə ali təhsilini yarımçıq buraxıb peşəkar jurnalistika 
və ədəbiyyatla məşğul olmağa qərar verir.  
1951-ci  ildə  əsas  mövzüsü  tənhalıq  olan  "Xəzələ  dönən 
yarpaq" adlı ilk povestini yazır.  
1955-ci  ildə  Kolumbiyanın  odövrkü  nüfuzlu  mətbuat  orqanı 
sayılan  "El  Espektador"  qəzetinin  xüsusi  müxbiri  olaraq 
Avropaya gəlir. Avropada yaşadığı illərdə peşəkar ədəbiyyatçı 
kimi ciddi ədəbi-estetik dünyagörüşə sahib olur.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
177 
177 
177 
1958-ci  ildə  uşaqlıqdan  tanıdığı  və  aşiq  olduğu  Mersedes 
Barçla evlənir.  
1961-ci  ildə  jurnalistikaya  əlvida  deyərək  Mexiko  şəhərinə 
köçür  və  məhşur  ―Polkovnikə  heç  kim  yazmır‖    povestini 
ayrıca kitab şəklində nəşr etdirir.  
1967-ci  ildə  ona  dünya  şöhrəti  gətirən,  ən  böyük  romanı 
sayılan,  16  il  sonra  "Yüz  ilin  tənhalığı"  adlanacaq  "Ev"i 
yazmağa  başlayır  və  tezliklə  bu  möhtəşəm  əsər  Avropanın 
əksər böyük dillərinə tərcümə edilir.  
1967-ci  ildə  İspaniyaya  -  Barselonaya  gedir,  eləcə  də  Nyü-
Yorkdakı  Kolumbiya  Universitetinin  fəxri  elmi  dərəcəsinə 
layiq görülür.  
1982-ci  ildə  zəngin  yaradıcılıq  uğurlarına,  magik  realizmi 
inkişaf  etdirərək  dünya  səviyyəsində  ədəbiyyat-düşüncə 
texnologiyasına  çevirdiyinə  görə  ədəbiyyat  sahəsində 
Beynəlxalq  Nobel  mükafatına  layiq  görülür:  ona  qədər 
Kolumbiyada heç kim bu ödülə sahib olmamışdı.  
1989-cü  ildə  həkimlər  bu  böyük  sənətkarda  xərçəng  şişi 
tapırlar.  
1992-ci  ildə  ―On  iki  qəribə  hekayə"  adlı  nəsr  toplusu  çap 
olunur.  
2002-ci  ildə  isə  "Həyat  haqqında  danışmaq  üçün  yaşamalı" 
adlı bioqrafik trilogiyanın ilk hissəsini çap etdirir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
178 
178 
 2004-cü ildə "Kədərli məşüqələrimin xatirələri" adlı sonuncu 
irihəcmli bədii nəsr əsəri işıq üzü görür və bütün dünyada əsl 
ədəbi qalmaqala səbəb olur.  
17 aprel 2014-cü ildə, Meksikanın paytaxtı Mexiko şəhərində 
dünyasını dəyişir. 
 
Dünyanın Markesi... 
Verilən  xəbərlərə  görə  yazıçı  nəşi  krematoriyaya  aparılaraq 
yaxınlarının  iştirakı  ilə  yandırılıb.  Markesin  külünün  harada 
basdırılacağı ilə bağlı yaxınları arasında anlaşılmazlıq yaranıb 
və  mübahisələr  başlanıb.  Kolumbiyada  anadan  olan  Markes 
son  50  ili  Meksikanın  paytaxtı  Mexikoda  yaşayıb.  Ən  son 
xəbərə  görə,  məşhur  yazıçının  külləri  doğulduğu  ölkə 
Kolumbiyaya  və  ana  vətəni  kimi  gördüyü  Meksikaya 
səpələnəcək.  
 
Azərbaycana doğma Markes... 
Q.Q.Markes  nəşrlərindən  sonra  əsl  ədəbiyyat  hadisələrinə 
çevrilən  ―Arzuedilməz  saat‖  (1959),  ―Yüz  ilin  tənhalığı‖ 
(1967),  ―Patriarxın  payızı‖  (1975),  ―Gözlənilən  bir  qətlin 
tarixçəsi‖ (1981), ―Taun xəstəliyi  zamanı sevgi‖ (1985), ―Öz 
labirintində  olan  general‖  (1989),  ―Küskün  gözəlçələrimin 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə