www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
357
Prof. F. M. Əfəndiyev, Bakı Dövlət Universiteti
Qlobal Problemlər və bəşəriyyətin tərəqqisi.
Qloballaşma müasir dövrün ən mühüm proseslərindən biri kimi
tədqiqatçılar tərəfindən geniş təhlil olunur. Bu problemə artmaqda
olan maraq onun fundamentallığı, dünya proseslərinə, ölkələrin və
xalqların həyatına dərindən nüfuz etməsi, inteqral məzmun daşıması
və bütövlükdə müasir dövr üçün mühüm əhəmiyyəti ilə izah olunur.
Hazırda bəşəriyyət sivilizasiyanın özü və planetimizdə həyatın
mövcudluğu üçün böyük təhlükə törədən kəskin qlobal problemlərlə
qarşılaşmışdır. Bəşəriyyətin gələcək sosial tərəqqisi əsrimizin
əvvəllərində kəskin şəkildə ortaya çıxan bu həyati problemlərin
həllindən asılıdır, eynilə də onların aradan qaldırılması yalnız həmin
tərəqqi sayəsində mümkündür.
Müasir dövrün təməli kvintessensiyası olan fəlsəfə qloballıq
fenomenini fəal surətdə tədqiq edir. Həmin fenomen bəşəriyyət
qarşısında prinsip etibarı ilə yeni problemlər qoyur. Bunlardan bir
çoxu əvvəllər mövcud olmuşdur və onların həlli təxirə salına
bilməz, çünki onların bir çoxu kəskin olub, insan həyatının
mövcudluğu məsələləri ilə bağlıdır.
Müasir dövrdə istilik-nüvə müharibəsi, ekoloji böhran, demoqrafik
partlayış və digər qlobal miqyaslı təhlükələri təxirəsalınmaz surətdə
həll etmək xüsusi ilə zəruridir. Bu, ümumbəşəri mənafeləri və
dəyərləri hər şeydən üstün tutan yeni siyasi təfəkkürün təməlini
təşkil edir.
Qloballaşma ictimai həyatın bütün tərəflərinə güclü təsir göstərir, o,
informasiya inqilabı ilə müşayiət olunur, sonuncu isə bütün coğrafi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
358
məkanlara yayılır. Belə ki, onun yaratdığı imkanlar sayəsində bu
gün dünyada ünsiyyət psixologiyası yeniləşir, hər bir xalq digəri
haqqında çoxlu biliklər əldə edir, müxtəlif xalqları, dinləri və
mədəniyyətləri təmsil edən insanlar arasında peşə əməkdaşlığı
inkişaf edir.
Qloballaşma bu vaxtı çatmış problemlərin həllində bütün ölkələrin
və xalqların cəhdlərini birləşdirməyi tələb edir. Belə yanaşma
ümumilikdə dünyanın inkişafı haqqında proqramların işlənib
hazırlanmasında BMT-nin və digər beynəlxalq təşkilatların rolunu
artırır. Onlarla yanaşı həmin problemləri həll edə bilən prinsipcə
yeni beynəlxalq strukturların yaranması da mümkündür.
Hazırda bəşəriyyət tarixində ilk dəfə olaraq yer kürəsinin
çoxmilyardlı əhalisini yaşayış vasitələri ilə təmin etmək, onlar üçün
ləyaqətli həyat şəraiti yaratmaq üçün imkan açılmışdır. Buna nail
olmaq üçün bəşəriyyət bütün zəruri iqtisadi və maliyyə resurslarına,
elmi-texniki imkanlara və intellektual potensiala malikdir. Bununla
belə, həmin imkanın reallaşması üçün ümumbəşəri maraqların və
dəyərlərin prioritetinə əsaslanan yeni siyasi təfəkkür, xeyirxah iradə
və beynəlxalq əməkdaşlıq zəruridir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
359
Akad. A.M.Məhərrəmov, Bakı Dövlət Universitetinin
rektoru
İntensiv Texnologiyaların Sürətli artımı
Şəraitində elm və təhsilin tarazlaşdırılmış inkişafı
Bəşəriyyətin mövcud olduğu bütün dövr ərzində insanlar həmişə
özlərinə belə bir sual verirdilər: nə zaman, hansı dövrdə biz
cəmiyyət üçün daha gərəkli ola bilərdik, həyat isə bizim özümüz
üçün daha maraqlı və səmərəli olardı?
Çox güman ki, XIX əsrdə və daha əvvəllər yaşayanlar bu suala
cavab axtararkən çətinliklərlə üzləşərdilər. Çünki o vaxtlar tarixdə
bu və ya digər dövrü səciyyələndirən dəqiq meyarlar yox idi.
XX əsrin sonu – XXI əsrin əvvəllərində yaşayanlar isə qoyulan
suala çətinlik çəkmədən cavab verə bilərlər. XX əsrdə biz dünya
hökmranlığı, dünyanın siyasi xəritəsinin dəyişdirilməsi uğrunda
çoxsaylı müharibələrin şahidi olduq. Bu baxımdan keçən yüzilliyin
ortalarında çoxları XX əsri müharibələr dövrü, nüfuz dairələrinin
dəyişdirilməsi uğrunda mübarizə dövrü sayırdı. Əsrin bizə də
yaşamaq nəsib olan ikinci yarısı isə tarix tərəfindən sosializmlə
kapitalizmin paralel inkişafı dövrü kimi səciyyələndirilir. Bundan
çıxış edərək, bir çoxları XX əsri imperializmin inkişafı, digərləri isə
kommunizm quruculuğu dövrü sayır. Lakin XX əsrin sonlarına
doğru aydın oldu ki, o, daha çox, elm və texnikanın sürətli inkişafı,
yeni texnologiyaların, elmi-praktik innovasiyaların meydana
çıxması, informasiya-kommunikasiya texnologiyalarının yayılması
ilə səciyyələnir. Bir sözlə, XX əsr tarixə informasiya əsri kimi,
sözün daha geniş anlamında isə – elm və təhsil əsri kimi daxil oldu.
Dostları ilə paylaş: |