www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
99
daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü
üçün əlverişli şərait yaradır. Multikultural cəmiyyət ilk növbədə
Qərbi Avropanın və Şimali Amerikanın demokratik ölkələrində
mövcud olmuşdur. Həmin ölkələrdəki tolerantlığın, əxlaqi
qaydalara uyğunluğun və demokratiyanın yüksək inkişaf səviyyəsi
orada multikulturalizmin ideyalarının yayılması üçün münbit şərait
yaratmışdır.
Yuxarıda deyilənləri nəzərə almaqla, qeyd edək ki, bölgələrin tarixi
inkişafındakı
müxtəlifliyə
uyğun
olaraq,
həmçinin
multikultkralizmin də müxtəlif modelləri mövcuddur. Bu spesifik
modellərin arasında mən Amerika, İsveç, Avstraliya və Kanada
modellərini qeyd etmək istərdim.
a. Multikulturalizmin Amerikan modeli.
1960-cı illərin ortalarınadan etibarən ABŞ anqlo-saksonları
immiqrantlarla bir yerə qatan bir növ ―əridici qazan‖ (―melting
pot‖) rolunu oynayırdı. Bu «qazanda» anqlo-saksonlar üstün
mövqeyə malik idilər. Lakin bir müddət keçdikdən sonra vəziyyət
tamamilə dəyişdi. ―Əridici qazan‖ proqramı multikulturalizm
ideologiyası ilə əvəz olundu. Bunun əsas səbəbi iki mühüm
qanunun – ―Vətəndaş Hüquqlarına dair Qanun‖ (1964) və
―İmmiqrasiya haqqında Qanun‖ (1965) – qəbul edilməsi olmuşdu.
Birinci qanun ölkədə anqlo-saksonların mövqelərini bir qədər
zəiflətməklə yanaşı, bütün millətlərin bərabərliyini təmin etdi.
İkinci qanun isə ölkəyə immiqrasiyanı sürətləndirdi.
Bu gün biz ABŞ-ın multikultural siyasətində bir tərəfdən –
mühacirlərin Amerika cəmiyyətinin dəyərlərini qəbul etməsini;
digər tərəfdən isə – etnik və irqçi ekstremizmin qarşısını alan əlavə
mexanizmlərin formalaşması kimi bu cəmiyyətdə etno-mədəni
oxşarlğın çatışmazlığını qörürük.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
100
b. Multikulturalizmin İsveç modeli.
Multikulturalizmin İsveç modelinin xüsusiyyəti ondan ibarətdir ki,
cəmiyyətdə mədəni müxtəlifliyin saxlanılmasında dövlət fəal rol
oynayır. Dövlətin bu cür fəallığı ilk növbədə ölkədəki konkret siyasi
durumla əlaqədardır. Belə ki, İsveçdə uzun müddət çox güclü siyasi
mövqeyə malik Sosial-Demokrat partiyası hakimiyyətdə olmuşdur.
1976-cı ildə İsveç hökuməti əcnəbilərə səs vermək hüququ verdi.
1997-ci ildə qəbul olunmuş ―İmmiqrasiya haqqında Qanun‖ isə
İsveçi multikulral cəmiyyət kimi qələmə verir.
İsveçin multikultural siyasətinin əsas istiqamətləri – dil və təhsil
strategiyalarıdır. Bu strategiyalar immiqrantları həm öz doğma
dillərini, həm də İsveç dilini öyrənməyə sövq edir. İsveç hökuməti
ölkədəki mədəni müxtəlifliyə vacib və zəruri olan bir reallıq kimi
yanaşır.
c. Multikulturalizmin Avstraliya modeli.
Avstraliyada multikultural cəmiyyətin formalaşması uzun müddət
dövlət tərəfindən təqib edilən izolyasionizm siyasəti ilə müşaiyət
olunmuşdur. 1901-ci ildə Avstraliyada qəbul olunmuş ―İmmiqrasiya
haqqında Qanun‖ izolyasionizm siyasətininin idarə olunmasında
hakim elita üçün inzibati əsas rolunu oynamışdır. Situasiya yalnız
aşağıda adı çəkilən qanunların qəbul edilməsi ilə dəyişməyə
başlamışdır: ―Vətəndaşlıq haqqında Qanun‖ (düzəlişlərlə) (1948);
―Miqrasiya haqqında Qanun‖ (düzəlişlərlə) (1958), ―Əcnəbilər
haqqında Qanun‖ (düzəlişlərlə) (1984) və ―Viza rejimi haqqında
Qanun‖ (düzəlişlərlə) (1997).
Qeyd etmək lazımdır ki, ―multikulturalizm‖ termini siyasi leksikona
ilk dəfə 1970-ci ildə – Avstraliyada İmmiqrasiya naziri vəzifəsində
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
101
çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir. O, anglo-saksonlarla
yeni avstraliyalılar arasındakı nifaqın aradan götürülməsində çox
səy göstərmişdir. 1979-cu ildə hökumət Mədəni Müxtəlifliyin
Problemləri üzrə Avstraliya İnstitutunu, 1987-ci ildə isə
Multikulturalizm Problemləri Komitəsini yaratdı. Bu, Avstraliya
dövlətinin immqrasiya siyasətində necə mühüm rol oynadığının və
onun irqçilikdən multikulturallığa qədər inkişafında əldə etdiyi
parlaq uğurların göstəricisidir.
d. Multikulturalizmin Kanada modeli.
Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərə
təsadüf edir. Kanada hökuməti əhalinin irqi, etnik və konfessional
müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli
xüsusiyyətinə çevrilmişdi. Bu o deməkdir ki, multikulturalizm
kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir. Bu ölkədə
multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-
ci maddəsi ilə qorunur.
ABŞ və Avstraliyadan fərqli olaraq Kanadada etnik azlıqlara
münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyasəti
yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilini azad
şəkildə istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq
hüququna malikdirlər. Bu vacib situasiya Kanadada yaşayan etnik
azlıqların öz mədəni dəyərlərini qoruya bilməsinə şərait yaradır.
Beləliklə, multikulturalizmin müxtəlif modellərinin müqayisəli
təhlili nəticəsində bir neçə ümumiləşdirmə aparmaq istərdim:
1) Multikulturalizm – pozitiv sosial təzahürdür. O, cəmiyyətin
inkişafı üçün münbit şərait yaradır; etnik münaqişələrin qarşısını
alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir;
Dostları ilə paylaş: |