www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
108
nümayəndəlik iyirmi dörd deputat ilə fəaliyyətə başlamışdı, indi isə
onların sayı – otuz altıya çatdırılmışdır. Bu otuz altı deputatdan on
ikisi – bolqardır. Bu partiyaya artıq etnik bolqarlar da səs verir. Bu
seçkilərdə onların sayı yüz altmış min olub. Yeni partiyanın ilk
addımlarından bütün partiyalar bu şüarla çıxış edirdilər: terrorizmə
icazə vermək lazım deyil, konstitusiyanı pozmaq lazım deyil, amma
hamı başa düşürdü ki, vəziyyətə hakim olmaq üçün bu lazımdır.
Əlbəttə, risk var idi və o, özünü doğrultdu. Bizim parlamentin
cağırışına qədər bütün məsələlər həll olmuşdu. Tez bir zamanda
müsəlmanların adları problemi, bizim türk əsilli vətəndaşların
problemləri həll edilmiş, məscidlərdə ibadət hüququ qanuniləşmiş,
məktəbdə dilin öyrənilməsinə icazə verilmişdi və bütün bunlar
gərginliyi aradan qaldırmışdı. Artıq beş ildən sonra partiya
cəmiyyət üçün zəruri olan məsələlərlə məşğul olmağa başlamışdır.
O, artıq özünün etnik problemləri ilə məşğul olmurdu, o, bolqar
siyasi spektrli partiyalardan biri idi. Ümid edirəm ki, məhz bunu
bolqar etnik problemi adlandırmışdılar. Və inanıram ki, bizim
etniklərarası münasibətlərin inkişafı nümunəsi, həmçinin etnik
əsasda gərginliyin yaranma riski olan cəmiyyətlər üçün də nümunə
ola bilər.
İvan Palçev – Bolqarıstan Respublikasının
Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri (2004-
2008)
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
109
Müstəqil dövlət quruculuğu kontekstində
millətlərarası qarşılıqlı münasibətlərinin
qurulmasında Ukrayna təcrübəsi
İlk öncə müasir ictimai global inkişaf ücün aktual sayılan humanitar
problemlər spektrinin müzakirəsinə dair təşəbbüsə görə forumun
təşkilatçılarına təşəkkürümü bildirirəm. Ukraynanın kulturalizm
sahəsində təcrübəsi və millətlərarası münasibətlər siyasətini qeyd
edərək, ilk öncə Ukrayna kulturalizminin spesifikası haqqında qısa
məlumat vermək istərdim.
Məsələ burasındadır ki, zahirən Ukrayna monomilli dövlət kimi
tanınır. 2001-ci ilin siyahıya alınma məlumatına uyğun olaraq
əhalinin 78%-ni etnik ukrayınlar təşkil edir, lakin Ukraynanın etnik
icması özlüyündə monomilli sayıla bilməz. Bizim ölkədə etnik
ukrainlərin bir hissəsi öz doğma dilində danışır, ukrain icmasının bir
hissəsi isə rusdillidir. Onlar həm rus, həm də sovet mədəni və siyasi
ənənələrinin güclü təhsiri altında formalaşmışdır. Ən iri meqa azlığı
– ölkə əhalisinin 17%-ni etnik ruslar təşkil edir. Müstəgil Ukrayna
dövlətinin yaranması dövründə onların sayı 22% təşkil edirdi, lakin
ümumiyyətlə rusdilli, yəni rus dilini doğma dil hesab edən
insanların sayı əhalinin 30% təşkil edir. Faktiki olaraq, ölkəmizdə
ikidillilik mövcuddur. Gündəlik həyat təcrübəsində əhalinin yarı
hissəsinin kommunikativ imkanları rus dilindən ibarətdir. Etnik
ruslardan savayı digər milli azlıqlar əhalinin 5%-ni təşkil edir, lakin
bu azlıqların bir çoxu ölkənin ayrı-ayrı bölgələrində kompakt
şəkildə yerləşiblər. Məsələn, Krım muxtariyyatının əsas əhalisini
etnik ruslar təşkil edir. Bu, ukrainlərin cüzi miqdarda olduğu yeganə
regiondur. Oranın əhalisini mütəşəkkil qaydada, həmçinin öz
məxsusi problemləri ilə yaşayan krım-tatar icması təşkil edir.
Karpatda kompakt şəkildə macar milli azlığı, Çernovits əyalətində
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
110
isə rumın və moldav milli azlıqları yaşayır. Mən ukrain icmasının
daha bir spesifik xüsusiyyətini qeyd edərdim – bu, konfessional
plüralizmdir. Ölkəmizdə bir-biri ilə rəqabət aparan üç pravoslav
kilsələrinin hər biri özünəməxsus regional təsir arealı ilə fərqlənir.
Yunan katolik kilsəsi qərbi Ukraynaya kifayət qədər güclü təsir
göstərir. Protestant dini icması da əvvələr olduğu kimi indi də
yetərincə fəallığı ilə seçilir. Krım və Donbasda müsəlman icması
aktivdir.
Ukraynanın
millətlərarası
münasibətlərinin
əsas
problemlərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, əvvəla, bizim
üçün ölkənin fərqli regionları arasında mühüm rol oynayan
etnokulturoloji, etnik, dil və dini amillər vacib sayıla bilər. Bu
amillərin yaratdığı «mozaika», o cümlədən mürəkkəb ―siyasi
mozaika‖ hətta ölkənin ictimai-siyasi vəziyyətinə də müəyyən təsir
göstərmək imkanına malikdir.
İkinci vacib problem təkcə Ukraynaya deyil, həm də bir çox
müstəqil dövlətlərə, o cümlədən kecmiş Sovetlər İttifaqının
ərazisindəki müstəqil ölkələrə də aid edilə bilər. Bu ziddiyyətin
yaranması milli inteqrasiya və milli azlıqlar arasında mədəni, dil
haqları zərurətindən baş verir. National building (Milli quruculuq)
və milli azlıqların təminatlı hüququnu necə birləşdirməli? Bu –
siyasi debatlarda ən çox ortaya çıxan problemdir.
90-cı illərin əvvəllərində Ukraynada yaranan spesifik problemlərdən
biri – ölkənin rusdilli əhalisi arasında separatçi əhval-ruhiyyənin
yaranmasıdır. Üstəlik də 90-cı illərdə öz anna vətənləri olan
Ukraynaya fəal surətdə qayıdan krım-tatar icması arasında milli-
ərazi muxtariyyəti ideyası çox populyar idi və bu «populyarlıq» bu
gün də galmaqdadır. Rus icmasının və krım-tatar icmasının milli-
ərazi muxtariyyəti cəhdlərini necə birləşdirməli? Mən hələ nə
zamansa deportasiya olunmuş Krım tatarlarının sosial-iqtisadi
problemləri barədə, həmçinin torpaq məsələsi haqqında
danışmıram.
Dostları ilə paylaş: |