www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
105
Dünən hörmətli Yefim İosifoviç qeyd etdi ki, belə vasitələrdən biri
təhsil sistemidir. Ancaq mənim fikrimcə, təhsil sistemilə bərabər,
haqqında tez-tez danışdığımız vətəndaş cəmiyyətinin qurulması
situasiyası müəyyən yeni ekspert meydançalarının yaradılmasını
nəzərdə tutur. Belə ekspert meydançaları rolunda, əlbəttə, ictimai
təşkilatlar və birliklər cıxış edir.
Rusiyada milli-mədəni muxtariyyatlara yenidən baxılması, müasir
dünyanın bütün ölkələrinin ərazisində mədəni və informasiya
dəyərlərinin birləşdirilməsi imkanlarının yeni oxunuşu insana öz
kiçik rakursunu tapmağa və öz bütöv mühitindən təcrid olmadan
doğma mədəniyyətinin bütün dəyərlərini öyrənməyə və ona
qoşulmağa imkan verir. Elə bu da rəngarəngliyin birliyi modelidir
ki, burada hər bir mədəniyyət öz şəxsi ləyaqətini və özəl dəyərlərini
saxlayaraq digər mədəniyyətlərlə münaqişə muhitindən kənarda
mutləq qarşılıqlı fəaliyyətdə olur. Bu gün, artıq qeyd etdiyimiz
kimi, sosial problemlərin hər bir insana, onun dünyada mövcudluğu
probleminə aid olduğunu nəzərə alsaq, bunu etmək heç də asan
deyildir.
Diskussiya meydançaları nə deməkdir? Onlardan biri – hər bir
ölkənin baş verən situasiyanın açıq təhlili ilə birgə təqdim etdiyi
analitik materiallardır. Məsələ burasındadır ki, belə materialların
toplanması metodu və metodologiyası demək olar ki, movcud
deyildir. Mədəniyyətlərin müxtəlif təməllər üzrə qarşılıqlı təhlilinin
vahid konseptual metodoloji əsası da yoxdur.
Linqvistik rəngarənglik bu problemin həlli yollarından biri kimi.
Müasir informasiya və mədəni şəbəkələr vasitəsilə uyğunlaşma
problemi.
Bu, müasir dünyada insanların, öz yeni reallığından ayrılmadan
ailələrilə əlaqəni itirməməyə, bu əlaqəni qorumağa imkan verən ən
maraqlı adaptasiya kanallarından və formalarından biridir. Bu, hətta
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
106
miqrasiya növü anlayışını da dəyişməyə qadir olan yeni
situasiyadır. Bu zaman əmək mühacirəti doğrudan da müvəqqəti
miqrasiyaya çevrilir – yeni ərazidə oturaq mühacirət olmur.
Demək istərdim ki, çoxmədəniyyətlilik konsepti də müasir
Rusiyada ciddi təhlilə məruz qalmışdır. Pozitiv təcrübə nöqteyi-
nəzərindən mühacir axınları üçün açıq olan ərazilərdə dostluq
lokuslarının və mədəniyyətlərarası dialoq lokuslarının yaradılmasını
göstərmək olar. Sərhəd vilayəti olan və əhalinin sayına görə 180-
dən 200-dək etnomədəni ənənənin nümayəndələrini və müxtəlif
mədəniyyət daşıyıcılarını birləşdirən Orenburq vilayətini nümunə
kimi göstərmək mümkündür. Burada milli kəndin gözəl təcrübəsi
yaranmışdır, eyni bir ərazi məkanında informasiya muzeyləri,
informasiya mərkəzləri yaradılmaşdır. Bu mərkəzlərdə digər
mədəniyyətlərlə tanış olmaq və vahid ərazi çərçivəsində ümumi
tədbirlər keçirmək mümkündür. Rusiyada bu təzəlikcə vüsət
almaqdadır, məhz təcridetmədən qaçmaq, ünsiyyətə canatma –
dialoq formasını qurmaq məqsədilə çoxmədəniyyətlilik modelinin
mürəkkəbləşdirirlməsi üçün maraqlı bir vasitə, maraqlı bir gedişdir.
Rusiya təcrübəsini təhlil edərək, demək istəyirəm ki, bu, həm ərazi
modelləri, həm də prosesləri qanunvericiliklə nizamlama modelləri
çərçivəsində axtarışların mürəkkəb şəraitində baş tutur. Hər halda
hər il 200 minədək insan Rusiyaya gəlir. Onlar müxtəlif
mədəniyyətlərin
daşıyıcılarıdır.
Lakin
Rusiyanın
çoxmədəniyyətliliyin genişləndirilməsinə dair malik olduğu təcrübə
əsas verir ki, etnomədəni siyasətin strategiyası pozitiv olsun və
bütün mövcud gərginlik halları öz müsbət həllini tapsın.
Olqa Astafyeva,
Rusiya, RF Prezidenti yanında Dövlət Qulluğu və Xalq
təsərrüfatı Akademiyası
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
107
Multikulturalizm fəaliyyətdə: bolqar etnik modeli
Hörmətli xanımlar və cənablar! Hal-hazırda Bolqarıstanda bir
milyondan artıq müsəlmanın yaşadığını heç də hamınız bilmirsiniz.
Onlar səkkiz yüz min bolqar türkü və Osmanlı imperiyasının
hakimiyyəti dövründə islamı qəbul etmiş iki yüz min bolqardır.
90-ci illərin əvvəllərində Avropa təşəbbüskarlarının çoxu
soruşduqda ki, Balkanlarda etnik konflikt harada başlamışdır, cavab
alırdılar: ―Bolqarıstanda‖, çünki etnik gərginliyin dərəcəsi o vaxt
bizdə çox yüksək idi. Buna səbəb səksəninci illərin ortalarında
Bolqarıstanın o vaxtkı hakimiyyətinin bizim müsəlmanların ərəb-
türk mənşəli adlarını slavyan adlarına dəyişməsiydi. Onlara öz
dillərində danışmaq qadağan edilmişdi. Ancaq indinin özündə belə
çoxları ana dilində danışır. Hərçənd, bu qəribə səslənir, məsələn, iki
müsəlman gedir və türk dilində danışırlar, milis onları saxlayır və
cərimə edir. Müsəlmanlara məscidlərdə öz ibadətlərini etməyi
qadağan etdilər. Ümumiyyətlə, vəziyyət gərginləşdi və 1989-cu ildə
özünün pik nöqtəsinə çatdı. Bu zaman kütləvi tətillər və yürüşlər
başlandı. Vəziyyəti əldə saxlamaq üçün kommunist hakimiyyəti
dörd yüz min türk vətəndaşını bizim respublikadan qovdu.
Ancaq bu müəyyən qədər gərginliyi aradan qaldırdı, çünki Şərq
blokunda dərhal dəyişikliklər qopdu və vəziyyət yenidən
gərginlşməyə başladı. O zaman Bolqarıstanın prezidenti doktor
J.Jelev idi. O, inkişaf edən gərgin konfliktin müsbət həllini istəyirdi,
çünki bizim konstitusiya vətəndaşlarımızın bütün fərdi hüquqlarını
qoruyur. Ancaq biz irəli getdik və bizim müsəlmanlara öz
partiyalarını yaratmaq imkanı verdik. Bu partiya 90-cı illərin
əvvəllərində qeydə alındı və onların kollektiv hüquqlarını –
yaşamaq və azadlıq hüquqlarını müdafiə edirdi. İyirmi il ərzində
bizim yığıncağın daimi nümayəndəliyi var idi, ancaq maraqlıdır ki,
Dostları ilə paylaş: |