www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
114
Multikulturalizm problemləri və müasir
Rusiyanın siyasi təcrübəsi
Mənim dostum, Azərbaycan Respublikasının prezidenti İlham
Heydər oğlu Əliyev forumun açılış mərasimində qeyd etdi ki,
bugünkü forum multikulturalizm bayramıdır. Mən bir qədər başqa
şəkildə demək istəyirəm. Bugünkü forum mədəniyyətlərarası,
dinlərarası dialoqun, özü də multimədəni, multikonfessional
ölkənin, bu sahədə şübhəsiz uğurlar qazanmış bir ölkənin ərazisində
baş tutan bayramıdır. Günümüzdə hər yerdə tətbiq edilən
multikulturalizm formuluna gəldikdə isə mən bir qədər ehtiyatlı
davranardım. Bu cür dəyirmi masalarda qaldırılan əsas
məsələlərdən biri demokratiya və multikulturalizm kimi meyarların
uyuşmazlığıdır. Son zamanlar belə bir fikir çox populyardır ki,
cəmiyyət nə qədər bircins olsa, demokratik institutlar yaratmaq da o
qədər asan və əksinə, cəmiyyət mədəni baxımdan nə qədər
mürəkkəbdirsə, demokratik institutlar yaratmaq o qədər çətindir.
Multikulturalizm konsepsiyası ənənəvi olaraq bütün millətlərin bir
millət kimi birləşdiyi ―əritmə putası‖ konsepsiyası ilə qarşılaşdırılır.
Bizim ilk natiqimiz – Bakı Dövlət Universitetinin nümayəndəsi bu
gün bu barədə danışdı. Ancaq mən ən böyük ―əritmə putası‖ hesab
edilən ABŞ barədə əlavə bir şey də qeyd etmək istərdim: Avropanın
beynəlxalq siyasəti üçün daha çox səciyyəvi olan sosial təsir alətləri
vardır, məsələn, bunlardan biri 60-cı illərdə tətbiq edilmiş və yalnız
bir nəsil üçün planlaşdırılmış, təhsil müəssisələrinə və işə qəbul
zamanı azlıqlara müəyyən imtiyazlar verən affirmasiyadır
(affirmation). Bu proqramın tətbiq edilməsi səbəbi cəmiyyətdəki
qeyri-bərabərliyin afroamerikalıların inkişaf tempinin ağdərili
əhalidən geri qalması və kiçik bir ―sürətləndirmə‖nin onları ağlarla
eyni səviyyəyə çıxara bilməsi, bundan sonra layihənin dayandırıla
biləcəyi iddiasından irəli gəlirdi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
115
Əslində hər şey bu qədər sadə olmadı, proqramın işində sapmalar
oldu. Lakin bu gün 40 ildən artıq bir vaxt keçdikdən sonra
affirmasiyanı nəinki ləğv etdilər, hətta fəaliyyət proqramı kimi
daimi konstant müəyyən edildi. Bununla bərabər, vəd edilən
bərabərliyə nail olmaq heç cür mümkün olmadı, daha da əksinə, nə
qədər paradoksal olsa da, bu gün ağdərili əhali daha əlverişsiz
vəziyyətdədir. Fikrimcə, bu proqram guya kömək etməyə yönəldiyi
insanlar üçün daha da təhqiredicidir, alçaldıcıdır, çünki faktiki
olaraq, onların həyatda məqsədlərinə müstəqil şəkildə nail olmaq
üçün kifayət qədər inkişaf etmədiyini iddia edir. Əgər
affirmasiyanın nail olduğu bir şey varsa, o da tam əks effektdir.
Daimi köməyə vərdiş edən azlıq nümayəndələri bu gün həqiqətən
də öz güclərindən, ağlından istifadə etməyi yadırğayıb, bu hal isə
daima şiddətlənərək davam edir. Burada yalnız ABŞ-dan söhbət
getmir. İmiqrantların xüsusi, özəl şəraitdə yaşayaraq, getdikcə daha
çox urbanizasiyalaşdığı Avropaya baxmaq kifayətdir. İşləmək,
ümumi qəbul edilmiş davranış və əxlaq normalarına uymaq üçün
stimul yoxdur. Normal yaşamaq üçün tarixi vətənlərində aldıqları
biliklər onlara tamamilə kifayət edir. Almaniya, Fransa, ardınca da
Böyük Britaniyanın öncə multikulturalizm siyasətinin iflasa
uğramasını bəyan edib, daha sonra sözdən işə keçərək xaricdən
ölkəyə giriş qaydalarını sərtləşdirmələri də tamamilə məntiqli
addımdır. Bu hal xüsusən Şimali Afrika ölkələrindən olan
mühacirlərə aiddir. Əslən Tunisdən olan minlərlə qaçqın İtaliyadan
Fransaya daxil olmağa çalışırdı, ancaq fransız hökuməti heç bir
sənədə baxmadan qatarları sərhəddə saxlamağa başladı, bu zaman
sərnişinlərə qarşı irəli sürülən tələblər sırf iqtisadi xarakter
daşıyırdı. Onların Beşinci respublika ərazisində özlərini təmin
etməyə kifayət edəcək qədər vəsaitə malik olduqlarını
təsdiqləmələri lazım idi. Kifayət qədər resursları olmayan
mühacirləri qatardan endirirdilər. Cavab olaraq İtaliya XİN
―beynəlxalq dəmiryolu nəqliyyatının dayandırılması‖ ilə bağlı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
116
Fransaya rəsmi etiraz yönəltdi. Amma italyan rəsmilərini heç
Avropa İttifaqında belə dinləmədilər. AŞ-nın daxili işlər üzrə
komissarı xanım Malmstrom bəyan etdi ki, Paris öz əhalisinin
təhlükəsizliyini təmin etmək naminə və tamamilə, qanun
çərçivəsində hərəkət edir. Deməli, problem o qədər ciddidir ki, hətta
Avropa İttifaqında belə onu bu şəkildə anlayırlar. Hörmətli
cənablar, hazırda mən multikulturalizm siyasətinə bir neçə
yanaşmanı fərqləndirirəm. Birinci ssenari – ―assimilyasiya
getmədən inteqrasiya‖, yəni mononasional – birmillətli dövlət
qurmaq cəhdlərinin perspektivsiz olması və ya separatçı əhval-
ruhiyyənin daha da artması ilə müşahidə olunan bu cür səylərin
iflasa uğraması səbəbindən onlardan imtina etməkdən ibarətdir;
burada multikulturalizm bu imtinanın konstitusion-hüquqi
rəsmiləşdirilməsi bazası olaraq, eyni zamanda ən geniş ―mədəni
plüralizm‖, vahid vətəndaş identikliyi və dövlət bütövlüyü kimi
anlamların birlikdə mövcud olmasına inam kimi çıxış edir. Bu
Kanada modelidir. Bu modelin Kanadada necə reallaşdığını yaxşı
bilirik. İkinci ssenari – ―əks diskriminasiyadır‖ (―diskriminatorların
diskriminasiyası‖): özünü xüsusən cəmiyyətin demoqrafik quruluşu
və onun sosial strategiyası arasındakı fərqlərdə büruzə verən tarixi
və ya sosial ədalətsizlik, yaxud diskriminasiyanın aradan
qaldırılması yolu ilə müxtəlif irq, etnos və dinlərin
nümayəndələrinin hüquq bərabərliyinin qazanılmasında göstərir; bu
ssenaridə bir qayda olaraq, ―affirmative action‖a (diskriminasiyanı
kompensasiya edən imtiyaz, preferensiya, güzəştlərin təqdim
edilməsi) üstünlük verilir – ABŞ modeli. Daha sonrakı ―funksional
tolerantlıq‖ ssenarisi hansısa dövlətin iqtisadi konyunkturadan
asılılığı zamanı müvəqqəti şəkildə xarici işçi qüvvəsini dəvət və ya
qəbul etməsi hallarında baş tutur; bu zaman qastarbayterlər
tamdəyərli vətəndaşlıq hüquqları almasalar da, öz ―identikliklərini‖
saxlayaraq işləmək və yaşamaq hüquqlarına malik olurlar –
Almaniya modeli. Fikrimcə bu gün multikultural bazanın əsasında
qurulması mümkün olan sonuncu ssenari ―xırdalanma‖ ssenarisidir.
Dostları ilə paylaş: |