www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
117
Bu ssenari ölkənin xarici imicinin yaxşılaşdırılmasına və əmək
resursları çatışmazlığının aradan qaldırılması üçün mühacirlərin
cəlb edilməsinə yönəlmişdir; beləliklə dövlət mühacirləri onların
etnokulturoloji fərqlərini saxlayaraq ölkədə yaşamağa təşviq edir,
ancaq bir şərtlə ki, onlar loyal olsun və demokratik cəmiyyətin baza
dəyərlərini, prinsiplərini qəbul etsinlər – Avstraliya modeli. Kanada,
ABŞ, Almaniya, Avstraliya – 4 fərqli model. Bu modellərin hamısı
60-70-ci illərdə işlənib hazırlanmışdı. Bu o zamanlar idi ki, Avropa
liberal düşüncəsinin müsəlman aləminə, Avropadakı müsəlman
ekspansiyasına qarşı qoyacaq bir şey tapması zəruri idi. O vaxt
―ümumi tolerantlıq və assimilyasiya‖ ideyası ideal görünürdü. O,
böyük sayda xarici muzdlu qüvvə cəlb edir, eyni zamanda başqa
əhalini müəyyən olunmuş hüquq və azadlıqlardan məhrum etmir.
Ancaq zaman keçdikdən sonra məlum oldu ki, hər şey o qədər sadə
deyil. Mənim fikrimcə dörd ssenaridən sonuncusu daha effektiv
təsirə malikdir. Avstraliya qanuni və qeyri-qanuni mühacirlər
xüsusunda öz mövqeyini kifayət qədər sərt və ardıcıl şəkildə həyata
keçirir. ―İşləmək istəyirsiniz? – Kollektivdə işləməyi bacarırsınızsa,
xoş gəlmisiniz! Yox? – Qayıdın vətəninizə. İşçiyə ehtiyacımız
yoxdur‖. Avropa və Amerika üçün belə yanaşma bir sıra
səbəblərdən yolverilməzdir: Avropa seçim qarşısında durur – ya
yeni işçi qüvvəsinin cəlb edilməsi sürətini saxlamaq (tələbat ildə
yüz min insandır), ya da onları itirmək. Əhalinin sayının azalması
nəzərə alındıqda sonuncu siyasi və iqtisadi deqradasiyaya səbəb
olur. Əgər bu problemi daha əvvəl həll etməyə təşəbbüs etsə idilər,
onda müsəlman əhalinin sayı yerli əhalinin sayının onda birinə
çatmazdı, ola bilsin ki, o vaxt bu problemi mövcud imkanlarla həll
etmək mümkün idi. Ancaq bu gün, artıq on milyonlarla insan Fransa
və Almaniyada yerləşib vətəndaşlıq aldıqdan sonra, meydana gələn
problemi siyasi baxımdan süvari sıçrayışları ilə həll etmək mümkün
deyil. ABŞ-da vəziyyət daha da mürəkkəbdir. Burada afroamerikalı
əhali qarşısında nəhəng milli günah obrazı hökm sürdüyündən
affirmation siyasəti ağdərili vətəndaşlara özlərini rahat hiss etmək
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
118
imkanı verir. ABŞ-da belə bir təcrübədən qətiyyən imtina etməzlər.
Ondan demaqoji məqsədlərlə istifadə etmək bütün siyasətçilərə sərf
edir. Belə çıxır ki, ölkədə nə qədər çox fərqli, unikal, mimikriya
etmək arzusunda olmayan mədəniyyətə malik olan dini icma və
millətlər varsa, ənənəvi demokratik institutları işləməyə məcbur
etmək o qədər çətindir. Əhalisi gənc olan ölkələrlə problem
yaranmır. Dövlət maşını tərəfindən güc tədbirləri həyata
keçirildikdə onun ünvanına rasizm və ksenofobiya ittihamları
eşidilmir. Bu yaxınlarda Birləşmiş Krallıqda baş verən talanları
yada salmaq gərəkdir. Federal KİV Britaniya polislərini nələrdə
ittiham etmədi ki?! Halbuki onlar heç bir xüsusi şey etməmiş,
sadəcə qanunu müdafiə etmişdilər. Ancaq mühacirlərin bir çoxunun
bu qanunun özü haqqında çox vaxt konstitusiyada yazılandan fərqli
təsəvvürləri, görüşləri var. Rus provaslav kilsəsinin başçısı patriarx
Kirillin sözlərini xatırlamaq olar. O, bu il iyun ayının 16-da Rusiya
Sülh Fondunun (mən Rusiya Sülh Fonduna rəhbərlik etmək kimi bir
şərəfə nail olmuşam) əlli illiyində çıxış edərkən müasir
multikulturalizmi kokteyllə müqayisə edir: ―Kokteyl düzəltmək
üçün stəkana müxtəlif komponentlər tökürlər, ancaq silkələmək
mümkün olmur, komponentlər var, kokteyl yoxdur. Bəlkə heç
tökmək lazım deyildi?… Nə qədər çalışırsansa çalış, türkdən ya da
ərəbdən anqlosaks düzəltmək olmaz‖. Əlavə olaraq demək istərdim
ki, multikulturalizmin Avropa modelinin iflas etmə səbəbi məhz
Köhnə dünyanın qanunlarının və normalarının yumşaqlığıdır. Yeni
sakinlərin ənənəvi həyat normasına daxil ola bilməmələri,
cəzalandırılmamaları, bəzi yerlərdə hətta təşviq edilmələri modelin
süquta uğramasına səbəb oldu. Bu vəziyyətdə də medalın arxa üzü
var – sağ partiyaların və sağçı əhval-ruhiyyənin getdikcə yükslməsi.
Fəaliyyətdə olan hakimiyyət mühacir axınının öhdəsindən gələ
bilmirsə, siyasi arenada xalqa köməyini vəd edən qüvvələr peyda
olur. Köhnə Dünyada seçimlər tam gücü ilə gedir və vəziyyət hər il
daha da qızışır. Hər şey Fransada başladı, Mari le Penin başçılığı
altında ultrasağçılar gözlənilmədən yaxşı nəticə göstərdilər. Sonra
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
119
Finlandiya, indilərdə isə Almaniya gəlir. Vertenberqdə vilayət
seçkilərində sağçılar 5%-lik psixoloji həddi aşdılar. Məncə, əsas
təhlükə təşkil edən hal elə budur. Qeyd edilən hal, baş tutmayan
multikulturalizmdən daha qorxulu olmaqla bərabər, müasir Avropa
milli ideyasının nə qədər təhlükəli olduğunu göstərən bu
nəzəriyyənin məntiqi nəticəsidir. Fransa, Almaniya və İngiltərədə
siyasətin iflası ultrasağçı partiyaların dəyirmanına su tökür. Mənə
elə gəlir ki, bu ölkələrin liderlərinin düşünmələrinin və meydana
gələn problemi dərhal həll etmələrinin vaxtı gəlib çatıb, yoxsa çox
gec ola bilər. Ümid edirəm ki, Köhnə Dünyanın dövlət başçıları bu
günkü forması və izahı ilə multikulturalizm kimi bu cür, müəyyən
qədər köhnəlmiş siyasi modellə silahlanmayacaqlar.
Leonid Slutski,
Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq
məsələlər üzrə komitəsi