www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
120
İsraildə multikulturalizm təcrübəsi
Mənim çıxışımın mövzusu ―İsraildə multikulturalizmin rolu‖
adlanır və ərazisində 81 dildə danışan 120 dövlətdən gəlmiş
insanların yaşadığı, dini rəsmi olaraq dövlətdən ayrılmayan, formal
konstitusiyası olmayan və son 60 ildə qonşuları ilə daima müharibə
vəziyyətində yaşayan bir ölknin nümayəndəsi kimi, mənim
qarşımda multikulturalizm barədə 8 dəqiqə ərzində məlumat
vermək kimi çətin bir vəzifə durur. Vəziyyət bu cürdür və inanın ki,
bizim problemlərimiz kifayət qədərdir. Bununla belə, mövcud
sahədəki
problemlərin
çoxluğuna
baxmayaraq,
bizim
multikulturalizm sahəsində müəyyən təcrübəmiz var. Bu təcrübə
bəzən uyğunlaşdırılmış, bəzən isə məcburi xarakter daşıyır, ancaq
biz bu cür cəmiyyətdə lap çoxdan, belə deyək ki, son yüz ildə
yaşayırıq. Bizim dırnaqarası ―əridici qazanımız‖ Birləşmiş
Ştatlardakı kimi olmayıb. Onun öz spesifikası var və mən indi onun
üzərində dayanmayacağam. Bu spesifika ondan ibarət idi ki, o
zaman Fələstinə gələn insanlarda güclü məqsəd və əsaslar vardır.
Belə ki, onlar yeni vətəndə yaşamaq və orada yeni cəmiyyət
qurmaq, üstəlik sosialist ideyalarını həyata keçirmək kimi vahid
məqsəd cüddüklərindən yeni insanı, yeni yəhudini formalaşdırmağa
başladılar. Bəyəm bütün bunlar postsovet dövrünü xatırlatmırmı?
Yəhudilərin ivrit dilində danışmaq şüarı tədricən özünü
doğruldurdu; doğurdan da ən müxtəlif ölkələrdən gəlmiş müxtəlif
dildə danışan yəhudilər, əsasən, ivrit dilinə keçdilər. Əlbəttə,
―əridici qazan‖ və ―yalançı əridici qazan‖ dövrü çox böyük
əyrintilərə yol verilmişdir. Müharibədən sonra İsrildəki
münasibətlər hətta fələstinli yəhudilənin özləri üçün də tamamilə
prinsipial xarakter almışdır. Onlar soruşurdular: ―Axı siz neyçün
qabaqlar gəlmirdiniz, neyçün döyüşmürdünüz, neyçün zərbəyə
zərbəylə cavab vermirdiniz?‖ Bu məsələ Avropadan gəlmiş şərqli
yəhudilər, şərqi-avropalı yəhudilər və özlərini zahirən qaynar
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
121
adlandıran, lakin daxilən mülayim olan fələstinli yəhudilər arasında
ciddi qarşıdurmaya gətirib çıxartdı. 70-ci illərdə, daha dəqiq desək,
1967-ci ildən sonra bütün dünyada inkişaf etməkdə olan
multikulturalizm yavaş-yavaş İsrailə də gəlib çatdı. Və
multikulturalizmin ilk qaranquşu Birləşmiş Ştatlardan və Böyük
Britaniyadan gəlmiş çox da böyük olmayan anqlofon icma idi.
Gözlənilmədən məlum oldu ki, yeni yerdə yaşamaq arzusunu
gizlətmədən ivrit dilini öyrənməkdən imtina etməyən bu adamlar öz
dilini qorumaq istəyirdilər. Bu insanları anlayışla qarşılayır, onlara
tərəf addım atırlarlar, belə ki, artıq o zamanlar ingilis dili
beynəlxalq ünsiyyət dili hesab edilirdi. Onlar özləri üçün Qranauf
şəhərini tikib kompakt yaşayış rayonu yaratdılar. Bu, bəlkə də
dövlətin assimilyasiya siyasətindən ilk imtina hadisəsidir. Mən
deyərdim ki, bu yeni modelə, daha dəqiq desək, assimilyasiyasız
inteqrasiya modelinə keçiddir. Ancaq elə alındı ki, bu eksperiment
postsovet məkanından, daha dəqiqi, o vaxtkı SSRİ-dən gələnlərə
tətbiq edildi. İsrailə 10 il ərzində MDB ölkələrindən 1100 000 nəfər
gəlmişdir ki, bu da ölkə əhalisinin 18%-ni təşkil edir. Mən hesab
edirəm ki, heç bir ölkə belə böyük faiz nisbətində əcnəbi əhalinin
qəbulu yaxud İsraildə deyildiyi kimi, absorbsiya təcrübəsi ilə öyünə
bilməz. Özü də bu gələn icma son dərəcə özünəməxsus mdi və
bütün əvvəlki gələnlərdən kəskin radikalllığı ilə fərqlənirdi. Hər
şeydən öncə bu insanlar köçüb gəldikləri vətənləri ilə yaxşı əlaqələr
saxlayırdılar, çünki bu zaman Sovet İttifaqı artıq dağılmışdı, onların
getməsinə heç kim mane olmurdu və onlar gedərkən öz iş yoldaşları
və qohumları ilə dostluq əlaqələrini saxlamışdılar. Onlar 70-ci
illərdəki kimi vətənini atmış hesab edilmirdilər, çünki başqa yerə
gəlib tərk etdikləri vətənləri ilə əlaqəni itirməmişdilər. Bu amil
İsraildə rus dilli informasiya məkanının yaranmasını xeyli dərəcədə
sabitləşdirmişdir. İnanın, bizim kiçik ölkəmiz üçün bu məkan
praktiki olaraq böyük deyil. Hal-hazırda həmin 1100 000 nəfərlik
əhali üçün İsraildə rus dilində 2 televiziya kanalı, 30 dan artıq qəzet,
6 radiostansiya fəaliyyət göstərir. Bu siyahını uzatmaq da olar.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
122
Rusdillilərin dindarlığı aşağı səviyyədədir. 3-cü yəhudi nəslinin
gəlməsinə imkan verən qanunun sayəsində İsrailə gəlmiş bu
adamlar ölkəyə cəmi köçüb gəlmiş yəhudilərin 30%-ni təşkil edir.
Bura hansısa yüklə, mən deyərdim, sovet yükü ilə təşrif buyurmuş
bu insanlar özlərini nəhəng ölkənin vətəndaşları kimi hiss edərək,
yeni vətənlərində heç də özlərini ikinci növ vətəndaş vəziyyətində
görmək istəmirdilər. Yerli əhali ilə onların arasında müəyyən
ziddiyyətlər başlanmışdı, ancaq 10 ilin ərzində hər şey qaydasına
düşdü. Maraqlı burasıdır ki, İsrail bu gün başqa cür olmuşdur, rus
icması da dəyişmişdir. Bu gün İsraildə rus ədəbiyyatının bütün
klassikləri ivrit dilinə və bütün ivritdilli klassiklərin əsərləri rus
dilinə tərcümə olunub. Öz kitab mağazalarınızda siz Abus Vozu,
Şalemi tapa bilərsiniz. Nə qədər paradoksal olsa da, İsraildə
multikulturalizm baş tutdu. Biz başqa cür olmuşuq və israillilər
rusdilli əhaliyə İsrailin bir hissəsi kimi baxmağa başlayıb. Bu gün
rus idmançılarının İsraili beynəlxalq yarışlarda təmsil etmələri artıq
heç kimi təəccübləndirmir.
Boris Morozov,
İsrail, Təl-Əviv Universiteti