www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
102
2) Multikulturalizm – cəmiyyətin mədəni müxtəliflik əleyhinə
etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlmişdir;
3) Demokratiya multikultural cəmiyyətin formalaşmasında ən
mühüm amillərdən biridir;
4) Bölgələrin tarixi inkişafının xüsusiyyətləri multikulturalizmin
fərqli modelininin yaranmasını müəyyən
etmişdir;
5) Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin
olmasına baxmayaraq, heç şübhəsiz ki, multikultural cəmiyyətinin
formalaşmasında və multikultural ətraf mühitin dəstəklənməsində
aparıcı rol dövlətə məxsusdur.
Yusif ŞÜKÜRLÜ,
AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi,
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının müəllimi,
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
103
Mədəni siyasət strategiyasında multikulturalizm
ideyalarının dinamikası
Yalnız Rusiya və MDB ölkələri üçün deyil, bütün dünya üçün
aktual olan problemləri müzakirəyə çıxaran Humanitar Forum
iştirakçılarını salamlamağa çox şadam. Belə ki, bunlar mürəkkəb
sosial-mədəni dəyişikliklər şəraitində yanaşı yaşama problemləri ilə
bağlıdır. Zaman və məkan anlamına, həyatın mənası anlayışına təsir
edən bu dəyişikliklər bizi öz doğma mədəniyyətimizlə yaxınlığa
yenidən baxmağa və digər mədəniyyətlərlə təmas axtarışına sövq
edir.
Bu ünsiyyət, bu mədəniyyətlərarası dialoq ideyası yaşadığımız
qeyri-sabit və kifayət qədər dəyişkən olan müasir dünya üçün
mərkəzi rola çevrilir.
Hörmətli həmkarlar, məni bu gün işlədiyimiz baza terminləri və
kateqoriyalarının məna anlayışlarına qayıtmaq məcburiyyətindən
azad etdilər. Bu, olduqca mürəkkəb və dinamik anlayış, lakin bu
gün dünyada fərqli modellər şəklində ziddiyyət doğuran
multikulturalizm kateqoriyasıdır. Bu modellərin bir ölkəyə
uyğunlaşsması mümkündür, ancaq onlar digər şəraitdə heç cür
tətbiq edilə bilməz, çünki istənilən model əsrlərlə formalaşmış
müəyyən dəyər-məna bazasına oturuşur və ona aid olur. Bu və ya
digər modelin tətbiqi üçün belə əsasların axtarılması çox çətin
vəzifədir, belə ki, yanaşı yaşamanın dünya konsepsiyasının ümumi
strategiyasının konkret etnomədəni və milli-mədəni inkişaf
konsepsiyası ilə uzlaşması prinsipindən ibarətdir.
Yanaşı yaşama – məhz elə dünyada mədəni siyasət strategiyasının
axtarılması problemidir. Lakin mənim fikrimcə, mədəni siyasət
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
104
anlayışı bu gün daha genişdir, çünki öz mədəni özəlliklərinin,
mədəni sərvətlərinin bu və ya digər şəkildə təzahürü ilə əlaqədar
baxdığımız bütün problemlər çox vaxt sosial konfliktlər sırasından
olan problemlərlə bağlıdır. Buna görə, multikulturalizm mövzusu –
dissiplinar problemdir, müasir dünyada sosial bərabərsizlikdən
qurtulma cəhdlərinin mədəni bərabərsizliklə toqquşduğu və bunun
da münaqişəli situasiyalar doğurduğu sosiomədəni strategiya
problemidir. Ola bilər ki, bir ölkəyə uyğunlaşmış modellərin digər
ölkələrdə tətbiq edilməzliyinə gətirib çıxaran da elə məhz budur. Və
tənqid, siyasi tənqid bizi multikulturalizmə yeni nəzərlərlə baxmağa
məcbur edir. Yeni nəzərlərlə baxmaq nə deməkdir? Hər şeydən
əvvəl bir məsələni anlamaq lazımdır ki, biz multikulturalizmə
mövcud mühitin demokratikləşdirilməsi, sərbəst qarşılıqlı təsirin və
mədəni plüralizmin yaranması tendensiyası ilə səciyyələnən yeganə
mümkün strategiya və ya çoxsaylı strategiyalardan biri kimi baxırıq.
Şübhəsiz, ilk növbədə insanların mədəniliyi anlayışının özünün
davamlılığı ilə bağlı problem əmələ gəlir. Əgər mədəni mühit lap
qədimlərdən, uzun əsrlər boyu müxtəlif mədəniyyətlərə, müxtəlif
dinlərə açıq olan bir muhit kimi formalaşıbsa, onda bu mühitə digər
mədəniyyətlərin inteqrasiyasının bütün digər prosesləri də tamamilə
keçərli olur. Bu, mədəni rəngarənliyin təbii genişlənməsi, vəhdətin
mürəkkəbləşməsi prosesidir. Mənə belə gəlir ki, hazırkı günümüz
üçün multikulturalizm modellərinin mürəkkəbləşməsinin məhz bu
səciyyəsi nümunəvidir. Bizdən digər mədəni dəyərlər sferasında
sadəcə mədəniləşdirmə prosesi deyil, həm də müəyyən
transkulturasiyalar prosesi olan adaptasiya konsepsiyalarına yenidən
baxmaq tələb olunur. Bu prosesdə nəinki eyni tipli mədəniyyətlər,
həm də ümumiyyətlə, yaxın keçmişdə mədəniyyətəqabil və dialoq
üçün açıq kimi baxıla bilməyəcək digər mədəniyyətlər də qəbul
edilir. Ona görə də adaptasiya problemi – insanlara ən çətin
situasiyalarda belə uyğunlaşmağa kömək edə biləcək müasir
institutların vasitələr axtarışı problemidir.