www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
339
«Sosial jurnalistika və yüksək texnologiyalar»
«Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri
«Dünyanı dəyişdirən müasir texnologiyalar» mövzusunda dəyirmi
masanın təşkili və həyata keçirilməsi Bakı Dövlət Universitetinə
həvalə edilmişdir. Forumun proqramına uyğun olaraq bu gün biz
sizinlə XX əsrin sonunda və XXI əsrin ilk onilliyində böyük sürətlə
inkişaf edən müasir texnologiyaların və innovasiyaların, xüsusilə
informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətdə və
bütövlükdə dünyada yaratdığı dəyişiklikləri, onların müsbət və
mənfi cəhətlərinin ətraflı müzakirə edərək gələcək ümidləri və
perspektivləri müəyyən etməyə çalışacağıq.
Hörmətli həmkarlar və dostlar!
Artıq hamımıza məlumdur ki, XX əsr daha çox elmin və texnikanın
sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki
innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının
inkişafı ilə səciyyələnir və tarixə informasiya əsri, daha geniş
mənada elm və təhsil əsri kimi daxil olmuşdur. Elmin və təhsilin
bütövlükdə inkişafı bütün dünyada vətəndaş cəmiyyətinin
qurulmasını təmin edən əsas şərtdir və biz də bu cəmiyyətin
qurulmasında iştirak edirik. Bu yolda hər birimiz öz
məsuliyyətlərimizi başa düşməliyik, üzərimizə düşən vəzifələrimizi
vicdan və şərəflə yerinə yetirməyə çalışmalıyıq.
XX əsrin son və XXI əsrin ilk onilliyində informasiya və
kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən
əsas amillərdən birinə çevrilmişdir. Onların təsir dairəsi dövlət
strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial
sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat
tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan
ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi
üstünlüklərdən faydalanır. Hazırda informasiya cəmiyyətinə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
340
yönəlmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç
kimdə şübhə doğurmur.
İnsanın inkişafında ən mühüm amil elm, təhsil və müasir biliklərdir.
İnformasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla,
müasir texnologiyalardan bilik və informasiyanın ötürülməsi üçün
istifadə olunması qlobal səviyyədə də inkişafın əsas şərtlərindən
sayılır. Hazırda bütün ölkələrdə iqtisadi potensialın insan kapitalına
çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bakı
Forumu və bugünkü dəyirmi masa da bu baxımdan böyük
əhəmiyyətə malikdir.
Mən dəyirmi masanın işinə uğurlar arzulayıram və onu davam
etdirmək üçün moderatoru, M.V.Lomonosov adına MDU-nun
rektoru, akademik V.A.Sadovniçini dəvət edirəm.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
341
Akad. A.L.Semyonov
Moskva Açıq Təhsil İnstitutunun rektoru
Müasir dünyada riyaziyyatın rolu
Müasir dünyada hər bir insan üçün riyaziyyatın rolu bilavasitə 2
əsas faktorla təyin edilir:
İnformasiyanın emalı texnologiyası.
Riyazi savad.
Riyaziyyat digər elm və texnologiyalara reallıq modelləri sistemi və
bu modellərin tədqiqi alətlərini təklif edərək bütün insanların
həyatına hiss olunacaq dərəcədə təsir edir.
Riyaziyyat və informasiyanın emalı texnologiyası
XX əsr kompyuterlərin yaranması və yayılması əsridir. Kompyuteri
riyazi maşın da adlandırmaq olar (Bəzən bizim ölkəmizdə
kompyuteri elə riyazi maşın adlandırırdılar və bu, ―Hesablama
maşını‖ adlandırılmasından daha doğru səslənirdi). Kompyuter özü
riyazi üsullarla yaradılmışdır. Kompyuter hər şeydən əvvəl
informasiyanın təhlili istiqamətində riyazi üsullarla təsvir olunaraq
fəaliyyət göstərən riyazi qurğu kimi meydana gəlmişdir. Belə də
ifadə etmək olar ki, maşınlar ―riyaziləşdirilməsi‖ mümkün olan işi
görürlər. Aydındır ki, belə maşınların yaradılması və istismarında
riyazi metodlardan istifadə edən fizika və kimya kimi elmlər də
tətbiq olunur, lakin insan üçün bu maşınların yerinə yetirdiyi iş
məhz riyazi məna daşıyır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
342
Kompyuterə qədərki vaxtlarda kompyuter riyaziyyatının yaranması
Çox yaxşı haldır ki, belə maşınların işləmə nəzəriyyəsi və onların
tətbiqlərinin bir çox mühüm elementləri, riyaziyyatçılar tərəfindən
texnologiyalardan xeyli əvvəl yaradılmışdır.
Çox yaxşı haldır ki, texnologiyaların əsasına çevrilmiş uyğun
elektron maşınların işləmə nəzəriyyəsi və onların tətbiqlərinin bir
çox mühüm elementləri, məsələn, proqramlaşdırma dilləri
yaradılmışdır. Bu nəzəriyyə formal qaydalara əsasən informasiyanın
təhlili ilə məşğul olan insanın fəaliyyət aləti kimi meydana
gəlmişdir. ―Kompyuterə qədərki eranın‖ riyazi sənayesi praktiki
olaraq ―itkisizdir‖.
Məsələn, 1940-cı illərin sonunda leninqradlı riyaziyyatçı, akad.
müxbir üzvü A.A.Markov alqoritmlər nəzəriyyəsini (və ya özünün
ifadə etdiyi kimi-alqorifmlər nəzəriyyəsini) qurdu, 1970-ci illərdə
isə kompyuter aləmində struktur proqramlaşdırma və proqramların
doğruluğunun induktiv isbatı kəşf olundu və bu yeniliklər
Markovun kəşfinin təkrarı idi.
Klassik təmiz və tətbiqi riyaziyyat
Təmiz klassik riyaziyyat dəqiq düsturlarla işləyirdi. Yalnız sonda,
yəni tənlik ümumi halda həll edildikdən sonra verilmiş şərtlərdən
istifadə edilərək hesablama aparılırdı. Klassik tətbiqi riyaziyyat da
daha çox inkişaf tapmış analitik həllə üstünlük verilirdi və yalnız
bundan sonra təqribi hesablama üsulları tətbiq olunurdu. Biz hər bir
halda son nəticədə həqiqi ədədlərlə, yəni sonsuz onluq kəsrlərlə
yox, onların sonlu, diskret yaxınlaşmaları ilə işləyirdik.
Riyaziyyatın informasiya texnologiyalarından yaranan yeni sahələri.
Dostları ilə paylaş: |