www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
63
zaman dayandırmamışdır. Xalq öz maddi-mənəvi dəyərlərini, dilini,
milli varlığını qoruyub saxlamış və inkişaf etdirmişdir.
— Elə bu inkişafın nəticəsində Azərbaycanda Avropadan daha
əvvəl-XV əsrin sonlarından etibarən yerli Səfəvilərin mərkəzləşmiş
milli dövlət hərəkatı başlanmışdır.
— Mərkəzləşmiş milli dövlət hərəkatının meydana gəlməsi üçün
zəruri əlverişli zəmin əvvəlki dövrlərdə-Atabəylər dövləti (XII-XIII
əsrlər), Qaraqoyunlu, Ağqoyunlu dövlətləri (XV əsr), Şirvanşahlar
dövləti (XV-XVI əsrlər) və s. zamanlarda yaşanan siyasi proseslərin
nəticəsi kimi meydana gəlmişdir.
– Səfəvilər dövləti özünün bütün parametrləri (vahid ərazi, kompakt
yaşayan əhali (xalq), əhalinin de-fakto idarə olunması, başqa
dövlətlər tərəfindən tanınma və s.) ilə mərkəzləşmiş milli dövlət
olmuş və Vestfal prosesinin prinsiplərinə cavab vermişdir.
Məlum olduğu kimi, I Şah İsmayılın dövründə (1501-1524-cü illər)
Səfəvilər dövləti bütün tarixi Azərbaycan torpaqlarını vahid mərkəz
ətrafında birləşdirməyə nail olmuş, habelə vaxtilə müxtəlif
imperiyalar tərəfindən zəbt olunmuş digər əraziləri geri qaytarmaq
uğrunda qanlı müharibələr aparmışdır. Bu kontekstdə müəllif haqlı
olaraq qeyd edir ki, Avropa ölkələri və Rusiya tərəfindən
qızışdırılan osmanlı-səfəvi müharibələri hər iki dövləti, xüsusən
Səfəviləri tədricən zəiflətmişdir. Əsərdə göstərilir ki, 1590-cı ildə
İstanbulda imzalanmış Səfəvi-Osmanlı sülh sazişinə görə,
Azərbaycan torpaqları iki hissəyə bölünmüşdür. Azərbaycanın
Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və ondan qərbdə yerləşən
bütün əraziləri Osmanlı dövlətinə keçmiş, Xalxal, Ərdəbil, Qaradağ,
Talış, Zəncan və Sultaniyə torpaqları Səfəvilərdə qalmışdır. Sonrakı
tarixi dövrlərdə də sərhəd dəyişikliyinin yaratdığı gərginlik Səfəvi-
Osmanlı qarşıdurmasının səngiməsinə imkan verməmiş və əslində,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
64
bu iki imperiya arasında müharibə vəziyyəti XVII əsrin birinci
yarısınadək davam etmişdir. 1612-ci il Sərab və 1639-cu il Qəsri-
Şirin sülhünün şərtlərinə görə, bu iki imperiya arasında müvəqqəti
etimad mühiti yaransa da, o, XVIII əsrin əvvəllərində yenidən
pozulmuşdur.
Əsərdə həmin dövrün geosiyasi reallıqları, xüsusilə də 1700-1721-ci
illərdə Skandinaviya ölkələri ilə Şimal müharibəsindən qalib çıxan
Rusiyanın Xəzərsahili ərazilərə iddiaları və onun Osmanlı
dövlətinin regional maraqları ilə həm toqquşması, həm də
kəsişməsi, habelə bu reallıqlar fonunda Səfəvi dövlətinin daha da
zəifləməsi gerçəkliyi kifayət qədər dərin və ətraflı tədqiq
olunmuşdur.
Burada müəllif xüsusi olaraq diqqəti Azərbaycan dövlətçiliyi
tarixində mühüm iz buraxmış 1724-cü ildə Osmanlı və Rusiya
arasında imzalanmış İstanbul və 1735-ci ildə Səfəvilər dövləti ilə
Rusiya arsında bağlanmış Gəncə müqavilələrinə cəlb edir. Birinci
müqaviləyə görə, Türkiyə Səfəvi şahlarının ―Rusiyaya güzəşt etdiyi
Xəzərsahili‖ Şimali Azərbaycan torpaqlarının yeni statusunu təsdiq
etdi. Bunun əvəzində isə Rusiya Şirvan istisna olmaqla, Səfəvilərə
məxsus digər Qərbi Azərbaycan ərazilərinin və Cənubi Qafqazın bir
hissəsinin (Azərbaycanlılar yaşayan Borçalı və digər vilayətlərin,
Batumun, Krımın və s. Osmanlı dövləti tərəfindən tutulmasına
etiraz etməyəcəyinə təminat verdi.
Uzağa gedən geosiyasi nəticələrə səbəb olacaq həmin hadisələrin
dərin analizini aparan müəllif aşağıdakı qənaətini belə ifadə
edir:"Rusiya və Osmanlı dövlətləri bir qisim Azərbaycan ərazilərini
öz aralarında bölüşmək barədə razılığa gəldilər ki, bu da, bir
tərəfdən, Azərbaycanın siyasi coğrafiyasında və geosiyasi
xəritəsində yeni dəyişiklik əmələ gətirdi, digər tərəfdənsə, bölgədə
tamamilə yeni geosiyasi vəziyət yaratdı". Əsərdə həmin vəziyyətin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
65
məzmununu müəllif ―Bakı‖ və ―Azərbaycan‖ ifadələrini öz istilası
altında olan Şimali Azərbaycan torpaqlarına aid edərək bu
torpaqlara rus əyaləti kimi baxmağa başladılar‖ cümləsi ilə lakonik
şəkildə ifadə edə bilmişdir.
Hadisələrin sonrakı gedişi göstərdi ki, strateji əhəmiyyətli tarixi
Azərbaycan torpaqları uğrunda regional güclər olan Rusiya, Türkiyə
və İranın mübarizəsi XIX əsrin birinci və ikinci onilliyində yeni və
həlledici mərhələyə daxil olmuşdur. Rusiya-İran, Rusiya-Türkiyə və
Türkiyə-İran arasında aparılan qanlı müharibələr nəticəsində
Qafqazda, o cümlədən Azərbaycanda büsbütün yeni geosiyasi şərait
formalaşmışdır. Əsərdə bu dövrün geosiyasi mənzərəsini təsvir və
təhlil edən professor Əli Həsənov 1804-1813-cü və 1826-1828-ci
illərdəki Rusiya-İran, 1806-1812-ci və 1828-1829-cu illərdəki
Rusiya-Türkiyə müharibələri nəticəsində Səfəvi imperiyasının bir
yerə topladığı Azərbaycan ərazilərinin 3 yerə bölüşdürüldüyünü,
lakin bu reallıq fonunda da belə, Azərbaycanın uzun tarixi dövr
ərzində böyük dövlətlərin arasında maraqların toqquşduğu əsas
geosiyasi məkan olaraq qaldığını və geosiyasi ədəbiyyatda ―Şimali
Azərbaycan‖, ―Cənubi Azərbaycan‖, ―Qərbi Azərbaycan‖ və s.
ifadələrin yarandığını xüsusi olaraq vurğulayır.
Yuxarıda qeyd edilən dərin geosiyasi proseslərə qiymət verən Əli
Həsənov mövcud reallıqlar fonunda Azərbaycanın Cənub, Şimal və
Qərb qonşularının inkişaf istiqamətləri və onun səviyyəsi, habelə
azərbaycanlıların milli kimliyinin formalaşması gerçəkliyi ilə bağlı
olduqca maraqlı və diqqətçəkən mülahizələr irəli sürmüşdür.
Müəllif yazır: ―Avropa dövlətlərindən mədəni inkişafına görə geri
qalsa da, o dövrdə Rusiya imperiyası İrandan və Osmanlıdan daha
sürətlə inkişaf edirdi. Odur ki, onun tərkibinə keçən Şimali
Azərbaycan və Qərbi Azərbaycanın bir hissəsi rus dili və
mədəniyyəti vasitəsilə yavaş-yavaş özünün məxsusi təhsilini, elm
və mədəniyyətini inkişaf etdirməyə başladı. Düzdür, çarizm bu
Dostları ilə paylaş: |