www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
66
―maarifçilik siyasəti‖ni öz müstəmləkəçilik fəaliyyəti ilə
çətinləşdirərək, nə qədər azərbaycanlılar arasında ruslaşdırma
siyasətini həyata keçirsə də, tam fərqli etnik və dini mənsubiyyətə
malik azərbaycanlıları imperiya içərisində assimilyasiya etdirə
bilmədi...
Cənubi Azərbaycanı öz tərkibində saxlayan İranda və Qərbi
Azərbaycanın bir hissəsini özünə birləşdirən Osmanlıda isə
Azərbaycan xalqının milli inkişafı ayrıca bir xətt üzrə davam
etdirilmədi. İranda bu proses şiə məzhəbli ümumislam, Osmanlı
ərazisində dil birliyinə söykənən ümumtürk çərçivəsinə salınaraq
dayandırıldı. Bu ölkələrin heç birində azərbaycanlılar üçün məxsusi
milli tədris müəssisələri, mətbuat, dini ibadət və mədəniyyət
ocaqları yaradılmadı, əksinə, onlara qarşı güclü assimilyasiya
siyasəti həyata keçirilməyə başlandı‖.
Əsərdə çarizmin yuxarıda qeyd edilən müsbət cəhətləri ilə yanaşı,
azərbaycanlılar üçün yaratdığı ciddi siyasi problemlərlə də bağlı
analizlər aparılmışdır. Müəllif haqlı olaraq qeyd edir ki, işğal etdiyi
əraziləri imperiya ilə daha sıx bağlamaq üçün Cənubi Qafqazın
―daha etibarlı ünsürləri‖ ilə Azərbaycanın demoqrafik vəziyyətini
dəyişməyə başladı. Regiona ruslar, almanlar, polyaklar, xüsusən,
ermənilər köçürülməyə başlandı. Bu məsələyə toxunan müəllif qeyd
edir ki, ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi
regiona özü ilə bərabər çoxlu, o cümlədən gələcəkdə baş verə
biləcək geosiyasi dəyişikliklərə zəmin yaradan problemlər də
gətirdi.
Yuxarıda haqqında bəhs olunan konkret tədqiqat predmeti ilə bağlı
araşdırmalarının yekunu olaraq müəllifin gəldiyi nəticə böyük siyasi
çəkiyə, aktuallığa malikdir və olduqca ibrətamizdir: ―İşğalçı
müharibələr nəticəsində həyata keçirilən bölüşdürülmə və
ermənilərin yerləşdirilməsi XIX əsrdə Azərbaycanın geosiyasi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
67
vəziyyətində baş verən ən ciddi mənfi dəyişiklik olub, bütün
Azərbaycan xalqının taleyinə və gələcək dövlətinin ərazi
quruluşuna təsir edən amil oldu. Çarizmin regionda həyata keçirdiyi
―parçala və hökm sür‖ siyasəti sonralar bütün Cənubi Qafqaz
regionunda qan və müharibələr ilə müşayiət olunan əsaslı geosiyasi
dəyişikliklər üçün şərait yaratdı‖.
Bu, bir həqiqətdir ki, I Dünya müharibəsinin başlanması ilə Qara və
Xəzər dənizləri, Cənubi Qafqaz və Anadolu torpaqları uğrunda
mübarizənin yeni mərhələsi başlanmış oldu. Əli müəllim haqlı
olaraq qeyd edir ki, Türkiyə istisna olmaqla, I Dünya müharibəsində
iştirak edən tərəfləri, əlbəttə, yerli azərbaycanlıların taleyi deyil,
daha çox Bakı və onun nefti maraqlandırırdı. Odur ki, indiyədək
Yaxın və Orta Şərqdə — Mosul nefti uğrunda müharibədə iştirak
edən tərəflər arasında geostrateji döyüşlərə 1918-ci ilin ortalarından
etibarən zəngin neft yataqları olan Bakı və Cənubi Qafqazın digər
müvafiq əraziləri (məsələn, Bakı-Batum dəmir yolunun keçdiyi
rayonlar və s.) uğrunda amansız döyüşlər əlavə edildi. Müəllif bu
döyüşləri şərtləndirən amillərə diqqəti cəlb edərək qeyd edir ki,
bunlar ilk növbədə Bakının geosiyasi mövqeyi ilə bağlı idi. Başqa
sözlə, Bakıya sahib olan ölkə Xəzər üzərində nəzarəti əldə edirdi.
İkincisi, Xəzər üzərində nəzarəti həyata keçirən ölkə isə həm
Cənubi Qafqaz, Orta Asiya, həm də Türküstana gedən yollara
açılmış olurdu. Bir sözlə, bütün bu amillərin məcmusu müharibənin
gedişində Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yaranmasına
gətirib çıxardı.
Tədqiqat işində həmin tarixi şəraitdə Cənubi Qafqazda geosiyasi
vəziyyəti müəyyən edən əsas dövlətlərə toxunan müəllif, ilk
növbədə, Osmanlı, Almaniya, Avstriya-Macarıstan və düşdüyü ağır
vəziyyətdə çarəsiz qalaraq qeyd edilən dövlətlərlə könülsüz
razılaşan bolşevik Rusiyasına diqqəti cəlb edir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
68
Bu reallıqlar fonunda Cənubi Qafqaz dövlətlərinin demokratik
federativ respublikada birləşmək siyasəti onu regionda formalaşmış
olduqca mürəkkəb proseslərin qalibi statusuna yüksəldə bilmədi.
Cənubi Qafqaz anarxiya, xaos və millətlərarası qarşıdurma
məngənəsində sıxılırdı. Bu vəziyyətdə Transqafqaz seyminin
buraxılması və regionda yeni müstəqil dövlətlərin yaranması tarixi
zərurətə çevrilmişdi. Əli müəllim bu tarixi zərurətin mahiyyət və
məzmununu, onun reallaşdırılması müxanizmlərini fundamental
əsərində olduqca dolgun şəkildə ifadə edə bilmişdir. Burada ilk
növbədə, yuxarıda qeyd olunan məlum siyasi proseslərin məntiqi
nəticəsi olaraq Azərbaycanın müstəqilliyinin elan edilməsi və onun
Cənubi Qafqazın geosiyasi vəziyyətinə təsiri ilə bağlı məsələlər
elmi təhlillər müstəvisinə çıxarılmışdır. Apardığı dərin analitik
təhlillərə istinad edərək müəllif bu dövrün unikal dövlətçilik
tariximiz ilə bağlı bir sıra mühüm elmi və siyasi nəticələrini irəli
sürmüşdür:
– Azərbaycanın şimalı XIX əsrdə Rusiya tərəfindən xanlıqlar
formasında işğal edilmişdirsə, azərbaycanlılar isə şirvanlı, gəncəli,
bakılı, lənkəranlı, naxçıvanlı və başqa adlar altında bu ölkəyə
birləşdirilmişdirsə, 1918-ci ildə Azərbaycan vahid bir dövlət,
azərbaycanlılar isə vahid bir xalq kimi imperiyanın tərkibindən
ayrıldı.
– Azərbaycan xalqının uzun illər pozulmuş vahid dövlətçilik
ənənələrinin bərpa edilməsi ilə Cənubi Qafqazda yeni geosiyasi
vəziyyət formalaşdı.
– Azərbaycan təkcə Qafqaza deyil, bütün Yaxın və Orta Şərq
regionuna təsir edən ciddi bir faktora çevrildi.
Dostları ilə paylaş: |