www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
75
Sadalanan elmi mülahizələri nəzərə alaraq, belə qənaətə gəlmək
olar ki, professor Əli Həsənovun ―Azərbaycanın geosiyasəti‖
adlanan fundamental elmi əsəri öz bitkin fəlsəfi və
ümumiləşdirilmiş elmi əsaslarına görə, eyni zamanda Azərbaycanın
geosiyasət tarixini özündə əks etdirən dəyərli elmi əsər olduğundan
Azərbaycan dövlətinin mükafatına layiq görülə bilər.
Azərbaycan xalqı artıq 12 ilə yaxındır ki, ulu öndərin cismani
yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik
nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki
itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu
gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı
əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir.
Zəmanəmizin dühasından ―Ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm‖, – qiymətini alan Prezident İlham
Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.
O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur.
Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 12 il
ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti
şərəfli mərhələsini yaşayır. Dövlət başçısı tərəfindən iqtisadiyyatın
şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda
asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji
xətti olaraq irəli sürülmüşdür. Optimal məqsəd və vəzifələrin
müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün
tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə
böhranı illərində belə analoqu olmayan iqtisadi inkişaf tempinə nail
ola bilmişdir. Bu dövrdə ölkəmiz öz müstəqilliyini daha da
möhkəmləndirmiş, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi
quruculuq sahələrində çox böyük uğurlara imza atmışdır.
Əsərdə yuxarıda qeyd olunan reallıqlar, o cümlədən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ümummilli lider Heydər
Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
76
kursunu sürətlə dəyişən dünyanın geosiyasi gerçəkliklərinə adekvat
olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam
etdirdiyi həqiqəti konkret faktlar və arqumentlərlə əsaslandırılmış,
bu məsələlər ətrafında dərin elmi-analitik təhlillər aparılmışdır.
Fundamental tədqiqat əsərinin ―Azərbaycanın beynəlxalq aləmlə
geosiyasi münasibətləri‖ adlanan II bölməsinin I, II, III və IV
fəsillərində müəllif müvafiq olaraq Avrasiyanın ümumi geosiyasi
xarakteristikası və müasir vəziyyəti, postsovet məkanında regional
geosiyasi fəaliyətin əsas xüsusiyyətləri, Orta Asiya və Xəzər
hövzəsinin ümumi geosiyasi parametrləri, habelə Qara dəniz
hövzəsi və Cənubi Qafqazın beynəlxalq və regional maraqlar
sistemində yeri və rolu ilə bağlı məsələləri elmi təhlillər
süzgəcindən keçirmişdir.
―Avrasiya özünün beynəlxalq dəyəri, zəngin və əhəmiyyətli
geosiyasi, geoiqtisadi və geostrateji resursları ilə yanaşı, həm də
region xalqlarının yaşadığı, region ölkələrinin mövcud olduğu
konkret bir sivilizasiya meydanı, milli-etnik yaşayış məskəni və
coğrafi məkandır‖, – deyən Əli Həsənov konseptual xarakterli
təhlillər aparmaqla müasir dövrdə Avrasiya regionunda
dövlətlərarası və milli maraqlar uğrunda mübarizənin əsas
istiqamətlərini üzə çıxara bilmişdir. Onlar aşağıdakılardan ibarətdir:
– Regionun böyük dövlətlərinin (Rusiya, İran, Türkiyə, Çin və s.)
ayrı-ayrılıqda təzahür edən maraqları;
– dünyanın digər böyük dövlətləri və dövlət birliklərinin maraqları.
Bura ABŞ, Avropa İttifaqı və onun bəzi üzv dövlətlərini (Böyük
Britaniya, Fransa, Almaniya), Yaponiya və Çini aid etmək
mümkündür;
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
77
– regionun mühüm geosiyasi və geostrateji maraq kəsb edən
dövlətlərinin milli maraqları. Bu sıraya Azərbaycan, Ukrayna,
Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkmənistan və digər region
dövlətlərini aid etmək olar.
Professor Əli Həsənovun dərin elmi və siyasi yüklü təhlilləri
Azərbaycanın lokal, regional və beynəlxalq səviyyədə cərəyan edən
mürəkkəb geosiyasi prosesləri düzgün qiymətləndirməsi və adekvat
addımlar atması üçün əlverişli və münbit elmi-siyasi platforma
formalaşdırır.
Əsərdə Rusiyanı Avrasiyanın əsas dövlətlərindən biri kimi
xarakterizə edən müəllif rəsmi Moskvanın bu arealda yeritdiyi
siyasətin kökündə duran əsas məqsədlərdən biri kimi ABŞ-ın
arxitektoru olduğu ―yeni təkqütblü dünya‖ nizamına postsovet
regionunun buraxılmaması kursunun dayandığını elmi dəlillərlə
əsaslandırmışdır. Müəllif bu yanaşması kontekstində fikirlərini
davam etdirərək qeyd edir ki, hazırda Avrasiyada Rusiyanın əsas
geosiyasi, geoiqtisadi və hərbi- geostrateji rəqibi qismində Avropa
Birliyi və ABŞ çıxış edir. Bu reallıqlar kontekstində hörmətli Əli
müəllimin
növbəti
elmi-siyasi
qənaəti
kifayət
qədər
düşündürücüdür: ―...Keçmiş SSRİ-dən ayrılmış və müstəqilliyinə
qovuşmuş Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Moldova və
Ermənistanın gələcəkdə daha çox kimin geosiyasi təsirində qalacağı
və kiminlə tərəfdaş koalisiyasına daxil olacağı məsələsində tərəflər
arasında kompromissiz mübarizə müşahidə olunur." Əsərdə həmin
mübarizənin məzmun və mahiyyətini açıb göstərən çoxsaylı faktlar
və arqumentlər elmi dövriyyəyə çıxarılmışdır.
Əli Həsənovun əsaslandırılmış elmi qənaətinə görə, ABŞ özünün
NATO üzrə müttəfiqləri ilə birlikdə Avrasiyanın, xüsusən də
Cənubi Qafqaz bölgəsi və Xəzər-Qara dəniz hövzəsinin regional
təhlükəsizliyi ilə bağlı Rusiyadan fərqli olaraq ikinci əsas
beynəlxalq mövqenin daşıyıcısıdır. Əsərdə bu düşərgənin Xəzər-
Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı təhlükəsizlik siyasəti 4
mərhələdə nəzərdən keçirilmişdir. I mərhələ-1990-1993-cü illəri
Dostları ilə paylaş: |