www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
78
əhatə edir. Bu mərhələdə ABŞ regionu müxtəlif strateji parametrlər
üzrə öyrənmək və qiymətləndirmək funksiyasını yerinə yetirmişdir.
II mərhələ-1993-2000-ci illər. Bu mərhələdə Xəzər-Qara dəniz
hövzəsinin, Cənubi Qafqazın geosiyasi, hərbi-geostrateji və
geoiqtisadi əhəmiyyətini nəzərə alan ABŞ və NATO üzrə
müttəfiqləri regionda fəal geosiyasət yürütməyə başlayırlar. Bu
mərhələdə ABŞ artıq NATO, Avropa Birliyi və Türkiyə ilə yanaşı,
ortaq maraqlar əsasında bölgədə bəzi yerli tərəfdaşlarla –
Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan, Qırğızıstan və s.
kimi qərbyönümlü siyasət yürüdən ölkələrlə birlikdə hərəkət etməyə
başlayır. III mərhələ-2001-2008-ci illəri əhatə edir, yəni ABŞ-da 11
Sentyabr hadisələrindən başlayır və Barak Obamanın prezident
seçilməsinə qədər davam edir. Bu mərhələdə ABŞ və NATO
Cənubi Qafqazda, Xəzər dənizi hövzəsi və Mərkəzi Asiyada fəal
hərbi-geostrateji fəaliyyətə və təhlükəsizlik siyasətinə başlayır. IV
mərhələ ABŞ-ın milli təhlükəsizlik siyasətində müasir dövr kimi
xarakterizə olunur. Bu dövrdə ölkənin dünya və regional
siyasətində, milli təhlükəsizlik siyasətində əsaslı dəyişikliklər
edilmiş və onun çoxstandartlılığı bir qədər də gücləndirilmişdir.
Dərslikdə qlobal güc mərkəzləri olan Rusiya və ABŞ ilə yanaşı,
Avropa İttifaqının, Türkiyənin, İranın və digər aparıcı dünya
dövlətlərinin də Avrasiya siyasəti və Azərbaycanla geosiyasi
münasibətlərinin
xarakteristikası
öyrənilmiş
və
müvafiq
qiymətləndirmələr aparılmışdır.
Məlum olduğu kimi, enerji təhlükəsizliyi dünyanın aparıcı
dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi
statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin
―müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara
mənsubiyyətlə yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq
üzrə bölgü ilə müəyyən ediləcək‖,- fikri təsadüfi sayılmamalıdır.
Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji
təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Onlarin bir
çoxunun ümumiyyətlə karbohidrogen resursları yoxdur (Yaponiya,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
79
Cənubi Koreya, Tayvan, bəzi Avropa ölkələri və s.), digərlərinin
malik olduqları köhnə yataqlar isə tükənmək üzrədir (Böyük
Britaniya, Norveç, Niderland). ABŞ isə dünya neft hasilatında 8
faizlik paya malik olmasına baxmayaraq, istehlakda payı 24 faizdən
artıqdır. Bu fikirlərin təsdiqi kimi onu da qeyd edək ki, ABŞ Neft
Şurasının statistik məlumatlarında qeyd olunur ki, 1996-cı ildə neftə
olan sutkalıq təlabat 71 milyon barrel təşkil edirdisə, 2030-cu ildə
bu göstəricinin 138 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır ki,
onun da 30 milyon barreli təkcə ABŞ-ın payına düşəcəkdir.
Dünya neft-qaz bazarı istehlakçılarının strukturunda da dəyişiklik
baş vermişdir. Əvvəllər 3 yüksək inkişaf etmiş region neft və qazın
əsas istehlakçıları hesab olunurdu: Şimali Amerika (ilk növbədə
ABŞ), Avropa İttifaqı ( ilk növbədə Almaniya, Böyük Britaniya,
Fransa, İtaliya) və Şimal-Şərqi Asiya (Yaponiya, Cənubi Koreya,
Tayvan). Hazırda dinamik iqtisadi inkişaf tempi ilə bağlı olaraq
Çin, Hindistan, Braziliya, Tailand və bir sıra digər dövlətlərin
karbohidrogen ehtiyatlarına olan tələbatı xeyli dərəcədə artmışdır.
Çin, hətta Yaponiyanı bu sahədə ötərək dünya neft istehlakında 9
faizlik göstəriciyə malik olmuşdur və yalnız ABŞ-dan geri qalır.
Başqa bir məlumata əsasən, dünyada sənaye məhsulları istehsalında
80 faizlik paya malik olan böyük dövlətlər təxminən 20 faizə
bərabər enerji ehtiyatlarına malikdirlər. Bir çox hallarda onlar bunu
tarixi ədalətsizlik kimi dəyərləndirir və belə bölgünün aradan
qaldırılmasının vacibliyini vurğulayırlar.
Bir sıra mütəxəssislərin fikrincə, gələcəkdə bu tələbə etiraz edən
neft-qaz ölkələrinin ―enerji millətçiliyi‖ndə və hətta ―enerji
terrorizmi‖ndə ittiham ediləcəkləri istisna deyildir.
Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam
təqdimatı belə təsdiqləyir ki, dünyada enerji resurslarına olan
tələbat ilbəil artmaqdadır və bu strateji məhsulların təkrar
istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-
mütənasibliyin dinamik olaraq artacağını proqnozlaşdırmaq
mümkündür. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
80
Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir.
Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin,
xüsusilə də Azərbaycanın müstəsna rolu vardır.
Təsadüfi deyildir ki, dərsliyin ―Azərbaycanın beynəlxalq aləmlə
geoiqtisadi münasibətləri‖ adlanan III bölməsində yuxarıda qeyd
olunan reallıqlardan çıxış edərək, ilk növbədə, Xəzər hövzəsi və
Cənubi Qafqazın geoiqtisadi xarakteristikası araşdırılmış, onun əsas
parametrləri beynəlxalq, regional və yerli maraqlar kontekstində
təhlil edilmiş, xüsusilə də Azərbaycanın regional geoiqtisadi
maraqları elmi analizlər müstəvisinə çıxarılmışdır. Burada Xəzər
hövzəsi və Cənubi Qafqazın enerji mənbələri və onların bölgədə
yaratdığı müasir geoiqtisadi vəziyyət dərin elmi təhlillər predmetinə
çevrilmişdir. Xüsusilə də Xəzərin neft-qaz ehtiyatlarının Avropanın
enerji təhlükəsizliyində oynadığı mühüm rol təkzibedilməz
dəlillərlə əsaslandırılmışdır.
Apardığı dərin elmi-analitik təhlillərin nəticəsi olaraq professor Əli
Həsənov Xəzər hövzəsindəki düşərgələrarası rəqabətin əsas
hədəflərini üzə çıxarmışdır. Onlar aşağıdakılardan ibarətdir:
– Xəzər hövzəsinin enerji ehtiyatlarına yiyələnmək, yaxud onlardan
istifadə sahəsində üstün mövqeyə sahib olmaq;
– hövzənin enerji resurslarının istehsalı və dünya bazarlarına
çıxarılmasında iştirak;
– eneji istehsalında istifadə olunan texnologiya və maliyyə vəsaitinə
sahib, yaxud malik olmaq;
– hasilatın pay bölgüsü;
– bölgənin enerji ixracı marşrutlarının və nəqliyyat-kommunikasiya
sistemlərinin seçiminə təsir və onların fəaliyyətinə nəzarət etmək;
– neft-qaz istehsalı, istehlakı və ixracı sahəsindəki digər geoiqtisadi
dividendlərə sahib olmaq və s.
Əsərdə Xəzərdə transmilli maraq daşıyıcısı hesab olunan əsas
düşərgələr sırasında, ilk növbədə, Rusiya, ABŞ və Avropa İttifaqı
ölkələrinin adları qeyd olunur, onların enerji təhlükəsizliyi
problemlərini həll etmək üçün regionda həyata keçirdikləri
Dostları ilə paylaş: |