www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
81
geoiqtisadi və geosiyasi siyasətin konturları göstərilir və reallaşma
mexanizmləri təhlil olunur. Müəllif problemlə bağlı elmi-nəzəri
mülahizələrini bəzi məqamlarda ABŞ-ın və Rusiyanın Z. Bjezinski,
C. Hantiqnqton, H.Kissincer, A.Duqin, N.Nartov, İ.Yejiyev və digər
məşhur politoloq və alimlərinin fikirlərinə istinad etməklə
əsaslandırmışdır. Müəllif həmin məşhur ekspertlərə sadəcə istinad
etməmişdir, onların fikirləri ilə bir sıra hallarda elmi polemikaya
girmiş, arqumentlərə söykənən fərqli mövqeyini ortaya qoymuşdur.
Əli Həsənov kitabın bu bölməsində dünyanın və eləcə də Xəzər
hövzəsi ölkələrinin təsdiq olunmuş və ehtimal olunan neft və qaz
ehtiyatları ilə bağlı müxtəlif mənbələrdən əldə edilmiş rəqəmləri
təhlil edərək maraqlı fikir və mülahizələr irəli sürmüşdür: ―Bəzi rus
geoloqlarının proqnozlarına görə, Xəzər hövzəsindəki neft
ehtiyatlarının ümumi həcmi 7 milyard tondur (təxminən 50 milyard
barrel). Başqa rus mənbələri isə bu rəqəmin 13 milyard ton və daha
artıq olduğunu qeyd edirlər. Qərb ekspertlərinə gəldikdə isə, hələ
SSRİ zamanında ingiltərəli və amerikalı mütəxəssislər hesab
edirdilər ki, Xəzər bölgəsində neft ehtiyatlarının həcmi, sovet
geoloqlarının təqdim etdiyi rəqəmlərdən qat-qat artıqdır. ABŞ
Dövlət Departamentinin və Milli Təhlükəsizlik Şurasının
məruzəsində Xəzər hövzəsinin hazırki neft ehtiyatları, təxminən 200
milyard barrel (təxminən 27,5 milyard ton) miqdarında göstərilir‖.
Göründüyü kimi, Xəzər neftinin həcmi haqqında Rusiya və ABŞ
ekspertləri fərqli rəqəmlər irəli sürürlər. Birincilər bədbin, ikincilər
nikbin proqnozları ilə seçilirlər. Bu vəziyyətə diqqəti cəlb edən Əli
müəllim real vəziyyətə tam adekvat olan bir tezislə çıxış edir :
―Mütəxəssislər bu rəqəmləri və xəritəni dəqiq müəyyən edə bilmir,
siyasətçilər isə yaranmış vəziyyətdən asılı olaraq, həmin xəritə və
rəqəmlərlə manipulyasiya edirlər.‖
Kitabda Xəzər hövzəsinin enerji potensialı, ondan istifadə sahəsində
müxtəlif maraqların daşıyıcısı olan düşərgələrin davranışı
kontekstində daha bir mühüm problem ətrafında geniş elmi
araşdırmalar aparılmışdır. Bu, Xəzərin hələ də həllini tapa bilməyən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
82
hüquqi statusu ilə bağlı məsələdir. Bu problem əsərdə tarixi və
müasir geosiyasi reallıqlar kontekstində təhlil olunmuşdur. Müəllif
qeyd edir ki, Xəzərin hüquqi statusunun təxminən 300 illik tarixi
mövcuddur. Bu tarix XVIII əsrin sonlarından başlayaraq Xəzər
sahilində Azərbaycana məxsus ərazilər uğrunda Rusiya, Osmanlı və
Böyük Britaniya imperiyaları arasında gedən çoxillik və qısa
müharibələrlə xarakterizə olunur. Bu tarix Sovet Rusiyası ilə İran,
habelə SSRİ ilə İran arasında imzalanmış 1921-ci il və 1940-cı il
müqavilələri ilə şərtlənir.
Əsərdə Xəzəryanı 5 dövlətin hər birinin məlum məsələdə mövqeyi
təqdim olunmuş və onun elmi-analitik analizi aparılmışdır. Müəllif
təhlillərinin nəticəsi olaraq Xəzərin hüquqi statusu ilə əsas və qeyri
əsas yanaşmalar içərisində 4 təklifın daha çox diqqəti cəlb etdiyini
vurğulayır və onlara münasibət bildirir. Həmin təkliflər
aşağıdakılardır:
– Azərbaycanın təklif etdiyi birinci yanaşmaya görə, Xəzər ətrafda
yerləşən beş ölkənin milli ərazilərini birləşdirən, xarici su hözələri
ilə çay vasitəsilə əlaqəsi olan, unikal bir dənizdir. Müvafiq olaraq
BMT-nin ―Dəniz hüquqları haqqında‖ Konvensiyasının bütün
tələbləri onun statusunun müəyyən olunmasına və Xəzərətrafı
ölkələrin milli hüquqlarının həyata keçirilməsinə tətbiq edilməlidir.
Bu yanaşmaya görə, dənizin dibi və səthi orta xətt prinsipi ilə milli
sektorlara bölünməli və hər bir ölkə öz sektorunda beynəlxalq
hüquqa uyğun olaraq fəaliyyət azadlığı əldə etməlidir.
– İkinci yanaşma Rusiya və İrana məxsusdur. Bu təklıfin
tərəfdarları Xəzəri ―qapalı su hövzəsi‖ adlandıraraq, ―Dəniz
hüquqları haqqında‖ BMT Konvensiyasının tələblərinin ona tətbiq
edilməsinin qeyri-mümkünlüyünü iddia edir, hər hansı ölkənin öz
iqtisadi zonasında müstəqil fəaliyyət göstərməsini qəbuledilməz
sayır və bütün sahilyanı ölkələrdən su hövzəsinin ―ümumi istifadəsi
tələbləri‖nə əməl etməsini tələb edirlər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
83
– Üçüncü təklif İran tərəfindən irəli sürülmüş və Xəzərin beş
bərabər hissəyə bölünməsini hədəfləyən, müəyyən məqamlarda
Türkmənistanın da dəstəyini qazanmış abstrakt bir layihə idi. Bu
variant nəinki heç bir yerli və beynəlxalq hüquqa uyğun gəlmirdi,
həm də mütəxəssislər tərəfindən ―ümumiyyətlə reallaşdırılması
coğrafi cəhətdən mümkün olmayan‖ təklif kimi dəyərləndirilmişdir.
– Nəhayət, dördüncü yanaşma Rusiya və İranın sonradan təklif
etdiyi və yenə də heç bir beynəlxalq və yerli hüquqa söykənməyən
―kompromis variant‖ adlanır. Bu varianta görə, Xəzərdə hər bir
sahilyanı ölkə 12 millik sahil zonası üzərində suveren hüquqa malik
olur, bundan sonra 25 mil ərazi ―iqtisadi zona‖ kimi qəbul edilir,
dənizin ortasındakı qalan ərazilərsə 5 sahilyanı ölkənin ümumi
istifadəsinə verilir.
Bu təkliflərə toxunan müəllif qeyd edir ki, 1992-ci ildən bu günə
kimi hər dörd yanaşma tərəfdarları bəzi kiçik dəyişikliklərlə öz
mövqelərini müdafiə etməkdədirlər. Bu reallığa baxmayaraq, ―bu
gün nə Rusiya, nə də İran Azərbaycanı Xəzər dənizinin ona məxsus
sektorunda xarici tərəfdaşlarla birgə transmilli layihələr həyata
keçirdiyinə görə, 1994-1998-ci illərdə olduğu kimi, müharibə,
yaxud ona bərabər tutula biləcək digər fəaliyyətlərlə
hədələmirlər‖,— fikri də professor Əli Həsənova məxsusdur.
Dərslikdə Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı
Xəzəryanı ölkələrin dövlət başçılarının keçirdikləri sammitlər,
burada müzakirə olunan məsələlər və əldə olunan razılaşmalar
haqqında da ətraflı bəhs olunmuşdur. Əsərdə müəllif 29 sentyabr
2014-cü ildə Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzəryanı
ölkələrin dövlət başçılarının V sammitini real nəticəsi olan görüş
kimi xarakterizə etmişdir. Sammitdə 19 maddədən ibarət Həştərxan
bəyanatına diqqəti cəlb edən Əli Həsənov qeyd edir ki, bu sənəddə
ilk dəfədir ki, Xəzərin su səthinin sahildən başlayaraq orta xətt üzrə
15 millik məsafəsi ölkələrin suveren ərazisi kimi qəbul edilmiş,
digər 10 millik (ümumi uzunluq-25 mil-Ə.H.) məsafədə isə dənizin
bioloji resurslarının (balıq ovu və s.-Ə.H.) hasilatı sahəsində
Dostları ilə paylaş: |